ƏSRİN İMAMI MEHDİ SAHİBƏZ-ZAMANLA (Ə) TANIŞLIQ

Kitab haqqında

Kitabın adı:....Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə)

tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

Müəllif:.........Əli Əsğər Rizvani

Tərcümə edən:....................................Məhəmməd Əhməd

Nəşr edən:....................Şəhriyar

Çap tarixi:...........................2006

Çap növbəsi:...................Birinci

Tiraj:...................................2000

səh:1

Ön söz

səh:2

İslamın, xüsusi ilə də Әhli-bеyt məktəbinin fundamental mövzularından biri “Məhdəviyyət” mәsәlәsidir. İslamın əzəmət və İslam hökmlərinin əbədilik nişanəsi olan bu mövzu bütün dinlərdə təsbit olunmuşdur və qurtuluş məsələsi dini amallar sırasında dinlərin prinsipial məsələlərindən biri kimi öz yerini tutmuşdur. Qeyri-ilahi ideologiyalarda və firqələrdə də hansısa formada bu mövzu ilə rastlaşmaq olur.

Həzrət Məhdinin (ə) zühuru ilə müşayiət olunan böyük vəd mövzusu bəşər tarixi boyu köklü mövzulardan olmuşdur. Belə ki, müqəddəs, dini kitablar, eləcə də, İslamdan öncəki və sonrakı əsərlər bu mövzunun həqiqiliyinə şəhadət vermişlər. Əgər tarix boyu bu mövzu ilə bağlı şübhələr ortaya çıxmışsa, bu özü də uyğun mövzunun müxtəlif cəmiyyətlərdə aktuallığını göstərir. Bütün dinlər və ideoloji məktəblər uyğun mövzu ilə bağlı araşdırmalar aparmışlar. Amma bu məsələyə hərə bir tərəfdən yanaşmış və mövzu hərtərəfli araşdırılmamışdır. Bununla belə, bütün tərəflər süquta uğramış cəmiyyəti paklığa çağıracaq, elm və mərifət, ədalət və ehsan ruhunu bəşəriyyətə qaytaracaq bir şəxsin zühuruna şəhadət vermişlər. Hamı inanır ki, bir gün həqiqət bütünlüklə aşkarlanacaq, vəd olunmuş zühur işığında xalq ədalətə və Allahla yaxınlığa nail olacaq, yer və zaman tarazlıq və səbata çatacaq.

İslam alimləri tükənməz vəhy çeşməsindən və məsumların ölməz kəlamlarından faydalanaraq böyük vədin (həzrət Mehdinin (ə) zühurunun), onun xüsusiyyətlərinin və görüşünün təsvirini vermiş, nəql, tarix və əqlə istinad edərək Məhdəviyyət maarifini formalaşdırmışlar. Tarix boyu uyğun mövzu ilə bağlı suallar cavablandırılmışdır. İndi də müxtəlif kitablar, risalələr və məqalələr vasitəsilə ilə İslam ümmətinə yetərli məlumatlar verilir. Əlinizdəki kitabın tərtibinin də konkret səbəbləri vardır. Bu səbəbləri nəzərdən keçirək:

1. Tarix boyu Məhdəviyyət mövzusu ilə bağlı suallar və şübhələr olmuş, İslam alimləri müxtəlif formalarda onları cavablandırmışlar. Amma uyğun suallara, adətən, nəqli və tarixi cavablar verilmişdir. Bu istiqamətdə yetərincə hədis və tarixi kitablar tərtib olunmuşdur. Hədis kitablarından Şeyx Tusinin “Əl-ğeybət”, Şeyx Səduqun “Kəmalud-din”, Seyyid Sədrəddin Sədrin “Əl-Məhdi (ə)”, Mühəddis Nurinin “Nəcmus-saqib” kitablarını misal göstərmək olar. Tarixi kitablar arasında Seyyid Məhəmməd Sədrin “Məvsulətul-imamul-Məhdi (ə)” kitabı diqqəti cəlb edir.

2. Əsrimizdə uyğun mövzu ilə bağlı yaranmış suallar, adətən, fəlsəfi xarakterli olur. Bu sayaq sualları öncə əqli dəlillərə, sonra tarixi və nəqli məlumatlara əsaslanaraq cavablandırmaq olar. Bu gün Məhdəviyyət mövzusunun yetərincə şəffaf açıqlanması üçün əqli, fəlsəfi, kəlami cəhətləri nəzərə almaq zəruridir.

səh:3

3. Əlbəttə ki, əqli və kəlami baxımdan verilən cavablar uyğun boşluğu müəyyən həddə doldurmuşdur. Amma bu kitablar da dövrümüzün ehtiyaclarını tam şəkildə ödəmir. Məhdəviyyət məsələsini əqli yönümdən açıqlayan müəlliflərdən biri böyük mütəffəkir Şəhid Seyyid Məhəmməd Baqir Sədr olmuşdur. Onun “Bəhsun-həvlәl-Məhdi (ə)” kitabında uyğun mövzu ilə bağlı əsaslı araşdırmalar aparılmışdır.

4. Şübhəsiz ki, İslam düşmənləri öz ideoloji hücumlarında zəif nöqtələri hədəfə alırlar. Onlar Məhdəviyyətә hücumda dа zəif nöqtələri аşkаr еdib hаy-küy salırlar, bu mövzuyа ən kövrək nöqtələrdən zərbə vurmağa çalışırlar. İslam inqilabından sonra düşmən müqəddəs ayinlərimizə, xüsusi ilə Məhdəviyyət mövzusuna daha amansız hücuma keçdiyindən alimlər və qələm əhli bu dini bünövrəni möhkəmləndirmək üçün həmişəkindən daha çox çalışmışlar. Onlar düşmənin fəlsəfi yönümlü iradlarına əqli və kəlami bəhslərlə sərt cavab vermişlər.

Əlinizdəki kitab da bu prinsip üzərində formalaşmışdır və onda Məhdəviyyət mövzusu nəqli, əqli və tarixi dəlillərə əsasən araşdırılmışdır. Kitabda səy göstərilmişdir ki, düşmənin məhz zəif nöqtələrə yönəlmiş şübhələri aradan qaldırılsın.

Hazırkı kitabın səciyyəvi xüsusiyyəti onun öz araşdırmalarında kəlami, fəlsəfi dəlillərə əsaslanmasıdır. Cəhd göstərilmişdir ki, uyğun mövzu müxtəlif, xüsusi ilə əqli dəlillər əsasında şəffaf şəkildə təqdim olunsun. Məqsəd Məhdəviyyət mövzusu il bağlı bütün şübhələri aradan qaldırmaqdır. Ümumi oxucu kütləsinin hazırkı kitabdan faydalana bilməsi üçün mövzular sual-cavab şəklində tərtib olunmuşdur. Belə bir forma Məhdəviyyət məsələsi ilə bağlı suallara cavab axtaranlar üçün yetərli mənbə ola bilər. Ümid edirik ki, bu işimiz İmam-Zamanın (ə) diqqətini cəlb etsin, həqiqət axtaranlar üçün faydalı olsun. Bütün elm adamlarından nöqsanlarımızın bağışlanmasını diləyir və onların kitabın nöqsanları ilə bağlı qeydlərini bizə çatdırmalarını xahiş edirik. Sonda bu işdə yardım göstərənlərə, xüsusi ilə həzrət höccətül-İslam-vəl-müslimin Hüseyn Əhmədiyə təşəkkürümüzü bildiririk. Müqəddəs Cəmkəran məscidinin yayım üzrə məsulu olan bu şəxs müxtəlif mərhələlərdə müəllifə yaxından kömək göstərdi. Kitabın ərsəyə gəlməsində zəhmət çəkən bütün insanlara Allah-təaladan mükafat diləyirəm.”

Əli Əsğər Rizvani Kaşani. Hicri 1425-ci il,

mübarək ramazan ayının 23-cü kecəsi.

səh:4

Şəkk-şübhə

Sual: 1. Etiqadi məsələlərə münasibətdə şəkk-şübhə yaranması düzgündürmü?

Cavab: Öncə belə düşünmək olar ki, dində şəkk pis işdir və qəlbin qaralmağını göstərir. Çünki məqsəd insanın yəqinə, əminliyə çatmasıdır. İman yəqinliklə müşayiət olunmalıdır. Amma şəkk-şübhə insanın iman və yəqinliyə çatmasına kömək göstərsə, onu yaxşı saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o, öncədən mövcud olmur. İnsan şəkk etməsə, yəqinə çatmaz. Quran insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır. Ona görə də Quranda belə buyurulur: “Ata-babaları nadan və ağılsız olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?”(1)

Şəhid Mütəhhəri buyurur: “Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin olmaması təhlükəlidir. Şəkk-şübhə olmadıqda insanların dini durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət saxlanılan saf su qoxuduğu kimi, dini durum da hərəkətsizlikdən tənəzzülə uğrayır. Xalqın dini durumu aram, hərəkətsiz vəziyyətdə qaldıqda, şəkk-şübhə qamçısı yemədikdə onların etiqadına avamlar rəhbərlik edir. Avam qabağa getdikdə isə daim özündən bir şey quraşdırır...”(2)

Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz və digər ibadətlərdə, paklıq məsələlərində çox şəkk, vəsvəsə. Bu qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ xəstəlikdir.

Sual: 2. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin durmuşdurmu?

Cavab: İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından böhran keçirirlər. Məhz bu məqamda insan həssas bir hala düşür. Xüsusi ilə, ətraf mühitdəki düşüncələr, bəzən də müxtəlif təbliğatlar onun qarşısını kəsir. Əgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah ona yol göstərəcək. Allah-təala buyurur: “Bizim yolumuzda cihad və təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.”(3)

səh:5


1- [1] “Bəqərə”, 170.
2- [2] “Fəslnameye-Mutəhhər”.
3- [3] “Ənkəbut”, 69.

Amma bu o demək deyil ki, alimlərin heç bir vəzifəsi yoxdur. Əslində onların çiynində ağır məsuliyyət var və alimlər ağıla gələn şəkk-şübhələri mümkün yollarla aradan qaldırmalı, hamıdan öncə gənc nəsli əminliyə çatdırmalıdırlar.

Sual: 3. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?

Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.”(1) Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: “Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.”(2)

Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.

İmam Sadiq (ə) buyurmuşdur: “Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.”(3)

Həzrət Əli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.”(4)

səh:6


1- [4] “Zümər”, 17, 18.
2- [5] “Zümər”, 18.
3- [6] “Kafi”, c.1, s. 27; “Tohəful-uqul”, s. 356; “Bihar”, c. 75, s. 268.
4- [7] “Kafi”, c.8, s. 23; “Əmali”, s. 400; “Tovhid”, s. 74; “Tohəful-uqul”, s. 98; “Bihar”, c. 74, s. 287.

Məhdəviyyət mövzusunun təsirləri

Sual: 4. Dövrümüzdə Məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?

Cavab: Bəziləri elə düşünürlər ki, Məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...(1)

Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:

1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.(2)

2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.(3) İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.

3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin Məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.

4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də, Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.

5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən

səh:7


1- [8] “Əl-Məhdiyyul-muntəzər”, s. 214.
2- [9] “Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, s. 57.
3- [10] Həmin mənbə.

həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib həzrətin zühuru üçün zəmin yaradaq.

6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.

İslam peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: “Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.”(1)

Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə imamın mövcudluğu məsələlərindən danışılır.

Beləcə, Məhdəviyyət mövzusu qeyb əsrində şiələrin vəzifələrindəndir.

Ümumdünya ədalət hökumətinin fəlsəfəsi

Sual: 5. Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə necə sübuta yetir?

Cavab: Bəşəriyyətin xilaskarının zühururuna inam bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən əhatəli kamilliyə çatmaq istəyindədir. O bilir ki, belə bir kamal yalnız tövhidi ədalət hökumətinin sayəsində gerçəkləşə bilər.

Şəhid Sədr buyurur: “Mehdiyə etiqad təkcə dini çalarlı İslami bir inanc deyil. Bu inanc müxtəlif dinlərdən, firqələrdən olan insanların arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək...”(2)

Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər:

Birinci bəyan: a) İnsan öz daxilində ümumdünya tövhidi ədalət hökumətinə ehtiyac duyur; b) Bu hökumət mövcud olmalıdır. Bu həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin olunan da olmalıdır; v) Bu həqiqətin kamil nümunəsi həzrət Mehdinin (ə) hökumətidir.

səh:8


1- [11] “Şərhe-Məqasid”, c.5, s. 239.
2- [12] “Bəhsun-həvlәl-Məhdi (ə)”, s. 7, 8.

Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.

İkinci bəyan: a) İnsan dünyanın bugünkü vəziyyətindən məyus olub üstün bir hökumət ümidi ilə yaşayır; b) Belə bir ümid uyğun hədəfin gerçəkləşməsi üçün dəlildir.

Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.

Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən gələ bilməz.

Nəticə: Proqram və işində zülmdən əsər-əlamət olmayan hökumətin bərpası zəruridir.

Sual: 6. Ədalət istəyi fitrətdəndirmi?

Cavab: Nəzər sahibləri arasında belə bir suala cavab axtarılır ki, şəxsi mənafelərdən uzaq ədalət istəyi fitri olaraq insanın daxilində mövcuddurmu?

İslamın nəzərincə, insanın daxilində ədalət istəyi mövcuddur. Hətta mənafelər təmin olunmasa da, bu istək yerində qalır. Əgər insan düzgün tərbiyə olunsa, o, özü ədalət sorağında olar. Bu müddəanın sübutu üçün varlığını ədalət yolunda qurban vermiş insanları göstərmək olar. Ədalət onların şəxsi mənafelərinə zidd olduqda belə, uyğun yoldan çəkinməmişlər.

Əksinə, əksər qərb filosofları belə düşünürlər ki, insanın batinində belə bir istək yoxdur. Elə bu fikirlə də dünyanı müharibə alovuna qərq etmişlər. Onlar bildirirlər ki, ədalət zəif kişilərin uydurmasıdır. Guya zəif kişilər güclü kişilərlə baş-başa gəldikdə çarəsiz qaldıqlarından ədalət sözünü ortaya atıb canlarını qurtarmaq istəyirlər. Onlar öz fikirlərinə belə bir dəlil göstərirlər ki, hətta ədalət tərəfdarı olan şəxs qüdrət əldə etsə, o da başqaları kimi hərəkət edəcək.

Məşhur alman filosofu Nitsşe yazır: “Çox olub ki, zəiflərin haqq-ədalətdən dəm vurduğunu görüb gülmüşəm. Baxıb görürəm ki, onlar yalnız pəncələri olmadığı üçün ədalətdən danışırlar. Deyirəm: Ey çarəsiz! Əgər sənin pəncən olsaydı, heç vaxt belə sözlər danışmazdın.”

Bu zümrə özü də iki hissəyə ayrılır: Onların bir dəstəsi deyir ki, ədalət bir arzu olaraq soraqlanmamalı, insan güc-qüvvə axtarışında olmalıdır. Digər bir qrup isə belə düşünür ki, yalnız fərdi mənafeni qorumaq xatirinə ədalətə üz tutmaq lazımdır. Guya ədalət fitri istək deyil. Bertrand Rassel bu zümrəyə məxsus alimlərdəndir.

səh:9

Amma bütün bu sözləri bir kənara qoyub fitrətimizə müraciət etsək, görərik ki, ədalət bəşər fitrətindən doğan mövzulardandır.

Ədalət istəyinin fitri olmasını bir neçə yolla sübut etmək olar:

1. Batinə diqqət və psixoloji durumların araşdırılması; Çünki fitri meyllər insanın ruhundan qaynaqlanır, ruha aid olan hadisədir.

2. Psixoloji fəaliyyətlər və bu fəaliyyətlərlə bağlı rəftarların araşdırılması ilə məşğul olan psixoloqların mülahizələrinə müraciət etməklə.

Sual: 7. Ümumdünya ədalət hökumətinin zəruriliyini fəlsəfi dəlillərlə sübut etmək olarmı?

Cavab: İslam fəlsəfəsi təbiət aləmində “qəsre-daim” və “qəsre-əksəri” müddəalarını mümkünsüz sayır.

“Qəsre-daim” dedikdə varlıq aləmindəki həqiqətlərdən birinin öz ömür dönəmində hansısa təbii xüsusiyyətdən məhrum olması başa düşülür. Məsələn, od yansın, amma onun heç bir istiliyi olmasın. Başqa bir misal: yaşadığımız dünyada elə bir güc olsun ki, yaranışdan bu günədək odun istiliyinin qarşısını alsın. İslam bütün bunları mahal, mümkünsüz sayır. Belə bir hadisənin mümkünsüzlüyü fəlsəfədə sübuta yetirilmişdir.

“Qəsre-əksəri” dedikdə isə təbiətin öz ömrünün əksər dövründə zati səciyyələrdən məhrumluğu nəzərdə tutulur. Fəlsəfədə bu da mümkünsüz sayılmışdır. Varlıq aləmində qanun şəkli almış bu fəlsəfi baxışdan məlum olur ki, zülm-sitəm daimi deyil və bəşər tarixində onun ədalətlə əvəz olunacağı bir gün var.

Bu fəlsəfi baxışa əsasən, bəşəriyyətə ömür boyu zülm edilməsi mümkünsüzdür. Demək, bəşəriyyət üçün xoş gün gələsidir. Şübhəsiz, elə bir gün gələcək ki, bəşəriyyət vəhşilərin əsarətindən qurtulacaq və ətrafındakıların mehr-məhəbbət kölgəsində ömür sürəcək.

Sual: 8. Ümumdünya ədalət hökumətinin zəruriliyini təkamül yolu ilə necə sübut etmək olar?

Cavab: İnsan kamala çatmaq istedadı və xüsusiyyəti olan rüşеyim kimidir. Ondakı daxili istedadların çiçəklənməsi üçün xarici amillərə ehtiyac var. İnsanın təkamülü hərtərəfli olduğundan zaman ötdükcə onun təbiət və cəmiətə bağlılıqları azalır, iman və əqidəyə bağlılığı güclənir. Bu yolu, tədricən adlayan insan gələcəkdə mənəvi azadlığa çatır, yəni əqidə və imana sıx bağlanır.

səh:10

Bu baxışa əsasən, daxili ziddiyyət insanın xüsusiyyətidir. Onun maddi və mənəvi meylləri arasında qarşıdurma var. İnsanın daxilindəki çəkişmə istər-istəməz cəmiyyətdə qruplar arasındakı çəkişməyə çevrilir. Bir cəbhədə kamil insan, digər bir cəbhədə qeyri-yetkin insan!

Nəticə: Bəşərin qeybi bir qüvvəyə, ilahi rəhbərə ehtiyacı var. Bəşəriyyət belə bir rəhbərin yardımı ilə yer üzündə ədaləti, tövhidi, kamilliyi genişləndirib, müxalif qüvvələri aradan götürə bilər.

Sual: 9. Ümumdünya ədalət hökumətinin zəruriliyini əqli dəlillərlə sübuta yetirmək olarmı?

Cavab: Ayə və rəvayətlərə əsasən, insan əbəs yaradılmamışdır. Onun yaranışında xüsusi bir məqsəd izlənilmişdir. Bu məqsəd insanın kamilliyə çatması, yəni ilahi görüşə nail olmasıdır. Belə bir məqam isə hərtərəfli yəqinlik və bəndəliklə əldə olunur.

Kəlam elmində sübuta yetirilmişdir ki, Allahın lütfü bir zərurətdir. Lütf prinsipinə əsasən, Allah-təala yaranış məqsədindən yayındıran işləri aradan götürməli, ali məqsədə doğru yol açmalıdır. Keçmiş tarixə müraciət etməklə öyrənirik ki, belə bir məqsəd bütün bəşər cəmiyyətləri üçün külli şəkildə gerçəkləşməmişdir. Nəticə alırıq ki, yaranış məqsədini gerçəkləşdirmək üçün Allah zəmin yaratmalıdır. Bu zəmin isə bütün yer üzünü bürüyəcək ədalət hökumətinin təşkilidir. Həmin hökumət ali məqsədə çatmaqda bəşəriyyətə yardım göstərəsidir.

Sual: 10. Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi hadisələrə istinad etməklə sübuta yetirmək olarmı?

Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki, bəşəriyyət tarix boyu müxtəlif zülm-sitəmlərə, qətl-qarətlərə düçar olmuşdur. Xüsusi ilə də müvəhhid (təkallahçı) insanlar həqiqətin müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.

Qurani-Kərim «Uxdud əshabı» haqqında söz açır. Bildirilir ki, müxaliflər böyük bir xəndək qazıb onda yetərincə əzəmətli bir tonqal qaladılar. Onların məqsədi möminləri və müvəhhidləri diri-diri bu odda yandırmaq idi.(1)

səh:11


1- [13] bax: “Büruc”, 1-8.

Tarixdə oxuyuruq ki, Misir fironu yalnız yuxusuna əsaslanaraq neçə böyük cinayətlərə əl atdı. Yuxusundan əndişələnən bu kəs öz vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.

Tarixin digər bir səhifəsində Həccac ibn Yusif Səqəfi haqqında danışılır. O, İraqda 20 illik hakimiyyəti dövründə dəhşətli cinayətlər törətdi.(1)

1-ci dünya müharibəsində günahsız insanlar amansızlığa düçar oldu. Rəsmi statistikaya görə bu müharibədə öldürülənlərin sayı 22 milyona çatmışdır. Çox keçməmiş ikinci dünya müharibəsi başladı. Bu müharibə 70 milyon insanın həyatına son qoydu.

Əlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı qətlə yetirdilər. Vyetnam müharibəsində yüz minlərlə günahsız insan amerikalılar tərəfindən öldürüldü.

Ötən 50 ildə İsrail qəsbkarlarının çəkmələri altında yüz minlərlə fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.

Bəşəriyyətin gələcəyini, müxtəlif millətlər arasındakı düşmənçilikləri bir qədər araşdırsaq, bəşəriyyəti necə böyük bir təhlükə gözlədiyinə şahid olarıq. Bu gün bir çox ölkələr bir-birlərini məhv etmək üçün kütləvi qırğın silahları hazırlayır. Bu silahlar yer kürəsini bir neçə dəfə məhv etmək üçün bəsdir. Samuyel Hantiqton kimi Amerika ideoloqlarının hazırladığı mədəniyyətlərin savaşı proqramı Amerika siyasətçiləri üçün başlıca plan olmuşdur. Bütün bunları nəzərə aldıqda bəşəriyyət hansı gələcəyə ümid edə bilər? Uyğun problemlərin həll yolu nədir?

Görəsәn bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq proqram hazırlayıb onu həyata keçirə bilərmi? Şübhəsiz, bu mümkünsüzdür. Çünki bu vaxtadək həmin iş görülməmişdir. Bundan sonra da insan Allah-təalanın göstərişləri, qeybi məlumatlar olmadan bir şey bacarmayacaq. Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah tərəfindən qeybi bir xilaskarın gəlişi, bəşəriyyəti mövcud bəlalardan xilas etməsi zəruridir. Bu şəxs zühuru vəd olunmuş həzrət Mehdidir (ə).

Sual: 11. Bəşəriyyәtin qeybi yardımlara ehtiyacı varmı?

Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.

səh:12


1- [14] “Mürucuz-Zəhəb”, c. 3, s. 166, 167.

Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil. Əgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud çətinliklərin məlumatsızlıqdan əlavə də amilləri var. Zaman ötdükcə problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri , şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu gün elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Elm öz-özlüyündə işıq olsa da, bu işıqdan hansı yolda istifadə olunması mühümdür. Elm hədəfi müəyyənləşdirmir. O, məqsədə çatmaq üçün, sadəcə, bir vasitədir.

Vil Dorant deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”(1) Elm və texnologiya dövrünün insanı şəhvət və qəzəb baxımından qədim insanlardan fərqlənmir. Elm nəfs azğınlıqlarının qarşısını ala bilməmişdir. Elmi inkişaf faşizmin mahiyyətini dəyişə bilməmiş, əksinə, primitiv qılıncdan atom bombasına çevrilərək çirkin məqsədlərin həyata keçməsi üçün vasitə olmuşdur.

Rassel deyir: “Hazırkı dövr elə bir dövrdür ki, heyrət hissi zəifliklə birlikdə hamını bürümüşdür. Elə bir savaşa doğru hərəkətdəyik ki, təqribən, kimsə onu istəmir. Elə bir savaş ki, bəşər növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”(2)

İnsan maddi və zahiri amillər əsasında mühakimə aparsa, bu bədbinliklərə haqq qazandırar. Bu bədbinlikləri aradan qaldırmaq üçün isə qeybi yardımlara iman zəruridir. Belə bir inam bədbinliyi nikbinliklə əvəz edir və insan inanır ki, bəşəriyyətin səadəti, rifah və kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.

Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki, dünya bir neçə dəlinin əli ilə viran qoyulsun. Dünya təhlükə qarşısındadırsa da, Allah keçmişdə möcüzə göstərib bəşəriyyətə yardım etdiyi kimi indiki şəraitdə də ağılları heyran qoyacaq iş görməklə öz xilaskarını göndərəcək...

səh:13


1- [15] “Fəlsəfənin ləzzətləri”.
2- [16] “Yeni ümidlər”, s. 2.

Şəhid Mütəhhəri buyurur: “Bu düşüncə hər şeydən öncə təbiət aləmindəki gedişata, tarixi təkamülə, gələcəyə inamdan, bəşəriyyətin xoş gələcəyinə nikbinlikdən doğur...”(1)

Sual: 12. Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?

Cavab: Bu sual başqa şəkildə də verilə bilər: nə üçün ümumdünya ədalət hökuməti bəşər tarixinin sonunda gerçəkləşəcək? Görən bu iş təsadüfidir, yoxsa nəyəsə əsaslanır? Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:

1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.

2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:

a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;

v) İnsan ədalət və onun təsirlərini bilməlidir.

Bu daxili amil bir neçə yolla ödənə bilər:

1) Uyğun iman və ixlas cəmiyyətdəki fərdlərdə möcüzə şəklində yaranmalıdır.

Belə bir ehtimal möcüzə qanunu ilə uyğun gəlmir. Çünki möcüzənin əhatəsi məhduddur. Hansı ki, məqsədə çatmaq üçün möcüzədən başqa digər yollar var. Uyğun tələb insan tərəfindən azad, ixtiyari şəkildə ödənməlidir. İnsanın kamilliyi onun ixtiyari şəkildə gördüyü işdən asılıdır. Möcüzə isə deyilənlərə ziddir.

2) Bəşəriyyət heç bir məcburiyyət olmadan ali düşüncəyə çatmalıdır ki, Allahın rəhbərliyi altında uyğun ali məqsədi həyata keçirə bilsin.

Bəşəriyyətin mövcud xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlirik ki, hələ ki insan nəzərdə tutulan kamil məqsədi

səh:14


1- [17] “Mehdi (ə) inqilabı”, s. 5, 7.

dərk edəcək düşüncəyə çatmamışdır. Çünki o yarandığı gündən kamil ədalətin tətbiqi üçün zəruri olan iki şərtə malik deyil: Kamil formada ədaləti tanımaq; həqiqəti tanıdıqdan sonra onun həyata keçirilməsi üçün fədakarlıq hazırlığı.

Hətta bəşəriyyət kamil ədaləti tanısa da, hələ ki, bu məqsədə çatmaq üçün praktiki hazırlığa malik deyil. Çünki ən üstün dövrlərdən olan peyğəmbər dövründə də İslam yolunda fədakarlıq məsələsində səhabələrlə problemlər olmuşdur.

Allah-təala səhabələrdən bəzilərinə etirazla buyurmuşdur: “Ey iman gətirənlər! Nə üçün sizə “Allah yolunda cihada doğru hərəkət edin” deyildikdə ağırlaşırsınız?!

Yoxsa axirət əvəzinə dünya həyatı ilə razılaşmısınız?! Hansı ki, dünya həyatı matahı axirətlə müqayisədə cüzidir.”(1)

Belə bir nəticəyə gəlirik ki, hələ ki, bəşəriyyət ümumdünyəvi bir hökumətin təşkilinə hazır deyil və xilaskarın zühuru üçün şərait yaranmamışdır.

Seyyid Rza Sədr deyir: “Bir gün gələcək ki, bəşəriyyət güclü və agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. Belə bir qabiliyyət onun təkamülündən ibarətdir. Kamilləşməmiş bəşəriyyətin ədalətli hakimiyyət altında yaşamaq ləyaqəti yoxdur. Əslində belə bir toplum ədalətli hakimiyyəti qəbul etmir. Uyğun hakimiyyətin zorla qəbul etdirilməsi yetərsizdir. Zülm-sitəm ədalət üçün nərdivan ola bilməz. Zülmlə qurulan hakimiyyət ədalətli deyil. Onun yalnız adı ədalətli ola bilər. Naqis bəşəriyyət ədalətli hakimiyyəti qəbul etmir. O, belə bir hakimiyyətdən uzaq olmaq istəyir. Həzrət Əli (ə) buyurmuşdur: “Bu xalq məndən yorulub, mən isə bu xalqdan”. Sonra həzrət ədalətdən qaçan xalqa nifrin edərək buyurmuşdur: “Pərvərdigara, məni onlardan al.” Ədalətli hakimiyyət xalqın razılığı ilə qurulmalıdır. Xalq belə bir hakimiyyətin sorağınca gəzməlidir. Ədalətli hakimiyyət istəyən insanlarda heyvani sifətlər insani sifətlərin kölgəsində qalır.”(2) Rəvayətlərdə isə digər bir nöqtəyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: “Bizim dövlət və hakimiyyətimiz sonuncu dövlət və hakimiyyətdir. Hakimiyyət heç bir ailə üçün əbədi deyil. Yalnız bizdən öncə hakimiyyətə çatıb onu başa çatdıranlar istisnadır. Əgər hakimiyyətdə bizim yolumuzu müşahidə etsələr, deməsinlər ki, əgər biz də hakimiyyətə çatsaydıq, bu sayaq

səh:15


1- [18] “Tövbə”, 38.
2- [19] “Rahe-Məhdi (ə)”s. 54.

rəhbərlik edərdik. Allah-təalanın “Аqibət pəhrizkarlar üçündür” buyuruğuna işarə olunur.”(1)

Sual: 13. Bu dünyada ədalətli hökumətin qurulmasına hansı zərurət var?

Cavab: Bəziləri ümumdünya ədalət hökumətinin zəruriliyinə inandıqdan sonra deyirlər: “Əgər axirət aləmində ədalət əhatəli şəkildə bərpa olunacaqsa, bu dünyada belə bir hökumətin təşkilinə nə ehtiyac var?”

Bu irada cavab olaraq belə deyə bilərik:

1. İbadət və Allahla görüşə yetişmək yaranış hədəfi sayılmışsa, demək, belə bir hökumət dünya həyatı başa çatmamış yer üzündə gerçəkləşməlidir.

2. Bəşəriyyətin belə bir hökumətə fitri meyli var. Buna görə də uyğun hakimiyyət dünya həyatında qurulmalıdır.

3. “Qəsre-daim” və “qəsre-əksəri” (daimi və əhatəli zülm) mümkünsüz olduğundan insan təbiət aləmində özü üçün zülm-sitəmin olmadığı, əhatəli və ədalətli bir hakimiyyət görməlidir.

4. Təkamül insan üçün axirət aləmində yox, bu dünyada qiymətlidir. İnsan fitrətən kamillik sorağında olduğundan kamilliyə hərəkət üçün şərait olmalıdır. Həzrət Mehdinin (ə) zühuru dövründə belə bir şərait yaranacaqdır.

Sual: 14. Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?

Cavab: Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur...

Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür.

Bugünkü elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Nə üçün belə olub? Belə cavab vermək olar ki, elm həqiqətən də, çıraq, işıqdır. Əsas məsələ odur ki, bəşəriyyət bu çıraqdan hansı yolda istifadə edir. Öz məqsədinə çatmaq üçün elm və texnikadan yararlanan

səh:16


1- [20] “Əl-ğeybət”, s. 472; “Bihar”, c. 52, s. 332.

bəşəriyyətin məqsədi nədir? Əgər bəşəriyyət yanlış bir yol tutarsa, bu çıraq ona nə dərəcədə faydalı ola bilər? Elm insana doğru yol göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən savay hər şeyə hakim ola bilir.

Vil Dorant texnika əsrinin insanı haqqında deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”(1) Elm və texnika əsrinin insanı öz qəzəb və şəhvət baxımından qədim insanlardan fərqlənmir. Elm insanı azğın nəfs istəklərindən xilas edə bilməmişdir!

Ümumdünyəvi olmaq

Sual: 15. Ümumdünyəvi olmaq nə deməkdir?

Cavab: Belə görünür ki, ümumdünyəvilik haqqında nə qədər izаh verilsə də, indiyədək aydın və yığcam bir tərif yoxdur. Əlbəttə ki, bunun səbəbləri var. Əvvəla, bu həqiqət hələ ki təkamül həddinə çatmamışdır. İkincisi, tərif verənlərin hər biri onun müəyyən cəhətini önə çəkir.

Bununla belə, bəzi tərifləri nəzərdən keçiririk:

1. Bəziləri ümumdünyəviliyi ictimai bir hadisə sayırlar. Bu baxışa əsasən ictimai və mədəni əlaqələrə kölgə salan coğrafi məhdudiyyətlər aradan götürülür.

2. Bir başqaları ümumdünyəviliyi bütün yer üzündə ictimai rabitələrin dərinləşməsi kimi təqdim edir. Bildirilir ki, coğrafi baxımdan bir-birindən uzaq məkanlar arasında möhkəm bağlılıq yaranır. Hər bir məhəldəki ittifaqlar kilometrlərlə uzaqda baş vermiş hadisəyə qoşulur.

3. Müasirimiz olan məşhur sosioloq Harvey ümumdünyəviliyi zaman və məkan kimi iki məhdudiyyət məfhumunun daşıyıcısı kimi təqdim edir. Ümumdünyəvilik məsafələri qısaldan anlayış kimi tanıtdırılır.

Sual: 16. Ümumdünyəviliyin tarixi kökləri hansı dövrdən rişələnmişdir?

Cavab: Ümumdünyəviliyin tarixi köklərini bəşər tarixinin başlanğıcına aid etmək olar. Sosioloqların və arxeoloqların nəzərinə əsasən, bəşər həyatı məhdud ailə həyatından, meşə və mağaralardakı həyatdan başlamışdır. Həmin həyat tədricən tayfa və qəbilələrin su

səh:17


1- [21] “Fəlsəfənin ləzzətləri”.

hövzələrin kənarındakı həyatı ilə əvəz olunmuşdur. Daha sonra kəndlər və kiçik məntəqələr formalaşmış, növbəti mərhələdə şəhərlər təşkil olunmuşdur. Tədricən şəhərlərdə ölkələr və dövlətlər yaranmışdır. Göründüyü kimi bəşərin həyatı ümumdünyəviliyə doğru hərəkətdədir. Yəni zaman keçdikcə təfriqələr azalır, toplumlar artır. Bu hərəkət son əsrlərdə daha da sürətlənmişdir. Bu hərəkət müasir rabitə sistemləri sayəsində ümumdünyəviliyə doğru sürətlənməkdədir.

Sual: 17. Qəriblərin ümumdünyəviliyə (“qloballaşma”) can atmaqda məqsədi nədir?

Cavab: Belə görünür ki, üç mühüm, eyni zamanda fərqli hadisə ilə üzbəüz gəlmişik. Ya səhvən, ya da biganəlikdən hər üç hadisə ümumdünyəviləşmə adlandırılmışdır:

1. Ümumdünyəviləşmənin təbii və tədrici gedişatı;

2. Qərbin apardığı ümumdünyəviləşmə (“qloballaşma”);

3. Amerikanın apardığı ümumdünyəviləşmə.

Ümumdünyəviləşmə tədrici, təbii inkişaf yolu keçməklə hazırkı əsrdə yüksək elmi-texniki nailiyyətlərə nail olsa da, dünyanın hegemon qüvvələri tərəfindən müdaxilələrə məruz qalır. Bu proses bəzən dünya iqtisadiyyatında və siyasətində öz mənafeyini güdən qüvvələrə xidmət edir. Onlar bu prosesi qloballaşma adlandırırlаr. Bir sözlə, qərbin inkişaf etmiş sənayeçiləri qloballaşmanı, yəni ümumdünyəviləşməni öz mənafeləri üçün istifadə edirlər. Təbii ki, bu müdaxilələr uyğun prosesi təbii məcrasından çıxarır.

Xüsusi ilə də, Amerikanın apardığı qloballaşma prosesi əslində ümumdünyəviləşmə yox, аmerikalaşmadır. Onların məqsədi bütün yer üzünü Amerikaya tabe etməkdir. Əslində belə bir proses təbii ümumdünyəviləşmə ilə daban-dabana ziddir. Demək, təbii ümumdünyəviləşmə ilə Qərb və Amerikanın qloballaşması arasında qaçılmaz fərqlər mövcuddur. İqtisadiyyatın qloballaşdırılması böyük yatırımlar, hegemonçu hökmranlıq, qeyri-bərabər paylaşma ilə müşayiət olunur. Bu proyekt bütün dünyaya dünya kapitalizminin, qeyd-şərtsiz rəqabət hökmranlığının böyük qələbəsidir.

Hərbi, siyasi, hətta iqtisadi sahədə Amerikanın qloballaşma proyekti, şübhəsiz ki, onun siyasətlərinə, strateji mənafelərinə xidmət edir. Başqa sözlə, Amerikanın irəli sürdüyü qloballaşma proyektinin аmerikalaşma adlandırsaq, daha düzgün olar.

səh:18

Sual: 18. Ümumdünyəviləşmənin hansı mənfi cəhətləri var?

Cavab: Ümumdünyəviləşmə tədrici, təbii bir təkamül yolu keçib müasir dövrdə elmi-texniki tərəqqi ilə müşayiət olunan inkişaf mərhələsinə çatsa da, onun bir sıra mənfi təsirləri də var. Bu təsirlərdən bəzilərini nəzərdən keçirək:

1. Beynəlmiləl səviyyədə vahid və nüfuzlu rəhbərliyin olmaması, rəqabət və düşmənçiliyin güclənməsi;

2. Fəsadın, açıq-saçıqlığın, fahişəliyin, qərbin pozğun mədəniyyətinin yayılması və ümumbəşəri əxlaqi və mənəvi dəyərlərinin aradan götürülməsi;

3. Bəzi ölkələrdə iqtisadi tarazlığın pozulması;

4. İstehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi ilə əlaqədar işsizliyin artımı;

5. Narkotik maddə qaçaqçılığı, insan alveri kimi cinayətləri, eləcə də, SPİD kimi xəstəliklərin bütün dünyaya yayılması;

6. Qərb mədəniyyətinin digər mədəniyyətlərə hakim olub, dünya səviyyəsində yayılması.

Sual: 19. Dini mənbələrdə ümumdünyəviləşmə mövzusuna toxunulurmu?

Cavab: Qurani-Kərimdə və İslam rəvayətlərində ümumdünyəviləşmə və ümumdünyəviləşdirmə mövzularına toxunulmuşdur. Amma İslam dinində uyğun iki anlayış fərqi məna və məfhuma malikdir. Ümumdünyəviləşmə öz təbii məcrasından çıxmazsa, İslamın irəli sürdüyü ümumdünyəvi hökumət üçün zəmin yarada bilər.

İndi bu mövzu ilə bağlı bəzi ayə və rəvayətləri nəzərdən keçirək:

1. “Biz Tövratdan sonra Davudun Zəburunda da yazdıq ki, mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”(1)

2. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd edir ki, onları hökmən yer üzünə hakim edəcək. Necə ki, əvvəlkilərə yer üzünün xilafətini bağışladı. Onlar üçün bəyəndiyi din və ayin bərqərar edəcək, qorxularını əmin-amanlığa çevirəcək...”(2)

3. “O (Allah) bir kəsdir ki, Öz rəsulunu müşriklərin xoşu gəlməsə də dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərdi.”(3)

səh:19


1- [22] “Ənbiya”, 105.
2- [23] “Nur”, 55.
3- [24] “Səff”, 9.

Nəql olunur ki, həzrət Əli (ə) bu ayəni tilavət etdiyi vaxt öz yaxınlarından soruşdu: “Bu qələbə hasil olubmu?” Dedilər: “Bəli.” Həzrət buyurdu: “Xeyr, and olsun canım əlində olan kəsə, yer üzündə heç bir abadlığın qalmayacağı sübh və axşam “la ilahə illəllah” sədasının eşidiləcəyi zaman bu qələbə aşkar olar.(1) İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, bu qələbə Məhəmməd (s) ailəsindən olan Mehdi (ə) qiyamı zamanı gerçəkləşəcək. Həmin vaxt yer üzündə həzrət Məhəmmədin (s) risalətini qəbul etməmiş bir kəs də qalmayacaq.”

Sual: 20. İslamın təqdim etdiyi ümumdünyəvilik və ümumdünyəviləşmə prinsiplərinin hansı imtiyazları var?

Cavab: Qeyd olunduğu kimi, İslamda uyğun mövzulara fərqli yanaşma mövcuddur. Ümumdünyəvilik və ümumdünyəviləşmə İslamda fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən bəzilərini nəzərdən keçirək:

1. Vahid ümumdünyəvi İslam hökuməti saleh, üstün dini şəxsiyyətə malik, məsum insanların rəhbərliyi ilə idarə olunur. Həmin cəmiyyətdə Allah qanunu hakimdir. Qərbin təqdim etdiyi ümumdünyəvi hökumətə isə hegemon qüvvələr rəhbərlik edəsidir.

2. İslam baxışına əsasən, cəmiyyətdəki bütün işlərin mehvəri Allah və Onun göstərişləridir. Qərbin ümumdünyəvi hökuməti isə bəşəri qanunlarla idarə olunur.

3. İmam Mehdinin (ə) ümumdünyəvi hökuməti əxlaq, cəmiyyət, əmin-amanlıq prinsipləri üzərində qurulmuşdur. Qərbin ümumdünyəvi hökumətində isə mənəviyyata heç bir yer ayrılmır.

4. İmam Mehdinin (ə) ümumdünyəvi hökumətinin xüsusiyyətlərindən biri elmi tərəqqidir. Qərbin qloballaşmasında isə mütərəqqi texnologiyalar yalnız supergüclərin inhisarındadır. Onlar digər ölkələrin daim onlardan asılı olmasında maraqlıdırlar.

5. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti həyatı və dini təlimlərə əsaslanan hökumətdir. Hansı ki, qərb qloballaşması nəzərdə tutulmuş və ya gözlənilməyən siyasi, iqtisadi, texnoloji tərəqqinin nəticəsidir və istismarçı hegemonlarla sıx rabitədədir.

6. Həzrət Mehdinin (ə) ümumdünyəvi vahid hökuməti canişinlik prinsipinə əsaslanır, Allah tərəfindən təsdiqlənir və haqq tərəfindən

səh:20


1- [25] “Məcməul-bəyan”.

qəbul olunur. Qloballaşma isə yalnız bəşər istəyinə əsaslanır, eyni zamanda siyasi və iqtisadi fırıldaqçılıqla müşayiət olunur.

7. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti ağılın hakimiyyətidir. Qloballaşma isə nəfs istəklərinin üzərində qurulmuşdur. Zühur dövründə insanların ağılı kamala çatır.

İmam Baqir (ə) buyurmuşdur: “Bizim Qaim (həzrət Mehdi) qiyam etdiyi vaxt əlini xalqın başına qoyar, onların ağlını kamilləşdirib, düşüncələrini inkişaf etdirər.”

8. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökumətində bəşəriyyətin bilik və ağılı tərəqqi etdiyindən təbiətin bütün iqtisadi imkanları açılar, xalqın əlində geniş sərmayələr yaranar. Eləcə də, düzgün bölgü aparırlar...(1) Hansı ki, dünyaya hakim olan iqtisadi quruluşlarda dəhşətli iqtisadi problemlər mövcuddur.

9. Həzrət Əlinin (ə) buyuruğuna əsasən, Həzrət Mehdinin (ə) ümumdünyəvi vahid hökumətində möminlər onun ətrafında toplanar, həmin hakimiyyətdə bir nəfər olsun kafir və azğın şəxs tapılmaz.(2) Hansı ki, bugünkü qərb qloballaşmasında gerçək möminlərə yer yoxdur, hakimlərin ətrafında azğın insanlar toplaşmışdır.

10. Həzrət Mehdinin (ə) hökumətində zalım hakimlər, onların azğın ətrafları ciddi cəzalandırılar.(3) Çünki həzrətin hökuməti ədalət prinsipi üzərində qurulasıdır. Qloballaşmada isə vəziyyət tam başqadır. Bu prosesdə cinayətkarlar sülhməramlı, ədalətsevərlər terrorist adlandırılır.

11. Ümumdünyəviləşmə prosesi sürətlə genişlənməkdə olsa da, onun qaranlıq nöqtələri çoxdur. Jan Mari Gino bu barədə deyir: “Ümumdünyəviləşmə təcrübəsində cəmiyyətin vəziyyəti qəfildən gözü açılan korun vəziyyəti ilə müqayisə oluna bilər... Fərdin qloballaşma ilə vasitəsiz qarşılaşması sərxoş edicidir...”(4) Hansı ki, Mehdi hökumətinin xüsusiyyətləri rəvayətlərdə və hədislərdə dəqiqliklə sadalanır, bu hökumətin cəmiyyətlə bağlı proqramları yetərincə təsvir olunur. Bu hökumətə münasibətdə hansısa nöqsan tapmaq mümkünsüzdür.

12. Qərbin qloballaşması əslində qərb və Amerikanın dünyaya siyasi və iqtisadi hökmranlığından ibarətdir. Bu proses qarşıdurmalarsız və düşmənçiliksiz ötüşmür. Əslində heç bir millət bu

səh:21


1- [26] “Müntəxəbul-əsər”, s. 482; “Biharul-ənvar” c. 52, s. 338.
2- [27] “Biharul-ənvar” c. 52, s. 342.
3- [28] “Nəhcül-bəlağə”, x. 138.
4- [29] “Azadlığın gələcəyi”, s. 17.

prosesə qoşulmağa razı deyil. Hansı ki, Həzrət Mehdi (ə) hökumətinin məqsədi bütün yer üzündə qırğınların kökünün kəsilməsi və yer üzündə qırğınlara son qoyulmasıdır. Quranın buyurduğu kimi, “xalqın qorxusu əmin-amanlıq və asayişə çevriləcək.”(1)

13. İctimai və ideoloji baxımdan qloballaşma mədəniyyətlərin yaxınlaşmasından danışır. Amma aydın məsələdir ki, qərblilərin iddiasına zidd olaraq, dünya parçalanmaya doğru gedir. Mədəniyyətlərin savaşı, yeni ideologiyaların ortaya çıxması dünyanın simasını dəyişəcəkdir. Yaranmış qarşıdurmalar yer üzündə asayişi pozasıdır. Hansı ki, Həzrət Mehdinin (ə) zühuru dövründə insanlar ixtilafdan, mədəni və siyasi qarşıdurmadan çəkinəcək, xalq könüllü olaraq vahid bir mədəniyyəti qəbul edib, onun sayəsində asudə bir həyat sürəcək.

Tətbiqi xilaskarlıq

Sual: 21. Tarix məqsədsizdirmi?

Cavab: Məşhur “Qərb mədəniyyətinin süqutu” əsərinin müəllifi alman mütəfəkkiri Osvald Spinqler tarixi canlı bir varlıq kimi fərz edir və onu periodik sayır. Onun nəzərincə, hər bir tarixi dövr min il çəkir. Bir dövrün ardınca onun yerini başqa bir dövr tutur.

Onun nəzərincə, tarixi gedişatda təkamül yoxdur və tarix bir-birinin ardınca gələn mədəniyyətlər məcmusudur. Bir mədəniyyətin qürubundan sonra o biri mədəniyyət tülu edir. Əslində onun baxışına əsasən dünya tarixi mədəniyyətlərin həyat və ölümünün tükənməyən yaranış və inkişafından bir təsvirdir.(2)

Uyğun nəzəriyyəyə belə bir sual ünvanlaya bilərik: Tarixin yeni dönəmi özündən əvvəlki dönəm kimidir, yoxsa yetkinlik baxımından fərqlənir?

Əgər hazırkı dönəm əvvəlki dönəmin eyni olsa, onu həmin dönəmin davamı saymaq olar. Belə ki, yeni bir dönəmdən danışmağa dəyməz. Bir dönəmi özündən əvvəlki dönəmdən nöqsanlı saymaq gerçəkliyə ziddir. Üçüncü hal hər bir dönəmin özündən əvvəlki dönəmdən kamil olmasıdır. Sual oluna bilər ki, bu kamillik həmin dönəmin özündən qaynaqlanır, yoxsa xarici amil var? Əgər bu kamillik onun daxilindən qaynaqlanırsa, tarixin təkamül nəzəriyyəsi

səh:22


1- [30] “Nur”, 55.
2- [31] “Qərb mədəniyyətinin sübutu”

düzgündür. Dönəmin inkişafı xarici amillərlə bağlıdırsa, bu materialist bir baxışdır.

Digər bir tərəfdən, haqqında danışılan nəzəriyyə xarici gerçəkliyə ziddir. Çünki bəşər həm mənəvi, həm də maddi baxımdan təkamüldədir. Hər bir əsr özündən əvvəlki əsrin təcrübələrindən faydalanır və onu inkişaf etdirərək irəli aparır.

Sual: 22. Materialistlər dünyanın sonu haqqında nə düşünür?

Cavab: Materialistlər bəşər tarixinin gələcəyi ilə bağlı dörd nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyələrin hər birinin bəşəriyyəti səadətə çatdıracağı bildirilir:

1. Bəşəriyyətin elmi-texniki tərəqqinin vasitəsi ilə xoşbəxtliyə çatması;

2. Qanunları dəyişmək yolu ilə parlaq gələcəyin əldə olunması;

3. Yer üzünün birqütblü edilməsi yolu ilə xoşbəxtliyin təmini;

4. Materializm baxımından parlaq gələcəyin təsviri.

Sual: 23. Bəşəriyyət yeni texnologiyalar vasitəsi ilə xoşbəxt ola bilərmi?

Cavab: Bəziləri belə düşünürlər ki, bəşəriyyətin yalnız maddi dirçəlişi cəmiyyətin səadətə və rifaha çatmasını təmin edə bilər. Bu baxışa əsasən, bir o qədər də uzaq olmayan gələcəkdə bəşəriyyət xoşbəxtliyə qovuşasıdır.

Uyğun baxışa cavab olaraq deyə bilərik ki, elm bəşəriyyəti xoşbəxt etmək, ədaləti təmin etmək gücündə deyil. Bəli, elm və texnika inkişafdadır. Amma bu inkişaf insanı yalnız maddi baxımdan təmin edə bilər. Amma ədalətli bir quruluşda maddi təminat varsa, xoşbəxtlik də var. Ədalətsiz qurluşda isə maddi təminat həlledici rol oynamır.

Bəşəriyyət öz yolunu təkcə maddi baxımdan azmamışdır. Əlbəttə, problem təkcə maddi durum olsaydı, elm və texnika məsələni həll edə bilərdi. Əslində isə tamam başqa amillər var: Cilovlanmayan nəfs istəkləri; şəhvət və qəzəb; tamahkarlıq; məqampərəstlik; üstünlük istəyi; ləzzət ardınca qaçmaq.

Bir sözlə, bütün bəşərin yoluxduğu nəfspərəstlik! Buna görə də elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Doğurdan da, elm çıraqdır. Amma bu çıraqdan hansı yolda istifadə olunması mühümdür. Elm yanacağı ağıl olan bir çıraqdır. O hədəfi müəyyənləşdirmir, sadəcə, hədəfə çatmaq üçün vasitədir.

səh:23

Yenə də Vill Dorantın məşhur sözü yada düşür. “Biz texnika baxımından güclənmişik, məqsəd baxımından yoxsullaşmışıq.”

Bu səbəbdən də elm və texnologiya zalım hökumətin ixtiyarına verildikdə bəşəriyyət bir sıra problemlərlə üzləşir. O cümlədən bu hökumət:

1. Bəşərin məhvinə aparır;

2. Yalnız varlı təbəqənin rifahı üçün sə`y göstərir;

3. Ədalətsiz olduğundan elm bəşəriyyətə zülm üçün vasitəyə çevrilir.

Sual: 24. Dünyanın sonunda liberalizm hakim ola bilərmi?

Cavab: Bəzi qərb mütəfəkkirləri iddia edirlər ki, bir gün bütün yer üzündə liberalizm, yəni hərcəhətli azadlıq hakim olacaq. Onlar liberalizmi bəşəriyyət üçün yeganə xilas yolu bilirlər. Liberalizmin mədəni, siyasi və iqtisadi növləri varsa da, adətən, birinci mənadakı liberalizm nəzərdə tutulur.

Sual: 25. Tarixin sonu barədə Fokoyama nə düşünür?

Cavab: Amerikada yaşayan müasir Yapon yazıçısı Fokoyama tarixin sonunda Hegel tarixinə əsaslanan bir nəzəriyyənin hakim olacağını bildirir. O deyir: Tarix kamilləşməkdədir; Bu təkamül həm mənəvi, həm də maddidir; hər iki kamilləşmə tarixin sonuna aparır; mənəvi kamillik 1806-cı ildə Napoleonun məğlubiyyət dövrünə təsadüf edir; maddi kamillik təxirə düşmüşdür, hazırkı liberalizm dövrü hegel tarixinin sonudur və bəşər xoşbəxtliyinin qaynağıdır.(1)

Bu baxışa münasibətdə belə deyə bilərik:

1. Bu nəzəriyyə tarixin sonu ilə bağlı İslam baxışlarını nəzərdən qaçırmışdır.

2. Bu irqçi düşüncə Amerikanın öz xarici və daxili siyasətində xoşbəxtliyə çatdığına və bu xoşbəxtliyi bütün dünyaya dadıracağına inanır.

3. Bu nəzəriyyəyə əsasən,kim qalibdirsə, o da üstündür. Hansı ki, tarixdə bir çox qaliblər zalımlar zümrəsindən olmuşdur.

Sual: 26. Marşal Mak Lovhan liberalizm hakimiyyətini necə təhlil edir?

Cavab: O dünyanın gələcəyi və liberalizm haqqında belə deyir:

səh:24


1- [32] “Xarici siyasətdə nəzəri araşdırmalar”, s. 182.

a) Əməliyyat və informasiya inqilabı bəşəriyyətin bir-biri ilə rahatca əlaqə saxlamasına səbəb olmuşdur.

b) Belə bir yaxınlıq təbii olaraq vahid ümumdünya hökumətinin təşkilini zəruriləşdirir.

v) Bu məntəqənin mədəniyyəti və ictimai quruluşu öz hakimiyyətini müəyyənləşdirir.

q) Liberalizm düşüncəsi bütün ideologiyalardan daha çox maraq doğurmaqdadır.

d) Qalib düşüncə tərzi yayıldıqca digər ideologiyalar və düşüncələr onda həll olacaq.

Nəticə: Tarixin sonunda liberal demokratiya ideologiyası qalib ideologiya olacaq.(1)

Yuxarıdakı mülahizələrə cavab olaraq deyə bilərik ki, böyük informasiya inqilabına heç bir şübhə yoxdur. Amma bunu da qeyd etməliyik ki, hamının bir-biri ilə əlaqə saxlaya bilməsi xoşbəxtlik deyil. Xoşbəxtliyin digər amilləri və dəlilləri mövcuddur.

Liberalizm vahid dünya hökumətinin ehtiyaclarına cavab verə bilmədiyindən belə bir hakimiyyətə iddialı ola bilməz. Demək olar ki, bütün dünya mütəfəkkirləri yalnız dünya və insan həqiqətini özünə ehtiva edən bir məktəbin ümumbəşəriliyinə inanırlar. Tarixin sonunadək yaşamaq istəyən məktəb dünya və insanı olduğu kimi tanımalı, onları düzgün dəyərləndirməlidir.

Liberalizmin də Marksizm kimi problemləri var. Bu iki məktəb insan fitrəti ilə bir araya sığmır. Onlar insanın əslini görməməzliyə vurub, işə ortadan başlamaq istəyirlər.

Bu gün qərbin aparıcı ideologiyalarında mövcud olan nöqsanları üzə çıxarmaq asan deyil. Çünki qərbin bər-bəzəkli zahiri insanların göz və qulağını tutmuşdur.

Olsun ki, dünyada ən çox nailiyyət qazanmış dövlət Amerikadır. Maddi baxımdan bu ölkə digərlərindən öndədir. Amma doğurdanmı Amerika idealdır? Amerika və qərbin bir çox problemləri var. Bu problemlərdən bəzilərini nəzərdən keçirək:

1. Məqsədsizlik – liberalist ölkələrdə, hətta Amerikada etiraf olunur ki, cəmiyyətə puçluq ruhiyyəsi hakimdir. Yəni gündəmdə “biz hara gedirik”, “biz nə axtarırıq” kimi suallar durur. Bu sayaq ciddi sualları doğuran hakim ideologiyaların cəmiyyət və insanı düzgün dəyərləndirməməsi, mənəviyyata diqqətsizliyidir.

səh:25


1- [33] Həmin mənbə, s. 271.

2. Ailə böhranı – cəmiyyətin ilkin hücеyrәlәri ailədir. Bəşər cəmiyyətində bu hücеyrәlәrin ən zəifi qərbdədir. Artıq qərbdə ailə heç bir əhəmiyyət daşımır. Qərb cəmiyyətində ailə yox, fərd əsas götürülür. Bu səbəbdən də həmin cəmiyyətlərdə qanunsuz doğulan körpələrin sayı təsəvvür olunmayacaq həddə çatmışdır.

3. Pis vərdişlər – qərb cəmiyyətindəki puçluq ruhiyyəsi gənc nəsli pis vərdişlərə yoluxmuşdur. Əgər gənclərin spirtli içkilərə aludəliyi ilə bağlı statistikaları nəzərdən keçirsək, bu rəqəmlər bizi dəhşətə gətirər. Bəli, pis vərdişlərə, alkoqolizmə və narkotikaya çıxış yolu kimi baxan qərb cəmiyyəti məhv olmaqdadır.

4. Amansızlıq – amansızlıq ruhiyyəsi yalnız gənclərdə yox, hətta uşaqlarda tüğyan edir. Xüsusi ilə Amerikada hər an gənclərin və uşaqların törətdiyi vəhşiliklərə şahid ola bilərik. Əgər bu hadisələr bütün dünyaya nümayiş etdirilsə, həmin cəmiyyətlərdəki problemlərin dərinliyindən xəbər tutarıq.

5. Əmin-amanlığın olmaması – xüsusi ilə Amerikanın əksər böyük şəhərlərində şəxsiyyətini azca qoruyan insanlar axşam düşəndən bayıra çıxmırlar.

7. Yoxsulluq – Amerikada rəsmi statistik göstəricilərə görə xalqın 13 -14 faizi yoxsulluqdan aşağı səviyyədə yaşayır. İki yüz əlli milyonluq bir cəmiyyətdə bu faizin arxasında otuz-qırx milyon insan dayanır. Hansı əsasla belə bir cəmiyyət ideal sayılmalıdır?

8. Cinsi azğınlıq – ailə təməli dağıldıqdan, insanların əksəri ümidsizliyə qapıldıqdan sonra, xüsusi ilə Amerika cəmiyyətində cinsi azğınlıq zirvə həddinə çatmışdır. Qeyri-qanuni uşaqların doğulması qərbi, xüsusi ilə Amerikanı ağuşuna almış ən böyük bəlalardandır.

9. Çərçivəsiz informasiya şəbəkəsi – Amerika və qərbin ciddi problemlərindən biri onlardakı informasiya şəbəkəsinin heç bir hədd-hüdud gözləməməsidir. Təəssüf ki, digər ölkələrdə də uyğun halın təqlidi ilə rastlaşırıq. Hazırda qərb informasiya şəbəkəsi tam açıq-saçıqdır. Bu şəbəkələrdə əxlaqsızlıq təbliğ olunur, insanların şəxsiyyəti alçaldılır. Əksər insanlar öz şəxsi məsələlərinin bu şəbəkələrdə yayımlanacağından qorxu keçirir.

10. Yetərsiz təhsil sistemi – qərb və Amerikanın bütün dünyaya yeritmək istədiyi təhsil sistemi əslində tam yetərsizdir. Qərbin əksər

səh:26

təhsil müəssisələrində mühacirlər çalışır və onlar öz maaş müqabilində maşın tək işləyirlər.

11. Xəstə iqtisadiyyat – bəziləri elə düşünürlər ki, qərb iqtisadi baxımdan dünyanın behiştidir. Hansı ki, Amerika dünyanın ən böyük borcu olan ölkəsidir. Onun daxili və xarici borclarının miqdarı insanın ağlını başından çıxarır. Əlbəttə ki, bu borclar çox mahir şəkildə ört-basdır edilir.

12. Dünya bazarlarından asılılıq – Amerika sənayesi asılı bir sənayedir. Bu sənayenin dünya bazarı ilə əlaqələri qısa müddət kəsilərsə, o iflic olar.

Əgər liberalizmin hakim olduğu qərb və Amerikada vəziyyət belədirsə, hansı əsasla onlardan nümunə götürmək olar?!

Sual: 27. Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?

Cavab: “Üçüncü dalğa” kitabının müəllifi amerikalı jurnаlist Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir:

a) Dövrümüz “ən çox” dövrüdür. Ən çox tamaşaçısı olan film ən yaxşı film sayılır...

b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya səhnəsində siyasi qüdrət idi. Getdikcə siyasətin yerini iqtisadiyyat tutdu. Bir gün iqtisadiyyat öz yerini elmə verəsidir. Çünki gələcəkdə dünya səhnəsində yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət sahibi olacaqlar.

v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri qərb olacaq.

q) Liberal demokratiyanın nöqsanları olsa da, bəşər cəmiyyəti üçün ən yaxşı yol bu ideologiyadır.

Nəticə: Dünyanın gələcəyi qərb liberalizminindir.

Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik:

1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər

2. Birinci müqəddimədə insanın istəyi istənilən bir şeyin meyarı sayılır. Hansı ki, ölçü əqlin hökmü və nəql olunanlardır. Allah-təala buyurur: “Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur ki, zərərinizə olan bir şey istəyirsiniz.”(1)

3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət meyarı sayılır. Hansı ki, zor gücünə siyasi hökmranlıq və xalqın istismarı iğtişaş və istibdaddan savay ərmağan gətirmir.

səh:27


1- [34] “Bəqərə”, 216.

4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu?

5. Siyasi nəzəriyyəçinin vəzifəsi gələcək haqqında öz zənn-gümanını bəyan etmək yox, cəmiyyətin xeyrini nəzərə alaraq proqram hazırlamaqdır.

6. Kapitalizm quruluşu cəmiyyətə xoşbəxtlik, yoxsa ciddi təbəqələrarası qarşıdurma gətirib?

Elə buna görə də Tafler belə deyir: “Cəmiyyətimizin (qərb cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur.”(1)

Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür?

Cavab: Qərb nəzəriyyəçisi Samuel Hantinqton tarixin sonu haqqında deyir:

a) Gələcəkdə millətlər və qruplar arasında baş verəcək əsas qarşıdurma ideologiya və iqtisadiyyat sahəsində yox, mədəniyyət, sivilizasiya sahəsində olacaq.

b) Dünyada səkkiz mədəniyyət cərəyandadır: qərb, konfusiçilik, yapon, İslam, Hindu, Slavyan, Ortodoks, Latın Amerikası mədəniyyətləri.

v) Mədəniyyətlərin dialoqu mühümdür.

d) Mədəni özünüdərk tərəqqidədir.

q) Qərbin rəftarı digər mədəniyyətlərdə özünüdərkin tərəqqisinə səbəb olmuşdur.

ş) İslam və qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır.

c) Sonda İslam və konfusiçilik birləşərək qərb mədəniyyətinə qarşı duracaq.

Nəticə: Mədəniyyətlərin savaşı dünya savaşının son təkamül mərhələsidir və sonda qərb mədəniyyəti qalibdir.(2)

Uyğun baxışa iradlarımızı bildiririk:

1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir.

2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir.

3. Nəzəriyyəçi “sivilizasiya” anlayışını “mədəniyyət” anlayışı ilə qatışıq salır. Hansı ki, bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və görünən tərəfləri var. Mədəniyyət isə daha çox zehn və mənəviyyata aiddir. Sənət, fəlsəfə, hikmət, ədəbiyyat, e`tiqad mədəniyyətin əhatə

səh:28


1- [35] “Modern mədəniyyətə doğru”. Elvin və Haydi Tafler, s. 96, 97
2- [36] “Mədəniyyətlər üzbəüz”, s. 22, 23.

dairəsindədir. Sivilizasiya isə daha çox insanın cəmiyyətdəki maddi ehtiyaclarını əks etdirir. Sivilizasiya daha çox ictimai, mədəniyyət isə fərdi yönümə malikdir. Sivilizasiya insanın cəmiyyətdəki təkamülünü təmin edir. Mədəniyyət isə fərdi təkamül yönümünü işıqlandırır. Sivilizasiya və mədəniyyət əlaqəli də olsa, fərqli anlayışlardır.

4. “Nəzəriyyəçi qərbə aydın bir tərif vermək əvəzinə, onu Amerika mehvər olmaqla vahid bir mövcud sayır. Hansı ki, Bzejinski qərb nizamındakı daxili fəsadı Amerikanın qüdrətini hədələyən bir amil kimi göstərir.

5. Nəzəriyyəçi iki mədəniyyət arasındakı ziddiyyəti tarixi zərurət sayır və bu ziddiyyətin aradan qaldırılmasını mümkünsüz bilir. Beləcə, qərb İslam sivilizasiyasının çiçəkləndiyi ölkələrə qarşı hərbi qüdrətini gеnişlәndirir. Hansı ki, mədəniyyət ixtilafı adlanan bu ixtilaf qərbin çirkin siyasətindən qaynaqlanır. Bu ixtilafları məsihilik və İslamın ayağına yazmaq olmaz. Vill Dorant deyir: “Məhəmməd (s) məsih dini ardıcıllarına nöqsan tutsa da, onlara qarşı nikbin münasibətdədir. O, məsih ardıcılları ilə öz ardıcılları arasında dostluq rabitələrinin olması istəyindədir.37

Robson deyir: “Yalnız müsəlmanlar öz dinlərinə möhkəm bağlanmaqla digər dinlərlə müdara ruhunu saxlaya bilirlər.”(1)

Adam Metz isə belə deyir: “İslam hakimiyyəti dövründə kilsələr və sovmiyələr elə tə`sir bağışlayırdı ki, sanki məsihi hakimiyyətindədirlər. Bir çox ölkələrdə mövcud olan bu sayaq müdara ənənsi qərbə heç orta əsrlərdə də tanış deyildi.”(2)

Sual: 29. Mütərəqqi bəşəri qanunlar insanı kamilləşdirə bilərmi?

Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyət tarix boyu qazandığı təcrübələr əsasında onu xoşbəxtliyə çatdıracaq qanunlar tənzimləyə bilər. Guya, çətinlikləri araşdırıb, onların həlli yolunu müəyyənləşdirməklə son məqsədə yetişmək mümkündür.

Uyğun mülahizələrə belə cavab vermək olar:

1. Bəşəriyyət vəhy və qeyb aləminin yardımı olmadan hansı yolun daha xeyirli olduğunu müəyyənləşdirə bilməz. Vəhyə müraciət etmədən İslami göstərişləri əldə etmək mümkünsüzdür.

səh:29


1- [38] “İslam və qərb mədəniyyəti”, c.1, s. 141.
2- [39] “İslamda rəngarənglik və azadlıq”, s. 68.

2. Bir qrupun və şəxsin mənafeyinə xidmət edən qanunlar, adətən, cəmiyyətin ehtiyaclarına cavab vermir. Bütün bəşəriyyətin ehtiyaclarına cavab verəcək qanunları yalnız ilahi məqama malik olanlar tənzimləyə bilər.

3. İnsanlar arasında düşüncə və səliqə fərqləri olduğundan vahid qanunların tənzimlənməsi mümkünsüzdür.

Sual: 30. Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi?

Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.

Dünyanın təkqütblü edilməsi hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir.

Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: “Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin.” Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi. Yunan yazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: “Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.”

Amerika filosofu Vilyam Luid (1838) deyir: “Nə qədər ki, dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc yanaşı yaşayışa nail olmayacaq.”(1)

Məşhur İtalyan ədibi Dante deyir: “Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır.”(2)

Rassel deyir: “Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır.”

Ata Corc Buş deyir: “Dünyanın yeni nizamı birləşmiş ştatların rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O konqresdəki çıxışında belə demişdir: “Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır.”

İradlarımız:

səh:30


1- [40] “İslam və əql”, s.210.
2- [41] “Həmin mənbə”.

1. Amerikanın özündə Birləşmiş Ştatların dünyaya hakimliyinin mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var.

Bzejinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: “Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir çox sahələrdə təhlükədədir.”

2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir.

3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt biganələrin hakimiyyətini qəbul etməyəcək.

Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumdünya ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər.

Sual: 31. Marksistlər tarixin təkamülünə hansı üsulla don geyindirirlər?

Cavab: Marksistlər tarixi təbiətin bir hissəsi sayırlar. Onların nəzərincə, tarix təbiətin taleyini yaşayır. Mərhum Şəhid Mütəhhəri Marksistlərin uyğun mövzu ilə bağlı baxışı haqqında deyir: “Tarix daimi bir cərəyan, insan, insan təbiəti və cəmiyyət arasındakı rabitə, inkişafda olan qüvvələrlə tənəzzüldə olan qüvvələr arasında daimi bir çəkişmədir. Sonda sərt və inqilabi bir cərəyan bu gedişi inkişafda olan qüvvələrin xeyrinə başa vuracaq. Bir sözlə, tarix ziddiyyətlərin təkamüllə nəticələnən çəkişməsidir...

Fikri donmuş, keçmişə bağlı bir güruhla gələcəyə bağlı, düşüncəsi işıqlı güruh arasında çəkişmə güclənir və nəhayət, partlayış həddinə çatır. Cəmiyyət inqilabi bir addımla keçmiş quruluşu yeni quruluşla əvəz edir. Beləcə, tarixin yeni bir mərhələsi başlayır.

Tarixin bu yeni mərhələsi də tale baxımından ötən mərhələyə oxşayır... Bu mərhələ də öz yerini onu inkar edənə verir. Tarix bu sayaq təbiətə oxşar şəkildə ziddiyyətlər arasından ötüb keçir.

Təbiət və tarixə münasibətdə bu sayaq düşüncə tərzi dialektik təfəkkür adlandırılmışdır. Çünki onlar bütün ictimai dəyərləri istehsal vasitələrinə bağlı bilirlər. Biz tarixə bu sayaq baxışı “alət baxışı” adlandırırıq. “Alət baxışı” dedikdə tarixi proseslərə münasibətdə

səh:31

«xüsusi təfəkkür tərzini» nəzərdə tuturuq. Bu tarix “tarixi materializm” adlandırılmışdır...”(1)

Dialektik üsulla tarixin təkamülünə don geyindirilməsinə müəyyən iradlarımızı bildiririk:

1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz. Çünki istehsal vasitələrinin təkmilləşdirilməsi öz növbəsində fitri kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.

2. Tarixi təkamülə istehsal vasitələri prizmasından baxış bütün dini, əxlaqi və insani dirçəlişləri təhrif edir. Bu nəzəriyyə insanlıq məqamına xəyanət kimi dəyərləndirilir.

3. Tarixi gerçəkliklər bu nəzəriyyənin puçluğunu sübuta yetirir. Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar da, sosializmə keçmədilər.

4. Tarixə dialektik baxış problemlər və böhranlar yaratmaq məqsədi ilə aranı qarışdırır.

5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə kamilləşir. Hansı ki, bu baxış yanlışdır. Çünki uyğun hərəkətin əsas amili insandır və insan azad varlıqdır. Tarix bəzən irəli gedir, bəzən geri qalır. Bəşərin sivilizasiya tarixi bir silsilə tərəqqi, sonra tənəzzüldən başqa bir şey deyil.

6.Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa, iman və ideologiyaya doğru uzanmışdır. Seyyid Məhəmməd Sədr deyir: “Hərəkət daim inkişafa doğru olmur. Bəzən geriyə hərəkət də müşahidə olunur. Necə ki, dəmir rütubətə düşdükdə torpağa çevrilir. Bəzən də hərəkət heç bir səmərə vermir. Necə ki, qədim cəmiyyətin bəzi qalıqları hələ də inkişaf etməmişdir...”(2)

Sual: 32. Tarixin təkamülünə insani-fitri baxış nədir?

Cavab: İnsani-fitri baxış alət-dialektik baxışla daban-dabana ziddir. İnsani-fitri baxışa əsasən istər fərd, istər cəmiyyət üçün insani dəyərlər əsasdır. Bu baxışa əsasən, insanın daxilində bir silsilə münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın torpağa, suya və işığa olan ehtiyacı kimidir. Ağac sadalanan xarici amillərdən

səh:32


1- [42] Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı”, s. 18, 21.
2- [43] “Əlyəvmul-məvud”, s. 83.

kömək alaraq öz yolunu gedir. Demək, insan yenidən qurulmamalı, sadəcə, inkişaf etdirilməlidir.

Bu baxışa əsasən, tarix də təbiət kimi öz xarakterinə uyğun kamilləşməkdədir. Təkamül həm təbiətin, həm də tarixin içindən qaynaqlanır. İnsan hərtərəfli təkamülə malik olduğundan tədricən mühitə bağlılıqlardan xilas olur. Onun maddi bağlılıqları zaman keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf ideoloji bağlılıqlara malik olur. Daxili fərdi ziddiyyət insanın xüsusiyyətlərindəndir. Onun daxilindəki maddi yönümlə ruhani yönüm mübarizədədir. Bu hisslərdən biri insanı aşağı, digəri yuxarı çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı yüksəyə qaldırmaqla fərd çərçivəsindən çıxarır. Yuxarıya meyl bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.

Keçmiş və gələcək tarix boyu insanın çəkişmələri tədricən ideoloji xarakter alır. İnsan zaman keçdikcə öz kamal mərhələsinə, “ideal insan, ideal cəmiyyət” mərhələsinə yaxınlaşır. Bu təkamülün son istəyi İslamın “Mehdi (ə) hökuməti” adlandırdığı kamil hökumətdir. Həmin mərhələdə insan üçün heç bir batil, heyvani, eqoist hökumətdən əsər qalmır.

Demək, insan ilahi xaraktera malik bir mövcuddur. Onun haqpərəst, özünəhakim, təbiət və mühitin məcburiyyətindən azad bir təbiəti vardır. Marksizm isə insanın zatən şəxsiyyətli olduğunu qəbul etmir, onu hiss və meyl baxımından fərqli mövcud saymır. Bu səbəbdən də marksizm ideologiyasına əsasən, insan maddi, zora məhkum bir mövcuddur, maddi şəraitin əsarətində olan istehsal vasitəsindən başqa bir şey deyil. Guya insanda mövcud olan müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.

Sual: 33. Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə ehtiyac var?

Cavab: Hər bir islahatçı hökumətin hərəkatın əvvəlindən sonunadək onun önündə getmiş rəhbərə ehtiyacı var. Heç bir qiyam və hərəkat rəhbərsiz həyata keçib yaşamır. Əgər ən kiçik hərəkatlarda rəhbərə bir bu qədər ehtiyac varsa, bütün dünyanı bürüyəcək islahatçılığın, şübhəsiz ki, rəhbərə ehtiyacı qaçılmazdır. Böyük ilahi məqsədi həyata keçirəcək qurumun yaradılması və ona nəzarət üçün bütün zəruri şərtlərə malik rəhbərə ehtiyac var. Bütün yer üzündə ədaləti bərpa edə biləcək bu rəhbər yalnız zühuru vəd olunmuş həzrət Mehdidir (ə).

səh:33

Sual: 34. Yer üzündə ədaləti bərpa edəcək şəxsin hansı xüsusiyyətləri olmalıdır?

Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək şəxsin bu mühüm vəzifəni həyata keçirə bilməsi üçün müəyyən xüsusiyyətləri olmalıdır: Öz dəvətində doğruçu olmalı; düzgün və yığcam plan əsasında hərəkət etməli; heç bir zəif nöqtəsi olmamalı; pak məqam sahibi olmalı; Allah tərəfindən təsdiqlənməli; fədakar köməkçilərə malik olmalıdır.

Məşhur Fransa ədibi Volter deyir: “Əgər insana saleh bir şəxs hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə o insan vətənsiz kimidir.”(1)

Məşhur İrlandiya mütəfəkkiri Bernard Şou bəşəriyyətin xilaskarı haqqında deyir: “O diri, böyük qüvvə və kamil ağıl sahibi, xalqı özünə cəzb edə biləcək ən ali insan olmalıdır. Onun ömrü uzundur, üç yüz ildən çox...”(2)

Sual: 35. Quran tarixin təkamülünü necə qiymətləndirir?

Cavab: Qurani-Kərimi nəzərdən keçirdikdə görürük ki, bu ilahi kitab tarixin təkamülündə insani-fitri prinsipi əsas götürür. Quranda bildirilir ki, yaranışın əvvəlindən haqq və batil arasında savaş olmuşdur. Quran bir tərəfdən İbrahim, Musa, İsa, Məhəmməd (ə) və onun mömin ardıcıllarının mübarizəsini xatırladır, digər bir tərəfdən Nəmrud, Firon, yəhudi zalımları, Əbu-Süfyan kimilərinin müxalifətini yada salır. Bu mübarizədə bəzən haqq, bəzən batil qalib gəlir. Əlbəttə ki, bu qələbə və məğlubiyyətlərin bir sıra ictimai, iqtisadi və əxlaqi amilləri olmuşdur.

Quran baxımından, tarixin əvvəlindən mövcud olmuş cihad maddi yox, mənəvi və insani mahiyyətə malik olmuşdur.

Sual: 36. Quran baxımından parlaq gələcəyin hansı xüsusiyyətləri var?

Cavab: İslamda parlaq gələcəyin bir sıra xüsusiyyətləri var:

1. Bəşəriyyətin gələcəyinə nikbinlik; 2. Ədalətin genişlənməsi; 3. İnsanın insanla rabitəsi; 4. Qanuna münasibətdə insanlar arasında kamil bərabərliyin yaranması; 5. Təbii sərvətlərdən bəhrələnmə və beytül-malın bölüşdürülməsi; 6. Bəşəriyyətin düşüncə baxımdan

səh:34


1- [44] “İslam və əql”, s. 210.
2- [45] “Bernard Şou”, “Abbas Mahmud İqad”, s. 124, 125.

yetkinləşməsi; 7. Bütün yer üzündə abadlıq; 8. Dünya ədalət hökumətinin sayəsində savaşlara son qoyulması; 9. Yeni ayin və üsul; 10. Bütün cəmiyyətlərdə tövhid prinsipinin yayılması.

Sual: 37. İnsanların təkamül yolu parlaq gələcəyə ümid verirmi?

Cavab: Şübhəsiz ki, səthi nəzər saldıqda dünyanın faciəyə doğru getdiyini görürük. Amma diqqətlə baxdıqda uzaq üfüqlərdə qurtuluş sahilinin nişanələri gözə dəyir.

İnsan özünü tanıdığı gündən heç vaxt aram həyat sürməmişdir. O, daxili bir amilin təhriki ilə özünü və yaşadığı cəmiyyəti irəli aparmağa çalışmışdır. Bu böyük amil insanı aram buraxmayıb həmişə təkamülə sövq edəsidir. O, insandakı qüvvələri problemlərlə mübarizəyə səfərbər edir, insanı maddi kamilliklərlə yanaşı əxlaqi kamilliklərin də mövcud olduğu cəmiyyətə doğru çağırır. Həmin cəmiyyətdə savaşdan, çəkişmədən, viranlıqdan, bir sözlə, təkamülə zidd olan bir şeydən əsər yoxdur. Həmin cəmiyyətdə yalnız sülh və ədalət hakimdir. Həmin cəmiyyətdə yaşayan insanda maddi və mənəvi təkamülə mane olan təcavüz və istismar ruhundan əsər yoxdur.

Sual: 38. Yaranış nizamı bəşəriyyətə parlaq gələcək üçün ümid verirmi?

Cavab: Varlıq nizamı müxtəlif nizamlar məcmusudur. Bütün varlıq aləminə hakim olan nizamlı və ümumi qanunların mövcudluğu bütün varlıq aləminin vahid bir tam olduğunu göstərir. Varlıq aləmindəki nəzm, qanun və hesab onun əsas xüsusiyyətlərindən sayılır.

Bu aləmin tərkib hissəsi olan insan ümumi yoldan çıxıb, istisna bir yol tuta bilərmi?

Əgər bütün varlıq aləmi vahid proqram əsasında hərəkətdədirsə, bəşər cəmiyyəti hərc-mərclik, zülm-sitəm yolunu seçməklə bu yoldan kənara çıxa bilərmi?

Görən aləmdəki ümumi vəziyyət bəşəriyyəti ümumi nizama tabe olmaq barədə düşündürməməlidir? İnsan ətrafdakı qanunauyğunluqları nəzərə alıb öz fitri yoluna qayıtmağa, varlıq aləmi ilə həmrəng olmağa borclu deyilmi?

Nəticə: Yaranış nizamı insanların düzgün bir ictimai quruluşu qəbul etməsi üçün dəlildir.

səh:35

Sual:39. Təsirin əks təsir doğurması təkcə fizikaya aid qanun deyil. Divara vurulan cisim həmin qüvvə ilə üstümüzə qayıdır. Uyğun qanun cəmiyyət üçün də öz gücündə qalır. İstənilən bir inqilabı doğuran amil inqilabdan öncə həmin cəmiyyətdəki təzyiqlərdir.

Bu qanun bizə deyir: Dünyanın bugünkü durumu inqilab vəd edir. Müharibələr, zülm-sitəmlər, ayrı-seçkiliklәr, ədalətsizliklәr vә təzyiqlәr bir gün öz cavabını tapmalıdır. Bir gün baş verəcək inqilab, şübhəsiz ki, dünyanın bu gün qarşılaşdığı zora cavab verəsidir.

Sonda, zora cavab istəyi millətlərin günbəgün artan agahlığı sayəsində cəmiyyətlərin batinindən vulkan kimi püskürəcək, bu gün dünyada hakim olan quruluşlar yenisi ilə əvəzlənəcək. Yeni nizamda nə silahlanma yarışı olacaq, nə də bugünkü yorucu dartışmalar. O, bəşər cəmiyyətinin xoşbəxt gələcəyindən xəbər verən digər bir işartıdır.

Sual: 40. İctimai zərurətlər cəmiyyəti sülh və ədalət çalarlı həyata sövq etmirmi?

Cavab: İctimai zərurət dedikdə bəşər cəmiyyətinin elə bir mərhələyə çatması nəzərdə tutulur ki, həmin mərhələdə nəyəsə ciddi bir ehtiyac yaransın. Amma bu zərurət o qədər ciddi olmalıdır ki, onu ən azı mütəfəkkirlər və rəhbərlər qəbul etsinlər. Uyğun hal ictimai şüurun yuxarı səviyyəyə çatmasından asılıdır. Daha sonra cəmiyyətdə elə bir durum yaranmalıdır ki, artıq əvvəlki kimi yaşamaq mümkünsüz olsun.

XVII və XVIII əsrlərdə elm və texnikanın sürətli inkişafını müşahidə edən insanlar elə düşünürdülər ki, XX əsr behişt olacaq. Kimsənin ağlına gəlmirdi ki, texnologiya dövrünün insanı yoxsulluq içində yaşayacaq. Bəli, elm və texnologiya inkişaf etdikcə yeni problemlər yarandı. Dünya müharibəsi ifriti elm və texnologiya tərəqqisini öz dəhşətli kölgəsi altında qoydu. Həyatın nə dərəcədə təhlükəli olduğunu insanlar yalnız indi anlamağa başlamışdır. Artıq insanlar anlayırlar ki, gözlənilən təhlükələrin qarşısını almaq üçün mövcud qanunlar yetərsizdir və yeni bir nizama ehtiyac var.

Artıq bir zaman çatıb ki, dünyadakı silahlanma yarışına, günbəgün artan çaxnaşmalara son qoymaq, dünyanı növbəti müharibə təhlükəsindən xilas etmək üçün ümumdünya ədalət hökumətinin varlığı zərurətə çevrilir. Artıq hamı hiss edir ki, saxta sərhədlər aradan götürülməli, bütün dünya əhli vahid bir bayraq altında vahid qanunlarla yaşamalıdır.

səh:36

Təsirin əks təsir doğurması qanunu ümumdünyəvi bir hökumətin zəruriliyini göstərən digər bir amildir. Bu amil dünya əhalisini sülh və ədalət dolu bir həyata çağırır.

Sual: 41. Cəmiyyəti dəyişmək üçün tədrici islahatlar bəs edir, yoxsa köklü inqilab lazımdır?

Cavab: İctimai islahatların hansı yolla həyata keçirilməsi fərqli münasibətlər doğuran bir məsələdir. Bir çoxları “reformizm” adlanan tədrici islahatların tərəfdarıdır. Digər bir qrup cəmiyyətlərdəki çaxnaşmaların qarşısının yalnız inqilab yolu ilə aradan qaldırılmasını mümkün sayır. Digərləri isə belə deyir: “Cəmiyyətlərdəki fəsad dərəcəsi fərqlidir. Tamamilə fəsada uğramış cəmiyyətlərdə tədrici islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə vəziyyəti yalnız köklü inqilab dəyişə bilər. Üçüncü baxışın daha çox tərəfdarı var. Bu baxışa əsasən:

1. Tədrici islahatlar həmişə sağlam bünövrə və nümunələr üzərində qurulur. Əks-təqdirdə yeni nümunələr və bünövrələr soraqlamaq lazım gəlir.

2. Tədrici islahatlar yalnız sağlam yolla gerçəkləşir və bu prosesdə cəmiyyətdən düşüncə hazırlığı tələb olunur. Belə bir zəmin olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.

3. Fəsadın kök atdığı cəmiyyətdə qüdrət ünsürləri islaha mane olur. Cəmiyyətin bütün həssas mərkəzləri onların əlindədir və onlar istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.

4. Əzəmətli inqilabi qüvvəni, adətən, uzun müddət eyni hərarətdə saxlamaq olmur. İnqilabi qüvvədən vaxtında istifadə olunmadıqda o öz gücünü itirir.

5. Tarixdən məlum olur ki, fəsadın kök atdığı cəmiyyətlərdə həmin cəmiyyətin düşüncə sahibləri, xüsusi ilə peyğəmbərlər və övliyalar inqilab yolunu seçmişlər.

Dünyanın zülm-sitəm üzərində qurulmuş bugünkü vəziyyətini islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.

Sual: 42. Ümumdünya ədalət hökumətinə çatmaq üçün hansı hazırlığa ehtiyac var?

Cavab: Biz nə qədər nikbin və ümüdvar olsaq, bilməliyik ki, dünyada kök atmış siyasi oyunbazlığı və istismarçılığı aradan

səh:37

götürmək, bəşəriyyəti vahid bir bayraq altında toplamaq üçün ümumi hazırlıq zəruridir. Son əsrdə baş vermiş sürətli dəyişikliklər belə bir hazırlığın hələ ki əlçatmaz olduğunu göstərmir. Hər halda dünyanın belə bir hökuməti qəbul etməsi üçün aşağıdakı hazırlıqlara ehtiyac var:

1. Düşüncə və mədəniyyət hazırlığı: Yəni dünya əhalisinin düşüncəsi elə inkişaf etmişdir ki, məsələn kimsə üçün irqi, milli, coğrafi fərqlər mühüm olmasın.

2. İctimai hazırlıq: Bəşəriyyət zülmdən yorulmalı və can-dildən ədalət istəməlidir.

3. Texnoloji hazırlıq və rabitə hazırlığı: İnkişaf etmiş sənaye olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür.

Bəli, əgər möcüzə ilə gerçəkləşirsə də, nəzərdə tutulan quruluş inkişaf etmiş texniki vasitələrsiz təsəvvür olunmur. Unutmayaq ki, möcüzə ictimai nizamın daimi idarəsi üçün, səmavi bir göstərişin haqq olmasını sübuta yetirmək üçündür.

Fərəc (həzrət Mehdinin (ə) zühuru ilə qurtuluş) intizarı

Sual: 43. İntizar nə deməkdir?

Cavab: İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsə eşq çox olduqca görüşə hazırlıq səviyyəsi də yüksəlir. İntizarı çəkilən şəxsin (müntəzirin) yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.

Sual: 44. İntizarın hansı xüsusiyyətləri var?

Cavab: İntizar ilkin olaraq həyat xüsusiyyətidir. İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidlə çox bağlıdır. Belə ki, intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. Hazırkı həyat sabah və sabahlara doğru təlaşdan ibarətdir. Hərəkət isə intizarsız mümkünsüzdür. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır. Həyatın davamı üçün enerji verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz şəkildə bağlıdır.

səh:38

Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.

İslami rəvayətlərdə oxuyuruq ki, peyğəmbər ümməti üçün ən fəzilətli əməl (həzrət Mehdinin (ə) zühuru) intizarıdır. Yəni intizarın əməli xüsusiyyəti həyata yol tapmaqdır. Uyğun səbəblərindən biri bu ola bilər ki, həzrət Mehdinin (ə) davamçıları özlərini imama çatdırmağa səy göstərsinlər. İmam öz zühuru intizarında olduğu kimi, ümmət də öz imamının intizarını çəksin.

İntizar halında ən yaxşı yol qeybdə olan imamla bağlılıq, həmdərdlikdir. İntizar və onun həqiqi mənasından xəbərsizlik düşüncəsizliyə və imamın qəm-kədərinə biganəliyə səbəb olur. Olsun ki, qeyb dövründə həqiqətən intizarda olmaq, yəni imamın cəmiyyətdə hüzurunu gözləmək ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş imamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır.

İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən yayınmır. O elə bir imamdır ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarsılmamış, öz yolundan dönməmişdir.

Həzrət Mehdi (ə) buyurmuşdur: “Allah bizimlə olduğundan bir başqasına ehtiyac yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq.”

Bəli! İmam Mehdi (ə) belə bir intizardadır. O, sarsılmaz imanla həyatın bir çirkin qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola tikərək imamın uyğun xüsusiyyətini yaxşı tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir.

Sual: 45. İntizar hansı səciyyələrdən təşkil olunmuşdur?

Cavab: Xilaskarın zühuru intizarı üç xüsusiyyətə malik olmasa, zühur gerçəkləşməz:

1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.

2. Nəfs səciyyəsi: İntizarda olan şəxs daim hazırlıq halında olmalıdır.

3. Əməli səciyyə: İntizarda olan şəxs daim əməl və rəftarı ilə xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır.

Bu üç səciyyədən biri yoxdursa, intizar məna kəsb etmir.

səh:39

Sual: 46. İntizarın neçə növü var?

Cavab: Fərəc (həzrət Mehdinin (ə) zühur) intizarı iki növdür:

1. Qurucu, təşviqedici, məsuliyyət yaradan intizar: bu, bəlkə də ən fəzilətli ibadətdir.

Ayə və rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru haqqın batil üzərində qələbəsi ilə başa çatan mübarizə halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa, bu səadətə şərik olar. Məsum imamlar və rəhbərlər intizarın yetərincə dolğun təsvirini verərək onu bir əməl saymışlar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən fəzilətli əməli fərəc intizarıdır.”(1)

İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə oxuyuruq: “Ən böyük əməl fərəc intizarıdır.”(2)

Hazırlığın və zəmin yaratmağın əhəmiyyətini imam Sadiqin (ə) bir buyuruğundan öyrənmək olar: “Sizin hər biriniz bir oxla da olsa, qeybdə olan imamın zühuru üçün hazırlıq görməlisiniz.”(3)

2. Dağıdıcı, iflicedici intizar: Bəziləri Məhdəviyyət, həzrət Mehdinin (ə) qiyamı dedikdə elə başa düşürlər ki, zühur sırf partlayış mahiyyətli bir hadisədir. Onların nəzərincə, bu zühur yalnız və yalnız zülm bütün yer üzünü bürüyəndə və bir nəfər olsun haqq tərəfdarı tapılmayanda baş verəcək.

Belə bir düşüncə islahatlarla zidd olduğundan, fitnə-fəsadı müqəddəs hərəkat üçün başlanğıc saydığından dialektikanın oxşarı adlandırılmalıdır. Dialektikada islahatlarla müxalifətçiliyin səbəbi mübarizənin daha da alovlu olmasıdır. Uyğun təfəkkür bir növ arzu olunan məqsədə çatmaq üçün fitnə-fəsada rəvac verməyə çağırır.

Bu baxış dini fəaliyyətləri süstləşdirdiyindən heç bir İslam ölçüsünə sığmır.

Sual: 47. İntizarın hansı ictimai təsirləri var?

Cavab: İntizarın insan həyatının müxtəlif sahələrinə geniş təsiri var. Ən böyük təsir ictimai məsuliyyət və xeyirxahlıq yönümlərində özünü göstərir. Çünki intizar halında insanpərvərlik səciyyəsi var. İntizarda olan insanın imamın məqsəd və amalları ilə qırılmaz bağlılığı mövcuddur. Zühur intizarında olan şəxs bu yolda addım atır. Uyğun hədəflərə doğru hərəkət edir. Onun bütün meylləri və seçimləri

səh:40


1- [46] “Kəmaluddin”, s. 644.
2- [47] “Bihar”, c. 75, s. 208.
3- [48] “Bihar”, c. 52, s. 366.

nəzərdə tutulmuş məqsəd çərçivəsindədir. İmam Mehdi (ə) qəmlilərin həmdərdi, məzlumların həqiqi yardımçısı, imkansızların hamisidir.

Demək, intizarda olan cəmiyyət və insan imamın istək və hədəflərinə uyğun əməl etməli, məzlumlara və məhrumlara yardım göstərməli, dərdlilərin dərdinə məlhəm qoymalı, xalqın problemlərini gücü həddində həll etməlidir. Əgər bu şərtlər ödənsə, intizarda olan cəmiyyətdə məhrumlar, yoxsullar, əlacsız xəstələr, problemli insanlar qalmaz.

Olsun ki, bəzi rəvayətlərdə rastlaşdığımız “fərəc intizarı özü fərəcdir” təbiri intizar çəkən cəmiyyətdə xalqın bir çox problemlərinin aradan qalxmasına işarədir. Belə bir cəmiyyət öz imamının məqsədlərini ən azı öz mühitində gerçəkləşdirir. Bu səbəbdən də imam Riza (ə) buyurur: “Fərəc intizarı fərəcdəndir.”(1)

Sual: 48. İntizar səciyyəsi intizarda olanların hərbi hazırlığına necə təsir göstərir?

Cavab: İntizar hər şeydən öncə bir əqidədir. Bu əqidə növbəti mərhələdə əməldə aşkara çıxır və intizarda olan insan öz coğrafi, mədəni, ideoloji ərazisinin, eləcə də, həmməsləklərinin keşiyində durur. O, yaxın və uzaq üfüqləri diqqətlə izləyir, düşmən ordusundakı bütün hərəkətləri nəzarətdə saxlayır, ideoloji, coğrafi səngərini düşməndən müdafiə edir, hazırlıq əldə etdikdə hücuma da keçir.

Beləcə, intizarda olan cəmiyyət daim hərbi hazırlığa çağırılır. O, hərbi vasitələr və qüdrət əldə etməyi özünə vəzifə bilir. Fəqihlər cihad kitabında “mürabitə” və “rəbat” ünvanlı mövzulardan söz açır. Yəni möminlər sərhədlərdə mövqe tutub hazır olmalıdırlar ki, düşmənin hücumuna layiqincə cavab verib ölkələrini xilas edə bilsinlər.

Mürabitə və rəbat sözlərinin digər mənası imamla rabitə qurmaq, imamın xidmətində dayanmaq, imamın göstərişlərini həyata keçirməkdir. Bilin ki, möminlərin cəmiyyəti öz imamları ilə rabitə qurmalı, imamın vilayət ipindən yapışmalı, onunla peyman bağlayıb yardım göstərməlidir. Belə bir mürabitə hər bir fərdə “eyni” (bütün hallarda) vacibdir. Bu rabitə iman sütunlarındandır və bu sütunsuz əməllər qəbul olmur.(2)

səh:41


1- [49] “Bihar”, c. 52, s. 131.
2- [50] “Mikyalul-Məkarim”, c. 2, s. 425.

İmam Sadiq (ə) “Ali-İmran” surəsinin 200-cü ayəsinin təfsirində belə buyurur: “Çətinliklər qarşısında dözümlü olun, vəzifələrinizin icrasında möhkəmlik göstərin, imamlarla rabitə qurun.”(1)

İmam Sadiq (ə) nəql olunmuş digər bir rəvayətdə “rabitul” sözünün imamın yanında olmaq mənasını bildirdiyi bəyan olunur.(2)

Sual: 49. İntizarın gerçəkləşməsində səbir xüsusiyyətinin nə kimi təsiri var?

Cavab: İntizarın əsil ruhu müqavimət və səbirdir. Nəzərdə tutulan məqsədin gerçəkləşməsi intizarında olan kəs məqsədə çatanadək möhkəm və dözümlü olmalı, süstləşməməlidir.

O hər bir çətinliyi dözümlə qarşılamalıdır. Səbir və dözümünü əldən vermiş insan intizarı da əldən verir. Çünki səbir və dözüm intizar şərtidir. Bu səbəbdən də hədislərdə fərəc intizarı haqqında danışılarkən səbir xüsusiyyətinə toxunulur.

İmam Riza (ə) buyurmuşdur: “Dözün, fərəc intizarı necə də gözəldir.”(3) Zühur üçün vaxt təyin olunmamışdır. Bu hadisə gözlənilmədən baş verəsidir. Bu səbəbdən də hər an intizarda olmaq lazım gəlir.

Sual: 50. Fərəc intizarı nədir?

Cavab: Sonda haqqın batilə qələbə çalacağına, bütün insani dəyərlərin qüvvəyə minəcəyinə, ideal bir cəmiyyətin qurulacağına, Mehdi adlı bir şəxs tərəfindən bütün bu məqsədlərin həyata keçiriləcəyinə inam azca fərqlə bütün İslam məzhəblərində mövcuddur.

Bu düşüncə hər şeydən çox təbiət nizamının hərəkətinə və tarixin təkamülünə nikbinliklə, gələcəyə ümid və dünyanın sonuna bədbin baxışın rədd edilməsi ilə müşayiət olunur. (İslamdan fərqli olaraq bir çox digər nəzəriyyələrdə dünya həyatının sonu qaranlıq və puçdur).

Hər şeyin belə bir xoş sonluqla başa çatacağına ümid İslam rəvayətlərində “fərəc intizarı” adlandırılmışdır.

Sual: 51. Fəlsəfi məktəblər fərəc intizarını dəyərli sayırmı?

səh:42


1- [51] “Təfsire-Əli ibn İbrahim”, c. 1, s. 129.
2- [52] “Əl-Ğeybət”, Nemani, s. 199.
3- [53] “Bihar”, c. 52, s. 129.

Cavab: Dünyanın sonunda xilaskarın zühuru intizarı və bəşəriyyətin mövcud vəziyyətindən xilası təkcə İslam və digər səmavi dinlərə aid deyil. Bir sıra qeyri-dini fəlsəfi məktəblər də belə bir nəzəriyyəyə inanırlar. Rassel deyir: “Xilaskarın intizarı və nicatverici zühura etiqad təkcə səmavi dinlərə yox, qeyri-dini və materialist məktəblərə də aiddir. Onlar da bəşər cəmiyyətini xilas edəcək şəxsin intizarındadır.”

Sual: 52. Yəhudilərin müqəddəs kitabında fərəc intizarı haqqında danışılırmı?

Cavab: Yəhudilərin enişli-yoxuşlu tarixində vəd olunmuş xilaskarın zühuru ilə bağlı məlumatlar var. Müqəddəs kitablardan olan “Əhdi-qədimdə” Davudun nəğmələri kitabında 37-ci nəğmədə oxuyuruq: “Şər adamların və zalımların varlığı səni məyus etməsin; Çünki zalımların nəsli yer üzündən kəsiləcək. İlаhi ədalətin intizarında olanlar yer üzünə varis olacaq. Allahın lənətinə gələnlər arasında təfriqə düşəcək. O kəslər salehdir ki, yer üzünə varis olub, tarixin sonunadək yer üzündə ömür sürəcəklər.”

Rum valilərinin Fələstinə hökmranlığı zamanı ilahi yardıma intizar həyəcanı zirvə həddinə çatdı. Bu səbəbdən də Yəhya “Tövbə edin, fələklər yaxındadır” deyərək nida çəkdiyi vaxt xalq onun çağırışına can-dildən səs verdi. Yəhyanın sözləri eşidənlərin qəlbini silkələdi, məzlumlar bu sözlərdən şövqə gəldi, onların qəlbində Məsihin intizar şövqü daimi olaraq alovlanırdı.

Sual: 53. Məsih (xilaskar) intizarı nə deməkdir?

Cavab: Yəhudilər möhnət dolu tarixləri boyu ümid etmişlər ki, bir gün Məsih gələcək, dünyaya hakim olub onları zillət girdabından xilas edəcək. İndi də Fələstini işğal etmiş sionistlər qəsbkar İsrail rejiminin banisinin ildönümünün sonunda ibadət şeypurlarını üfürdükdən sonra bu sayaq dua edirlər: “Allahımızın iradəsi budur ki, Onun lütfü ilə azadlıq üfüqünü görək və Məsiha surunun səsi qulaqlarımıza nəvaziş versin.”(1)

Bəli – İsrail qövmünü öz qaranlıq keçmişi ilə xoşbəxt gələcək intizarında olması çox təbiidir. Bu həmin qövmdür ki, xilaskar kimi onlara üz tutmuş həzrət Musanı tərəddüdlə qarşıladı. Bu ruhiyyə hələ də onlardan əl çəkməmişdir. Yalnız həzrət Davudu padşah seçməklə

səh:43


1- [54] “Yəhudi ayinində Məsih intizarı”, s. 65.

bu qövmün arzusu yerinə yetmiş oldu. Davud yəhudi padşah nümunəsi olaraq əbədi xilaskarlıq simvoluna çevrildi. Əslində bəzi peyğəmbərlər və hikmət sahibləri də onu məsih kimi tanıyırlar.(1)

Davud və Süleyman əsrini yəhud qövmünün düşüncəsində Məsiha amanlarının çiçəklənməsi dövrü saymaq olar. Məsiha ümidi Bəni-İsrail hökumətinin ikiyə bölünməsi ilə (həzrət Süleymandan sonra) daha da ciddiləşdi.

Peyğəmbərlər nəinki şövq atəşini diri saxlayır, hətta Məsiha məfhumunu daha da genişləndirirdilər. Onlar inanırdılar ki, Allah tərəfindən xilaskar göndəriləcək şəxs əksər peyğəmbərlər tərəfindən qəbul olunmuşdur.

“İşəya”nın verdiyi xəbərlərdə xilaskar haqqında aşkar məlumatlar var. Yəhud qövmünə təsəlli verən xilaskarlıq ideyası həmin şəxsin öncəgörmələrində təsvir olunmuşdur. Xilaskar ideal ədalətli hökumət qurası, həmin dövrdə bütün yer üzü ilahi mərifətə bürünəsidir. Necə ki, sular dənizi örtür. Bu hadisə Bəni-İsrail dininin bütün yer üzünə yayılmasından sonra baş verəsidir. Möminlərin bayrağı ucalası, ümmətlər xilaskarı tələb edəsidir.(2)

Həmin xəbərlərdə oxuyuruq: “Axır əyyamda Allah evinin damı dağların qülləsində qərar tutacaq. Bütün ümmətlər ona doğru yola düşəcək...”(3)

Səfənyanın bəzi xəbərləri İşəyanın xəbərlərindən əhatəlidir. Onun nəzərincə, məsiha əsri bütün yer üzünün islah dövrüdür. Çünki həmin dövrdə bütün ümmətlərə pak din veriləcək və onlar birlikdə “Yəhvə” deyə çağıracaqlar. Hamı birlikdə ona ibadət edəcək. Məsihanın ardıcılı olan Təlmud belə təsvir olunur: O, Davud səltənətindən olan bir şəxsdir. Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə məhv ediləcək, Bəni-İsrail qüdrətə çatacaq. (“Yəhud ayinində Məsiha intizarı”, s.65)

Sual: 54. Fərəc intizarı ilə bağlı mütləq rəvayətlər dedikdə nə başa düşülür?

Cavab: Bəzi şiə və sünni rəvayətlərində fərəc intizarı məsələsi ümumi şəkildə qeyd olunur. Bu qəbil rəvayətlərdə həzrət Mehdinin (ə)

səh:44


1- [55] “Huşə”, 3:5; “Ərəmya”, 30:9; “Hizqiyal”, 37:24, 25.
2- [56] “İşəya”, 11:10; “Səfənya”, 3:9.
3- [57] “Səfənya”, 2: 2-4.

zühuru qeyd olunmur. Həzrət peyğəmbərdən nəql olunmuş hədisdə oxuyuruq: “İbadətlərin ən üstünü fərəc intizarıdır.”(1)

Başqa bir rəvayətdə həzrətin dilindən belə nəql olunur: “Fərəc intizarı ibadətdir.”(2)

Başqa bir rəvayətdə isə belə buyurulur: “Mənim ümmətim üçün ən fəzilətli əməl Allah-təalanın fərəc intizarıdır.”(3)

Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “Fərəc üçün səbir və intizar necə də gözəldir! Məgər Allahın “siz intizar çəkin, Mən də intizardayam” buyurduğunu eşitməmisinizmi? Səbiri yaddan çıxarmayın! Çünki fərəc ümidsizlikdən sonra gəlir. Doğrudan da, sizdən əvvəlkilər sizdən daha səbirli idi.”(4)

Mərhum Məclisi imam Sadiqin (ə) dilindən belə nəql edir: “Pəhrizkarlıq, iffət, qurtuluş və səbrlə fərəc intizarı imamların dinindəndir.”(5)

Termizi həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İbadətlərin ən üstünü fərəc intizarıdır.”(6)

Fərəc intizarı dedikdə zahirən həzrət Mehdinin (ə) zühuru nəzərdə tutulur. Müxtəlif firqələrdə məxsus hədislərdə həzrət xalqı zülm-sitəmdən xilas edən şəxs kimi tanıtdırılır.

Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir: “Bizim Qaimin (həzrət Mehdinin (ə)) şiələrinin xoş halına! O kəslər ki, qeyb dövründə onun intizarındadırlar.”(7)

Belə bir məna sünni əhlinin rəvayətləri ilə də uyğun gəlir. Onlar həzrət Mehdinin (ə) dünyaya gəlişinə inanmasalar da, onu bəşəriyyətin xilaskarı kimi qəbul edirlər.

Dəlillər əsasında ümumi hədisləri müəyyənləşdirib onları həzrət Mehdinin (ə) qiyamına tətbiq etmək olar. Əsas məsələ hökm və mövzu arasındakı tənasübdür. Bir bu qədər mühüm sayılan fərəc intizarı, şübhəsiz ki, vəd olunmuş günün intizarıdır.

səh:45


1- [58] “Bihar”, c. 52, s. 125; “Kəmaluddin”, s. 267.
2- [59] “Bihar”, c. 52, s. 122; “Cameus-Səğir”, c. 1, s. 416.
3- [60] “Bihar”, c. 5, s. 122.
4- [61] “Kəmaluddin”, s. 645.
5- [62] “Bihar”, c. 52, s. 122.
6- [63] “Sünəne-Termizi”, c. 5, s. 225.
7- [64] “Kəmalud-Din”.

Sual: 55. Xilaskarın intizarının hansı imtiyazları var?

Cavab: Sünnə əhli həzrət Mehdinin (ə) fərəc intizarını qəbul etsə də, onun dünyaya gəlişinə inanmır. İmamiyyə şiə məzhəbi və bəzi digər İslam məzhəblər bu əqidədədirlər ki, xilaskar hal-hazırda mövcuddur, əməl və rəftarlarımızı, eləcə də, müsəlmanların problemlərini görür. Bu sayaq intizar daha böyük təsirə malikdir və cəmiyyətdə ümid ruhunu gücləndirir. Fərəc həqiqətinə inanan, amma xilaskarın həyatda olduğunu və əməlləri müşahidə etdiyini qəbul etməyən kəs intizardan bir o qədər də faydalanmır. İmamın (ə) dünyada olduğuna inanan kəs isə əmindir ki, çətinliyə düşdükdə imam onun yardımına yetişəcək. Bu sayaq etiqadın insan ruhiyyəsinə böyük təsiri var. Belə bir təsir sadəcə fərəcə etiqadın təsiri ilə müqayisəyə gəlməz.

Şiələr imamın dünyada olması ilə müşayiət olunan intizara inandıqlarından tarix boyu məyus olmamış, problemlərə boyun əyməmişlər.

Şiə insan həmişə özünü xilaskarla yanaşı hiss edir və bu hiss onun tərbiyə və imanına böyük təsir göstərir.

Sual: 56. Fərəcin (zühurun) təxirə düşməsi qəlbi daşlaşdırmırmı?

Cavab: Hər bir möminə, bəlkə də hər bir insana vacibdir ki, fərəcin təxirə düşməsindən məyus olmasın. İnsan mənzil başına çatmaq üçün səbir ipinə sarılmalıdır. Qəlb imanı üçün yeganə çıxış yolu budur. Allah heç vaxt vədinə xilaf çıxmır. İnsan keçmiş ümmətlərin böyük çətinliklərindən sonra Allah-təalanın yardımı ilə xilas olduğunu yada saldıqda arxayınlaşır. Eləcə də, fitrət və daxili meylə müraciət etdikdə xilaskarın zühuruna batini meyl insana ümid verir.

İmam Sadiq (ə) “Hədid” surəsinin 16-cı ayəsi ilə bağlı buyurmuşdur: “Bu ayə qeyb dövrünün insanlarına ünvanlanmışdır. Qeyb dövrü digər dövrlərdən fərqlənir. Allah-təala öz höccətinə (xilaskara) şəkki şiələrə qadağan etmişdir. İnsan düşünməməlidir ki, Allah yer üzünü hətta bir göz qırpımı höccətsiz qoya bilər.”(1)

səh:46


1- [65] “Əl-Ğeybət”, Nemani, s. 24; Əl-Mühəccət”, s. 219, 220.

Sual: 57. Uzun-uzadı fərəc intizarı yorucu deyilmi?

Cavab: Əgər intizar kamil bir hazırlıqla müşayiət olunsa, nəinki yorucu olmaz, hətta insanda daimi bir ümid yaradar. İntizarda olan mömin daim xilaskarın yolunu gözləyir. Belə bir insan daim öz məhbubuna çatmaq eşqi ilə gecədən gündüzə, gündüzdən gecəyə çıxır.

Digər bir tərəfdən, həqiqi xilaskarın intizarı insanı imam tərəfindən hər an feyzlərdən qidalandırır və yorğunluğu aradan aparır.

Əsrin imamının intizarında bir çox təsirlər və bərəkətlər var. Vaxtı çatanda bu barədə danışacağıq.

Sual: 58. Xilaskarın intizarının hansı təsirləri var?

Cavab: İntizarın zəruriliyi və əhəmiyyətini müxtəlif baxımlardan araşdırmaq olar:

1. İntizar ümumdünyəvi bir hərəkat üçün hazırlıqdır. Belə bir hazırlıq dövrünə malik olmayan istənilən bir inqilab naqis və səmərəsizdir.

2. İntizarın əhəmiyyətindən danışarkən yalnız bunu qeyd etmək kifayətdir ki, düşmənlər onu öz istismarçı hökmranlıqları üçün təhlükə sayırlar. Mişel Foker və Kler Beryer Mehdi təfəkkürü ilə mübarizə haqqında danışarkən öncə imam Hüseynin (ə) qiyamını, sonra həzrət Mehdinin (ə) intizarını şiəliyin iki möhkəm sütunu kimi tanıtdırırlar. Teləviv konfransında Bernard Luis, Maykl Emci, Cenşer, Bronberq və Martin Kramer kimiləri bu məsələ üzərində ciddi dayanmışlar. Onlar şiələr haqqında danışarkən deyirlər: “Şiələr imam Hüseynin adı ilə qiyama başlayır, imam Mehdinin (ə) adı ilə qiyamlarını qoruyurlar.”(1) Alman tədqiqatçısı Marvin deyir: “Şiələrə ümid verən mühüm ictimai məsələlərdən biri onların əsrin imamına etiqadları və bu imamın zühurunu gözləməlidir.”(2)

Rus tarixçisi Petruşevski bu barədə yazır: “13-cü əsrin qiyamlarını İranda bərpa edən Mehdi intizarına inam yetərincə uca bir məqamdır.”

3. İntizar dövrü fitnə-fəsad, problemlər dövrüdür. Belə bir dövrdə şiələrə ruh verən diri və hazır imamın İntizarına bağlılıqdır.

4. Çirkin sifətlərdən uzaqlıq, əxlaqi fəzilətlərin əldə olunması intizarın digər faydalarındandır. İmam Sadiq (ə) buyurmuşdur:

səh:47


1- [66] “Məcəlleyi-baztabe-əndişe”, xordad, 80, c. 193.
2- [67] “İslam Siyasəti”, Marvin, s. 49, 50.

“Həzrət Qaimin (ə) (Mehdinin) yaxınlarından olmaq istəyən hər kəs intizar çəkməli, eyni zamanda pəhrizkar və əxlaqlı olmalıdır.”

5. Düşüncənin işə salınması və bəsirət intizarın nəticələrindəndir. Fitnə-fəsad insanları qəflətdə saxlamaqdan əlavə, cəmiyyətin düşüncəsində şəkk-şübhə yaradır. Yalnız həqiqi intizarda olan kəs yetkin agahlığa çatdığından oyaqdır və şübhələrə təslim olmur.

İmam Sadiq (ə) buyurmuşdur: “Xoş o insanların halına ki, bizim Qaimimizin (ə) qeybəti dövründə göstərişlərimizə əməl edir və nəticədə qəlbi hər növ batildən uzaq olur.”(1)

6. İntizar insanı əmələ sövq etdiyindən və cəmiyyəti hərəkətə gətirdiyindən şəriətin qorunmasında dəyərli bir amildir. İntizar fərdi və ictimai islah amilidir.

7. İntizar insanı əmələ sövq etdiyindən xilaskarın zühuru üçün zəmin yaradır.

Başqa dinlərin xilaskarın zühuruna baxışı

Sual: 59. Digər dinlər və millətlər xilaskarın zühuruna inanırmı?

Cavab: Xilaskarın zühuruna etiqad reallıq, ədalətin davamı, fitri bir həqiqət olduğundan bütün millətlərdə və dinlərdə belə bir inanc mövcuddur.

Məhəmməd Əmin Zeynəddin deyir: “Cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Bu inanc təkcə İslama aid deyil. Hələ islamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir. Onlar xilaskarı “Mehdi”, onun islahçı dəvətini “Məhdəviyyət” adlandırmasalar da, belə bir əqidə mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə çarpır...”

Səmavi və qeyri-səmavi dinlərdə belə inanclarla rastlaşırıq:

1. Yəhudilər Üzeyrin və ya Minhas ibn Azir ibn Harunun qayıdışına inanırlar;

2. Məsihilər İsanın qayıdışını gözləyirlər;

3. Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər;

4. Hindular Fişnovanın qayıdışını gözləyirlər;

5. Məcusilər Uşidrin qayıdacağına inanırlar;

6. Buddistlər Buddanın zühuru intizarındadırlar...

səh:48


1- [68] Həmin mənbə, s. 123.

Sual: 60. Zühur gününün təsviri nə vaxtdan mövcuddur?

Cavab: Zühur gününün təsviri yaranışın başlanğıcından verilmişdir. Çünki bu gün o, yaranışın əsas hədəfidir. Bu məsələnin aydınlaşması üçün bəzi nöqtәləri nəzərdən keçirək:

1. Ümumdünya ədalət hökumətinin qurulması üçün iki ödənməlidir: geniş mənada ədalət məfhumu ilə tanışlıq və yer üzündə ədalətin bərpası yolunda fədakarlığa hazırlıq. Yaranışın başlanğıcından bəşəriyyətdə bu iki şәrt xüsusiyyət olmamışdır. Peyğəmbərlərə bəşəriyyətdə məhz bu iki xüsusiyyəti tərbiyə etmək tapşırılmışdır. Peyğəmbərlər ədalətin tanıtdırılması məsələsində müvəfəqiyyətə çatsalar da, tarix boyu insanlarda zəruri fədakarlıq hissini tərbiyə edə bilməmişlər. İkinci şərtin ödənməməsi peyğəmbərlərin yox, xalqın təqsiridir.

2. Peyğəmbərlər tarix boyu xalqın nəzərinə çatdırmışlar ki, yaranışın əsas məqsədi həmin ümumdünya ədalət hökumətinin qurulmasıdır. Allah-təala buyurur: “Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, saleh bəndələrin yer üzünə (hakimiyyətə) varis olacaqlar.”(1)

Digər bir ayədə oxuyuruq: “Biz yer üzünün müstəzəflərinə minnət qoyub, onları yer üzünün rəhbərləri və varisləri qərar vermək istəyirik.”(2)

Başqa bir ayədə buyurulur: “O, müşriklər xoşlamasalar da, öz peyğəmbərini bütün dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərən kəsdir.”(3)

3. Heç bir peyğəmbərin ümumdünya ədalət hökuməti qurmaq üçün şəraiti olmamışdır. Çünki belə bir hökumətin qurulması üçün zəruri olan iki şərt ödənməmişdir:

a) Peyğəmbərlər ədalət məfhumunun geniş mənasını xalqa aydınlaşdırsalar da, bəşəriyyətin belə bir həqiqəti dərk etmək üçün ağıl gücü olmamışdır. Ona görə də keçmiş peyğəmbərlərin məqsədi xalqın əqidəsini möhkəmləndirmək olmuşdur. Həzrət Musadan İslam peyğəmbərinin besətinədək olan dövrdə, xüsusi ilə İslam hökumətində bu məsələ ətraflı şəkildə bəyan olunmuşdur.

b) Hazırkı dövrədək heç bir ümmətdə ümumdünya ədalət hökuməti yolunda tam fədakarlıq göstərmək hazırlığı olmamışdır.

səh:49


1- [69] “Ənbiya”, 105.
2- [70] “Qəsəs”, 5.
3- [71] “Saf”, 9.

Həzrət Nuh 950-il öz qövmünü haqq-ədalətə dəvət etdi. Amma yalnız kiçik bir qrup ona iman gətirdi. Həzrət İbrahimin dəvətini qəbul etmək əvəzinə insanlar onu oda atdılar. Həzrət Musanın qövmü onun Fələstin hakimləri ilə mübarizəyə çağırışını rədd edib dedilər: “Sən və sənin Allahın onlarla savaşsın, biz burada oturmuşuq.”(1)

Həzrət İsanın həvariləri Allahın qüdrətinə şəkk etdilər. Onlar İsaya xitabən dedilər: “Ey İsa ibn Məryəm! Allahında bizim üçün səmadan nazil etmək qüdrəti varmı?”(2)

Sual: 61. Hindu ayinlərində xilaskar kimdir?

Cavab: Hinduların müqəddəs kitablarında da xilaskarın zühuru haqqında müjdələr var. Bu kitablarda deyilir: “Dördüncü dövrün axırlarında yer əhli fəsada çəkilər və onların əksəri kafir olar. Onlar böyük günahlar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin dövrün insanları bir-birini yırtan canavara bənzəyər. Kahinlər və din adamları yolunu azar, haqq oğruların əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar... Həmin vaxt “Brəhman Kəla”, yəni şücaətli bir dindar zühur edər və öz iti qılıncı ilə yer üzündə fəsadın kökünü kəsər. O pak insanları hifz edəcək.”(3)

Şakomuni kitabında deyilir: “Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük “Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq.”(4)

Hindu kitablarından olan Vişn-cok kitabında yazılır: “Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir.”(5)

Hindu kitablarından olan “Bask” kitabında yazılır: “Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim

səh:50


1- [72] “Maidə”, 24.
2- [73] “Maidə”, 112.
3- [74] “Malil Hind”, s. 321.
4- [75] “Bəşarətul-əhdeyn”,s. 242.
5- [76] Həmin mənbə, s. 72.

olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir.”(1)

“Upanişad” kitabında deyilir: “O, dünyanın axırlarında zühur edər. Ağ ata süvar olar, əlində yalın qılınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar.”(2)

Sual: 62. Buddizm kimi xilaskar sayır?

Cavab: Buddizmin banisi Budda adı ilə tanınan Sidharta Cutuma adlı bir şəxsdir. O, Nepalda dünyaya gəlmişdir. Buddistlər onu Allahın oğlu sayırlar və inanırlar ki, dünyanın axırlarında bu şəxs zühur edəcək. Budda zühur edib yer üzündəki çətinliklərə son qoymalıdır. Onlar deyirlər: “Budda vəzifəsini başa vurmaq üçün cəsədi ilə birlikdə səmaya qalxmışdır. Növbəti dəfə yerə qayıdar ki, sülh və bərəkəti xalqa qaytarsın.

Buddizmin iki böyük məzhəbi var: ifrata varıb Buddanı Allahın oğlu sayan şimal məzhəbi; bir o qədər də ifrata varmamış cənub məzhəbi. Onlar əsasən şərqi Asiya məntəqəsində məskunlaşmışlar.

Sual: 63. Zərdüştilər kimi xilaskar sayır?

Cavab: Zərdüştilərin “Zənd” adlı məşhur kitabında Yəzdan və Əhrimənin (haqla batilin) əbədi savaşından danışıldıqdan sonra deyilir: “Nəhayət, Yəzdan qələbə çaldıqdan və Əhrimənin nəsli kəsildikdən sonra yer üzündə əsl xoşbəxtlik bərqərar olar. Adəm övladları xoşbəxtlik və bərəkətə çatarlar.”(3)

“Camasibnamə” kitabında zərdüştilər haqqında deyilir: “Haşimilər nəslindən cüssəli bir şəxs zühur edər, cəddinin dini və böyük bir qoşunla İrana üz tutar. Yer üzünü abadlaşdırıb, ədaləti bərpa edər.”(4)

Həmin kitabda İslam peyğəmbərinin (s) nübüvvəti müjdə verildikdən sonra deyilir: “Peyğəmbər qızının nəslindən bir şəxs xilafətə çatar, yer üzündə haqqı bərpa edər. O, İslam peyğəmbərinin (s) yer üzündəki son xəlifəsidir və onun hakimiyyəti qiyamət gününədək davam edər...”(5)

səh:51


1- [77] “Bəşarəte-zühur”, s. 18.
2- [78] “Upanişad”, s. 737.
3- [79] “Bəşarətul-əhdeyn”, s. 237, 238.
4- [80] “Bəşarətul-əhdeyn”, s. 243, 244.
5- [81] “Bəşarətul-əhdeyn”, s. 273.

Avestanın şərhi olan “Zənde-Bəhmən” kitabında zərdüştün dilindən belə nəql olunur: “Suşyansın zühurundan öncə yer üzünü yalan, dinsizlik, açıq-saçıqlıq bürüyər. İnsanlar Allahdan uzaq düşüb zülm və fəsada uğrayarlar. Bu dəyişikliklər dünyanı qarışdırar və xilaskarın zühuru üçün şərait yaranar. Zühur zamanının əlamətləri var: Səmada qəribə hadisə baş verər və bu hadisə zühur nişanəsidir. Mələklər onun izni ilə dünyanı xəbərdar etmək üçün göndərilər...”(1)

Yenə də “Zənde Bəhmən Yəsən” kitabında oxuyuruq: “Bundan sonra Suşyans” dünyanı paklayar və sonra qiyamət qopar.”(2)

Həmin kitabda deyilir: “Suşyans sonuncu gələn kəsdir və Zərdüşti xilas edər.”(3)

Sual: 64. Yəhudilər kimi xilaskar sayır?

Cavab: Yəhudilərin müqəddəs kitabını araşdırdıqda məlum olur ki, bu kitablarda böyük vədlə bağlı işarələr vardır. Əksər Yəhudi kitablarında, o cümlədən Davudun Zəburunda uyğun məlumatlarla rastlaşırıq.

Qurani-Kərimdə buyurulur: “Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, yer üzünə saleh bəndəlәrim varis olacaq.”(4)

Davudun Zəburunda oxuyuruq: “Pərvərdigarə! Öz hakimiyyətini bərpa et, ədalətini Məlik övladına əta buyur ki, xalqla yaxşı mühakimə aparsın, əldən düşənlərə insaf etsin... Bütün padşahlar ona müti olub, bütün millətlər xidmətində durar...”(5)

Sual: 65. Nə üçün həzrət Məsih (xilaskar) bu vaxtadək sağdır?

Cavab: Həzrət Məsihin bu günədək sağ qalmasının ağlımız dərk edən bir sıra səbəbləri var:

1. Həzrət İsada başqa peyğəmbərlərdə olmayan bir xüsusiyyət var. Atasız dünyaya gəlməsi, ölüləri diriltməsi, səmaya qalxması onu fərqləndirən səciyyələrdir.

2. Onun diriliyi imam Mehdinin (ə) qeybə çəkilməsini mümkün edən dəlillərdəndir. Çünki həzrət Məsihin yaşı iki min ili aşdığı halda hələ ki, həzrət Mehdi (ə) bu qədər yaşamamışdır. Həzrət Xızırın ömrünün uzunluğu da rəvayətlərdə belə izah olunur.

səh:52


1- [82] “Camasibnamə”, s. 25.
2- [83] “Zənde Bəhmən Yəsən”, s. 19.
3- [84] Həmin mənbə, s. 150.
4- [85] “Ənbiya”, 105.
5- [86] “Əhde-qədim”, n. 72.

Şeyx Səduq “Kəmalud-din” kitabında İmam Sadiqin (ə) dilindən belə nəql edir: “Bəli, Allah həzrət Qaim (Mehdi (ə)) üçün uzun bir ömür müəyyənləşdirəndə bilirdi ki, bu həqiqət bəndələri tərəfindən inkar olunacaq. Ona görə də, Qaimin (ə) ömrünün uzunluğuna dəlil olsun deyə, saleh bəndəsinin ömrünü uzatdı...”(1)

Sual: 66. Ümumdünya ədalət hökumətinin təşkilində həzrət Məsihin iştirakının səbəbi nədir?

Cavab: Həzrət Məsihin həzrət Mehdinin (ə) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:

1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və həzrət Mehdiyə (ə) iqtida etməsi bütün məsihilərin həzrət Mehdiyə (ə) təslim olması ilə nəticələnəcək.

2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin həzrət Mehdiyə (ə) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər həzrət Mehdiyə (ə) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.

Sual: 67. Həzrət İsa yerə qayıdacaqmı?

Cavab: Quran və İncilin buyuruqlarına əsasən səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.

Yuhanna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam.(2)

Quranda da həzrət İsanın qayıdışına işarə olunmuşdur:

1. “O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar.”(3)

Bildiyimiz kimi, həzrət İsa göyə qalxdığı vaxt onun 30 yaşı vardı. Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.

2. “Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər və qiyamət günü (İsa) onlara şahid olar.”(4)

Ayədəki “bihi” və “məvtihi” əvəzlikləri həzrət İsaya işarədir. Ayədən aydın olur ki, həzrət İsa dünyanın axırlarında səmadan nazil olacaq və xalq ona iman gətirəcək.(5)

səh:53


1- [87] “Kəmalud-din”, s. 357.
2- [88] “Əhdi-cədid”, Yuhanna İncili, s. 339.
3- [89] “Ali-İmran”, 46.
4- [90] “Nisa”, 159.
5- [91] “Səhihe-buxari”, c. 4, s. 143.

3. Həqiqətən, İsa qiyamət üçün aşkar bir əlamətdir. Ona şəkk etməyin.”(1)

Şiə və sünni rəvayətlərində də həzrət İsanın qaydışına işarə olunmuşdur:

Buxari həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İmam aranızda olduğu halda Məryəm övladı yanınıza enən zaman nə edəcəksiniz?!”(2)

Şeyx Səduq Məhəmməd ibn Müslim Səqəfiyə istinad edərək imam Baqirin (ə) dilindən belə nəql edir: “Qaim (xilaskar) bizdəndir... İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”.(3)

Sual: 68. Həzrət İsa haraya enəcək?

Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət İsa dünyanın axırlarında Dəməşq ərazisinə enəcək.

Təbərani həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İsa ibn Məryəm Dəməşqdə bəyaz minarənin kənarında enəcək.”(4)

İbn-Kəsir deyir: “Dəccal (zalım hakim) meydana çıxar və həmin vaxt həzrət Məsih səmadan enər. O sübh namazı vaxtı Dəməşqdə bəyaz minarənin kənarında nazil olar.”(5)

Sual: 69. Məsihilər kimi xilaskar sayır?

Cavab: Həzrət İsa xalqa müjdə vermək üçün gəlmişdi. “İncil” yunan sözüdür və “xoş xəbər” mənasını bildirir. Bu müjdə ilahi bir qiyamdan, başqa sözlə, yer üzünə hakim olacaq tövhid hökumətindən danışırdı.

Müqəddəs kitabda oxuyuruq: “Bütün şəhərləri ilahi hökumətlə müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm.”(6)

Mətta İncilində deyir: “Həzrət İsa bütün şəhərləri və kəndləri gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.”(7)

Həzrət Məsihin kəlamlarında “insan övladı” təbiri tez-tez gözə dəyir. Mətta İncilində deyilir: “Burada olanların arasında elələri var ki, göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar.”(8)

səh:54


1- [92] “Zuxruf”, 61.
2- [93] “Səhihe-Buxari”, c. 4, s. 143.
3- [94] “Kəmalud-din”, 331.
4- [95] “Əl-Məcəmul-Kəbir”,c. 1, s. 217.
5- [96] “Əl-fətn vəl-məlahim”, s. 172.
6- [97] “Əhdi-Cədid”, s. 205.
7- [98] “Mətta İncili”, 9:62:35.
8- [99] “Əhde-Cədid”, “Mətta İncili”, s. 82-84.

Kitabın başqa bir yerində deyilir: “Günəş şərqdən doğub hər yeri işıqlandırır. İnsan övladının gəlişi də belədir.”(1)

Eyni mənbədə oxuyuruq: “Hazır olun, onu gözləmədiyiniz saatda insan övladı gələcək.”(2)

“İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni Həzrət Məsihə aid etmək istəyir. Amma bütün dəlillər uyğun təbirin həzrət Məsihə yox, həzrət Mehdiyә (ə) aid olduğunu göstərir:

a) Yuhәnna İncilində həzrət Məsihin dili ilə deyilir: “Mən əzəmət tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var.”(3)

b) Mətta İncilində deyilənlərdən aydın olur ki, “insan övladı” Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn Məryəm ona tabe olacaq.

Sual: 70. İncil kitablarında xilaskarın nə vaxt zühur edəcəyi bildirilirmi?

Cavab: İncil kitablarından belə görünür ki, ümumdünya ədalət hökuməti yer üzündə dünyanın axırlarında qurulacaq.

Həzrət İsa bu hökumətin qurulması üçün müqəddimə haqqında deyir: “Tezliklə müharibələr və şayiələr haqqında eşidərsiniz. Məbada şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir, amma dünyanın sonunu bildirmir.”(4)

Eyni mənbədə oxuyuruq: “Sonadək qalacaq kəs xilas olar.”(5) Deyilənlər həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə uyğundur və həzrət Mehdinin (ə) dünyanın axırlarında zühur edəcəyinə işarədir.”(6)

Sual: 71. Həzrət Mehdinin (ə) hakimiyyəti genişdirmi?

Cavab: “Əhde-Cədid” kitabından məlum olur ki, insan övladı üçün “Allahın ərşi” kimi təbir olunan həzrət Mehdinin hakimiyyəti bütün yer üzünü bürüyəcək. Luqa İncilində deyilir: “Gələcəkdə şərq və qərbdən, şimal və cənubdan insanlar gəlib Allahın ərşində süfrə

səh:55


1- [100] Həmin mənbə, s. 104.
2- [101] Həmin mənbə, 24:105:44.
3- [102] “Həmin mənbə, “Yuhanna İncili”, s. 317.
4- [103] “Mətta İncili”; 102.
5- [104] “Həmin mənbə, 24:103:13.
6- [105] “Əl-Ğeybət”, Tusi, s. 178»

başına oturacaq.”(1) Merqis İncilində deyilir: “Bundan öncə bütün aləmə müjdə verilməsi vacibdir.”(2)

İslami rəvayətlərdə də bu mövzuya işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: “Qaim bizdəndir, onun hökuməti şərqdən qərbə aləmi əhatə edəcək.”(3)

Əbu-Davud həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Allah onun (Mehdinin) dövründə müsəlmanlardan savay bütün millətləri məhv edəcək.”(4)

Sual: 72. İncil kitablarında xilaskarın yardımçıları necə tanıtdırılır?

Cavab: Məsihilərin incil kitablarında bəşəriyyətin xilaskarın yardımçılarını tanımaq üçün bəzi xüsusiyyətlər bəyan olunur:

1. İtaət – Merqis İncilində deyilir: “Hər kəs bir körpə kimi Allahın ərşini qəbul etməsə, oraya daxil olmayacaq.” Uşaq kimi dedikdə mütləq itaət nəzərdə tutulmuşdur.

2. Hökmlərə əməl – Mətta İncilində deyilir: “Hər “ya Rəbb, ya Rəbb” deyən Allahın ərşinə daxil olmayacaq. Yalnız Allahın istəyinə əməl edənlər səmalardadır.”

3. Yoxsulluq – Luqa İncilində deyilir: “Xoş olsun halınıza, ey fəqirlər! Sizin üçündür Allahın ərşi. Xoş olsun halınıza, ey aclar! Gələcəkdə tox olacaqsınız. Xoş olsun halınıza, ey ağlayanlar! Çünki gələcəkdə güləcəksiniz.” Səma mülkü (ərşi) dedikdə zühur dövrünün nəzərdə tutulması lazımdır.”

Sual: 73. İncil kitablarında xilaskarın əlamətlərinə işarə olunmuşdurmu?

Cavab: Mətta İncilində deyilir: “İsa zeytun bağında əyləşdiyi vaxt şagirdləri onun yanına gəlib sual verdilər: “Bu hadisə nə vaxt baş verəcək, sənin gəlişinin və dünyanın sonunun əlamətləri nədir?” Suala cavab olaraq deyilir: “Tezliklə savaşların xəbərini eşidərsiniz. Məbada, şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir.”(5)

səh:56


1- [106] Luqa İncili 13:242:29.
2- [107] “Merqis İncili” 13:166:10.
3- [108] “Kəmalud-din”, s. 330.
4- [109] “Sünəne-Əbu-Davud”, c. 2, s. 319.
5- [110] “Mətta İncili”, 24:102:6.

Başqa bir yerdə deyilir: “İnsan övladı əzəmətə çatdıqda, mələklərin ona yoldaşlıq etdiyi halda ərşə oturar və bütün ümmətlər onun yanında toplanar...”(1)

Luqa İncilində deyilir: “Fərisiyyun ondan soruşdu: Allahın ərşi nə zaman gələr?” O cavab olaraq buyurdu: “Allahın ərşi qəfildən gələr.”(2)

Eyni mənbədə oxuyuruq: “Müharibələr və fitnələr haqqında eşitdikdə şikayətlənməyin. Çünki öncə bu işlər baş verməlidir. Amma bu hələ dünyanın sonu deyil.” Sonra buyurdu: “Tezliklə ümmət ümmətə, məmləkət məmləkətə qiyam qaldırar. Şiddətli zəlzələlər, aclıqlar və qəhətliklər çox yeri əhatə edər. Tezliklə dəhşətli işlər və böyük nişanələr görünər.”(3)

Sual: 74. Əgər hər bir din xilaskarı öz ardıcılı sayırsa, bu ixtilaf necə həll ola bilər?

Cavab: Dünyanın xilaskarının kim olması barədə dinlər arasında fikir ayrılığı var. Hər kəs öz din başçısını həmin zühurun rəhbəri sayır. Əsas ixtilaflara nəzər salaq:

1. Səmavi müjdələr qeybi xəbər olduğundan hər bir dinin tərəfdarları təəssüb göstərərək xilaskarı öz dinlərinə aid edirlər.

2. Müxtəlif din və məktəblərin alimləri həzrət Mehdinin (ə) şəxsiyyətini tanımadıqlarından xilaskarın onlardan olacağını düşünürlər.

Bu ixtilafın qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir:

1. Müjdələrin və müqəddəs kitablarda xilaskarla bağlı bəyan olunmuş mötəbər kəlamların fərqləndirilməsi.

2. Ehtimallara yer vermədən xilaskarın müqəddəs kitablarda bəyan olunmuş sifətlərinin araşdırılması.

3. Tarixi həqiqətlərin araşdırılması və bu həqiqətlərin müqəddəs kitablarda qeyd olunmuş sifətlərlə müqayisəsi; bu yolla xilaskarın həqiqi sifətlərinin müəyyənləşdirilməsi.

4. Başqalarının da həqiqəti əldə etməsi üçün həzrət Mehdinin (ə) tanıtdırılması; müşahidə edirik ki, bəzi məsihilər xilaskarın İslam mənbələrindəki təsviri ilə tanış olduqdan sonra İslam və şiəliyə üz tutur, Məhdəviyyət mövzusunu qəbul edirlər. Belə nümunələrdən bəzilərini nəzərdən keçirək:

səh:57


1- [111] “Mətta İncili”.
2- [112] “Luqa İncili”, 17:252:20.
3- [113] Həmin mənbə.

1. Qazi Sabati Məsihi – Bu şəxs həzrət Peyğəmbərin (s) uyğun mövzu ilə bağlı müjdəsini araşdırdıqdan, yəhudi və məsihilərin təfsirlərindəki ziddiyyətləri üzə çıxardıqdan sonra deyir: “Nəticə budur ki, nəzərdə tutulan şəxs İslamın tanıtdırdığı həzrət Mehdidir. Çünki uyğun mənbələrdə xilaskar haqqında belə deyilir: “O təkcə eşitməklə cəzalandırmır.” Bu məlumat müsəlmanların mövqeyi ilə uyğun gəlir. Onlar deyirlər ki: “Bu sifət həzrət Mehdinin (ə) xüsusiyyətlərindəndir.” İmamiyyə şiələrinin əqidəsi budur ki, xilaskar imam Həsən Əsgərinin (ə) övladıdır, hicri 255-ci ildə dünyaya gəlmişdir, anasının adı Nərcisdir. O sonradan qeybə çəkilər və bir gün Allahın izni ilə zühur edər. Bütün bunlar həqiqətə daha yaxındır.”(1)

2. Əllamə Məhəmməd Sadiq Fəxrul-İslam – Bu şəxs öncə məsihi olmuş, sonra uzun araşdırmalar aparıb müsəlmanlığın şiə məzhəbini qəbul etmişdir. O, yəhudi və məsihilərə qarşı yazdığı “Ənisul-İslam” kitabında bütün müjdələrin həzrət Mehdinin (ə) zühuruna aid olduğunu bildirir.

3. Əllamə Məhəmməd Riza Rizai – Bu şəxs öncə yəhudi olmuş, sonradan İslamı qəbul etmişdir. O, öz “Mənqule-Rizai” kitabında xilaskar müjdəsinin həzrət Mehdiyə (ə) aid olduğunu bildirir.

Sual: 75. Tövrat və İncil təhrif olduğu halda bu mənbələrə hansı əsasla istinad olunur?

Cavab: 1. Məhdəviyyət mövzusu ilə bağlı elə ayə və rəvayətlər mövcuddur ki, bu mövzunun isbatı üçün digər mənbələrə ehtiyac qalmır.

2. Digər səmavi kitablara müraciət edilməsinin səbəbi mövzunu isbata yetirmək yox, təsdiqləməkdir.

3. Digər müqəddəs kitablardakı müjdələrə müraciət etməkdə məqsəd həmin din ardıcıllarını haqq olan İslam dininə yönəltməkdir.

4. Kimsə iddia etmir ki, digər müqəddəs kitablar bütünlüklə təhrif olunmuşdur. Həmin kitabların yalnız müəyyən hissələrinin təhrifindən danışılır.

5. Digər səmavi kitablarda uyğun mövzu ilə bağlı məlumatların təhrif olunmamasının sübutu həmin məlumatlara İslam mənbələrində də işarə olunmasıdır.

6. Müqəddəs kitabların bəzi müjdələri tarixi gerçəkliklə uyğun gəlir. Məsələn, dünyanın xilaskarı İsmail nəslindən və ən üstün qadın

səh:58


1- [114] “Əlbərahinus-Sabatiyyə”, s. 207, 208.

nəslindən olan 12-ci imamdır. Onun dünyaya gəlişi siyasi çaxnaşmalar dövrünə təsadüf edir. Bu səbəbdən də Allah həmin xilaskarı zühur dövrünədək zalımlardan qoruyur.

Sual: 76. Nə üçün əvvəlki səmavi dinlərin qanunları tam şəkildə icra olunmayıb?

Cavab: Cəmiyyətdə ədalətin və ilahi qanunların bərpası üçün iki mərhələdən keçmək zəruridir:

1. İctimai qanunların alim və adil kəs tərəfindən tənzimlənməsi mərhələsi: bu mərhələ peyğəmbərlərin və kitabların göndərilməsi ilə gerçəkləşmişdir.

2. İlahi qanunların tətbiq mərhələsi: bu mərhələnin gerçəkləşməsi üçün bəşər cəmiyyətində iki şərt ödənməlidir:

a) Bəşər cəmiyyətinin düşüncə baxımından kamala çatması və həmin qanunları dərk edib iman gətirməsi;

b) Bu qanunları icra edən şəxs alim, iqtidarlı və məsum olmalıdır ki, həmin qanunları bütün yer üzündə işə sala bilsin.

Sual: 77. Nə üçün İslam peyğəmbərinin dövründə ümumdünya tövhid hökuməti qurulmamışdır?

Cavab: Bəşəriyyət bir körpə kimi öncə təhsil almağa ehtiyaclıdır. Yetərincə məlumatlandıqdan sonra insan son təkamülə çata bilər.

Bu səbəbdən də ilahi rəhbərlər nəzərdə tutulan hədəfin həyata keçməsi üçün şərait yaranmamış dünya ədalət hökuməti ilə bağlı addım atmırlar. Bu onların yox, hələ ki hazırlıqsız cəmiyyətin nöqsanıdır.

Sual: 78. İslamın zühurundan sonra hüzur hadisəsi necə təsvir olundu?

Cavab: Bu sualı cavablandırmaq üçün öncə müqəddiməyə ehtiyac var:

1. İslam dini ümumdünya ədalət hökumətinin tarixin sonunda qurulması üçün ən kamil proqram təqdim edir. Çünki İslam son səmavi şəriətdir. Digər bir tərəfdən, İslam dini bütün dünyanı dəvət edir. İslamdan öncə bəşəriyyətin bu proqramı dərk etmək gücü yox idi. Bu səbəbdən də uyğun mövzu İslamın zühuru dövründə aktuallaşdı. İslam peyğəmbəri ümumdünya ədalət hökuməti haqqında yalnız bəşəriyyətin düşüncəsi yetkinləşdikdən sonra bəyanat verdi.

2. İslam peyğəmbəri, ondan sonrakı məsum imamlar və bir çox səhabələr zühur proqramı haqqında xalqa müjdə vermişlər. Çünki bu

səh:59

proqramın əsl icraçıları onlardır. Bu böyük şəxsiyyətlər var gücləri ilə çalışıb, xalqın düşüncəsini hazırlamaq üçün uyğun mövzunu müxtəlif yollarla sübuta yetirdilər. O cümlədən:

a) Ümumdünya ədalət hökumətinin qurulmasında əsas məqsədin bəyanı;

b) Bu hökumətin rəhbəri kimi İslam peyğəmbəri nəslindən olan məsum imamın tanıtdırılması;

v) Zühurdan öncə bütün yer üzünü bürüyəcək zülm-sitəm haqqında məlumat.

3. Xalqın hazırlanmasında həzrət Mehdinin (ə) özünün də xüsusi payı var. O da həzrət Peyğəmbər (s) və sair imamlar kimi bu məqsəd yolunda çalışmışdır. Xalqla təkrar-təkrar görüşməklə öz mövludu və varlığını sübuta yetirmiş, qeyb və zühur mövzularını tam şəkildə açıqlamışdır.

Məhdəviyyətin müdafiəsi

Sual: 79. Müsəlmanlar arasında Məhdəviyyətə şəkk edən ilk şəxs kim olmuşdur?

Cavab: Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: “Haşimi padşah və Qaim Mehdinin (ə) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir.”(1)

Həmin məclisdə iştirak edənlərdən biri də İbn-Abbas olmuşdur. O, Müaviyəni tarixi təhrif etməsinə və İslam əqidəsi ilə əylənməsinə qarşı çıxaraq dedi: “Sən dedin ki, biz Mehdinin (ə) hakim olacağını güman edirik. Güman şirkdir, necə ki, Allah-təala buyurur: “Kafirlər düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar.”(2)

Hamı şəhadət verir ki, bizim üçün mülk və hökumət var. Dünyanın ömründən bir gün qalmış olsa, Allah-təala bizlərdən birini yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. Sən deyirsən ki, Mehdi İsa ibn Məryəmdir. İsa Dəccala qarşı çıxmaq üçün göndərilir. Dəccal onu görəndə məhv olar. Bizim imamımız isə İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...(3)

səh:60


1- [115] “Bihar”, c. 33, s. 256.
2- [116] “Təğabun”, 7.
3- [117] “Bihar”, c. 33,s. 257.

Sual: 80. Sünni alimlərindən Məhdəviyyət əqidəsini inkar edən varmı?

Cavab: Sünni alimlərindən bəziləri Məhdəviyyət əqidəsini açıqlayan rəvayətləri inkar etmişlər. Belə alimlərdən bəziləri ilə tanış olaq:

1. İbn Xəldun – Bu şəxs Məhdəviyyət mövzusunu İslamın məşhur mövzularından saysa da, “rəvayətçini şübhə altına almaq onu təsdiqləməkdən öndə gəlir” prinsipini əsas götürərək Məhdəviyyət rəvayətlərini etibarsız saymışdır.(1)

2. Məhəmməd Əbu-Zöhrə -bu şəxs də İbn-Xəldunun yolunu davam etdirmiş və demişdir: “Sünni alimləri arasında bu hədislərin doğruluğu haqqında tərəddüd var. Bu səbəbdən də uyğun əqidə sünnə əhli tərəfində təsdiqlənmir.”(2)

3. Səd Məhəmməd Həsən (Əzhər şeyxlərindən) – Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edərək əvvəlki alimlərin yolunu getmişdir.(3)

4. Məhəmməd Fərid Vəcdi – O deyir: “Bir çox hədis alimləri Məhdəviyyət hədislərini zəif saymışdır...”(4)

5. Əhməd Əmin Misri – Bu şəxs də ibn-Xəldunun münasibəti ilə razılaşmışdır.(5)

6. Şeyx Cəbəhan – Bu şəxs də Məhdəviyyət hədislərini etibarsız sayanlardandır.(6)

8. Şeyx Saih Liviyayi – Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edənlərdəndir.(7)

Məhdəviyyət hədislərinə müxaliflərin ümumi istinadgahı İbn-Xəldun olduğundan onun sözlərinə xülasə şəkildə cavab veririk:

1. İbn-Xəldun Məhdəviyyət hədislərini tənqid edərkən yalnız bəzi rəvayətləri nəzərdə tutur. Hansı ki, mötəbər mənbəsi olan başqa hədislər də var. Doktor Bəstəvi öz kitabında Məhdəviyyət mövzusunda 46 etibarlı hədis nəql edir.(8)

səh:61


1- [118] “Tarixe-ibn Xəldun”, c. 1, s. 311, 322.
2- [119] “Əl-İmamus-Sadiq”, s. 239.
3- [120] “Əl-Məhdiyyə fil-İslam”, s. 69.
4- [121] “Dairətul-Məarif, Qərne Əşrin”, c. 10, s. 481.
5- [122] “Əl-Məhdi vəl- Məhdəviyyət”, s.108»
6- [123] “Təbdidul-Zülam”, s. 479, 480.
7- [124] “Tərasəna və Məvazinul-Nəqd”, s. 187.
8- [125] “Əl Məhdiyyul-Muntəzər Fi-əhadisul-səhihə”.

2. İbn-Xəldun səhəbәlərdən yalnız bəzilərinin adını çəkir. Hansı ki, Məhdəviyyət hədisləri çoxları tərəfindən nəql olunmuşdur. Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad Məhdəviyyət hədisi nəql edən 26 səhabənin adını göstərir.(1)

3. Həmin müəllif deyir: “İbn-Xəldun ricalçı (hədisçi) yox, tarixçidir. Onun mülahizələrinə əsasən hədis zəif sayılmır...”(2)

4. İbn-Xəldunun “təsdiqdən öncə şübhə” prinsipi bütün sünnə əhli tərəfindən qəbul olunmur. Bəziləri kiçik bir səbəblə rəvayətçiyə şübhə edir. Hansı ki, şübhə sübuta yetirilməlidir. İbn Həcər Əsqəlani, Qazi Səbki, Xətib Bəğdadi, Nəvəvi, Səxavi, Süyuti və Sənədi kimi alimlər uyğun qaydanı qəbul etmir. Doktor Əbdül-Həkim Bəstəvi deyir: “Rəvayətçi şübhə doğursa belə, hər şübhə rəvayəti etibardan salmır. Yalnız ciddi şübhələr əsasında rəvayəti etibarsız saymaq olar...(3)

5. İbn-Xəldun hədisləri hesablamadığından onların “təvatir” (yetərlilik) həddini keçdiyini bilmir. Əslində bu həddə çatan hədisin sənədini araşdırmağa ehtiyac yoxdur.

Sual: 81. Nə üçün sünni alimləri Buxari və Müslim Məhdəviyyət hədislərini öz kitablarında zikr etməmişlər?

Cavab: Sünnə əhlinin Məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. “Səhihe-Buxari” və “Səhihe-Müslim” mənbələrində Məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir.

Əhməd Əmin Misri deyir: “Səhihe-Buxari” və “Səhihe-Müslim” hədis kitablarında bu sayaq (Məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır.”(4)

Bu sayaq iradlar şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyyid Məhəmməd Rəşid Riza, Şeyx İbn-Məhmud kimi qərb yönümlü sünnə alimləri tərəfindən də irəli sürülmüşdür.

Digər sünni alimləri uyğun irada kəskin etiraz etmişdir.

səh:62


1- [126] “Əqidətul əhləs-sünnə vəl-əsər fi Məhdiyyul-Muntəzər”, s. 128.
2- [127] Həmin mənbə.
3- [128] “Əl-Məhdiyyul-Muntəzər fi əhadisul-səhihə”, s. 364, 365.
4- [129] “Əl-Məhdi vəl-Məhdəviyyə”, s. 41.

Doktor Bəstəvi deyir: “Güman edirlər ki, Buxari və Müslim Məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır.”(1)

Buxari deyir: “Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur.”(2)

Müslüm ibn Həccac, Quşeyri deyir: “Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub.”(3)

Hakim Nişapuri deyir: “Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır.”(4)

İbn Qeyn Cəvziyyə deyir: “Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır.”(5)

Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Etibarlı hədislər “Səhiheyn” kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur. Məsələn, “Muvta”, “Səhihe-ibn Xəzimə”, “Səhihe ibn Həbban”, “Müstədrəke-hakim”, “Cameye-Termizi”, “Sünəne-Əbu-Davud”, Sünəne-Nəsayi”, “Sünəne ibn-Mace”, “Sünəne-Dar Qutni, “Sünəne-Beyhəqi” kimi kitablarda “Səhiheyndə” olmayan bir çox etibarlı hədislər var”(6)

Buxari və Müslimin Məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər həzrət Mehdinin (ə) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:

a) Dəccalın meydana çıxması – Buxari, xüsusi ilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.(7)

İbn-Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını həzrət Mehdinin (ə) zühuru ilə əlaqələndirmişdir.(8)

səh:63


1- [130] “Əl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə”.
2- [131] “Müqəddimeyi-ibn-Səlah”, s. 21, 22.
3- [132] Həmin mənbə.
4- [133] “Müstədrəke-Hakim”, c. 1, s. 2.
5- [134] “Zadul-Məad”.
6- [135] Əl imamul-Məhdi ində əhlis-sünnə”, c. 2, s. 445.
7- [136] “Səhihe-Buxari”, c. 4, s. 143; “Səhihe-Müslim”, c. 18, s. 58, 85) (Nəvəvinin şərhi ilə»
8- [137] “Təhzibul-təhzib”, c. 9, s. 125.

b) İsa ibn Məryəm – Buxari Əbu-Hüreyrəyə istinadən nəql edir ki, peyğəmbər buyurmuşdur: “İmamınız aranızda olduğu halda Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?”(1)

Müslim də eyni məzmunda hədis nəql etmişdir.(2)

Bu rəvayətlərdə hәzrәt Mehdidən (ә) başqası nəzərdə tutula bilməz. Çünki “Səhihe-Buxarini” şərh edənlərin hamısı rəvayətdəki imam sözünün həzrət Mehdiyə (ə) işarə olduğunu bildirirlər.

v) Mal bəxşişi – Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar.”(3)

Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə həzrət Mehdinin (ə) nəzərdə tutulduğu məlum olur.

İbn Əbu Şeybə həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Fitnə-fəsad tüğyan etdiyi bir vaxt əhli-beytimdən bir şəxs zühur edəcək və onun ətası böyükdür.”(4)

q) Beyda əhvalatı – Müslim “Səhihdə” həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər.”(5)

Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi həzrət Mehdinin (ə) zühur əlamətlərindəndir.(6)

Sual: 82. Məhdəviyyət hədislərində ziddiyyət varmı?

Cavab: Seyyid Rəşid Riza və ustad Səih Məğribi Məhdəviyyət hədislərində ziddiyyət olduğunu iddia etmişlər. Seyyid Rəşid Riza deyir: “Mehdi hədislərindəki ziddiyyəti aradan qaldırmaq çətindir.” O nümunə olaraq müxtəlif hədislərdə xilaskarın bəzən “Həsəni”, bəzən “Hüseyni”, bəzən “Abbasi”, bəzən “Ələvi” adlandırılmasını göstərir.(7)

Əvvəla, ziddiyyət sabit hökmlərə də aiddir. Buna görə də bir şeyin həqiqətini inkar etmək üçün ziddiyyətlərə istinad etmək

səh:64


1- [138] “Səhihe-Buxari”, c. 4, s. 143.
2- [139] “Səhihe-Müslim”, c. 1, s. 94.
3- [140] “Səhihe-Müslim”, c. 8, s. 185.
4- [141] “İbn Əbu-Şeybə, “Əl-Müsənnəf”, s. 678.
5- [142] “Səhihe-Müslim”, c. 8, s. 167.
6- [143] “Mustədrəke-hakim”, c. 4, s. 520.
7- [144] “Təfsire-Əl Minar”, c. 9, s. 499-501; “Turasəna və məvazinul-nəqd”, s. 187.

yanlışdır. İxtilafsız məsələ olmadığından, belə çıxır ki, etiqadi məsələləri də qəbul etməməliyik.

İkincisi, ziddiyyət yaradan istənilən bir məsələyə münasibətdə sübuta yetiriləsi həqiqət var. Bu səbəbdən də fikir ayrılığı məsələnin həqiqəti üçün sübut ola bilməz.

Sual: 83. Məhdəviyyət hədisləri yalnız şiə mənbələrindədirmi?

Cavab: Sünnə əhlindən bəzi şəxslər elə güman edirlər ki, Məhdəviyyət hədisləri bütünlüklə şiələr tərəfindən quraşdırılmışdır. Onlar bu hədisləri nəql edənləri şiəlikdə ittiham edərək onların dediyini əsassız sayırlar.

Doktor Bəstəvi öz iradını bildirdikdən sonra deyir: “Rəvayətin qəbul olunma meyarı rəvayətçinin ədalətli olmasıdır. Onun əqidəsi nəql etdiklərinə şübhə yaratmamalıdır. Yalnız İslamdan xaric olmuş rəvayətçi mötəbər sayılmaya bilər. Əksər müasir və qədim alimlər belə düşünür.” Sonra Əli ibn Mədyənin dilindən nəql edir ki, əgər yalnız şiə olduqları üçün kufəlilərin nəql etdiyi rəvayətlər inkar olunsa, kitablar puçа çıxar.”(1)

Müəllif sözünə belə davam edir:

“Rəvayətlərə münasibətdə onu nəql edənin şiə olması ölçü götürülə bilməz. Axı bir çoxları şiə olmadıqları halda bu mövzuda hədis nəql etmişlər.” Sözünün sonunda müəllif deyir: “Mehdi (ə) ilә bağlı rəvayətlərin çoxu şiə olmayanlar tərəfindən nəql olunmuşdur. Şiələr tərəfindən nəql olunan rəvayətlərin də digər məzhəblərdən şahidləri var. Demək, bu mövzuya şübhələr aradan qalxır.”(2)

Sual: 84. Yalançı Mehdilik iddiaları Məhdəviyyət etiqadının mənfi təsiri deyilmi?

Cavab: Əhməd Əmin deyir: “Məhdəviyyət etiqadının mənfi təsirindən tarix boyu müsəlman inqilabları baş vermişdir. Hər bir əsrdə özünü Mehdi adlandıran bir şəxs xalqı özünə itaətə çağırmış, İslam cəmiyyətində bir çox problemlər yaratmışdır...”(3)

Əvvəla, kimlərinsə özünü Mehdi elan etməsi bir həqiqətdir. Amma bunun günahı həzrət Mehdinin (ə) xüsusiyyətlərini yetərincə xalqa çatdırmamış alimlərin üzərinə düşür. Bu həm də fırıldaqçılara səh:65


1- [145] “Əl-Məhdiyyul-Muntəzər fil-əhadisul-səhihə”,s. 380.
2- [146] Həmin mənbə.
3- [147] “Zəhyul-İslam”, c. 3, s. 244.

aldanan xalqın günahıdır. Əslində Məhdəviyyət inancının böyük bərəkətləri var.

İkincisi, kimlərinsə Mehdilik iddiasına düşməməsi üçün uyğun əqidəni inkar etmək düz olmaz. Əgər bu yol seçilsə, kimlərsə peyğəmbərlik iddiasına düşməsin deyə peyğəmbərlik məsələsi də inkar olunmalıdır.

Üçüncüsü, Mehdilik iddiasına düşənlər xalqı yalnız bir neçə gün aldada bilər. Amma Allahın lütfü və həzrət Mehdinin yardımı ilə, eləcə də, həqiqi alimlərin zəhmətləri sayəsində fırıldaqçılar ifşa olunub cəmiyyətdən rədd edilir.

Sual: 85. Məhdəviyyətə etiqad insanı əməldən çəkindirmirmi?

Cavab: Bəziləri deyirlər ki, Məhdəviyyətə inamın zərərli təsirlərindən biri xalqın mübarizədən çəkilib, yalnız Allahdan qurtuluş gözləməsidir.

Əslində həzrət Mehdinin (ə) zühuru intizarı müsəlmanların əlini yanına salıb oturması üçün səbəb ola bilməz. İntizar insanları dini vəzifələrinin icrasına və zühur üçün hazırlıq görməyə sövq edir.

Bu səbəbdən də fərəc intizarı ən üstün əməllərdən sayılmışdır. Məlum olur, intizarın əməli yönümləri var və intizar çəkən şəxs özünü əməl baxımından da xilaskarın zühuruna hazırlamalıdır.

Sual: 86. Məhdəviyyətə etiqad İslam cəmiyyətindəki siyasi təzyiqlərin nəticəsində yaranmamışdırmı?

Cavab: Bəzi qərb yönümlü müsəlman ziyalıları iddia edirlər ki, Məhdəviyyət inancı cəmiyyətdəki siyasi təzyiqlərdən qaynaqlanır.

Şərqşünas Fan Floten deyir: “Abbasilərin zülm-sitəmi əməvilərin zülm-sitəmindən az olmamışdır. Sıxıntılar nəticəsində əzilən sinif özünü ümidvar etmək istəyi ilə Məhdəviyyət inancına bağlanmışdır. Onlar bu yolla ruhi sarsıntılarını yüngülləşdirməyə çalışmışlar...”(1)

Digər bir şərqşünas Donaldson deyir: “Çox ehtimal ki, Bəni-üməyyə hakimlərinin ciddi siyasi sıxıntıları nəticəsində Məhdəviyyət nəzəriyyəsi formalaşmışdır.”(2)

Əhməd Əmin Misri deyir: “Məhdəviyyət əqidəsinin əsas yaranış amili həzrət Əlinin (ə) şəhadətindən və Müaviyənin hakimiyyətə gəlməsindən sonra şiələrin üzləşdiyi sıxıntılar olmuşdur. Bu sıxıntı

səh:66


1- [148] “Əs-səyadətul-ərəbiyyə”, s. 132.
2- [149] “Əqidətuş-şiə”, s. 213.

Həsən ibn Əlinin (ə) Müaviyəyə beyəti və Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra daha da güclənmişdir. Həmin vaxt şiələr taktikanı dəyişərək aşkar dəvətdən çəkinmiş və zülmə qarşı gizli mübarizə yolu seçmişlər...”(1)

Məhəmməd Əbdül-Kərim Ətfəm deyir: “Əslində Mehdiyə etiqad imamın qeybindən öncə yaranmışdır. Bu əqidə Kərbəla hadisəsindən sonra, əməvi hökumətinin şiələri sıxıntıya salması nəticəsində ortaya çıxmışdır. Bütün bu sıxıntılar şiələrin Məhdəviyyət əqidəsi üçün zəmin hazırlamışdı. Məhdəviyyət şiələri mövcud vəziyyətdən qurtarsa da, bir arzu olaraq onların həyatına mənfi təsir göstərmişdir.”(2)

İradlarımızı bildirək:

1. Tarix boyu istər müsəlman, istər qeyri-müsəlman məzlumlar siyasi təzyiqlərə məruz qalmışlar. Amma bu o demək deyil ki, sıxıntı keçirənlər Məhdəviyyət etiqadını uydurmuşlar. Əksinə, Allah-tәala Öz məsləhətinə uyğun olaraq, yer üzündə ədaləti bərpa etmək üçün Öz xilaskarının zühurunu müəyyənləşdirmişdir.

2. Öncə qeyd etdiyimiz kimi, Məhdəviyyət mövzusu bəşər fitrətinin tələbidir. Əql, Quran və rəvayətlər bu həqiqəti təsdiqləyir və müsəlman icması, bəzi qərb yönümlü ziyalılar istisna olmaqla, Məhdəviyyətə inanırlar.

3. Məhdəviyyət və həzrət Mehdinin (ə) zühuru intizarı kamil şəkildə dərk olunduqda heç bir mənfi təsirə malik olmur. Bu inancın yetərincə müsbət təsirləri var. İntizar insanda ümid ruhiyyəsi yaradır, cəmiyyət həzrətin zühuru üçün münasib zəmin yaratmağa çalışır.

Sual: 87. Xilaskara əqidə və Məhdəviyyət inancı təkcə şərqə məxsusdurmu?

Cavab: Fan Floten deyir: “Şərq ruhiyyəsi ümumi şəkildə qeybi xəbərlər sorağındadır. Onlarda qeyb pərdələrinin açılmasına, gələcəkdən xəbər tutmağa meyl böyükdür. Bəli, xilaskarın zühuruna etiqad şərq təbiətinə uyğundur və bu etiqad cəhalət və istibdad nəticəsində yaranmışdır.”(3)

Sualı cavablandıraq:

1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və ayinlərdə onun oxşarı var.

səh:67


1- [150] “Zəhyul-İslam”, c. 3, s. 241.
2- [151] “Ən-nəzəriyyətul-siyasiyyətul-məasirətuş-şiətul-imamiyyə”, s. 86.
3- [152] “Əs-səyadətul-ərəbiyyə”, s. 107.

2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir.

3. Qeyd olunduğu kimi, Məhdəviyyət ayə və rəvayətlərə, icmaya və bütün din və məktəblərə uyğun əqidədir.

İngilis filosofu Bertrand Rassel deyir: “Dünya hamını birləşdirib, bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır.”(1)

Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn deyir: “Sülh-səfanın bütün yer üzünü bürüyəcəyi və insanların dost və qardaşcasına yaşayacağı gün bir o qədər də uzaq deyil.”(2)

Sual: 88. “Məhdəviyyət əqidəsi digər cəmiyyətlərdən və əqidələrdən götürülməyibmi?

Cavab: Bəziləri Məhdəviyyət əqidəsini İslama kənardan gəlmiş əqidə kimi qəbul edirlər.

Culd Zeyher deyir: “Mehdi (ə) əqidəsinə qayıdış qeyri-islami prinsiplərdəndir. Əslində bu əqidə əfsanə və qeyri-real işlərdəndir.”(3)

Saih Əli Hüseyn deyir: “Qeyb və qayıdış əqidəsi və nəzəriyyəsi yəhudilər və məsihilər arasında müştərək əqidədir. Şiə məzhəbi yalnız bu iki mənbədən təsirlənə bilər...”(4)

Doktor Əbdür-Rəhman Bədəvi deyir: “Müsəlmanlar arasında Mehdi (ə) əqidəsini Kəbul-Əhbar yaymışdır”.(5)

Bütün bu iddiaların cavabı var:

1. Quran və mütəvatir rəvayətlərə əsasən həzrət Mehdinin (ə) zühuruna inam əsl İslam əqidəsidir. Bu məsələyə digər dinlərdə də işarə olunmuşdur. Uyğun əqidəni əfsanə saymaq üçün heç bir əsas yoxdur.

2. Bu əqidə təkcə şiələrə aid deyil. Peyğəmbər səhabələri də ayə və rəvayətlərə əsasən Məhdəviyyətə inanmışlar. Bütün İslam tarixi boyu şiə və sünni məzhəbindən olan böyük alimlər Məhdəviyyəti qəbul etmişdir.

3. Belə əqidənin yəhudilərə və məsihilərə aid olması o demək deyil ki, İslamda bu əqidə ola bilməz və o hökmən başqa dinlərdən götürülmüşdür. Əksinə, digər səmavi dinlərdə də uyğun əqidənin mövcudluğu Məhdəviyyətin insan fitrətindən qaynaqlandığını və Allah tərəfindən təqdir olunduğunu göstərir.

səh:68


1- [153] “Elmin cəmiyyətə təsiri”, s. 56.
2- [154] “Nisbiyyət anlayışı”, s. 35.
3- [155] “Əl-əqidə vəş-şəriə”, s. 218.
4- [156] “Tərasəna və məvazinul-nəqd”, s. 184.
5- [157] “Məzahibul-İslamiyyin”, c. 2, s. 76, 77.

4. İslam cəmiyyətində Məhdəviyyət əqidəsi Kəbul-əhbar tərəfindən yayılmamışdır. Allah və Onun peyğəmbərləri, xüsusi ilə İslam peyğəmbəri (s) və onun məsum əhli-beyti (ə) cəmiyyəti Məhdəviyyət məsələsindən məlumatlandırmışlar.

Sual: 89. Məhdəviyyət İslamın dünyaya hakim ola bilməsindən qaynaqlanırmı?

Cavab: İordaniya universitetində fəlsəfə bölməsinin rəisi Doktor Səlman Büdur Məhdəviyyət haqqında deyir: “İslam peyğəmbərinin hökuməti İslam və digər dinlərin müjdə verdiyi ədalət hökumətinin mücəssəməsi idi. Bir çox müsəlmanlar elə həmin dövrdə ədalət hökumətinin dünyaya yayılmasını arzulayırdı. Bu arzu gerçəkləşmədi. Amma hələ də İslam mütəfəkkirləri, xüsusi ilə imamiyyə şiələri bu arzu ilə yaşayır.”(1)

Həzrət Peyğəmbərin (s) dövründə İslam bütün yer üzünə yayılmasa da, əvvəla, İslam haqqında bir din olaraq bütün dünya xəbər tutdu və həzrət Peyğəmbər (s) bütün yer əhlini İslama dəvət etdi.

İkincisi, Quran və həzrət Peyğəmbər (s) İslamın bütün yer üzünə yayılacağına xəbər vermişlər. Müsəlmanların bu amaldan məyus olub Məhdəviyyətə üz tutması fikri yanlışdır.

Doktor Əbdül-Cəbbar Şərarə deyir: “Elm və mərifət iddiasında olan bir qrup insanın elə qədim dövrdən hazırkı dövrədək İslam cəmiyyətində şübhə yaratması təəccüb doğurur. Əslində, onların iddiası düşüncələrinin darlığını göstərir. Culd Zeyher, Fəlhauzen, Fan Floten, Mak Donald, Bernard Levis, Monteqri, Vat və Masinyon kimi şərqşünaslar və onların şagirdləri şərq təfəkküründən qidalandıqları halda heç bir dəlil gətirmədən Məhdəviyyət məsələsini şübhə altına alırlar. Hansı ki, aşkar və qəti dəlillər onların nəzərinə çatdırılır. Fundamental şəkildə sübut olunmuşdur ki, dünyanın axırlarında həzrət Mehdi (ə) zühur edəcək. Bu əqidəni sünnə əhlindən olan Bərzənçi, Şövkani və başqaları mütəvatir hədislərə əsaslanaraq qəbul edirlər...”(2)

Sual: 90. Müsəlmanlar yekdil olaraq Məhdəviyyət əqidəsini qəbul edirlәrmi?

Cavab: Müsəlmanlar arasında müxtəlif məzhəbi ixtilaflar olsa da, onlar Məhdəviyyət əqidəsinə münasibətdə yekdildirlər. Bu əqidə

səh:69


1- [158] “Dirasətu әnil-firəq fi tarixul-muslimin”, s. 222.
2- [159] “Bəhsun həvlәl-Məhdi”, s. 16, 17.

hansısa məzhəbə aid deyil. İmamiyə, zeydiyyə, maliki, hənəfi, şafeyi, hənbəli, hətta vəhhabi firqəsində dә Məhdəviyyət məsələsi qəbul olunur. Bütün məzhəblər inanır ki, peyğəmbər nəslindən olan bir şəxs qiyam edib, yer üzünü bürümüş zülm kökünü kəsəcək və ədaləti bərpa edəcək.

Əksər sünni alimləri bu əqidənin bütün müsəlmanlara aid olduğunu bildirir. Hətta bəzi sünni fəqihləri bu əqidəni inkar edənlərin qətlini vacib saymışlar.

Əhməd Əmin Misri Məhdəviyyət məsələsini prinsipcə inkar etsə də, onu sünnə əhlinin aşkar əqidələrindən sayır.(1)

Sual: 91. Hansısa sünni alimi Məhdəviyyət hədislərini mütəvatir (yetərli) sayırmı?

Cavab: Hədis elmində ixtisas sahibi olan bir qrup sünni alimi Məhdəviyyət hədislərini mütəvatir, yetərli sayırlar. İbn Qəyyim Cоvziyyə, Cəlaləddin Süyuti, Əbül-Həsən Məhəmməd ibn Hüseyn ibn Asim Səhəri, Əllamə Minavi, Hafis ibn Həcər Əsqəlani, Qazi Şəvkani, ibn Həcər Heytəmi, Təftazani, Qurmani Dəməşqi, Məbar Kəfuri, Əhməd ibn Məhəmməd ibn Siddiq, Səfarini Hənbəli, Seyyid Məhəmməd Siddiq Həsən, Əbül-Xətib Məhəmməd Şəmsül-Həqq Əzim Abadi, Şeyx Əbül-Hüseyn Abiri, Bərzənçi, Şeyx Məhəmməd Xızr Hüseyn, Əbül-Əla Məvdudi, Əhməd Zeyni Dehlan, Şeyx Mənsur Əli Nasif, Şeyx Nəsirəddin Əlbani kimi məşhur sünni alimləri Məhdəviyyət hədislərini mütəvatir sayırlar.

Sual: 92. Mütəvatir olmayan bir hədisə inanmaq olarmı?

Cavab: Sünnə əhli Məhdəviyyət mövzusunu həzrət Peyğəmbərin (s) müjdələrindən saydıqları üçün, eləcə də bu mövzu ilə bağlı mötəbər rəvayətlər olduğundan, hətta rəvayətlər mütəvatir həddə çatmamışsa belə, uyğun etiqadı vacib sayırlar.

Həmud ibn Əbdüllah Təvicəri deyir: “Peyğəmbərin (s) aşkar şəkildə bəyan etdiklərinə iman gətirmək hər bir müsəlmana vacibdir. Belə bir iman həzrətin peyğəmbərliyinin etirafı və ona şəhadətdir...” Sonra müəllif Əhməd ibn Hənbəl və Əbu Məhəmməd Müqəddəsidən eyni iddiaları nəql edir.(2)

səh:70


1- [160] “Əl-Məhdi vəl-Məhdəviyyə”, s. 110.
2- [161] “İthaful-Cəmaət”, c. 1, s. 6.

O digər bir məqamda deyir: “Qeybi xəbərlərə iman gətirmək üçünmü təvatirlik şərt deyil. Bir qeybi xəbərin həzrət Peyğəmbərin (s) tərəfindən nəql olunduğu sübuta yetirsə, deyilənə iman gətirmək vacibdir. Uyğun məsələ ilə bağlı hədislərin mütəvatir saya çatmasının əhəmiyyəti yoxdur. Bu sünni əhlinin mövqeyidir.” Sonra müəllif öz iddiasını sübuta yetirmək üçün “Nəbə” ayəsinə istinad edir.(1)

Doktor Məhəmməd Əhməd İsmail Müqəddəm deyir: “Peyğəmbər tərəfindən düzgün yolla gəlib çatmış hədisə inanmaq hər bir müsəlmana vacibdir. Belə bir inam İslam peyğəmbərinin risalətinə şəhadət şərtidir...”(2)

Sual: 93: Məhdəviyyət hədislərinin düzgünlüyü kimlər tərəfindən təsdiqlənir?

Cavab: Bir qrup sünni alimi Məhdəviyyət hədislərini həqiqi sayır, onlardan bir qrupu isə bu hədisləri təvatir həddə bilir. Termizi, Əbu-Cəfər Əqili, Bərbəhari, Məhəmməd ibn Hüseyn Abiri, Hakim Nişapuri, Beyhəqi, Bəğəvi, İbn-Əsir, Qurtubi, İbn Mənzur, İbn-Təymiyyə, Cəmaləddin Məzzi, Zəhəbi, İbn Qəyyim Cəvziyyə, İbn-Kəsir, Təftazani, Nurəddin Heysəmi, Şeyx Məhəmməd Cəzri Şafei, Əhməd ibn Əbu-Bəkr Buysəri, İbn Həcər Əsqəlani, Süyuti, Şeyx Əbdül Vəhhab Şüərani, İbn Həcər Heytəmi, Mətqa Hindi, Şeyx Məri ibn Yusif Müqəddəsi Hənbəli, Məhəmməd ibn Əbdul Rəsul Bərzənçi, Məhəmməd Əbdül-Baqi Rəzəqani, Əbül-Əla İraqi, Şeyx Məhəmməd ibn Əhməd Səfarini Hənbəli, Seyyid Məhəmməd Mürtəza Zübeydi, Şeyx Məhəmməd ibn Əli Səbban, Məhəmməd Əmin Suyidi, Şəvkani, Məhəmməd ibn Həsən ibn Mömin Şəbələnçi, Əhməd ibn Zeyni Dehlan, Şihabəddin Əhməd ibn İsmail Əlvani Şafei, Əbül-Bərakat Alusi Hənəfi, Məhəmməd Bəlbəsi Şafei, Əbül-Təyyib Əzim Abadi, Məbar Kəfuri, Şeyx Mənsur Əli Nasif, Şeyx Xızr Hüseyn Misri, Əbül-Əla Məvdudi, Nasirəddin Əlbani, Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad, Şeyx Həmud ibn Əbdüllah Təvicəri, Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz Məhdəviyyət hədisini qəbul edən alimlərdəndir.

səh:71


1- [162] Həmin mənbə, s. 7.
2- [163] “Əl-Mәhdi və fiqhu şiratus-saə”, s. 23, 24.

Sual: 94. Hansı səhabələr Məhdəviyyət hədisini nəql etmişdir?

Cavab: Səhabələr arasında Məhdəviyyət hədisini nəql edənlər çoxdur. Onlardan bəzilərinin adını çəkək: İmam Əmirəl-möminin (ə), Əbu-Əmamə Bahili, Sudəy ibn Əclan, Əbu-Əyyub Ənsari, Əbu-Səid Xidri, Əbu-Səlmi, Əbül-Tüfeyl Amir ibn Vasilə, Əbu-Leyla, Əbu-Vail, Əbu-Hüreyrə, Ənəs ibn Malik, Suban Məvlan Rəsulullah, Cabir ibn Səmərə, Cabir ibn Əbdüllah Ənsari, Cabir ibn Əbdullah Sədəfi, imam Hüseyn ibn Əli, Səlman Farsi, Təlhə ibn Übeydüllah, Abbas ibn Əbdül-Mütəllib, Əbdürrəhman ibn Ouf, Əbdül-Rəhman ibn Hərs, Əbdullah ibn Abbas, Abdullah ibn Ömər ibn Xəttab, Əbdullah ibn Əmr ibn As, Əbdullah ibn Məsud, Osman ibn Əffan, Osman ibn Əbül-As, Əl-Qəmə ibn Əbdullah, Əli Əl-Hilali, Əmmar ibn Yasər, Ömər ibn Xəttab, İmran ibn Həsin, Əmr ibn As, Əmr ibn Mərrə Cəhəni, Ouf ibn Malik, Qətadə ibn Neman, Qərrə ibn Əyas Məzəni, Kəb ibn Əl-Qəmə, Məaz ibn Cəbəl, Fatimeye-Zəhra, Ümmü-Sələmə, Ayişə, Ümmü-Həbibə və başqaları.

Sual: 95. Sünnə əhli həzrət Mehdi (ə) və onun zühurunu inkar edənlər haqqında hansı hökmü verir?

Cavab: Bəzi sünnə alimləri həzrət Mehdinin (ə) zühuruna imanı vacib saymışlar. Bəziləri isə bu həqiqəti inkar edənləri kafir hesab edirlər.

Əhməd ibn Məhəmməd ibn Siddiq deyir: “Həzrət Mehdinin (ə) zühuruna iman vacibdir və bu zühura etiqad peyğəmbərin təsdiqi olduğu üçün qətidir...”

Bu təbir Hənbəli, Nasirəddin Əlbani, Əbdül-Möhsin ibn Məhəmməd Əl-İbad tərəfindən də işlədilmişdir.(1) Şafei fəqihi İbn Həcər bildirir ki, Mehdinin (ə) inkarı köklü şəkildə sünnənin inkarına apararsa, küfrə səbəb olar. Kim belə etsə, qətli vacibdir. Əgər inkar sünnə yox, imamlarla düşmənçilikdəndirsə, həmin şəxs cəzalandırılmaqla bu işdən çəkindirilməlidir...”(2)

Əhməd ibn Məhəmməd ibn Siddiq Ğəmari Əzhəri Məhdəviyyət hədisləri haqqında deyir: “Bu hədislər mütəvatirdir (yetərli həddədir), onları inkar edənlər bidətçi və azğın sayılır.”(3)

səh:72


1- [164] “Əl-İzaət”, s. 146; “Əl-Təməddunul-İslami”, 22-ci say, s. 643; “Əl-cəmaətul-İslamiyyə”, 3-cü say.
2- [165] “Əl-Bürhan”, s. 178.
3- [166] “Əl-Məhdiyyul- Muntəzər”, s.5.

Sual: 96. İslam tarixində kimlər Məhdəviyyət mövzusunu nəzmə çəkmişlər?

Cavab: Bir mövzunun nəzmə çəkilməsi onun həqiqət olmasını göstərən əlamətlərdəndir. Məhdəviyyət də bu qəbil mövzulardandır. Uyğun mövzu tarix boyu diqqət mərkəzində olmuş, nəzmə çəkilmişdir. Məhdəviyyəti nəzmə çəkənlərin bəzilərini yada salaq: İmam Əli (ə) Zeyd ibn Əli ibn Əl-Hüseyn, imam Sadiq (ə), imam Riza (ə), imam Həsən Əskəri (ə), ibn Əbil-Hədid Mötəzili, Mühyiddin ibn Ərəbi, Məhəmməd ibn Təlhə Şafei, Sədrəddin Qunuyi, Şeyx Əbdül-Rəhman Bistami, Fəzl ibn Ruzbəhan, Məhəmməd ibn Tulun, Kimеyt ibn Zeyd Əsədi.

Sual: 97. Məhdəviyyət əhvalatı nə vaxtdan qələmə alınmağa başlamışdır?

Cavab: Müxtəlif mənbələri nəzərdən keçirdikdə məlum olur ki, Məhdəviyyət mövzusu prinsipial mövzulardan olmuşdur. Bu mövzu təkcə Mehdinin (ə) mövludundan öncə şiələr arasında yayılmamışdır. Həzrət Peyğəmbərin (s) vəfatından başlayaraq şiə və sünnilər arasında bu müqəddəs hərəkat müşahidə olunur. Bu da öz növbəsində Məhdəviyyət məsələsinin prinsipial İslam mövzularından olduğunu göstərir. Yanlış fikirdir ki, Məhdəviyyət mövzusu imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra ortaya çıxıb.

Qısa şəkildə deyə bilərik ki, Məhdəviyyət mövzusu hicri ikinci əsrin əvvəllərindən qələmə alınmışdır. Rical kitablarından məlum olur ki, bu mövzu şiə cəmiyyətində imam Sadiqin (ə) dövründən yazıya alınmışdır.

Şeyx Tusi “Əl-fehrest” kitabında nəql edir ki, Əli ibn Yəqtin ibn Musa Bağdadi Əsədi bu mövzuda kitab tərtib etmişdir.

Sual: 98. Məhdəviyyət mövzusu hansı üsullarla bəyan olunmuşdur?

Cavab: Məhdəviyyət mövzusu müxtəlif firqələrin alimləri tərəfindən çeşidli şəkildə təsnif olunmuşdur:

1. Rəvayət yolu - Məhdəviyyət əhvalatının tәfәrrüаtı qeybə iman nümunələrindən sayılır. Bu yolun bəzi səciyyələri var: Bəziləri yalnız Quran ayələrinin təfsiri sayılan hədislər nəql etmişlər. Bəzilərisə öz kitablarında Məhdəviyyətlə bağlı bütün hədisləri toplamışlar. Şiə və sünnilər ikinci yola hər biri xüsusi bir şəkildə yanaşmışdır.

səh:73

İmamiyyə alimləri Məhdəviyyətlə bağlı mövzunu üç növdə bəyan etmişlər:

a) Şiələr tərəfindən nəql olunmuş hədislərə istinad edilmişdir. Misal olaraq “Kifayətul-muhtədi fi mərifətul-Məhdi”, “Biharul-ənvar” kitablarını göstərmək olar.

b) Şiə rəvayətlərinin sünnilər tərəfindən nəql olunmuş rəvayətlərlə təsdiqi. Nümunə olaraq “Kəşful-ğəmmə”, “Əttəraif”, “İsbatul-hudat” kitablarını göstərmək olar.

v) Sünnilərə Məhdəviyyət mövzusunu qəbul etdirmək üçün yalnız sünni rəvayətlərinə istinad edilmişdir. Nümunə olaraq “Əl-Məhdi”, “Əl-Məhdiyyul-Məvludul-Muntəzər” kitablarını göstərmək olar. Sünnə əhli də uyğun məsələyə münasibətdə müxtəlif üsullardan istifadə etmişdir:

a) “Əxbarul-Məhdi”, “Cаmiul-əhadisul-varidə fil-Məhdi” kimi kitablarda yalnız sünni mənbələrinə istinad olunmuşdur.

b) Şiə və əhli-beyt rəvayətləri nəql olunmuşdur. “Əl-Məlahim”, “Əqdud-durər fi əxbarul-müntəzər”, “Əl-bürhan fi əlamətu Məhdi axiruz-zəman” kitablarını misal göstərmək olar.

v) İmamiyyə əqidəsinin sübutu üçün Məhdəviyyət məsələsində əhli-beyt (ə) rəvayətlərinə istinad olunmuşdur. “Yәnabiul-mәvəddət”, “Fəraidul-səmteyn” kitablarını misal göstərmək olar.

2. Dəlil və kəlam yolu – Bu yolla gedən müəlliflər Məhdəviyyət mövzusunu dəlillər əsasında bəyan etmişlər. Uyğun yanaşmanın məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaqdır. Misal olaraq Şeyx Müfidin kitablarını göstərmək olar. Seyyid Mürtəzanın “Əl-Müqniə fil-ğeybə”, Şəhid Seyyid Mühəmməd Baqir Sədrin “Bəhsun hоvlәl-Məhdi” kitabları da bu qəbildəndir.

3. Әlaqələndirmə yolu – Məhdəviyyət mövzusundakı üsullardan biri şiə əqidəsi ilə digər İslam məzhəbləri arasındakı yaxınlıq mövzusudur. Bu sayaq söhbətlərə Şeyx Müfidin, Seyyid Mürtəzanın, Şeyx Tusinin kitablarında rast gəlmək olar. Sırf bu mövzuda yazılmış kitablar arasında yeddinci əsr alimlərindən olan Әbu Әbdüllah Hümeydan ibn Yəhya Qasimi Həsəni, Şeyx Mehdi Fətlavi, Nəcməddin Әsgərinin kitabları mühüm yer tutur.

4. Tarixi təhlil yolu – Bu yolu seçən müəlliflər Məhdəviyyət mövzusunu müxtəlif tarixi yönümlərdən işıqlandırmışlar. Şəhid Seyyid Məhəmməd Sədrin “Tarixul-ğeybətul-Suğra”, «Tarixul-ğeybətul-kubra», «Tarix ma bədəl-zühur» kitabı uyğun üsulla yazılmış mühüm kitablardandır.

səh:74

5. Dinlərarası yaxınlıq üsulu – Bəziləri Məhdəviyyət mövzusunu bəyan edərkən daha böyük miqyas götürmüş, müxtəlif dinlərdə uyğun mövzu ilə bağlı məlumatlara əsaslanmışdır. Doktor Sadiqinin “Bəşarətul-əhdeyn”, Sеyyid Əyyubun “Əl-məsihul-Dəccal” kitabları uyğun üsulda yazılmış kitablardandır.

6. Tarixi fəlsəfə təhlili yolu – Bəziləri bu mövzuya tarixi təkamül prizmasından yanaşmışlar. Şəhid Mütəhhərinin “Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı” kitabı həmin qəbildəndir.

Sual: 99. Mehdilik iddiasının ortaya çıxması həmin zühurun labüdlüyünü göstərmirmi?

Cavab: Məhdəviyyət əqidəsi İslam cəmiyyətinə o qədər nüfuz etmişdir ki, hətta bəziləri bu əqidədən istifadə edərək Mehdilik iddiasına düşmüşlər. Xoşbəxtlikdən zaman ötdükcə belə yalan iddialar aradan qalxmışdır.

Əhməd Əmin Misri “Əl-Məhdiyyə fil-İslam” kitabında bildirir ki, Mehdilik iddiası bu əqidənin puçluğunu göstərir. Əslində isə belə deyil. Tarix boyu kimlərinsə Mehdilik iddiasına düşməsi bu əqidənin düzlük göstəricisidir və cəmiyyətdə uyğun əqidənin nüfuzundan danışır.

Bir sahədə yalançı iddiaçıların olması sübut götürülərsə, peyğəmbərlik məsələsi də şübhə altına düşər. Məgər tarixdə peyğəmbərlik iddiası edən yalançılar az olmuşdur?!

Sual: 100. Kimlər Mehdilik iddiasına düşmüşlər və kimlər Mehdi (ə) kimi tanıtdırılmışdır?

Cavab: Bu sayaq iddia edənlər çox olmuşdur. Məsələn:

1. Muxtar tərəfindən Mehdi (ə) olması iddia edilən Məhəmməd ibn Hənəfiyyə;

2. Xalqın Mehdi (ə) kimi tanıtdırdığı Musa ibn Təlhə;

3. Bir çoxlarının Mehdi (ə) kimi tanıdığı Əbu-Haşim ibn Məhəmməd ibn Hənəfiyyə;

4. Ömər ibn Əbdül-Əziz;

5. Əbdüllah ibn Müaviyə ibn Əbdüllah ibn Cəfər;

6. İmam Sadiqin (ə) oğlu İsmail (Bəziləri onun ölümünü inkar etmiş və Mehdi (ə) olduğunu bildirmişlər);

7. Mötəzililərin Mehdi (ə) kimi tanıtdırdığı Məhəmməd ibn Əbdüllah ibn Həsən. Əbül-fərəc İsfəhani deyir: “Kimsə onun Mehdi (ə)

səh:75

olmasına şəkk etmədi. Hətta Bəni-haşimdən olanların bir dəstəsi ona beyət etdi.”

8. Mənsur Abbasinin oğlu Mehdi Abbasi. (Atası ona “Mehdi” ləqəbi vermişdi ki, bu bəhanə ilə xalqdan beyət ala bilsin).

Sual: 101. Zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar edirmi?

Cavab: Əhməd Əmin Misri “Zəhiyul-İslam” kitabında iddia edir ki, zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar etmişlər.

Əhməd Əminin iddiası kökündən yanlışdır. Zeydiyyə kitablarına müraciət etdikdə görürük ki, onlar da digər İslam firqələri kimi həzrət Mehdinin (ə) qiyamına inanırlar.

Zeydiyyə firqəsinin böyük alimlərindən olan Məcdəddin ibn Məhəmməd ibn Mənsur Həsəni “Ləvamiul-ənvar” kitabında “Əxbarul-Məhdi” adı altında fəsil tərtib etmiş və həzrət Mehdi (ə) ilə bağlı bir çox hədislər nəql etmişdir.

O uyğun fəsildə yazır: Məhəmməd (s) ailəsindən olan imamlar həzrət Mehdi (ə) haqqında müjdə vermişlər. Onlar Mehdinin (ə) intizarını çəkirdilər. Hər bir imam özündən sonrakı imama bu barədə vəsiyyət etmişdir.”(1)

Bu şəxs həzrət Mehdi (ə) haqqında bir çox rəvayətlər nəql etdikdən sonra deyir: “Həzrət Mehdi (ə) və onun əhli-beytdən olması ilə bağlı rəvayətlər təvatir (yetərli) həddədir.”(2)

Kitabın başqa bir bölməsində oxuyuruq: Son imamla bağlı peyğəmbərdən və ələvi imamlardan yetişmiş xəbərlər qeyd olunanlardan çoxdur. “Nəhcül-bəlağəni” şərh edən ibn Əbil-Hədidin uyğun mövzu ilə bağlı söylədikləri həqiqətdir. Bütün müsəlman firqələri yekdil olaraq düşünür ki, dünya yalnız onun zühurundan sonra sona çatır.”(3)

Eyni fikirlər zeydiyyə imamı İbn-Həmzənin “Əş-şafi” kitabında nəql olunmuşdur.(4)

İbn Həmzənin dediklərindən məlum olur ki, o hətta həzrət Mehdinin (ə) dünyaya gəlişinə də inanır.(5)

Zeydiyyə alimlərindən olan Qazi Hüseyn ibn Nasir Məühəlla “Mutməhul-amal” kitabında Məhdəviyyət hadisəsindən söz açır. O

səh:76


1- [167] “Ləvamiul-Ənvar”, c. 1, s. 57.
2- [168] Həmin mənbə.
3- [169] Həmin mənbə.
4- [170] “Kitabul-Şafi”, c. 1, s. 78.
5- [171] Həmin mənbə, s. 79.

deyir: “Həzrət Mehdi (ə) haqqında mütəvatir həddə çatmış hədislər nəql olunmuşdur.”(1)

Sual: 102. Məhdəviyyətə etiqad xalqı xeyir əməldən çəkindirmirmi?

Cavab: Öncə Məhdəviyyətə etiqad və imamın intizarı mövzularını açıqlamaq lazımdır.

Məhdəviyyət o vaxt zərərli ola bilər ki, insan intizar adı altında bir bucağa çəkilib cəmiyyətdən ayrılsın; elə düşünsün ki, yer üzündə zülmün genişlənməsi imamın zühurunu tezləşdirəcək və imam tənhalıqda yer üzünü islah edəcək.

Başqa cür də düşünmək olar. Əslində bilməliyik ki, bizim əlimizi yanımıza salıb boş dayanmağımız bu zühuru yubandırır. Belə bir yanaşma insanı təşviq edir. Xilaskarı gözləyənlər özləri saleh fərdlərdir. Bu səbəbdən də İslam rəvayətlərində fərəc intizarı ən fəzilətli əməl sayılmışdır.

Məhdəviyyətlə bağlı yekdil fikirlər

Sual: 103. İslam məzhəbləri imamın (ə) zühurunu prinsipcə yekdil qəbul edirlərmi?

Cavab: Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.

a) Şiə alimlərindən - Şəhid Sədr deyir: “Həqiqətən, dünyanın ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna etiqad peyğəmbər hədislərində ümumi, əhli-beyt (ə) rəvayətlərində xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...”(2)

Şeyx Məhəmməd Riza Müzəffər deyir: “Dünyanın axırlarında Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü zülmə büründükdən sonra onda ədalətin hakim olması peyğəmbərdən mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer tutmuş məsələlərdəndir.”(3)

səh:77


1- [172] “Mutməhul-amal”, s. 185.
2- [173] “Bəhsun hоvlәl-Məhdi (ə)”, s. 103, 104.
3- [174] “Əqaidul-imamiyyə”, s. 77.

b) Sünni alimlərindən – Nasirəddin Əlbani deyir: “Bilmək lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox etibarlı hədislər nəql olunmuşdur.”(1)

Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Həqiqətən, həzrət Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin dedikləri ilə tanış olmayan cahil və höcətkeş insanlar bu məsələyə şübhə edə bilər...”(2)

Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz deyir: “Mehdi (ə) mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını bildirir...”(3)

Sual: 104. Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna etiqadı vacib sayırmı?

Cavab: Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu məsələyə etiqad etmək lazımdır.

a) Şiə alimlərindən – Şeyx Səduq deyir: “Həzrətin halından xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız həzrətin qeyb dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan faydalanmaq olar.”(4)

b) Sünni alimlərindən – Nasirəddin Əlbani yazır: “Həqiqətən, həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi işlərdəndir...”(5)

Əbdül Möhsün ibn Həmdül-İbad yazır: “Məhdəviyyətin təsdiqi və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman sayılır. Bu əslində qeybə imandır və Allah-tәala möminləri qeybə inandıqlarına görə mədh etmişdir...”(6)

səh:78


1- [175] “Ət-təməddunul-islami”, hicri 1371-ci il.
2- [176] “Camətu-İslamiyyə”, 3-cü say.
3- [177] Həmin mənbə.
4- [178] “Kəmalud-din”, c.1, s. 19.
5- [179] “Təməddune-İslami”, Dəməşq çapı.
6- [180] “Əl-cəmaətul-İslamiyyə”, Hicaz çapı.

Sual: 105. Həzrət Mehdinin (ə) hökumətinin əhatəsi ilə bağlı məzhəblərin mövqeyi necədir?

Cavab:Həzrət Mehdinin (ə) hökumətinin əhatəli olmasına etiqad Məhdəviyyətə etiqaddandır.

Allah-tәala buyurur: “Allah sizlərdən iman gətirib saleh iş görənlərə yer üzündə xilafət vəd etmişdir.(1)

Əhməd ibn Hənbəl həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Yer üzü zülm-sitəmlə dolar. Həmin vaxt nəslimdən olan bir şəxs zühur edər, 7-9 gün ərzində bütün yer üzünə sahib olar. Həmin vaxt bütün yer üzündə ədalət bərpa edilər.”

İmam Baqir (ə) buyurmuşdur: “İmam Qaim (ə) Mehdi (ə) 309 il yer üzündə hakim olar. Kəhf əhli də mağarada bu qədər qalmışdı. Həzrət yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər. Allah onun üçün dünyanın şərqini və qərbini fəth edəcək...”(2)

Sual: 106. Xilaskarın ləqəbi haqqında məzhəblər nə deyir?

Cavab: Şiə və sünnilər tərəfindən nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə məlum olur ki, xilaskarın ləqəbinin Mehdi (ə) olduğunu hamı yekdil şəkildə qəbul edir.

Hakim Nişapuri ibn Səid Xidriyə istinad edərək həzrət Peyğəmbərin (s) dilindən deyir: “Mehdi biz əhli-beytdəndir”.(3)

Həzrət peyğəmbər buyurmuşdur: “Həzrət Mehdi (ə) başının üzərində bulud dayanmış halda zühur edər. Bulud arasında bir kəs nida edər: “Bu Allahın xəlifəsi Mehdidir (ə), ona itaət edin.”(4)

Sual: 107. Həzrət Mehdi (ə) kimin nəslindəndir?

Cavab: Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir. Səd ibn Müsəyyib deyir: “Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Mehdi (ə) Fatimə (s) övladlarındandır.”(5)

səh:79


1- [181] “Nur” 55.
2- [182] “Bihar”, c. 52, s. 390.
3- [183] “Müstədrək”, c. 4, s. 557.
4- [184] “Bihar”, c. 51, s. 81.
5- [185] “Sünəni ibn Macə”, c. 2, s. 1364.

Əbu-Səid Xidri deyir: “Həzrət peyğəmbərdən (s) eşitdim: “Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”(1)

İmam Baqir (ə) buyurmuşdur: “Mehdi (ə) Fatimə övladlarındandır.”(2)

Sual: 108. Həzrət İsanın göydən enməsi ilə bağlı İslam məzhəblərinin mövqeyi nədir?

Cavab: Müxtəlif rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) zühur edən zaman həzrət İsa səmadan enib namazda ona iqtida edəcək.

Buxari Əbu-Hüreyrəyə istinadən Peyğəmbərin (s) dilindən belə nəql edir: “Özünüzdən olan şəxs sizə imam ikən Məryəm övladı enəndə halınız necə olar?!”(3)

İmam Baqir (ə) buyurmuşdur: “Yer onun üçün fırlanacaq, xəzinələr ona açılacaq, hakimiyyəti şərq və qərbi bürüyəcək. Allah-tәala müşriklər ikrah duysa da, onun vasitəsi ilə Öz dinini aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olar, Məryəm oğlu İsa Ruhullah enib Mehdinin (ə) arxasında namaza durar.”(4)

Sual: 109. Həzrət Mehdinin (ə) zühuru üçün nə vaxt şərait yaranacaq?

Cavab: Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə müəyyənləşdirib imzalayar.

Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Mehdi (ə) biz əhli-beytdəndir. Allah onun zühurunu bir gecədə həyata keçirəcək.”(5)

Şeyx Səduq imam Hüseynin (ə) dilindən nəql edir: “Mənim övladlarımdan olan şəxsin qiyamında həzrət Yusifdən, həzrət Musadan bir sünnə var və o, biz əhli-beytin canişinidir. Allah-tәala onun zühurunu bir gecədə həyata keçirər.”(6)

səh:80


1- [186] “Müsnəde-Əhməd”, c. 3, s. 36.
2- [187] “Bihar”, c. 51, s. 43.
3- [188] “Səhihe-Buxari”, c. 4, s. 143.
4- [189] “Bihar”, c. 52, s. 91.
5- [190] “Müsnəde-Əhməd”, c. 1, s. 84.
6- [191] “Kəmalud-din”, c. 1, s. 317.

Sual: 110. Həzrət Mehdinin (ə) ümumdünya ədalət hökuməti haqqında İslam məzhəblərinin mövqeyi nədir?

Cavab: İstər şiə, istər sünni mənbələrində nəql olunmuş bir çox hədislərdən məlum olur ki, yer üzü zülm-sitəmə qərq olduqdan sonra həzrət Mehdi (ə) zühur edib yer üzündə ədaləti bərpa edəcək.

Əbu-Səid Xidri həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Yer üzü zülm-sitəmə qərq olmamış qiyamət qopmaz. Həmin vaxt əhli-beytimdən bir şəxs zühur edib yer üzündə ədaləti bərpa edər.(1)

Şeyx Tusi imam Sadiqin (ə) dilindən belə nəql edir: “Bizim Qaim (ə) (Mehdi (ə)) zühur edər. (Həzrət Əli (ə) ilə Musa ibn Cəfərə işarə edərək buyurdu) O bu şəxsin nəslindəndir. Yer üzü zülm-sitəmlə dolduqdan sonra o, ədaləti bərpa edər”.(2)

İmam Mehdinin (ə) mövludu

Sual: 111. Sünni alimlərindən həzrət Mehdinin (ə) anadan olmasını etiraf edən varmı?

Cavab: Sünni alimlərindən bir qrupu imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladının dünyaya gəlişini etiraf etmişlər. Həmin alimlərdən bəzilərinin adını yada salaq: Əllamə Şəmsəddin Qazi ibn Xəlkan Şafei, Əllamə Səlahəddin Xəlil ibn Eybək Səfədi, İbn-Əsr Cəzri, Əllamə Mirxand, Əli ibn Hüseyn Məsudi, Məhəmməd Fərid Vəcdi, Əbül-Fəda İsmail ibn Əli Şafei, Sebt ibn Cоzi, Məhəmməd ibn Təlhə Şafei, Şəmsəddin Məhəmməd ibn Tulun Hənəfi, Mirzaməhəmməd ibn Rüstəm Bedəxşi Şafei, Əhməd ibn Hucr Heytəmi Şafei, Məhəmməd ibn Yusif Gənci Şafei, Arif Əbdül Vəhhab Şərani Hənəfi, Mühyiddin Ərəbi, Mömin ibn Həsən Şəbələnci Şafei, Şeyx Süleyman Qunduzi Şafei, Şeyx Məhəmməd ibn Əli Səbban Şafei, Səfiyuddin Əbdül-Mömin Bağdadi, Zeynəddin Ömər ibn Virdi, Əbül-Əbbas Əhməd ibn Əli Qələqşəndi Şafei, Əbu-Əbdüllah Yaqut Həməvi, Məhəmməd Əmin Bağdadi (Süyudi), İbn-Xəldun, Əbül-Fəth Məhəmməd ibn Əbdül-Kərim Şəhristani, Nurəddin ibn Səbbağ Maliki, Nurəddin Əbdül-Rəhman Cami Hənəfi, Molla Əli Qari Hənəfi Məkki, Fəzl ibn Ruzbəhan, Cəmaləddin Məhəmməd ibn Yusif Zirəndi Hənəfi, Əhməd Əmin Misri, Sədrəddin Həməvini, Əttar Nişapuri, Cəlaləddin Bəlxi Rumi, Sədrəddin Qəvnəvi, Hüseyn ibn Məhəmməd Diyarbəkri

səh:81


1- [192] “Müsnədə-Əhməd”, c. 3, s. 36.
2- [193] “Əl-ğeybət”, s. 42.

Maliki, Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi, Şəmsəddin Zəhəbi Şafei, Fəxr Razi Şafei, Şeyx Əbdüllah ibn Məhəmməd Şəbravi Misri Şafei, İbn İmad Dəməşqi Hənbəli, Məhəmməd ibn Əbdür-Rəsul Bərzənci Şafei, Əbül-Bərəkat Neman ibn Məhmud Alusi Hənəfi və başqaları.

Sual: 112. Sünnə əhlindən kimsə imam Əsgərinin (ə) övladını xilaskar kimi qəbul edirmi?

Cavab: Bəzi sünni alimləri imam Həsənin (ə) Mehdi (ə) adlı övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə şiələrə aid əqidə bilirlər. Bəzi sünni alimləri isə həm Mehdinin (ə) mövluduna, həm də onun hazırda sağ olmasına inanırlar. Bu alimlərdən bəzilərini yada salaq:

1. Məhəmməd ibn Yusif Gənci Şafei deyir: “İmam Həsən Əsgərinin (ə) özündən sonra bir oğlu qalıb və o, vəd olunmuş imamdır.”(1)

2. Əbdül-Vəhhab Şərani Hənəfi deyir: “Dünyanın sonunda Mehdinin zühuruna ümid var. O, imam Həsən Əsgərinin (ə) övladlarındandır. Onun mövludu hicri 255-ci il Şəbanın ortasına təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib.”(2)

3. Nurəddin Əbdür Rəhman Came Hənəfi deyir: “O yer üzündə ədaləti bərpa edər.”(3)

4. Qazi Bəhlul Behcət Әfəndi deyir: “On ikinci imam hicri 255-ci il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb. Allah ona izin verdiyi vaxt yer üzündə ədaləti bərpa edəcək”.(4)

5. Sədrəddin Həmvini həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: “Həqiqətən, övladlarımdan 12-cisi qeybə çəkilər... Nəhayət, Allah-tәala ona zühur icazəsi verər.”(5)

6. Şeyx Fəridəddin Əttar Nişapuri öz qəsidəsində deyir:

Minlərlə övliya əl açıb göyə

Mehdini istərlər “ya Allah” deyə.

Ya Rəbb, göndər gəlsin böyük xilaskar,

səh:82


1- [194] “Kifayətul-Talib”, s. 312.
2- [195] “Əl-yəvaqit vəl-cəvahir”, c. 2, s. 127.
3- [196] “Şəvahidun-Nübuvvə”,s. 104.
4- [197] “Əl-Mühakimə fi tarixi Ali-Muhəmməd”, s. 246.
5- [198] “Fəraidus-sitmin”, c. 2, s. 132.

Ədalət dünyada görünsün aşkar.

7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:

Kişilər sərvəri Əliyə salam,

Ərənlər hünəri Əliyə salam...

Haqqı yer üzündə bərpa edəsi

Mehdi adlı diri vəliyə salam.

8. Sədrəddin Qəvnəvi şagirdlərinə belə vəsiyyət etmişdir: “Dünyadan köçəcəyim gecə qəlb iştirakı ilə 70000 dəfə “la ilahə illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.

9. Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi deyir: “Höccət Məhəmmədin, Saleh Xələfin atasını dünyadan köçəndə 5 yaşı vardı. Allah-tәala Yəhyaya uşaq yaşında hikmət öyrətdiyi kimi, ona da az yaşında hikmət təlim etdi. Alimlər yekdil olaraq bu rəydədir ki, Mehdi (ə) dünyanın sonunda zühur edəcək qaimdir...”

Sual:113. Məhdəviyyət hədislərini nəql edən müəlliflər hansı mənbələrə istinad edib?

Cavab: Bəziləri deyirlər ki, qədim müəlliflər tarixi məsələlər, eləcə də, Məhdəviyyət mövzusu ilə bağlı hədisləri mənbəni araşdırmadan nəql etmişlər. Sonra yeni bir yanaşma nəzərə çarpır. Sonradan rəvayətlər araşdırılmış, “səhih”, “həsən”, “qəvi”, “zəif” qruplarına ayrılmışdır. Amma belə bir yanaşma tarixi rəvayətlərə, o cümlədən, Məhdəviyyət rəvayətlərinə aid deyil...

Uyğun iradları cavablandıraq:

1. Qədim imamiyyə hədisçiləri son həddə səy göstərərək bu məsələyə ehtiyatla yanaşmış və hədislər toplamışlar. Bu alimlərdən biri də Kuleynidir. Kuleyni hədisçilər arasında öz diqqət və ehtiyatı ilə seçilir. Şeyx Tusinin də uyğun istiqamətdə ciddi səyləri olmuşdur. O istinad etdiyi şəxslərə çox diqqətlə yanaşmışdır. Şeyx Səduq istinad etdiyi şeyxləri yaxşı tanımış, onların iman və ədaləti haqqında məlumat toplamışdır. Bu alim tanımadığı kəsdən rəvayət nəql etməmişdir.

2. Biz əminik ki, Məhdəviyyət hədislərini nəql edən bu böyük alimlər nəql etdikləri hədislərin düzlüyünə inanmışlar. Onlar zəif cəhətləri aradan qaldıra bilən mötəbər dəlillərə əsaslanaraq uyğun hədisləri əminliklə nəql etmişlər. Şeyx Səduq və Tusi kimi alimlərin həqiqəti sübuta yetirməkdən başqa məqsədi olmamışdır. Uyğun mövzunu araşdırmaqda Şeyx Səduqun yeganə məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaq olmuşdur.

səh:83

3. İlk üç əsrdə yazılmış və Məhdəviyyət mövzusunu açıqlayan mənbələr şeyx Səduq, Tusi və Nemaninin istinadgahı olmuşdur.

4. Rəvayətlərin dörd yerə bölünməsi son dövrə aid olsa da, Şeyx Tusi öz dövründə hədislərə xüsusi üslubda yanaşmışdır.

Şeyx Bəhayi hədisləri dörd qismə böldükdən sonra deyir: “Qədim alimlər belə bir bölgü aparmamışdır. Onlar əminlik yaradan dəlillərə malik hədisləri səhih (düzgün) saymışlar. Bu dəlillərə nəzər salaq:

a) Hədisin rəvayətçilər arasında məşhur400 qaynaqdan nəqli.

b) Hədisin iki və ya daha artıq mötəbər qaynaqda təkrarı.

v) Hədisin imam səhabələri və səhabələr icması tərəfindən təsdiqlənən qaynaqda mövcudluğu.

q) Hədisin imamlara təqdim olunmuş və imamlar tərəfindən təsdiqlənmiş kitabda mövcudluğu. Übeydullah ibn Əli Hələbinin imam Sadiqə (ə) təqdim etdiyi kitabı misal göstərmək olar.(1)

d) Hədisin qədim alimlər tərəfindən etibarlı sayılan kitabda nəqli.(2)

5. Rical (hədis) alimləri məchul hədisləri iki qismə ayırırlar:

a) İstilahi məchul: Bu qrupa rical alimləri tərəfindən cəhalati qeyd olunanlar daxildir.

b) Lüğəvi məchul: Bu qrupa vəziyyəti məlum olmayan, rical kitablarında adı çəkilməyənlər daxildir. Birinci qrupdan olan hədislər zəif sayılır və onları araşdırmağa ehtiyac yoxdur. İkinci qrupdan olan hədislərin araşdırılmasına ehtiyac var. Müəyyənləşdirilməlidir ki, həmin rəvayətçinin adı nə üçün kitablarda qeyd olunmamışdır? Bunun səbəbi həmin şəxsin həm məşhurluğu, həm də cəhaləti ola bilər.(3)

6. Olsun ki qədim alimlər rəvayətçinin sədaqət və ədalətini əsas götürmüşlər. Yəni öncə rəvayətçinin ədalətli olması yox, ədalətsiz olması sübut olunmalıdır. Bu səbəbdən də ədalətin sübutuna ehtiyac duyulmur. Az adamların ədalətini sübuta yetirmək olar. Mütəfəkkirlər bu üsulu qəbul edir.

7. Rəvayətin etibarlı olmasının müəyyənləşdirilməsi üçün yalnız qaynağı araşdırmaq bəs etmir. Əminlik müxtəlif yollarla yarana bilər. Nəzərdə saxlamalıyıq ki, əksər şiə alimlərinin mənbələrində rəvayətin düzlüyü müxtəlif baxışlardan öyrənilmişdir.

səh:84


1- [199] “Ricale-Nəccaşi”, s. 230.
2- [200] “Vəsailuş-şiə”, c. 30, 197, 198.
3- [201] “Mirdamad”, “Ər-rəvaşeh”, s. 60, 61.

Sual: 114. Həzrət Mehdinin (ə) mövludunu xəbər verən rəvayətlər zəifdirmi?

Cavab: Bəziləri deyirlər ki, müəlliflər Mehdinin (ə) mövludundan danışan rəvayətlərin zəif olduğunu bildikləri halda, onları nəql etmişlər.

Uyğun iradlara cavab verək:

1. Bu mövlud haqqında yetərincə etibarlı sənədlər olduğundan zəif rəvayətləri araşdırmağa ehtiyac yoxdur. Bu əqidə şiə və sünni hədisçiləri tərəfindən qəbul olunmuşdur.(1)

2. Aşkar etiqadi və kəlami məsələlərlə bağlı hədislər şiələr tərəfindən etibarlı sayılır. Bu məsələləri ağıl da təsdiqləyir. Aşkar etiqadi məsələlərin hədislərin araşdırılması yolu ilə təsdiqi zəruri deyil. Məhdəviyyət də bu qəbil məsələlərdəndir.

3. Həzrət Mehdinin (ə) mövludundan xəbər verən hədislər təvatir (yetərlilik) həddindən çoxdur. Bu baxımdan da onların araşdırılmasına ehtiyac yoxdur. Mütəvatirlik əksəriyyət tərəfindən meyar qəbul olunmuşdur. Mütəvatir xəbəri nəql edən rəvayətçilərinin hər birinin ədalətli olması şərt deyil.

4. İmam Əsgərinin (ə) yaşadığı dövrdəki siyasi vəziyyəti araşdıran şəxs anlayır ki, məhz həmin dövrün siyasi sıxıntıları səbəbindən bir çox rəvayətçilər həzrət Mehdinin (ə) mövludundan xəbərsiz qalmışdır. Bir çox hədisçilər rəvayəti nəql edərkən adlarını gizlətmiş, mövcud rejimin təzyiqlərindən çəkinmişlər.

Sual: 115. Həzrət Mehdinin (ə) mövluduna əminlik yaradan hansı amillər var?

Cavab: Bir xəbərin mütəvatir olması yəqinlik yaradır. Həzrət Mehdinin (ə) mövluduna yəqinlik yaradan bəzi mövzuları nəzərdən keçirək:

1. 214 hədis həzrət Mehdinin (ə) mövludunu təsdiqləyir.(2)

2. Həzrət Mehdinin (ə) doğum ilini göstərən rəvayətlər.(3)

3. Həzrət Mehdinin (ə) fərdi xüsusiyyətlərindən danışan rəvayətlər.(4)

4. Həzrət Mehdinin (ə) imamlığını təsdiqləyən rəvayətlər.(5)

səh:85


1- [202] Nasirəddin Əlbani, “Silsilətul-əhadisul-səhihə”, c. 4, s. 358.
2- [203] “Kəmalud-Din”, s. 407.
3- [204] “Bihar”,c. 51.
4- [205] “Kəmalud-din”, s. 475.
5- [206] “Kəmalud-Din”, s. 435.

5. Müqəddəs nahiyə (imamın nümayəndəliyi) tərəfindən çıxarılan fərmanlar.(1)

6. Bəni-Abbas hökuməti tərəfindən imam Mehdinin (ə) qətli üçün görülən tədbirlər.

7. Kiçik qeyb dövründə həzrət Mehdi (ə) tərəfindən dörd səfirin təyin olunması.

8. Müxtəlif ölkə və şəhərlərdə müqəddəs nahiyənin (imamın nümayəndələrinin) vəkilləri.

9. Həzrət Mehdi (ə) ilə baş tutmuş görüşlər.

10. Həzrət Mehdinin (ə) kitablarda qeyd olunmuş möcüzələri.

11. Tarixçi alimlərin imam Əsgərinin (ə) övladı olmasını etiraf etmələri.

12. İmam Mehdinin (ə) mövludunun şiə icması tərəfindən qəbulu.

13. Genetika mütəxəssislərinin imam Əsgərinin (ə) övladı olmasını təsdiqləməsi.

14. Yalançı səfirlərin mövcudluğu.

15. Hər bir məsum imamın həzrət Mehdinin (ə) mövludunu təsdiqləməsi.

Sual: 116. Həzrətin mövludunu bildirən hədislər arasında səhih (düzgün) qaynağı olan hədis varmı?

Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişini bildirən hədislər arasında etibarlı qaynağı olan hədislərdən bəzilərini nəzərdən keçirək:

1. Kuleyni “səhih sənəd” sayılan Məhəmməd ibn Əbdüllah və Məhəmməd ibn Yəhyadan, onlar da öz növbəsində Əbdüllah ibn Cəfər Həmiridən nəql edir: “Mən Şeyx Əbu Əmr – Osman ibn Səid Əmri ilə birlikdə Əhməd ibn İshaqın hüzurunda idik. Əhməd ibn İshaq mənə işarə etdi ki, Əbu-Əmrdən imam Əsgərinin (ə) canişini haqqında soruşum. Əbu-Əmrə dedim: “Səndən heç bir şəkkim olmayan bir məsələ haqqında soruşmaq istəyirəm. İnanıram ki, yer üzü heç vaxt höccətsiz (ilahi rəhbərsiz) qalmır. Yalnız qiyamətdən öncə 40 gün belə ola bilər. Həmin gün çatdıqda höccət götürülər və tövbə qapısı bağlanar. Amma əminliyimi artırmaq istəyirəm. İmam Əsgərinin canişinini görmüsənmi?” Əbu-Əmr buyurdu: “Bəli, and olsun Allaha,

səh:86


1- [207] Bu barədə әtraflı danışılacaq.

boyu belə idi.” Sonra gördüyü canişinin boyunu əli ilə göstərdi...”(1) Hazırkı hədisi səhih sənədlə Şeyx Səduq da nəql etmişdir.(2)

2. Kuleyni səhih bir sənədlə Hüseyn ibn Əladan belə nəql edir: “İmam Sadiqə (ə) ərz etdim: “Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: “Heç vaxt.”(3)

3. Müəllif digər bir sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, yer üzü heç vaxt imamsız qalmaz.”(4)

5. Başqa bir səhih sənədlə Əbu-Haşim Cəfəridən belə nəql olunur: “İmam Əskəriyə (ə) ərz etdim ki: “Ey mənim ağam! Sizin övladınız varmı?” Həzrət buyurdu: “Bəli.” Ərz etdim: “Əgər sizə bir hadisə üz versə, harada ona müraciət edim?” Buyurdu: “Mədinədə.”

6. Başqa bir səhih sənədə əsasən Məhmməd ibn Əli ibn Bilaldan belə nəql olunur: “İmam Əsgərinin (ə) şəhadətindən iki il öncə ondan bir məktub aldım. Məktubda həzrət öz canişini haqqında məlumat verirdi. Şəhadətindən üç gün öncə başqa bir məktub gəldi. Yenə həzrət canişini haqqında yazırdı.”(5)

7. Kuleyni səhih sənədə əsasən Zürarənin imam Sadiqdən (ə) eşitdiklərini nəql edir: “Həqiqətən, o uşaq üçün qiyamdan öncə qeyb dövrü var... Ey Zürarə! Bu həmin Müntəzirdir ki, dünyaya gəlişinə şübhə olunar....”(6)

8. Şeyx Səduq mötəbər sənədə əsasən Davud ibn Qasim Cəfəridən imam Hadinin (ə) belə bir buyuruğunu nəql edir: “Məndən sonra canişinim övladım Həsəndir. Ondan sonrakı canişini görməzsiniz. Onun adını çəkmək sizə halal deyil.” Onu necə çağırmaq haqqında soruşdum. Buyurdu: “Ali-Məhəmməd höccəti”;(7)

səh:87


1- [208] “Kafi”, c. 1, s. 329-330.
2- [209] “Kəmalud-din”, s. 441.
3- [210] “Kafi”, c. 1, s. 178.
4- [211] Həmin mənbə.
5- [213] Həmin mənbə.
6- [214] “Həmin mənbə”.
7- [215] “Kəmalud-din”, s. 381.

Sual: 117. İmam Mehdinin (ə) dünyaya gəlişi haqqında daha hansı yollarla məlumat verilir?

Cavab: İmam Əsgərinin (ə) səhabələrindən bir çoxu və başqaları imam Mehdinin (ə) dünyaya gəlişi haqqında xəbər vermişlər. Onun kiçik və böyük qeyb dövrlərində görənlər də var. Onlardan bəzilərinin adını çəkək:

1. Əbul-Fəzl Hüseyn ibn Həsən Ələvi deyir: “Samirada imam Mehdinin (ə) mövludunu təbrik etmək üçün imam Əsgərinin (ə) yanına getdim.”(1)

2. Əhməd ibn Məhəmməd deyir: “Zübeyri öldürdükdən sonra imam Əskəridən (ə) məktub aldım. O yazırdı: “Bu, Allah və Onun övliyasına iftira yaxanın, canişinim olmamış məni öldürə biləcəyini düşünənin cəzasıdır. Allahın qüdrətini necə gördü?!” Hicri 255-ci ildə həzrətin oğlu oldu və ona Məhəmməd (ə) adı verildi.”(2)

3. Əbu-Haşim Cəfəri deyir: “İmam Əskəriyə (ə) ərz etdim: “Sizin övladınız varmı?” Həzrət buyurdu: “Bəli...”(3)

4. Şeyx Sadiq imam Əsgərinin (ə) xidmətçisi Nəsiminin dilindən belə nəql edir: “Həzrət Mehdi (ə) anadan olandan bir gün sonra onun yanına getdim. Yanında olduğum vaxt səbir vurdum. Həzrət (ə) buyurdu: “Yərhəməkəllahu” (“Allah sənə rəhm etsin”) Bu söz məni sevindirdi. Sonra həzrət buyurdu: “Sənə səbir vurmaq haqqında müjdə verimmi? Bil ki, səbir vurmaq insanı üç gün ölümdən amanda saxlayar.”(4)

5. Şeyx Tusi Nəsim və Mariyəyə istinadən belə nəql edir: “Həzrət Mehdi (ə) anasının bətnindən çıxdıqdan sonra iki dizi üstə oturdu, şəhadət barmağı ilə səmaya işarə etdi, sonra səbir vurdu və buyurdu: “Əlhəmdulillahi Rəbbil-aləmin və səlləllahu əla Muhəmmədin və alihi əbədən və daxərən ğəyri-mustənkəfə və la mustəkbər.” Sonra həzrət (ə) sözünə belə davam etdi: “Zalımlar güman etdilər ki, Allahın höccəti gəlməyəcək. Əgər bizə danışmaq izni verilsəydi, bütün şəkk-şübhələr aradan qalxardı.(5)

6. Şext Tusi Kamil ibn İbrahim Mədənidən bir rəvayət nəql edir. Kamil imam Əskəri (ə) ilә görüşündən danışır: “Külək əsdi, pərdə kənara çəkildi. Qəfildən ay tək nur saçan bir uşaq göründü. Onun dörd

səh:88


1- [216] “Bihar”, c. 51, s. 17.
2- [217] Həmin mənbə.
3- [218] “Kafi”, c. 1, s. 328.
4- [219] “Kəmaluddin-din”, c. 430.
5- [220] “Əl-ğeybət”, Tusi, s. 245.

yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə buyurdu: “Ey Kamil ibn İbrahim! Onun xitabı bədənimi lərzəyə gətirdi. İlhamlanıb, “eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: “Sən Allahın vəlisi, höccəti, qapısının yanına gəlmisən.”(1)

7. Əmr Əhvazi deyir: “İmam Əskəri (ə) öz övladını mənə göstərdi və buyurdu: “O, məndən sonra sizin sahibinizdir.”

Şeyx Hürr Amili deyir: “Kuleyni və başqa müəlliflər mötəbər sənədlərə əsasən nəql edirlər ki, bir çox insanlar mövludundan sonra həzrət Mehdi (ə) ilə görüşmüşdür. Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Həkimə binti Məhəmməd, Əbu-Əli ibn Mutəhhər, Xadim İbrahim ibn Əbdə, Əbu-Əbdüllah ibn Saleh, İbrahim ibn İdris, əmisi Cəfər ibn Əli, Əmr Əhvazi, Zərif Xadim, Farsi, Mədaini həzrət Mehdini (ə) görən şəxslərdəndir.”(2)

8. Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh və Məhəmməd ibn Osman Əmri deyir: “İmam Əsgəri öz mənzilində övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: “Bu məndən sonra sizin imamınız, mənim canişinimdir. Ona itaət edin və məndən sonra parçalanmayın...(3)

Sual: 118. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə) mövludundan xəbər vermişdirmi?

Cavab: Bəli, bu barədə 107 hədisdə məlumat verilir. İbn Abbas həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Allah-tәala yer üzünə nəzər saldı. Məni seçdi, peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər saldı. Əlini seçdi və onu imam qərar verdi. Mənə əmr etdi ki, onu özümə qardaş, canişin, xəlifə və vəzir seçim. Əli məndəndir, mən də Əlidən. O qızımın əri, iki nəvəm Həsən və Hüseynin atasıdır. Agah olun! Allah-tәala məni və onları öz bəndələri üçün höccət qərar vermişdir. Eləcə də, Hüseyndən olan imamlar müəyyənləşdirilmişdir və onlar qiyam edib mənim vəsiyyətimi qoruyacaq. Onlardan dоqquzuncusu mənim əhli-beytimin qaimi, ümmətimin Mehdisidir. Görünüş, danışıq və hərəkət baxımından mənə ən çox oxşayan da odur. Uzun qeybətdən və azdırıcı heyrətdən sonra zühur edər...”(4)

səh:89


1- [221] Həmin mənbə, s. 247.
2- [222] “İsbatul-Hudat”, c. 3, s. 442.
3- [223] “Kəmalud-din”, s. 435.
4- [224] “Kəmalud-din”, s. 257.

Sual: 119. Həzrət Əli (ə) imam Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?

Cavab: Əsbəğ ibn Nəbatə deyir: “Həzrət Əmirəl-mömininin (ə) yanına getdim. Dərin fikrə gedib, əlindəki çubuğu yerə vururdu. Ərz etdim: “Ya Əmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa yerə rəğbətiniz artıb?” Həzrət buyurdu: “Yox, and olsun Allaha mən bir gün olsun belə, dünyaya rəğbət göstərməmişəm. Məndən olası birinin mövludu haqqında düşünürəm. O, mənim övladlarımdan оn birincisidir. Adı Mehdidir. Yer üzü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin vaxt kimi yolunu azar, kimi haqqı tapar...”(1)

Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?

Cavab: Bəli, hədislərdən birində imam Həsən (ə) Müctəba belə buyurur: “Həzrət Peyğəmbərdən (s) sonra imamlar 12 nəfərdir. Qardaşım Hüseyndən (ə) doqquz imam qərar verilər və ümmətin Mehdisi (ə) onlardan olar.”(2)

Sual: 121. İmam Hüseyn (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: “Övladlarımın doqquzuncusunda Yusifin, Musa ibn İmranın sünnəsi var. O biz əhli-beytin qaimidir. Allah-tәala onun işini bir gecədə gerçəkləşdirər.” (“Kəmalud-din”, s. 317; “Bihar”, c. 51, s. 132,133)

Başqa bir rəvayətdə belə nəql olunur: “..Bu ümmətin qaimi mənim doqquzuncu övladımdır. Odur qeyb sahibi. Odur sağ vaxtında mirası bölünən kəs.” (Həmin mənbə)

Əbdürrəhman ibn Suləyt imam Hüseynin (ə) dilindən belə nəql edir: “On iki Mehdi bizdəndir. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbu-Talib, sonuncusu mənim doqquzuncu övladımdır. Odur qaim imam. Allah-tәala yer üzü məhv olduqdan sonra onu Mehdi (ə) vasitəsi ilə dirildəcək...”(3)

səh:90


1- [225] “Kafi”, c. 1, s. 338; “Kəmalud-din”, s. 289.
2- [226] “Bihar”, c. 36, s. 383.
3- [227] Həmin mənbə.

Sual: 122. İmam Səccad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?

Cavab: İmam Zeynəl-Abidinin (ə) övladı ondan soruşdu: “Ey ata! Nə üçün qardaşımı “Baqir” adlandırdın? Həzrət bu vaxta qədər görmədiyim şəkildə gülümsündü və buyurdu: “Ey övladım! Həqiqətən, imamlar onun övladlarıdır. Onlardan olan bizim qaim qiyam edər, yer üzünü zülm-sitəm bürüdükdən sonra ədaləti bərpa edər. Odur imam, odur imamların atası, odur elm mədəni, elm qaynağı. Odur elmi yaran. And olsun Allaha! Allahın rəsuluna ən çox oxşayan da odur.” Ərz etdim: “Ondan sonra yeddi imam var? Həzrət buyurdu: “Ondan sonra yeddi imam var və dünyanın sonunda qiyam edəcək Mehdi (ə) onların arasındadır.”(1)

Sual: 123. İmam Baqir (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?

Cavab: Bəli, Şeyx Səduq imam Sadiqdən (ə) nəql olunmuş müfəssəl bir hədisdə onun dilindən belə nəql edir: “Həqiqətən, tezliklə mənim altıncı övladım qeybə çəkilər. O, həzrət Peyğəmbərdən (s) sonra on ikinci imamdır. Onların birincisi Əmirəl-möminin, sonuncusu Qaim, yer üzündə Bəqiyyətullah və Sahibəz-zamandır...”(2)

Başqa bir hədisdə imam Sadiqin (ə) belə buyurduğu nəql edilir: “Hər kəs bütün imamları qəbul edib Mehdini (ə) inkar etsə, bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar edən kəs kimidir.” Ondan soruşuldu: “Ey peyğəmbər övladı, övladlarından hansı Mehdidir?”

Həzrət buyurdu: “Yeddinci övladdan sonra beşincisi. O sizdən qeybə çəkilər və onun adını çəkmək halal deyil.”(3) Əbu Bəsirdən nəql olunmuş hədisdə belə nəql olunur: İmam Sadiqə (ə) ərz etdim: “Ey peyğəmbər övladı! Siz əhli-beytin (ə) qaimi kimdir?” Həzrət buyurdu: “Ey Əbu-Bəsir! O, övladım Musanın beşinci övladıdır. O çox üstün qadının övladıdır. Qeybə çəkilər və batil əhli ona şəkk edər. Allah-tәala onun zühurunu qərar verib, onun əli ilə yer üzünü şərqdən qərbə fəth edər...”(4)

səh:91


1- [228] “Bihar”, c. 36, s. 388.
2- [229] “Kəmalud-din”, s. 33; “Bihar”, c. 42, s. 79.
3- [230] “Kəmalud-din”, s. 333.
4- [231] “Kəmalud-din”, s. 345; “Bihar”, c. 51, s. 146

Sual: 125. İmam Kazim (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?

Cavab:Yunis ibn Əbdür-Rəhman deyir: “Musa ibn Cəfərin yanına gedib ərz etdim: “Ey peyğəmbər övladı! Qaim sizsinizmi?” Həzrət buyurdu: “Mən qaiməm, amma yer üzünü Allahın düşmənlərindən təmizləyəcək qaim mənim övladlarımdan beşincisidir. Onun uzun müddətli qeyb dövrü olacaq...”(1)

Şeyx Səduq həzrət Musa ibn Cəfərin (ə) dilindən belə nəql edir: “Bir vaxt yeddinci övladımın beşinci övladı qeybə çəkilər...”(2)

Sual: 126. İmam Riza (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?

Cavab: Hüseyn ibn Xalid bir hədisdə deyir: “İmam Rizaya (ə) ərz olundu: “Siz əhli-beytdən olan qaim kimdir?” Övladımın dördüncü övladı, çox üstün qadının övladı! Allah onun vasitəsi ilə yer üzünü zülm-sitəmdən təmizləyər. Anadan olmasına şəkk edilən kəs odur. Odur zühurundan öncə qeybə çəkilən...”(3)

Dəbəl Xəzai deyir: “Mövlam imam Əli ibn Musa Riza (ə) üçün bir qəsidə oxudum:

Şübhə yox ki, zühur edəcək imam,

Allahın adıyla qopacaq qiyam.

Haqqı ayıracaq batildən hökmən,

Ləyaqətin qədər alasısan sən.

İmam Riza (ə) şeri dinləyib ağladı. Sonra başını qaldırıb buyurdu: “Ey Xəzai! Ruhul-Qüds sənin dilinlə danışdı. Bilirsənmi, bu imam kimdir və nə vaxt qiyam edəcək?” Ərz etdim: “Xeyr, ey mənim mövlam. Yalnız bunu bilirəm ki, sizlərdən bir imam qiyam qaldırar, yer üzündə zülmün kökünü kəsib ədaləti bərpa edər.” Həzrət buyurdu: “Həqiqətən, məndən sonra övladım Məhəmməd imamdır. Məhəmməddən sonra Həsən, Həsəndən sonra onun övladı qaim imamdır. O, qeybə çəkiləndə intizar, zühur edəndə firavanlıq olar...”(4)

səh:92


1- [232] “Elamul-vəri”, s. 433.
2- [233] “Kəmalud-din”, s. 359.
3- [234] “Bihar”, c. 52, s. 321.
4- [235] “Yәnabiul-Mәvəddət”, c. 3, s. 309; (“Bihar”, c. 49, s. 237.

Sual: 127. İmam Cəvad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında xəbər vermişdirmi?

Cavab: Bəli, 90 hədisdə imam Cəvad (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişinə işarə etmişdir. Şeyx Səduq Əbdül-Əzim Həsənidən belə nəql edir: “Mən Məhəmməd ibn Əlinin yanına getdim. Soruşmaq istəyirdim ki, Mehdi odur, yoxsa başqası? Həzrət öncə belə buyurdu: “Ey Әbül-Qasim! Həqiqətən, bizim qaim Mehdidir. Onun qeybi dövründə intizar çəkmək, zühuru vaxtı itaət etmək vacibdir. O mənim üçüncü övladımdır.”(1)

Səduq Səqər ibn Əbu-Delfdən imam Cavadın (ə) belə bir buyurduğunu nəql edir: “Məndən sonra imam övladım Əlidir. Onun əmri mənim əmrim, onun sözü mənim sözümdür. Ona itaət mənə itaətdir. Ondan sonra övladı Həsən imamdır. Onun əmri atasının əmri, sözü atasının sözü. Ona itaət atasına itaətdir.” Sonra imam susdu. Mən Həsəndən (ə) sonra kimin imam olacağı barədə soruşdum. İmam ağladı və buyurdu: “Həqiqətən, Həsəndən sonra onun övladı, zühuru gözlənilən qaimdir...”(2)

Sual: 128. İmam Hadi (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?

Cavab: Səqər ibn Əbu Delf deyir: “İmam Hadi (ə) buyurdu: “İmam məndən sonra Həsən, Həsəndən sonra övladı qaimdir. О, yer üzünü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək.”(3)

Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadi (ə) buyurdu: “Məndən sonra canişini görməzsiniz və onun adını çəkmək halal deyil...”(4)

Sual: 129. İmam Hәsәn Əsgəri (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?

Cavab: Bəli, çoxsaylı rəvayətlərdə bu məsələ öz əksini tapmışdır:

Musa ibn Cəfər ibn Vəhəb Bağdadi deyir: “İmam Əsgəri (ə) buyurdu: “Sanki sizin məndən sonra canişinimlə bağlı ixtilaf salacağınızı görürəm. Agah olun! Həqiqətən, hər kəs peyğəmbərdən

səh:93


1- [236] “Kəmalud-din”, s. 377; “Bihar”, c. 51, s. 156.
2- [237] “Elamul-Vəri”, s. 436; “Bihar”, c. 50, s. 239.
3- [238] “Bihar”, c. 50, s. 239.
4- [239] “Kəşful-Ğəmmə”, c. 2, s. 406»

sonra imamları təsdiqləyib onların övladını inkar etsə, bütün peyğəmbərləri qəbul edib İslam peyğəmbərini inkar etmiş kimidir...”(1)

Osman ibn Səid Əmri deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt ondan qiyamət gününədək yer üzünün höccətsiz qalmayacağı barədə atalarından nəql olunmuş rəvayət haqqında soruşdular. Rəvayətdə deyilirdi ki, hər kəs öz zamanının imamını tanımamış dünyadan köçsə, cahiliyyət dövründə ölmüş kimi sayılar. Həzrət buyurdu: “Bu, gün kimi həqiqətdir.” Həzrətə ərz etdilər: “Ey peyğəmbər övladı! Sizdən sonra höccət və imam kimdir?” Həzrət buyurdu: “Övladım Məhəmməd məndən sonra imam və höccətdir. Onu tanımamış dünyadan köçən cahiliyyət dövründə ölmüş kimidir...”(2)

Əhməd ibn İshaq deyir: “İmam Həsən Əsgəridən (ə) belə eşitdim: “Həmd olsun canişinimizi tanıtdırmamış bizi dünyadan aparmayan Allaha! O (canişinimiz), xilqət və əxlaq baxımından peyğəmbərə ən çox oxşayan şəxsdir...”(3)

Sual: 130. Nə üçün imamlardan heç biri həzrət Mehdinin (ə) şəxsiyyətini açıqlamamışlar?

Cavab: Əvvəla, həzrət Peyğəmbərdən (s) başlamış imam Əsgəriyədək (ə) bütün məsumlar imkan həddində həzrət Mehdinin (ə) şəxsiyyətini tanıtdırmışlar.

İkincisi, bir çox rəvayətlərdən məlum olur ki, həzrət Mehdi (ə) siyasi baxımdan çox təhlükəli vəziyyətdə idi. Zalım hakimlər onun yer üzündə zülmə son qoyacağını bildiklərindən onu aradan götürməyə çalışırdılar.

Bu səbəbdən də məsum Əhli-beyt (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişi məsələsinə çox ehtiyatla yanaşırdılar. Onlar həm həzrət Mehdini (ə) xalqa tanıtdırmalı, həm də onun üçün təhlükə yaratmamalı idilər.

Sual: 131. İmam Əsgərinin (ə) dövründə və həzrət Mehdi (ə) dünyaya gələn vaxt siyasi durum necə idi?

Cavab: İmam Əsgəri (ə) hicri 232-ci ilin rəbiul-əvvəl ayında dünyaya göz açmışdır. O, üç Bəni-Abbasi hakimi ilə müasir olmuşdur:

səh:94


1- [240] “Bihar”, c. 51, s. 160.
2- [241] “Bihar”, c. 51, s. 160.
3- [242] “Kəmalud-din”, s. 408; “Bihar”, c. 51, s. 161.

Mötəzz, Möhtədi, Mötəməd. Mötəməd Əhli-beytə (ə) xüsusi bir düşmənçiliklə yanaşırdı. O, göstəriş vermişdi ki, imam Əsgərinin (ə) şəhadətindən sonra onun evində axtarış aparılsın və övladı haqqında məlumat toplanılsın. Bu barədə hakimiyyəti Cəfər məlumatlandırmışdı.

Davud ibn Əsvəd deyir: İmam Əsgəri (ə) mənə bir əsa verib buyurdu: “Bunu Əmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun arasında məktub var. İmamın xidmətinə qayıtdıqda bu məsələni danışdım. Həzrət buyurdu: “Kimlərinsə bizi təhqir etdiyini görsən, tapşırılmış işin ardınca get və məbada cavab vermək fikrinə düşəsən və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.”(1)

Tarixi mənbələrdən məlum olur ki, imam öz səhabələrinə ona salam verməməyi tapşırmışdı. Әks-təqdirdə onun üçün təhlükə yaranardı.(2)

Həzrət öz şiələri ilə görüş üçün yer müəyyənləşdirmişdi. O buyurdu: “Filan yerdə, filan evdə gecə vaxtı müraciət edin. Məni orada taparsınız.”(3)

Məhəmməd ibn Əbdül-Əziz Bəlxi deyir: “Sübh vaxtı qoyunsatanların məhəlləsində oturmuşdum. Birdən imam Əsgərinin (ə) öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət mənim yanımdan keçdiyi vaxt şəhadət barmağını ağızına yaxınlaşdırıb sakit olmaq işarəsi verdi. Həmin gecə həzrətlə görüşdüm. O buyurdu: “Ya gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx.”(4)

Mərhum Müqəddəs Ərdəbili buyurur: “Əgər hədisi, «bir kişi» ünvanı ilə nəql etsələr nəzərdə imam Həsən Əsgəri (ə) tutulmuşdur.”(5)

Bütün bu məlumatlar imam Əsgərinin dövründə və həzrət Mehdi (ə) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də həzrət Mehdinin (ə) mövludu gizlədilmişdir.

Bu arada imam Əsgərinin (ə) iki vəzifəsi vardı: Həzrət həm övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli idi ki, onun həyatı üçün təhlükə yaranmasın.

səh:95


1- [243] “Bihar”, c. 50, s. 283.
2- [244] Həmin mənbə, s. 304.
3- [245] Həmin mənbə.
4- [246] “Bihar”, c. 50, s. 289.
5- [247] “Cameul-Ruvat”, c. 2, s. 462.

Sual: 132. Abbasi dövləti zəif olduğu halda həzrət Mehdi (ə) üçün hansı təhlükə yarada bilərdi?

Cavab: Bəziləri deyirlər ki, Abbasilər dövlətində işləri türklər əlinə aldığından xəlifələr çox zəif mövqeyə malik idi. Guya həmin dövrün siyasi vəziyyəti həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfi saxlanılması üçün əsas ola bilməz.

Uyğun iradı cavablandıraq:

1. Əgər Abbasi dövləti həmin dövrdə zəifləmişdirsə də, prinsipcə güclü dövlət sayılırdı.

2. Abbasilər türklərin hakimiyyətə nüfuzunun qarşısını ala bilməsə də, Əhli-beytə (ə) qarşı yekdil rəydə idilər.

3. Abbasilər daxili müxaliflərlə mübarizəyə məşğul olsalar da, heç vaxt əhli-beytlə mübarizəni yaddan çıxarmamışlar.

Sual: 133. İmam Əsgərinin (ə) şəhadətindən sonra siyasi vəziyyət necə idi?

Cavab: Zalım hakimlər imam Əsgəri (ə) övladı Mehdinin (ə) zülmlə aparacağı mübarizədən xəbərdar olduqları üçün hər yolla onu qətlə yetirməyə çalışırdılar. Həzrət Mehdiyə (ə) qarşı üç dəfə terror planı cızıldı. Amma düşmən bu planları həyata keçirə bilmədi. İmam Əsgərinin (ə) şəhadətindən bir neçə gün sonra Abbasi Mötəməd belə bir cəhd etdi. Mötəməddən sonra hakimiyyətə gəlmiş Mötəzid iki dəfə imam Mehdini (ə) aradan götürməyə cəhd göstərdi. Ondan sonrakı xəlifələr isə uyğun cəhdlərin nəticə vermədiyini görüb bu işdən ümidlərini üzdülər.

Şeyx Tusi bu iki cəhddən birini “Əl-ğeybət” kitabında Rəşiqin dilindən nəql etmişdir: “Mötəzid Abbasi məni başqa iki nəfərlə imam Əsgərinin (ə) evinə göndərdi ki, həzrət Mehdini (ə) həbs edək. Biz imamın evində möcüzə ilə qarşılaşıb məqsədimizə çata bilmədik...”(1)

Sual: 134. Nərcis Xatunun ilk maliki kim olub?

Cavab: Bu məsələyə münasibətdə üç baxış mövcuddur:

1. Nərcis Xatun imam Hadinin (ə) mülkünə daxil oldu, sonra imam oğlu Əsgərini (ə) onunla evləndirdi. Rəvayətlərdə bu məsələyə işarə olunmuşdur.(2)

səh:96


1- [248] “Əl-ğeybət”, s. 248.
2- [249] “Bihar”, c. 51.

2. Nərcis Xatunun maliki imam Hadinin (ə) qızı Həkimə olmuşdur. İmam Hadi (ə) bacısına demişdir: “Nərcisi oğluma ver...”(1)

3. İmam Hadi (ə) Nərcis Xatunu bir başqasından almış və bacısına bağışlamışdır. Bu ehtimal daha güclüdür.

Sual: 135. İmam Mehdinin (ə) varlığına və dünyaya gəlişinə iman fəlsəfi fərziyyədirmi?

Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı əqli və fəlsəfi dəlillərə malik olsa da, bu sahədə Quran və hədislərdə yetərincə dəlillər var.

Həzrət Mehdinin (ə) mövludunu təsdiqləyən mütəvatir hədislərdən əlavə, səhih sənədli rəvayətlər də var. Bir çox mütəvatir məlumatlarda həzrətin varlığı sübuta yetirilir. Bu barədə danışacağıq.

Sual: 136. İmam Əsgərinin (ə) şəhadətindən sonra şiələrdən imamət silsiləsinin kəsildiyini düşünənlər oldumu?

Cavab: Əhməd Katib deyir: “Bəzi tarixçilər nəql edirlər ki, şiələr arasında imamətin dayandığını düşünənlər vardı. Bəzi rəvayətlərdən də belə görünür ki, xalq Allahın qəzəbinə gəldikdə imamət cərəyanı dayana bilər...”

Deyilənlərə belə cavab vermək olar:

1. Tarixi mənbələrə müraciət etdikdə aydın olur ki, şiə cəmiyyəti bir əksəriyyət olaraq imam Mehdinin (ə) mövluduna inanırdı.

2. Şeyx Müfid və başqalarının bildirdiyi kimi, imam Əsgərinin (ə) vəfatından sonra şiələr 14 firqəyə bölündü. Amma qısa bir müddətdən sonra alimlər və səhabələrin çağırışları sayəsində hamı imam Mehdinin (ə) varlığı ilə bağlı yekdil rəyə gəldi.(2)

3. İmamətin kəsilməsindən danışan rəvayətləri diqqətlə nəzərdən keçirdikdə ziddiyyətlə rastlaşırıq. Həmin rəvayətdə imam Baqirdən (ə) belə nəql olunur: “Əgər Allah-tәala xalqa qəzəblənsə, bizi onlardan ayırar.” Əslində bu hədis həzrət Mehdinin (ə) qeybə çəkilməsini sübut edir.(3)

4. Əgər ixtilaf bir şeyi batil saymaq üçün dəlil olsaydı, peyğəmbərlik məsələsi də şübhə altına alınmalı idi. Hansı ki, heç kim

səh:97


1- [250] “Kəmalud-din”, s. 426»
2- [251] “Əl-füsulul-muxtarə”, s. 325.
3- [252] “Kafi”, c. 1, s. 343.

belə bir iddiada deyil. Məgər peyğəmbər xəbər verməmişdimi ki, ondan sonra ümməti 73 firqəyə bölünəcək?!

Sual: 137. Bir şəxsin dünyaya gəlişini fəlsəfi dəlillərlə sübut etmək olarmı?

Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişinin, varlığının dəlili əslində mütəvatir həddə çatmış nəqli məlumatlardır. Uyğun mövzu ilə bağlı səhih sənədli rəvayətlər mövcuddur. Bundan əlavə, bir çoxları imam Mehdi (ə) ilə görüşmüşlər.

Şiə alimləri nəqli dəlillərdən əlavə həzrətin mövludunun sübutu üçün əqli və fəlsəfi dəlillər də göstərmişlər. Bu dəlillər uyğun mövzu ilə bağlı rəvayətlərlə analogiya təşkil edir. Demək, bu sayaq dəlillərin heç bir eybi yoxdur.

Sual: 138. Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək sağ olmasına etiqad zəruridirmi?

Cavab: İmamət prinsipinə etiqad baxımından həzrət Mehdinin (ə) mövluduna və varlığına etiqad zəruridir. Şiəliyə görə imamət dinin üsuludur, yer üzü heç vaxt höccətsiz (imamsız) qala bilməz. Belə bir etiqadda olan insan həzrət Mehdinin (ə) mövluduna da inanır. Peyğəmbərdən nəql olunmuş mötəbər rəvayətlərə əsasən ondan sonra 12 imam var. Bu silsilə qiyamətədək davam edəcək. Bundan əlavə, hər bir imam özündən sonrakı imamı təsdiqləmişdir.

Tarixi baxımdan da şiə cəmiyyəti həzrət Mehdinin (ə) imamətini qəbul etmişdir. Digər bir tərəfdən, bilirik ki, imam Mehdini (ə) tanımaq hamının vəzifəsidir. Ona beyət etmək zəruridir. Beləliklə, imam Mehdi (ə) qeybdə olsa da, onun mövluduna və varlığına etiqad vacibdir.

Sual: 139. Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı məsələsi aşkar bəyan olunmur?

Cavab: Əvvəla, Quranda bir çox əqidə və əməllə bağlı məsələlərə işarə olunmamışdır. Bu iş peyğəmbərin öhdəsinə düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır.

İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə Allahın kamil və məsum bir höccəti mövcuddur. Bu ayələr haqqında növbəti söhbətlərimizdə danışacağıq.

Sual: 140. Nə üçün uzaq gələcək üçün nəzərdə tutulmuş insan uzaq keçmişdə dünyaya gəlməlidir?

səh:98

Cavab: Bəzən soruşurlar ki, əgər Allah-tәala yer üzündə ədaləti tarixin sonunda bərpa etmək istəyindədirsə, nə üçün ümumdünya ədalət hökumətinə rəhbərlik edəcək şəxsi xeyli müddət əvvəl yaratsın? Nə üçün həmin şəxs ehtiyac duyulan zamanda xəlq olunmamalıdır?

Uyğun iradları cavablandıraq:

1. Əqli və nəqli dəlillərdən aydınlaşır ki, dövr heç vaxt ilahi höccətsiz, imamsız olmur. Burada həm şəri, həm də yaranış amilləri rol oynayır. Bu məsələni qarşıdakı söhbətlərimizdə isbat edəcəyik.

2. Artıq alimlər tərəfindən qəbul olunmuşdur ki, varlıq tədrici hərəkət üzərində qurulmuşdur. İstisnasız olaraq hər şey tədrici hərəkətdədir. Bu tədricilik Allahın qüdrətinə zidd deyil. Çünki Allah-tәala göyləri və yeri bir anda yox, altı gün müddətində xəlq etmişdir.

Məgər Allah varlıq aləmini bir anda yarada bilməzdimi? Əlbəttə ki, yarada bilərdi! Nə üçün insanın nütfəsi ana bətnində 9 ay qalmalı, təbii bir yol keçib insan formasına düşməlidir? Məgər Allah insanı bir anda xəlq edə bilməzdimi? Əlbəttə ki, O, buna qadirdir! Ümumdünya ədalət hökumətinə münasibətdə də eyni halla rastlaşırıq. Allah tarixin sonunda baş verəcək işləri öncədən hazırlayır.

3. İntizar fəlsəfəsini nəzərdən qaçırmaq olmaz. Dünyaya gəldiyi halda qeybə çəkilən kəslə hələ ki dünyaya gəlməmiş kəsin intizarı arasında böyük fərq var. Qeybdə olan şəxsin intizarı daha böyük təsirə malikdir.

Sual: 141. Əgər həzrət Mehdinin (ə) dünyaya gəlişi gizli şəkildə baş vermişsə, mütəvatir (yetərli sayda) hədislər və icmanın rəyi xas götürülə bilərmi?

Cavab: Mütəvatir dedikdə öncədən yalan danışmağa razılığa gəlməsi mümkün olmayan bir çoxlarının eyni bir xəbəri nəql etməsi başa düşülür. Həzrət Mehdinin (ə) dünyaya gizli şəkildə gəlişi bu mövzuda mütəvatir hədislərin mövcudluğuna zidd deyil. Çunki bu mövzuda imam Әsgəridən (ə) və başqalarından xeyli rəvayət nəql olunmuşdur. Eləcə də, həzrət Mehdi (ə) ilə görüşənlərin sayı az deyil.

Bəzi şiələrin ixtilafı da bu hədislərin mütəvatir olmasına zidd deyil. Çünki bu mövludun hansı şəkildə baş verməsi ilə bağlı ixtilaflar təbiidir. Şeyx Müfid bildirir ki, həzrət Mehdinin (ə) mövluduna müxalif olanlar alimlərin və səhabələrin izahatı, eləcə də, həzrətin möcüzələri vasitəsi ilə haqqı qəbul etdilər.(1)

səh:99


1- [253] “Əl-füsulul-muxtarə”.

Sual: 142. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı müxalifət şəkk-şübhə yaratmırmı?

Cavab: Əhməd Katib həzrət Mehdinin (ə) mövludu ilə bağlı ixtilaflardan istifadə edərək bu məsələyə biganəlik yaratmaq istəmişdir.

Cavab olaraq deməliyik: Əvvəla, hər hansı mövzu ilə bağlı ixtilaf onun batilliyini yox, mövcudluğunu təsdiqləyir. Əgər ixtilaf olmasaydı, heç bir məsələ sübuta yetməzdi. İstənilən bir mövzuya münasibətdə müxtəlif baxımlardan ixtilaf düşmüşdür.

Məgər İslam ümməti həzrət Peyğəmbərin (s) buyurduğu kimi onun vəfatından sonra 73 firqəyə bölünmədinmi?! Elə düşünmək olardı ki, bu parçalanma İslamı sarsıdar. Əslində isə belə olmadı. Bu parçalanmalar İslama münasibətdə heç bir şəkk-şübhə yarada bilmədi.

İkincisi, həmin dövrün siyasi təzyiqləri nəticəsində imamın dünyaya gizli gəlişinin müxtəlif münasibətlərlə üzləşməsi təbiidir.

Üçüncüsü, Şeyx Müfidin dediyinə əsasən, şiə cəmiyyəti çox keçməmiş həzrət Mehdinin (ə) mövludu ilə bağlı yekdil qərara gəldi. Alim deyir: “Həmin firqələrdən hazırda, hicri 373-cü ildə 12 imamçı şiə firqəsindən başqa firqə qalmamışdır...”(1)

Bəzilərinin həzrət Mehdinin (ə) mövludunu inkar etməsi əhli-beytin nəzərindən yayınmamışdır. Bu səbəbdən də uyğun məsələyə rəvayətlərdə işarə olunmuşdur. Şeyx Səduq səhih sənəd əsasında imam Musa (ə) ibn Cəfərdən (ə) belə nəql edir: “Sahibəzzaman o kəsdir ki, onun haqqında “hələ doğulmamışdır” deyilər.”(2)

Sual: 143. İmam Əsgərinin (ə) vəfatından sonrakı əsr heyrət və şübhə əsri idimi?

Cavab: Əhməd Katib deyir: “İmam Əsgərinin (ə) vəfatından sonra şiə cəmiyyətində imamət və həzrətin övladının mövludu ilə bağlı şəkk-şübhə yarandı.” Müəllif yaranmış fikir ayrılığından istifadə edərək həzrətin mövludunun icma tərəfindən qəbul olunmamasını sübuta yetirmək istəyir.

Əvvəla, avam xalq arasında şəkk-şübhə təbii bir məsələdir. Həmin dövrün siyasi durumu və həzrətin qətlə yetirilmə ehtimalı tələb edirdi ki, bu mövlud gizli qalsın. Yalnız imam Əsgərinin (ə) ən yaxın

səh:100


1- [254] “Əl-füzulul-muxtarə”, s. 321; “Bihar”, c. 37, s. 23.
2- [255] “Kəmalud-din”, s. 360; “Bihar”, c. 51. s. 159.

adamları bu məsələdən xəbər tutdu və onlar vasitəsi ilə hamıya məlumat çatdırıldı.

İkincisi, uyğun mövzu ilə bağlı yaranmış ixtilaflar bu mövludun həqiqət olması dəlilidir. Yəni mövlud olmuşdur, sadəcə, bu iş məxfi baş verdiyindən bəziləri şübhəyə düşmüşlər.

Üçüncüsü, dəfələrlə qeyd olunduğu kimi, qeybin ilk dönəmlərində avam xalq tərəddüdə düşsə də, qısa bir müddət sonra məzhəb başçıları xalqı bu mövludun gerçəkliyinə inandırdılar. Beləliklə, şiə cəmiyyəti tam şəkildə şəkk-şübhədən çıxmış, hamı həzrət Mehdinin (ə) mövluduna inanmışdır.

Sual: 144. Şəkk-şübhəni aradan qaldırmaq üçün alimlər və səhabələr hansı işləri görmüşlər?

Cavab: Şübhəsiz ki, həzrət Mehdinin (ə) qeybindən sonra kütlə arasında şəkk-şübhə rəvac tapmışdır. Çünki xalq öz imamını görmürdü. Amma alimlərin və səhabələrin fədakarlığı sayəsində bu şübhə aradan qaldırıldı. Uyğun istiqamətdə görülən işlərdən biri münasib kitabların tərtibi idi. Bu kitablar arasında Məhəmməd ibn İbrahim Nemaninin “Əl-ğeybət”, Əli ibn Babәvеyh Qumminin “Əl-imamət vəl-təbsirə minəl-heyrət”, Məhəmməd ibn Əli ibn Babәvеyhin “İkmalud-din və itmamun-nemət”, Şeyx Tusinin “Əl-ğeybət” kitabları diqqəti cəlb edir. Əli ibn Babәvеyh öz kitabı haqqında deyir: “Mən bu kitabda şəkk-şübhəni aradan qaldıra biləcək xəbərlər topladım...”(1)

Sual: 145. Digər dövrlərdə həzrət Mehdinin (ə) mövludu ilə bağlı şübhələri aradan qaldırmaq üçün kitablar yazıldımı?

Cavab: Hər dövrün şiə alimləri özlərindən əvvəlki alimlərin yolunu davam etdirərək mövludla bağlı şübhələri aradan qaldıracaq kitablar tərtib etmişlər. Onlardan bəzilərini yada salaq: Əbu İshaq İbrahim ibn İshaq Əhməri Nəhavəndinin “Kitabul-ğeybət”, Əbu-İshaq İbrahim ibn Əl-Ənmati Kufi Əsədinin “Kitabul-ğeybət”, Əhməd ibn Hüseyn Əbdüllah Mehrani Abinin “Tərtibul-ədillə...”, Əbül-Əbbas Əhməd ibn Əli Razinin “Əşşəfa vəl-cəla ənil-ğeybət”, Əbül-Həsən Əhməd ibn Məhəmməd ibn İmran ibn Musanın “Əl-Ğeybət”, Əşrəf ibn Azın “Əl-Ğeybət”, Əbu Məhəmməd Həsən ibn Həmzənin “Əl-Ğeybət”, Əbu-Məhəmməd Həsən ibn Məhəmməd ibn Yəhyanın “Kitabul-ğeybət və zikrul-qaim”, Əbül-Həsən Hənzələ ibn Zəkəriyya

səh:101


1- [256] “Əl-imamət vət-təbsirə”, s. 9.

Təmimi Qəzvininin “Kitabul-ğeybət”, Əbül-Həsən Səlamət ibn Məhəmməd ibn İsmailin “Kitabul-ğeybət və kəşful-heyrət”, Əbülfəzl Abbas ibn Hişam Naşiri Əsədinin “Kitabul-ğeybət”, Əbül-Abbas Əbdüllah ibn Cəfər ibn Hüseyn Həmiri Qumminin “Kitabul-ğeybət”, Əbu-Məhəmməd Əbdül Vəhhab Madərainin “Kitabul-ğeybət”, Şeyx Müfidin “Kitabul-ğeybət”(Müəllifin başqa kitabları da var), Əbül-Qasim Əli ibn Hüseynin “Əl-məqnə fil-ğeybə”, Əli ibn Məhəmməd ibn Əli ibn Ömər ibn Riyahın “Kitabul-ğeybət”, Əbu Əli Katibin “Əzalətur-Ran ən qulubul-ixvan fil-ğeybət”, Əbu-Əbdullah Məhəmməd ibn Əhməd Səfvaninin “Kitabul-ğeybət və Kəşful-heyrət”, Məhəmməd ibn Zeyd ibn Əli Farsinin “Kitabul-ğeybət”, Əbül-Fəth Məhəmməd ibn Əli ibn Osman Kəracəkinin “Əl-bürhan...” Əbu-Bəkr Məhəmməd ibn Qasim Bəğdadinin “Kitabul-ğeybət”, Əbül-Nəzr Məhəmməd ibn Mənsur Əyyaşinin “Kitabul-Ğeybət”, Əbül-Fərəc Müzəffər ibn Əli ibn Hüseyn Həmədaninin “Kitabul-ğeybət” əsərləri.

Yuxarıda sadalanan kitablar hicri üçüncü əsrin sonunadək tərtib olan kitablardır.

Sual: 146. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı xəbərlərin kimlərinsə tərəfindən uydurulması mümkündürmü?

Cavab: Bəziləri iddia edə bilər ki, şiələr aldanaraq kimlərinsə uydurduğu rəvayətləri nəql edirlər.

Hansı ki, şiələr hər hansı bir məlumatı əsassız qəbul etmirlər:

1. Əgər hər hansı mütəvatir hədisin kimlərinsə tərəfindən uydurulduğunu ehtimal versək, bütün şəriətə şübhə ilə yanaşmalıyıq. Mütəvatirlik isə özü bir sübutdur.

2. Əgər bu məlumatlar uydurulmuş olsaydı, ən azı şiə düşmənləri bu məsələni qabardardı. Hansı ki, əsrlərcə ötməsinə baxmayaraq belə bir ittiham irəli sürülməmişdir.

Sual: 147. Şiələrin qəbul etmədiyi icma prinsipinə əsasən həzrət Mehdinin (ə) mövludunu qəbul etmək olarmı?

Cavab: Əvvələn, şiə əqidəsi mötəbər dəlilə əsaslanan icmanı qəbul edir və belə bir icmanı sübut yolu sayır. Şiə cəmiyyətində mövcud olan icma da məhz belə icmadır.

İkincisi, şiələr həzrət Mehdinin (ə) mövludunu təkcə icma ilə sübuta yetirmir. İcmadan əlavə əql, Quran və səhih rəvayətlər kimi başqa dəlillər var.

səh:102

Sual: 148. Mehdi (ə) haqqındakı xəbərlər dolaşıq deyilmi?

Cavab: Əhli-beytdən (ə) həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş rəvayətlərdə konkret bir şəxsin dünyaya gəlişindən xəbər verilir. Bildirilir ki, bu şəxs uzun müddət qeybdə qaldıqdan sonra zühur edəcək. Diqqət yetirsək, görərik ki, imamların hər biri zühur edəcək şəxsin neçənci övlad olmasını konkret qeyd edir. Rəvayətlərdə onun qeybə çəkiləcəyi, qeybin növləri, dünyaya gəlişinin məxfi olacağı, xalqın şəkk-şübhəyə düşəcəyi açıqlanır. Əlbəttə ki, bəzi qaranlıq məsələlər də var. Bu isə siyasi sıxıntılar olan bir cəmiyyət üçün tam təbiidir. Bütün bunlardan sonra həzrət Mehdi (ə) mövzusunu dolaşıq saymaq düzgün olmaz.

Sual: 149. Əgər həzrət Mehdinin (ə) şəxsiyyəti aşkar idisə, nə üçün bir çoxları yalançı mehdilərə inanırdı?

Cavab: Əhməd Katib deyir: “Əgər həzrət Mehdinin (ə) xilaskar olması aydın idisə, nə üçün bir çoxları həzrət Əlinin (ə), onun oğlu Hənəfiyyənin, imam Sadiqin (ə), imam Kazimin (ə), imam Hadinin (ə) oğlu Seyyid Məhəmmədin, hətta imam Əsgərinin (ə) Mehdi olmasını iddia edirdi?”

Məsələni araşdıraq:

1. Əgər həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə həzrət Mehdinin zühuru, onun imam Əsgərinin (ə) oğlu olması aşkar şəkildə bəyan olunmuşdusa, hansı əsasla başqalarını Mehdi (ə) saymaq olardı?! Amma bəziləri zülm-sitəmi şiddətli görüb, eyni zamanda bütün Əhli-beyti (ə) saydığından bəzən Məhdəviyyət ümidi ilə imamların sorağına gedirdi. Belələri, adətən, sadəlövh və nadan insanlar olmuşdur. Əlbəttə ki, uyğun məsələyə siyasi durumun da təsiri danılmazdır.

2. Başqalarını Mehdi (ə) sayanlar qısa bir müddət sonra şiələrə qoşularaq öz iddialarından əl çəkmişlər.

3. Bir məzhəbin əqidəsi onun alimləri ilə təsbit olunur. İmam Əsgərinin (ə) övladı Mehdinin (ə) zühuruna əqidə əksər şiə alimlərinin qəti fikridir.

4. Haqqında danışılan dövr ziddiyyətli olduğundan bəziləri bir müddət başqalarını Mehdi (ə) saymışlar. Amma qısa bir müddətdən sonra şəkk-şübhələr aradan qalxmışdır.

səh:103

Sual: 150. İmam Əsgəri (ə) öz şəhadətindən öncə anasına vəsiyyət etmişdirmi?

Cavab: Şeyx Müfid deyir: Bəziləri imam Əsgərinin (ə) vəqf və sədəqə işləri barədə öz anasına vəsiyyətini dəlil gətirərək həzrət Mehdinin (ə) mövludunu inkar edirlər. Hansı ki, bu işdə məqsəd Mehdinin (ə) mövludunu hakim rejimdən məxfi saxlamaq olmuşdur. Əgər bu vəsiyyətnamədə həzrət Mehdinin (ə) adı çəkilsəydi, onu mövcud rejimdən qorumaq mümkünsüz olardı. Bunu da qeyd etməliyik ki, uyğun vəsiyyətnamədə Bəni-Abbasi nümayəndələrinin şəhadəti qeyd olunmalı idi. Məgər imam Sadiq (ə) öz vəsiyyətnaməsində eyni məqsədlə övladının imamətini gizlətməmişdimi?! İmam (ə) bu məqsədlə vəsiyyətnamədə öncə Mənsur Abbasi, Rəbi, Qazi, kənizi Hümeydə Bərbəriyyənin adını çəkir, sonda övladı Musa ibn Cəfərin (ə) adını qeyd edir. Həzrət yaxın səhabələrinə öz övladının imamətini açıqlasa da, vəsiyyətnaməsində onu qorumağa çalışır.(1)

Sual: 151. İmam Əsgəridən (ə) nəql olunmuş mütəvatir mötəbər xəbərlər arasında həzrət Mehdinin (ə) imaməti haqqında məlumat varmı?

Cavab: Həzrət Mehdinin (ə) imamətini müxtəlif yollarla sübut etmək olar. Uyğun yanaşma bütün məsumların imamətinə aiddir:

1. Öncə qeyd olunduğu kimi, imam Əsgəridən (ə) öz övladının imaməti haqqında mötəbər hədislər nəql olunmuşdur.

2. İmamət və yer üzünün höccətsiz qalmaması qəti dəlillərlə sübuta yetirilirsə, növbəti imamın kim olması məsələsi səhih sənədli bir xəbərlə təsdiqlənir.

3. Öncə işarə olunduğu kimi haqqında danışılan mövzu ilə bağlı həzrət Peyğəmbər (s) və imamlardan yetərincə hədislər nəql olunmuşdur.

4. Peyğəmbərliyin sübutunda ən ümdə yol möcüzə olduğu kimi, imamətin isbatında da bu yoldan faydalanmaq olar. Hər bir imamın özündən sonrakı imamı təsdiqləməsi də etibarlı sübut yoludur.

5. Bəzi imamlar haqqında bir mötəbər sənəd olsa da, mövcud xarici dəlillər insanda əminlik yaradır. İmamlara münasibətdə Bəni-

səh:104


1- [257] “Əl-Məsailul-Əşərə”, s. 69-72.

Üməyyə və Bəni-Abbasi hakimlərinin təzyiqləri, şübhəsiz ki, uyğun mövzunun aşkar şəkildə nəql olunmasına maneçilik törətmişdir.

6. Həzrət Peyğəmbərdən, imamlardan, eləcə də, imam Əsgəridən (ə) nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə, həzrət Mehdinin (ə) möcüzələri ilə tanış olduqda aydınlaşır ki, həzrət Mehdinin (ə) imamət məsələsi mütəvatir xəbərlər yolu ilə sübuta yetmişdir.

Sual: 152. İmamiyyə böyükləri imam Əsgərinin (ə) vəfatından sonra həzrət Mehdinin (ə) mövludunu yekdilliklə qəbul etmişdirmi?

Cavab: Bəli, imam Həsən Əsgərinin (ə) vəfatından sonra səhabələr və imamiyyə şiə başçıları imam Mehdi (ə) mövluduna münasibətdə yekdil rəydə olmuşlar. İlkin vaxtlarda bu mövluda şəkk-şübhə ilə yanaşanlar vardısa, qısa bir müddətdən sonra alimlərin səyləri nəticəsində əsrin imamına möhkəm bir etiqad yarandı. “Əl-füzulul-muxtarə” kitabında Şeyx Müfid belə deyir: “Hicri 373-cü ildə yalnız 12 imamçı şiə firqəsi qalmışdı. Onlar imam Əsgərinin (ə) həzrət Peyğəmbərin (s) adını daşıyan övladının imamətinə inanırdılar, onun sağ olmasını qəbul edirdilər. Həzrət Mehdinin (ə) bir zaman qiyam edəcəyinə kimsə şübhə etmirdi...”(1)

Sual: 153. Həzrət Mehdinin (ə) mövludu haqqında şiə tarixçiləri nə deyir?

Cavab: Şiə tarixçiləri yekdil olaraq hicri 255-ci ili həzrət Mehdinin (ə) doğum tarixi kimi qəbul edirlər. Bu alimlərdən bəzilərinin adını çəkək: Kuleyni, Şeyx Müfid, Ərbili, Şeyx Tusi, Kəfəmi, Təbərsi, Əllamə Məclisi, Şeyx Bəhai.

Sual: 154. İmam Mehdinin (ə) mövluduna inanmayan şəxsin hökmü nədir?

Cavab: Həzrət Mehdinin (ə) mövludu və onun varlığı tarix boyu şiə inancı olduğundan və dini zərurət sayıldığından şiə icmasının rəyi budur ki, bu mövludu, imamın varlığını inkar edən şəxs şiəlikdən xaricdir. Bir inanc məzhəbdə zərurət sayılırsa, onun inkarı üçün gətirilən dəlillər qəbul deyil.

Qədim və müasir imamiyyə alimlərinin rəyinə görə imamət dinin üsullarındandır və istənilən bir zamanda məsum imamı insan dindən

səh:105


1- [258] “Əl-füzulul-muxtarə”, s. 321.

çıxmış sayılır. Belə bir şəxs sünnə əhli kimi zahirən müsəlman hökmündədir.

Sual: 155. Həzrət Mehdi (ə) anadan olan vaxt kimlər onu ziyarət etmişdir?

Cavab: Həzrət Mehdi (ə) anadan olan vaxt beş şəxsin onu ziyarət etdiyi bildirilir: İmam Cəvadın (ə) qızı Həkimə, doğuşu qəbul edən qadın, Nəsim və Mariyə, imam Əsgərinin (ə) kənizi.(1)

Sual: 156. İmam Əsgərinin (ə) həyatının son beş ilində həzrət Mehdini (ə) kimlər görmüşdür?

Cavab: Həmin beş ildə həzrət Mehdini (ə) görənlər arasında aşağıda adı çəkilənlər olmuşdur: Məhəmməd ibn Osman Əmri (40 nəfərlə birlikdə), Əbu-Harun, Yəqub ibn Mənquş, Əmr Əhvazi, imam Cəvadın (ə) qızı Həkimə, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Əbu-Nəsr Zərif-Xadim, Əbu Əli ibn Mutəhhər, Üqəyd-Xadim və İsmail ibn Əli Növbəxti, Nəsim, imam Əsgərinin (ə) səhabələri, fars bir kişi, Əbu-Əmr, İbrahim ibn Əbdə Nişapuri və onun xadimi, Rəşiq Sahibi Madəri, Kamil ibn İbrahim Mədəni, Əhməd ibn İshaq Qummi.(2)

Sual: 157. Kiçik (“suğra”) qeyb dövründə imamla kimlər görüşmüşdür?

Cavab: Kiçik qeyb dövründə imamla görüşənlər çoxdur. O cümlədən: Məhəmməd ibn Osman Əmri, Turəyf və Əbu-Nəsr, Əzdi, İbrahim ibn İdris, Əbi-Əbdillah ibn Saleh, İbrahim ibn Məhzyar, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər və başqaları.(3)

Mərhum Məclisi bir rəvayətdə kiçik qeyb dövründə imamla görüşmüş 265 nəfərin adını çəkir.(4)

Sual: 158. İmam Əsgərinin (ə) övladı olmasını irsiyyət alimləri təsdiqləyirmi?

Cavab: Bəli, bu alimlərdən bir qrupu imam Həsən Əsgərinin (ə) Məhəmməd adlı, “Höccət”, “Mehdi” (ə) ləqəbli övladı olduğunu bildirirlər. Bu alimlərlə tanış olaq: Kiçik qeyb dövründə yaşamış Səhl ibn Əbdillah ibn Davud ibn Süleyman Buxari, hicri V əsrin məşhur

səh:106


1- [259] “Kəmalud-din”, 430; “Əl-ğeybət”, Tusi, s. 240-242.
2- [260] “Kəmalud-din”, “Bihar”, “Əl-irşad”, “Kafi”, “Əl-ğeybət”.
3- [261] “Kəmalud-din”, “Əl-irşad”, “Yәnabiul-Mәvəddət”.
4- [262] “Bihar”, c. 52, s. 1-77.

irsiyyətçi alimi Seyyid Əmri, hicri V əsrin tanınmış alimi Fəxr Razi Şafei, hicri Vİ əsrin alimi Müruzi Əzvər-Qani, Cəmaləddin Əhməd, hicri Xİ əsrin alimi Əbül-Həsən Məhəmməd Hüseyni Yəmani Sənani Zeydi, Məhəmməd Əmin Süyudi, Məhəmməd Veys Heydəri Suri, Əllamə Seyyid Məhəmməd ibn Hüseyn İbn Əbdüllah Hüseyni Səmərqəndi Mədəni, Şərif Ənəs Kətbi Həsəni, Seyyid Məhəmməd ibn Əhməd ibn Həmkddin Nəcəfi, Şərif Ənəs Kutubi Həsəni.

Sual: 159. İmam Mehdinin (ə) əmisi Cəfər onun mövludunu inkar etmişdirmi?

Cavab: Cəfər bu mövludu inkar etmişsə də, bəzi səbəblərdən bunu nəzərə almamaq lazım gəlir:

1. Möhkəm dəlillərə əsasən həzrət Mehdinin (ə) mövludu sübut olunmuşdur.

2. Ümmət yekdil olaraq bu rəydədir ki, Cəfər məsum olmamışdır. Adi zümrədən olan Cəfərin büdrəmə ehtimalları var. Necə ki, həzrət Yəqubun övladlarından bəziləri yolunu azmışdır.

3. Bəzi xəbərlərdən məlum olur ki, Cəfər yolunu azdığından imam Əskərinin (ə) övladı olmasını inkar etmişdir.

4. Ehtiyatla yanaşılası məsələlərdən biri budur ki, Cəfər layiq olmadığından imam Əsgəri (ə) öz övladını ona göstərməmişdir.

Sual: 160. Nə üçün Cəfər “yalançı” kimi tanınır?

Cavab: İmamın müqəddəs nümayəndəliyi tərəfindən verilən məlumata əsasən, həzrət Mehdi (ә) Cəfər haqqında buyurmuşdur: “Heç şübhəsiz, bu şəxs Allaha iftira yaxır, iddiaları yalandır. İddialarını necə sübut edəcəyini bilmirəm. And olsun Allaha ki, o halalı haramdan seçmir, yanlışı doğrudan ayıra bilmir...”(1)

Bu məlumatlardan aydınlaşır ki, Cəfəri ilkin olaraq həzrət özü “yalançı” adlandırmışdır. Sonralar Cəfər bu ləqəblə tanınmışdır. Bəziləri isə bildirirlər ki, Cəfər, sadəcə, imam Cəfər Sadiqdən (ə) fərqləndirilmək üçün bu ləqəblə çağırılmışdır.

Sual: 161. Cəfər hansı ləyaqətsiz işlər görmüşdür?

Cavab: İmam Hadinin (ə) oğlu Cəfər qardaşı imam Əsgəri (ə) dünyasını dəyişdikdən sonra bir sıra ləyaqətsiz işlər görmüşdür. O cümlədən:

səh:107


1- [263] “Əl-ğeybət”, Tusi, s. 288-290; “Bihar”, c. 53, s. 195.

1. Özbaşına olaraq qardaşı imam Əsgərinin (ə) cənazə namazını qılmağa cəhd göstərmişdir.(1)

2. İmamət və rəhbərlik iddiasında olmuşdur. Cəfər Abbasi vəziri Əbdüllah ibn Yəhya ibn Xaqana belə demişdir: “Qardaşımın məqamını mənə verin. Mən sizə ildə 20000 dinar ödəyəcəyəm.”(2)

3. Cəfər qardaşının mülkünə sahib çıxmaq məqsədi ilə onun övladı olmadığını iddia etmişdir. Abbasi hökuməti Cəfərə icazə vermişdir ki, qardaşının mülkünə sahib dursun.(3)

4. Cəfər imam Mehdinin (ə) həbs olunması üçün hökuməti təhrik etmişdir.

Sual: 162. Nə üçün həzrət Mehdi (ə) öz əmisi Cəfəri həzrət Yusifin qardaşlarına oxşatmışdır?

Cavab: İmam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə tapşırığında buyurur: “Əmim Cəfərin və onun övladlarının tutduğu yol Yusifin qardaşlarının yolu kimidir...”(4)

Oxşar cəhətləri nəzərdən keçirək:

1. Həzrət Mehdinin (ə) əmisi Cəfərin hökmünü peyğəmbər övladlarının hökmü kimi onların babalarının ixtiyarına verək və bu barədə danışmayaq.

2. Yusifin qardaşları tövbə etdiyi kimi, Cəfər də tövbə etmişdir. Çünki bəziləri Cəfəri “təvvab” ləqəbi ilə çağırmışlar.

3. Yəqubun övladları günaha batdıqda Allah Yəquba xatir onları bağışladı. Cəfər də imamın oğlu, imam qardaşı və imam əmisi olduğu üçün bağışlandı.

4. Peyğəmbər övladları peyğəmbərlər kimi məsum olmur. Yəqubun övladları günaha batdığı kimi, imamın da övladı günaha bata bilər.

Sual: 163. Nə üçün peyğəmbərlərin və imamların bəzi övladları yolunu azır?

Cavab: Əvvəla, Cəfər imam övladı olsa da, ana tərəfdən zəmanət almamışdır. Aydın məsələdir ki, məsum imamlar həm ata, həm də ana tərəfdən pakdırlar. Onların övladları haqqında bu sözü demək olmaz.

səh:108


1- [264] “Kəmalud-din”,c. 2, s. 475.
2- [265] Həmin mənbə, c. 2, s. 379.
3- [266] “Kafi”, c. 1, s. 505.
4- [267] “Bihar”, c. 53, s. 180.

Bu səbəbdən də peyğəmbər və imamların bəzi övladları yolunu azmışdır.

İkincisi, olsun ki, peyğəmbərlərin və imamların həyatında bəzi problemlərin yaranması onların ilahiləşdirilməməsi məqsədini daşıyır.

Sual: 164. İmam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsi caizdirmi?

Cavab: Əhməd ibn Katib iddia edir ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsinin mümkünsüzlüyü zəif məlumatdır və həmin vaxt bu məsələ icma tərəfindən qəbul olunmamışdır...

Mütəvatir məlumatlar əsasında şiə məzhəbində qəbul olunmuşdur ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamət iki qardaşa ötürülə bilməz.

İsmail ibn Əli Növbəxti deyir: “İmamlardan nəql olunmuş mütəvatir xəbərlərdən bildirdik ki, Həsən (ə) və Hüseyndən (ə) sonra yalnız imamın övladı imam ola bilər.”(1)

Əşəri Qummi və Əli ibn Həsən Növbəxti də bu əqidədə olmuşdur.

Məsələnin aydınlaşması üçün bəzi rəvayətlərə nəzər salaq:

Kuleyni səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: “Həsən və Hüseyndәn sonra heç vaxt iki qardaş imam olmayacaq.”(2)

Digər bir səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql olunur: “Həsən və Hüseyn sonra iki qardaş imamətə çatmaz.”(3)

İsmail ibn Bəzh nəql edir ki, imam Rizadan (ə) belə sual olundu: “İmamət əmi və ya dayıya keçirmi?” Həzrət buyurdu: “Xeyr.” Ərz olundu: “İki qardaşa necə?” Həzrət buyurdu: “Xeyr”.(4)

Sual: 165. Şiələr imam Əsgərinin (ə) şəhadətindən sonra Cəfərə başsağlığı verdilərmi?

Cavab: Əhməd Katib deyir: “Əbül-Ədyandan nəql olunmuş hədisə əsasən şiələr imam Əsgərinin (ə) vəfatından sonra Cəfərə başsağlığı verib, onun imamət məqamını təbrik etdilər.”

Bəs əslində necə olub?

1. Əbül-Ədyanın nəql etdiyi hədisə nəzər saldıqda görürük ki, Əhməd Katib bu hədisdən düzgün nəticə çıxarmamışdır. Əbül-Ədyan

səh:109


1- [268] “Kəmalud-din”.
2- [269] “Kafi”, c. 1, s. 285.
3- [270] Həmin mənbə, s. 286.
4- [271] Həmin mənbə.

deyir: “Qəfildən imam Əsgərinin (ə) qardaşı Cəfəri həyətdə gördüm. Şiələr onun ətrafında cəmləşib başsağlığı verir, təbrik edirdilər.” Hədisdən yalnız bu aydın olur ki, həzrət Mehdinin (ə) imamətindən xəbərsiz şiələr Cəfərin imamətə çatdığını güman etmişlər.

2. Əhməd Katib iddia edir ki, Cəfəri təbrik edənlər arasında imam Mehdinin (ə) birinci naibi Osman ibn Səid də olmuşdur. Hansı ki, hədisdə bu şəxsin adı çəkilmir. Bir daha məlum olur ki, Əhməd Katib hansısa məqsədlə yalan danışır... Əbül-Ədyanın rəvayətlərinə müraciət etdikdə görürük ki, Cəfər öz iddiasında yalançı olmuşdur. Əbül-Ədyan deyir: “Həzrətin qapısına çatdığım vaxt gördüm ki, onu kəfənə bükmüşlər. Cəfər cənazəyə namaz qılmaq üçün önə keçdi. Namazın təkbirini demək istədiyi vaxt pərdənin arxasından çıxan uşaq Cəfərin əbasını çəkdi və buyurdu: “Kənara çəkil, əmi. Atamın namazını qılmağa mən daha layiqəm.” Cəfər rəngi qaçmış vəziyyətdə kənara çəkildi. Uşaq qabağa keçdi və imam üçün cənazə namazı qıldı. İmam atasının qəbrinin yanında dəfn olundu. Sonra körpə buyurdu: “Ey Bəsri! Səndəki məktubun cavabını mənə ver.” Mən də onu həzrətə verdim...”(1)

Sonra Əbül-Ədyan belə deyir: “Cəfəri belə görüb öz-özümə dedim: Əgər bu (Cəfər) imamdırsa, demək, əslində imamət batildir. Çünki, mən onu şərab içən, qumar oynayan, tənbur çalan görmüşəm...”(2)

Uşaq yaşlarında imamət

Sual: 166. Uşaq yaşlarında imamətin mümkünlüyünü kimlər şübhə altına alır?

Cavab: Həzrət Mehdi (ə) ilə bağlı ünvanlanmış suallardan biri də budur ki, insan uşaq yaşlarında imamət və xilafətə necə çatar?

Sünnə əhli alimlərindən olan ibn Hicr Heytəmi deyir: “Pak şəriətdə təsbit olunmuşdur ki, körpə uşağın vilayəti, hakimiyyəti düzgün deyil. Bəs necə olur ki, şiələr beş yaşa çatmamış uşağın imamətinə inanırlar?!(3)

Əhməd Katib yazır: “Allahın körpə uşağı müsəlmanlara rəhbər təyin etməsi ağılabatan deyil.”(4)

səh:110


1- [272] “Kəmalud-din”,s. 275-276; “Bihar”, c. 52, s. 67.
2- [273] Həmin mənbə.
3- [274] “Səvaiqul-mühriqə”, s. 166.
4- [275] “Tətəvvürəl-fikrul-siyasi”, s. 102.

Sual: 167. Quran körpənin imamət və nübüvvətini təsdiq edirmi?

Cavab: Quran baxımından körpənin nübüvvət və vilayəti nəinki mümkündür, hətta ilahi kitabda bu mövzuda xəbərlər var.

a) Allah-tәala həzrət Yəhyaya xitabən buyurur:

“Ey Yəhya! Sən bizim səmavi kitabdan möhkəm tut. Biz ona uşaq yaşlarında nübüvvət məqamı verdik.”(1)

Fəxr Razi Allah-tәalanın həzrət Yəhyaya buyuruğu haqqında deyir: “Şərif ayədə həqiqətən nübüvvət məqamı nəzərdə tutulmuşdur. Çünki Allah-tәala Yəhyanın əqlini uşaq yaşlarında kamilləşdirdi və ona vəhy göndərdi. Allah-tәala orta yaşlarında peyğəmbərliyə çatmış həzrət Musa və Məhəmməddən (s) fərqli olaraq, həzrət Yəhya və İsanı uşaq yaşlarında peyğəmbərliyə seçdi.”(2)

b) Həzrət İsa haqqında isə belə buyurulur: “Məryəm körpəyə işarə etdi. Onlar dedilər: “Beşik uşağı ilə necə danışaq? O uşaq dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm, O, mənə səmavi kitab və nübüvvət şərəfi əta buyurdu...”(3)

Qunduzi Hənəfi imam Mehdinin (ə) dünyaya gəlişini qeyd etdikdən sonra yazır: “Deyirlər ki, Allah-tәala ona uşaq yaşlarında hikmət əta etdi və aləmlərdəkilər üçün nişanə buyurdu. Necə ki, həzrət Yəhya və həzrət İsaya belə lütf etmişdi. Allah həzrət Mehdinin (ə) ömrünü həzrət Xızrın ömrü kimi uzatdı.”(4)

Qütb Ravəndi və başqaları Yezid Kənasidən belə nəql edirlər: Həzrət Әbu-Cəfərdən (ə) soruşdum: “Həzrət İsa beşikdə danışdığı vaxt Allahın yer əhlinə höccəti idimi?” Həzrət buyurdu: “İsa həmin gün Allahın peyğəmbəri və mürsəl höccəti idi. Məgər belə bir buyuruğu eşitməmisən: “Mən Allahın bəndəsiyəm, O mənə kitab verib, məni peyğəmbər seçib, harada olsam vücudumu bərəkətli edib; nə qədər ki diriyəm, mənə namaz və zəkatı tapşırıb.” Әrz etdim ki, onda İsa beşikdə ikən Zəkəriyya Allahın höccəti idi? Həzrət buyurdu: “İsa həmin halda xalq üçün nişanə, həzrət Məryəm üçün Allah tərəfindən bir rəhmət idi. Danışıb təbir etdiyi halda onu eşidənlərə peyğəmbər və höccət idi. Sonra İsa susdu və iki il danışmadı. Həmin arada xalqa höccət Zəkəriyya oldu. Onun vəfatından sonra Yəhya körpə yaşında kitab və hikmətə varis oldu. Allahın Yəhyaya

səh:111


1- [276] “Məryəm”, 12.
2- [277] “Təfsire-Fəxr-Razi”, c. 11, s. 192.
3- [278] “Məryəm”, 29, 30.
4- [279] “Yәnabiul-mәvəddət”, s. 454.

müraciətini eşitməmisənmi?! İsa yeddi yaşına çatdıqda ilk nazil olan vəhy peyğəmbərlikdən xəbər verdi. Həmin vaxtdan İsa Yəhyaya və bütün xalqa höccət oldu. Ey Әba Xalid! Adəm yaranan gündən bir gün olsun belə, yer üzü ilahi höccətsiz olmayıb...”(1)

İrad tutulmasın ki, həzrət İsa ilə bağlı bəyanatlar qrammatik baxımdan keçmiş zamana aiddir, amma əslində gələcək zaman nəzərdə tutulur. Əvvəla, bu ehtimal keçmiş zaman formasına zahirən xilafdır və belə bir ehtimal üçün dəlil lazımdır. İkincisi, “nəbi” ilə “rəsul” arasında fərq var. Həzrət İsa ilə bağlı “rəsul” yox, “nəbi” təbiri işlədilmişdir. Belə bir nəticə çıxarmaq olar ki, azyaşlı olduğu üçün risalət məqamına çatmamış İsa öncə nəbi məqamına çatmışdı.

Sual: 168. Tarixi baxımdan uşaqda imamət məqamı görünmüşdürmü?

Cavab: Tarixə müraciət etdikdə görürük ki, körpənin rəhbərlik etməsi faktdır. Filosoflar, hikmət sahibləri deyir: “Bir işin mümkünlüyünün ən güclü dəlili onun baş verməsidir.”

Həzrət Peyğəmbər (s) hicrətin üçüncü ili “və ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra аzyaşlı Əli ibn Əbu-Talibi (ə) canişinliyə təyin etdi və öz qövmünə göstəriş verdi ki, onun əmrlərinə tabe olsunlar.(2)

Şeyx Müfid yazır: “Şiələr və sünni əhli yekdil olaraq bu rəydədir ki, həzrət Peyğəmbər (s) yaşı az olmasına baxmayaraq, Əlini (ə) canişinliyə təyin etdi...”(3)

Sual: 169. Uşağın imam olmasını ağıl təsdiq edirmi?

Cavab: Bəziləri deyirlər ki, azyaşlı uşağın imamlığı ağla sığmır. Nəzərinizə çatdırmalıyıq ki, mahal, mümkünsüz iş üç qismdir: Zatən mahal (istənilən bir şəraitdə mümkünsüz); baş tutması mahal (səbəb olmadan bir işin baş verməsinin mümkünsüzlüyü); adi mahal (təbiət qanunlarına əsasən baş verməsi mümkünsüz olan möcüzə kimi işlər.)

Erkən yaşlarında imamət haqqında bunu deyə bilərik ki, bu iş nə zatən mahaldır, nə də baş verməsi mümkünsüzdür. Çünki Allah risalət və imamətin bütün şərtlərini bir körpədə ödəməyə qadirdir. Bundan əlavə, həzrət Yəhya və İsanın nəbiliyi deyilənlərə ən gözəl sübutdur.

səh:112


1- “Kafi”, c. 1, s. 382.
2- [281] “Tarixe-Təbəri”, c. 2, s. 62, 63; “Kamile-ibn-Kəsir”, c. 2, s. 40, 41.
3- [282] “Əl-füsulul-muxtarə”, s. 316.

Məhəmməd ibn Həsən Səffar Əli ibn Əsbatdan belə nəql edir: “Əba-Cəfərin mənə yaxınlaşdığını gördüm. Həzrəti Misirdə yaxınlarıma təsvir etmək üçün onu diqqətlə nəzərdən keçirdim. O qəfildən səcdəyə düşüb buyurdu: “Allah peyğəmbərlik əmrində gətirdiyi dəlili imamət əmrində gətirdi.” Hikmət qırx yaşında əta olunduğu kimi, bir insana uşaq yaşlarında da əta oluna bilər.”(1)

Sual: 170. Körpədə inkişaf etmiş düşüncə ola bilərmi?

Cavab: Əqli inkişaf üçün hansısa yaş müəyyənləşməmişdir. Bəzilərində bu inkişaf beş yaşında müşahidə olunur. Bəli, Allah Öz qüdrəti ilə körpəyə kamil düşüncə əta edə bilər.

Əllamə Hilli deyir: “Uşağın xarakterində ata-ananın məhəbbətinə ehtiyac var. Körpənin ata-anadan uzaqlaşıb Allah-tәalaya üz tutması ondakı düşüncənin kamilliyini göstərir.”

Alim sözünün davamında yazır: Düşüncə ilə bağlı işlər və ilahi vəzifələr uşaq təbiətinə uyuşmur. Uşaq xaraktercə oyuna, əyləncəyə meyllidir. Əgər bir uşaq təbiətinə uyğun olmayan işlərə meyl göstərirsə, bu onun düşüncə baxımdan inkişafını göstərir.”(2)

Səfvan ibn Yəhya deyir: “İmam Riza (ə) imam Cavadı (ə) imamət məqamına təyin etdiyi vaxt onun yaşı üçdən çox deyildi. Ona ərz etdim: “Sənə fəda olum! Övladının üç yaşı yoxdurmu?” Həzrət buyurdu: “Bir halda ki, İsa üç yaşında Allahın höccəti olub, bunun eybi yoxdur.”(3)

İmam Cаvada (ə) ərz etdilər: “Sizin yaşınız az olduğu üçün xalq imamət məqamınızı inkar edir.” Həzrət buyurdu: “Allah öz rəsuluna buyurub: “Ey mənim rəsulum! Ümmətə de ki, mənim və mənə tabe olanların yolu xalqı bəsirətlə Allaha doğru dəvət etməkdir.” And olsun Allaha! Həmin vaxt ona doqquz yaşlı Əlidən (ə) başqası tabe olmadı. Mənim də doqquz yaşım var.”(4)

Sual: 171. Şiələr azyaşlı məsumların imamətinə inanırmı?

Cavab: Əhli-beyt (ə) məktəbinin ardıcılları tarix boyu imamət əqidələrinin sübutu üçün böyük fədakarlıqlar göstərmişlər. Azyaşlı məsumun imamətinə şübhə Əhli-beyt (ə) düşməni olan xəlifələrin yoludur. Bu məsələyə görə hakim qurluşla əhli-beyt (ə) və onların

səh:113


1- [283] Bax: “Məryəm”, 12; “Yusuf”, 22; “Bəsairul-dərəcat”, s. 258.
2- [284] “Kəşful-Murad”, s. 388, 389.
3- [285] “Kafi”, c. 1, s. 383.
4- [286] “Kafi”, c. 1, s. 384.

tərəfdarları arasında qarşıdurmalar olmuşdur. Bir çoxları zindana salınmış, bir çoxları qətlə yetirilmişdir. Bütün bu fədakarlıqlar təsdiq edir ki, Əhli-beytin (ə) hətta uşaq yaşlarında imamətə çatmasına etiqad şiələr tərəfindən qəbul olunmuşdur və onlar bu yolda canlarından, mallarından keçmişlər.

Sual: 172. Şiə alimləri azyaşlı imama etiqadı xalqa necə qəbul etdirmişdir?

Cavab: Bəziləri iddia edirlər ki, belə bir etiqad xalqa məcburən qəbul etdirilmişdir. Bu iddia batildir. Belə bir münasibət imamiyyə alimlərinin ləyaqətinə uyğun gəlmir. Alimlərin xalqı məcbur etməsi inandırıcı deyil. İmamiyyə böyükləri tarix boyu ən çətin şəraitlərdə Əhli-beytin (ə) imamətini sübuta yetirməyə çalışmışlar.

Əhli-beytə (ə) itaətə dəvət və bu dəvətin qəbul olunmasının heç bir maddi mənfəəti olmamışdır. Öz dəvətlərinə görə böyük məhrumiyyətlərə düçar olan alimlər xalqı nahaq bir şeyə məcbur etməzdilər. Demək, bütün şiə alimləri məsumların körpə yaşında imamətə çatmasına qəlbən inanmışlar.

Sual: 173. Xəlifələr məsumların körpə yaşında imamətinə inanmışdırmı?

Cavab: İmamların müasiri olmuş xəlifələr onların uşaq yaşında vilayət məqamına çatmasını etiraf etmişlər. Bu səbəbdən də onların varlığını öz hakimiyyətləri üçün təhlükə bilərək imamlar və onların fəzilətlərinə qarşı mübarizə aparmışlar.

Deyilənlərdən aydın olur ki, uşaq yaşında imamət məqamının verilməsi təsdiqlənmiş bir həqiqətdir. Xəlifələr məsum imamları fəzl və kamillik baxımından dəfələrlə imtahana çəkmiş və onların məqamına əmin olmuşlar.

Sual: 174. Əvvəlki imamlar körpə yaşında imaməti mümkün saymışdırmı?

Cavab: Uşaq yaşında imamətə çatmış hər bir məsum haqqında özündən öncəki imamın buyuruqları var.

a) İmam Cavad (ə) haqqında – Məhəmməd ibn Əbu-Nəsr deyir: Nəccaşinin övladı mənə dedi: “Sahibindən sonra imam kimdir?”

səh:114

İmam Rizanın (ə) yanına gedib Nəccaşinin sualını ona ərz etdim. Həzrət buyurdu: “İmam mənim övladımdır.”(1)

b) Həzrət Mehdinin (ə) imamlığı – Məhəmməd ibn Əli ibn Bilal deyir: Vəfatından iki il öncə imam Əsgəri (ə) tərəfindən məktub aldım. Bu məktubda imam öz canişini haqqında xəbər verirdi. Vəfatından üç gün öncə də başqa bir məktub gəldi. Bu məktubda imam özündən sonrakı canişinini tanıtdırırdı.”(2)

Əmr Əhvazi deyir: İmam Əsgəri (ə) övladını mənə göstərib buyurdu: “O, məndən sonra sizin sahibiniz və imamınızdır.”(3)

Həmidan Qalansi deyir: “Əmriyə ərz etdim: İmam Əsgəri (ə) dünyasını dəyişibmi?” Buyurdu: “Bəli, amma özündən sonra canişin təyin edib.”(4)

Sual: 175. Şəriət uşağa mülkünü sərf etmək icazəsi verməyibsə, onun imamlığı necə mümkün olar?

Cavab: Bəziləri iddia edirlər ki, insan körpə yaşında imamət məqamına çata bilməz. Onlar dəlil olaraq “Nisa” surəsinin 6-cı ayəsini göstərirlər. Bu ayədə göstəriş verilir ki, yetimlər yalnız yetkinlik həddinə çatdıqda mülklərini sərf edə bilərlər. İddia olunur ki, mülkündən istifadə etmək haqqı olmayan uşaq imamət məqamına çata bilməz.

Bu sayaq sualları doğuran dindən yetərincə məlumatlı olmamaqdır. Sübut göstərilən ayə xüsusi ünvanlıdır və məsum imamlara aid deyil. Allah əqli və nəqli dəlillərə əsasən, məsumların imamətini sübut etmişdir. Bu səbəbdən də yetimlər haqqındakı hökm azyaşlı imama tətbiq olunmamalıdır. Şübhə yox ki, bu ayə ağıl baxımından yetkinləşməmiş insanlara aiddir. Əhli-beyt (ə) imamları uşaq yaşından kamala çatdıqlarından onların hər hansı mülkün sərfində problemləri yoxdur.(5)

Qeyd etməliyik ki, yetimlərə münasibətdə müəyyənləşdirilmiş bu qadağanın əsl səbəbi onların ağıl baxımından qeyri-yetkin olmasıdır. Aydın olur ki, bir insan yetkinlik yaşına baxmayaraq ağıl baxımından yetkinləşməsə, mülkünü özbaşına sərf edə bilməz. Demək, ayədə yaş

səh:115


1- [287] “Kafi”, c. 1, s. 320.
2- [288] “Kafi”, c. 1, s. 328.
3- [289] Həmin mənbə.
4- [290] Həmin mənbə.
5- [291] “Əl-Füsulul-Muxtarə”, s. 149, 150.

yox, ağıl səviyyəsi nəzərdə tutulur. Məsum imamlarda isə belə düşüncə uşaq yaşlarından mövcuddur.

Sual: 176. Beş yaşlı uşaq imam üçün cənazə namazı qıla bilərmi?

Cavab: Belə bir sualı yalnız imamı adi insanlardan üstün saymayanlar ünvanlaya bilər. Əgər qəbul etsək ki, körpənin imaməti möcüzə və etibarlı məlumatlarla təsdiqlənmişdir və düşüncəsi kamildir, оnu adi xalqla müqayisə etmərik. Soruşurlar ki, hər birinin öz ağırlığı olan təkvini (təbii), təşrii (şəriətlə bağlı) və batini rəhbərlik hansı əsasla azyaşlı uşağa həvalə olunur? Öncə işarə etdik ki, Allah bir şəxsə hidayət və imamət məqamı verdikdə onun ağlını kamala çatdırır. Bu kamilləşmə Allahın lütf və inayətidir.

Sual: 177. Heç bir dini vəzifə daşımayan körpə hansı əsasla imam ola bilər?

Cavab: Yetkinlik yaşına çatmamış, heç bir dini vəzifəsi olmayan bir uşağın imamət kimi bir məsuliyyəti qəbul etməsi bəzilərinə şübhəli görünür. Əslində büluğ, yetkinlik həddi dedikdə ağıl baxımından yetkinlik nəzərdə tutulur. Oğlanlar üçün on beş yaşın büluğ həddi təyin olunmasının səbəbi onların, adətən, bu yaşda düşüncə yetkinliyinə çatmasıdır. Əgər bir şəxs on beş yaşından qabaq şübhə doğurmayacaq şəkildə yetkinlik həddinə çatmışdırsa, onun imaməti də mümkündür. Ağıl baxımından kamil, məqam baxımından məsum insanda imamət üçün heç bir nöqsan yoxdur.

Bəzi sünni alimləri həzrət Əlinin (ə) doqquz yaşında ikən iman gətirməsinə şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, Əli (ə) həmin vaxt yetkinlik yaşına çatmadığından onun İslamı qəbul etməsi dəyərsizdir. Onların nəzərincə Əbu-Bəkrin yuxarı yaşda iman gətirməsi daha qiymətlidir.

Doqquz yaşında İslamı qəbul etmiş həzrət Əli (ə) uşaq yaşlarından kamal həddinə çatmışdı. O öz uşaqlıq dövrünü həzrət Peyğəmbərin (s) yanında keçirmişdi. İslamı tam bəsirətlə, agahlıqla qəbul edən Əli (ə) həqiqətən ilk mömin və müsəlmandır.

Axı kim iddia edə bilər ki, yaşlı olmaq ağıllı olmaqdır? Bəs nə üçün bir çox yaşlıların uşaqca ağlı yoxdur?!

Bu səbəbdən də həzrət Peyğəmbər (s) həzrət Zəhraya (ə) xitabən buyurur: “Əli səhabələrimdən mənə ilkin iman gətirmiş kəsdir.”(1)

səh:116


1- [292] “Müsnəde-Əhməd”, c. 5, s. 662.

Ənəs ibn Malik deyir: “Peyğəmbərə ilkin iman gətirən kəs Əli ibn Əbu-Talib idi.”(1)

İbn Kəsir deyir: “Peyğəmbər (düşənbə günü) məbus oldu, Əli (ə) (seşənbə günü) bir gün sonra ona iman gətirdi.”(2)

Şeyx Məhəmməd Xızri deyir: “İslam dəvətini ilkin qəbul edən Əlidir.”(3)

İbn Əbil-Hədid deyir: “Doğru yola çıxmaqda başqalarından önə keçən kəs haqqında nə deyim?! O bütün yer üzü daşa ibadət edib, Allaha arxa çevirdiyi vaxt Allaha iman gətirib, Ona ibadət etdi.”(4)

Bu səbəbdən də həzrət Peyğəmbər (s) besətin üçüncü ili “Ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra həzrət Əlini (ə) özünə canişin seçib, qövmünə göstəriş verdi ki, onu dinləyib itaət etsinlər.(5)

Sual: 178. Allah nə üçün uşağı imam təyin etdi?

Cavab: Bəziləri sual verirlər ki, Allah şəkk-şübhə yaranacağını bildiyi halda nə üçün uşağı imam təyin etdi? Belə bir seçimin bir neçə amili ola bilər:

1. Xalqın imtahanı – Çünki möcüzə və başqa yollarla uşağın imaməti sübuta yetdikdə xalq imtahana çəkilir. Müəyyənləşdirilir ki, kim haqqa təslim olur? Necə ki, həzrət Əbdül-Əzim Həsəni imtahana çəkildi.

2. Körpənin imam təyin olunması bu işin Allah tərəfindən müəyyənləşdirilməsinin sübutu ola bilər – Əgər imamlar yalnız yaşlı vaxtlarında imamət məqamına çatsaydılar, bəziləri onların çalışaraq kamilliyə çatdığını düşünərdi. Körpə uşağa münasibətdə belə ehtimallar olmur. Əgər uşaqda imamət fəziləti varsa, şübhəsiz ki, bu fəzilət Allah tərəfindəndir.

3. Sübuta yetirilir ki, insanın məqamı onun yaşından yox, ləyaqətindən asılıdır – Usamə ibn Zeydin komandan təyin olunması da bu həqiqəti göstərir. Bir çox səhabələr bu təyinatı bəyənmirdi. Amma həzrət Peyğəmbər (s) məhz ləyaqətinə görə Üsaməni komandan təyin etdi.

4. İmam Riza (ə) İmamlar ardıcıl şəkildə şəhadətə yetirildiyindən, Allah imamları uşaq yaşında bu məqama təyin etməklə zalım

səh:117


1- [293] “Səvaiqul-Muhriqə”, s. 118.
2- [294] “Üsdul-ğabə”, c. 4, s. 17»
3- [295] “Tarixul-Əməmul-islamiyyə”, c. 1, s. 400»
4- [296] Şərhe-Əbil-Hədid, c. 3, s. 260»
5- [297] “Tarixe Təbəri”, c. 2, s. 62, 63; “Kamile-İbn-Əsir”, c. 2, s. 40, 41.

hakimlərin diqqətini yayındırırdı. Digər imamlar imtahandan başıuca çıxdığı üçün düşmənlər anladılar ki, azyaşlı imam da onlar üçün təhlükəlidir. Bu səbəbdən də həzrət Mehdini (ə) tapıb qətlə yetirmək istədilər. Allah-tәala həzrət Mehdini (ə) uşaq yaşından qeybə çəkdi.

Sual: 179. Uşağın imaməti lütf prinsipinə uyğundurmu?

Cavab: Bəziləri nöqsan tuta bilər ki, uşağın imamət məqamına təyin olunması bir çoxlarında şəkk-şübhə yaratdığı üçün lütf prinsipinə uyğun deyil. Amma bəzən Allahın lütfü tələb edir ki, məsum şəxs uşaq yaşında imamətə təyin olunsun. Qeyd olunduğu kimi bu yolla həm xalq imtahana çəkilir, həm də çoxları uşaq yaşında bu məqama təyin olunmuş şəxsin imamətinə əmin olur. Bir daha təsdiqlənir ki, imamət yaşa yox, ləyaqətə əsaslanır. Bu imtiyazları və hər bir şəxsin araşdırma aparmalı olduğunu nəzərə alsaq, heç bir şəkk-şübhə qalmır.

Sual: 180. Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?

Cavab: Sual oluna bilər ki, imam xalq arasında olmalı ikən nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi? Başqa sözlə, nə üçün imam Əsgəri (ə) uşaq yaşında ikən övladını xalqdan gizlətdi?

Şübhəsiz ki, imam Əsgəriyə (ə) qarşı siyasi təzyiqlər çox güclü idi. Həzrət Mehdini (ə) ciddi təhlükə gözlədiyindən imam öz şiələri və səhabələrinə tapşırdı ki, ona aşkar salam da verməsinlər.(1)

Vəziyyət o qədər mürəkkəb idi ki, imam Əsgəri (ə) səhabələri ilə görüşmək üçün onların arxasınca adam göndərib buyurardı: “Gecə vaxtı, filan sааtdа, filan evdə toplanın, məni orada görərsiniz.”(2)

Bütün siyasi sıxıntılara rəğmən həzrət vəkalət qurumu müəyyənləşdirmişdi. O bu yolla həm xalqın problemlərini həll edir, həm də görüşlə bağlı çətinlikləri aradan qaldırırdı.

Belə bir həssas vaxtda həzrət Mehdi (ə) dünyaya gəldi. O, imam Əsgəridən sonra Allahın yer üzündə höccəti idi. Həzrət Peyğəmbər (s) onun gəlişini və yer üzündə ədaləti bərpa edəcəyini vəd etmişdi. Həzrət Mehdi (ə), böyük qiyamın rəhbəri dövrünün xəlifələrindən kimsəyə beyət etməmişdi. Belə bir imamın xalqın və zalım hakimlərin gözündən qeybə çəkilməsi təbii deyilmi?! Bununla belə, o xalq arasındadır, onlarla yanaşı yaşayır.

səh:118


1- [298] “Bihar”, c. 50, s. 369.
2- [299] “Bihar”, c. 50, s. 304.

Sual: 181. İmamların fəzilət və kəramət səbəbi onların kamil düşüncəsi idimi?

Cavab: Materialist düşüncəli insanlar hər hansı möcüzə ilə rastlaşdıqda onu maddi baxımdan yozmağa çalışırlar. Onlar insanın bütün keyfiyyətlərini onun üçün təbii sayır və bütün qeybi əlaqələri inkar edirlər. Amma bu sayaq dünya görüşünə malik insanların bir sıra nöqsanları var:

1.Materialist düşüncəli insanlar istənilən bir qeybi məlumatı inkar edirlər.

2. İmamların uşaq yaşındakı kəramət və möcüzələrindən biri onların qeybi xəbərlər verməsidir. Kiminsə imamlıq iddiası ilə uşaq yaşında sırf düşüncəsinə əsaslanaraq qeybi xəbər verməsi müşahidə olunmamışdır. İnsanın düşüncəsi nə qədər kamilləşsə də o qeybdən xəbər verə bilməz.

3. Əgər qeybi xəbərlər düşüncədən qaynaqlanırdısa, nə üçün peyğəmbərlər və imamlar bu xəbərlərin vəhy olduğunu bildirirdi?!

4. Əgər imamların uşaq yaşındakı kəramətləri onların kamil düşüncəsindən qaynaqlanırdısa, nə üçün başqaları bu sahədə öz acizliklərini etiraf edirdi?!

Sual: 182. Əhli-beyt (ə) azyaşlı məsumların imaməti üçün zəmin hazırlamışdırmı?

Cavab: Rəvayətlərə müraciət etdikdə görürük ki, bu sahədə Əhli-beyt (ə) əlindən gələni etmişdir. Onların əsas fəaliyyət istiqamətlərindən biri uşaq yaşında imamətin mümkünlüyünü sübuta yetirmək olmuşdur.

Müqəddəsi Şafei “Əqdud-durər” kitabında imam Baqirdən (ə) belə nəql edir: “Aramızda ən az yaşı olanlar imamət və xilafət məqamına seçilər.”(1)

Sual: 183. İmam Əsgəri (ə) öz övladının imamətini sübut etmək üçün hansı tədbirləri gördü?

Cavab: Həzrət bu istiqamətdə bir sıra işləri həyata keçirdi:

1. Təlimat və bəyanat – Musa ibn Cəfər ibn Vəhəb Bаğdadi deyir: “İmam Əsgəridәn (ə) belə eşitdim: “Sanki canişinimlə bağlı ixtilaf edəcəyinizi görürəm. Agah olun! Hər kəs peyğəmbərdən sonrakı

səh:119


1- [300] “Əqdud-durər”,s. 188; “Əl ğeybət”, Nemani, s. 184, “Bihar”, c. 51, s. 38.

imamları qəbul edib mənim övladımı inkar etsə, bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar etmiş kimidir...”(1)

Əhməd ibn İshaq deyir: “İmam Həsən Əsgəridәn (ә) belə eşitdim: “Həmd olsun mən dünyadan köçməmiş canişinimi tanıtdıran Allaha!”(2)

Mövludundan üç gün sonra atası imam Əsgəri (ə) həzrət Mehdini (ə) səhabələrinə təqdim edib buyurdu: “Bu övladım məndən sonra sizin imamınız və mənim xəlifəmdir. Xalq bu qaimin intizarını çəkəcək...”(3)

2. Yaxın adamlara həzrət Mehdinin (ə) göstərilməsi – Əhməd ibn İshaq ibn Səd Əşəri deyir: “Canişini haqqında soruşmaq üçün imam Əsgərinin (ə) yanına getdim. Həzrət öncə belə buyurdu: “Ey Əhməd ibn İshaq! Allah Adəmdən başlamış qiyamət gününədək yer üzünü heç vaxt höccətsiz qoymaz. Höccət vasitəsi ilə yer üzündən bəla götürülər, onun vasitəsi ilə yağış yağar, yer bərəkətə çatar.” Ərz etdim: “Ey peyğəmbər övladı! Sizdən sonra imam və xəlifə kimdir?” Həzrət dərhal qalxdı və o biri otağa daxil oldu. Çox keçməmiş çiynində ay parçası tək işıq saçan, təqribən üç yaşlı bir körpə bayıra çıxdı və buyurdu: Ey Əhməd ibn İshaq! Əgər Allah və Onun höccəti yanında kəramətin olmasaydı, bu övladı sənə göstərməzdim...”(4)

Şeyx Səduq Əbu-Ğanim-Xadimdən belə nəql edir: Allah imam Əsgəriyə (ə) bir övlad əta etdi və buyurdu ki, onun adı Məhəmməd qoyulsun. İmam mövluddan üç gün sonra onu səhabələrinə göstərib buyurdu: “Bu, sizin sahibiniz və imamınız, məndən sonra xəlifənizdir...”(5)

Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh, Məhəmməd ibn Osman Əmri deyirlər: “Biz qırx nəfərlə birlikdə imam Əsgərinin (ə) mənzilində idik. Həzrət öz övladını bizə göstərib buyurdu: “Bu, məndən sonra sizin imamınız və xəlifənizdir. Ona itaət edin və məndən sonra parçalanmayın, yoxsa həlak olacaqsınız. Bilin ki, bundan sonra onu görməyəcəksiniz...”(6)

Yəqub ibn Mənquş deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt qapısından pərdə asılmış otağı görüb soruşdum: “Ey mənim ağam! Sizdən sonra imam kimdir?” Buyurdu: “Pərdəni kənara çək.” səh:120


1- [301] “Bihar”, h. 51, s. 160.
2- [302] “Kəmalud-din”, s. 408; “Bihar”, c. 51, s. 161.
3- [303] “Kəmalud-din”,s.431.
4- [304] “Kəmalud-din”,s.431.
5- [305] “Kəmalud-din”,s.431.
6- [306] “Kəmalud-din”,s.435.

Pərdəni kənara çəkdim və xüsusi səciyyələrə malik bir körpə gördüm. O yaxınlaşıb imam Əsgərinin (ə) qucağında oturdu. Həzrət buyurdu: “Bu, məndən sonra sizin sahibiniz, imamınızdır...”(1)

Sual: 184. Həzrət Mehdi (ə) körpə ikən öz imamətinin sübutu üçün nə etdi?

Cavab: Həzrət Mehdi (ə) öz imamətinin şiə cəmiyyətinə sübutu üçün bir sıra işlər gördü:

1. Möcüzələr və kəramətlər – öncə Əbül-Ədyandan nəql etdiyimiz əhvalatda deyilirdi: “İmam Əsgəri (ə) vəfat edən vaxt bir uşaq qabağa çıxıb imamın cənazəsinə namaz qıldı. Sonra imam atası ilə yanaşı dəfn olundu. Bu körpə (həzrət Mehdi (ə)) mənə buyurdu: “Ey Bəsri! Yanındakı məktubu mənə ver. Məktubları həzrətə təqdim etdim. Gördüyüm bu iki nişanə uşaqdakı imamət nişanələridir...”

Əbül-Ədyan deyir: Xadim bayıra çıxdı və dedi: “Filan məktublar var, xurcunlarınızda 1010 dirhəm var.” Oradakılar məktubları və dinarları ona verib dedilər: “Səni bu işçün göndərən həqiqətən imamdır...”(2)

2. Məsələlərin cavablandırılması – həzrət Mehdi (ə) öz nümayəndələri vasitəsi ilə xalqın suallarına cavab verirdi. Onun verdiyi cavablar imamətinin digər bir sübutu idi. Mənbələrdə Həzrət Əhməd ibn İshaq Əşəriyə, İshaq ibn Yəquba, Həmiriyə, Məhəmməd ibn İbrahim Məhzyara, Əbul-Hüseyn ibn Məhəmməd Əsədiyə verdiyi cavablar nəql olunur.

İmam Mehdinin (ə) vilayəti

Sual: 185. Vilayət nə deməkdir?

Cavab: “Vilayət” sözünün lüğət mənası yaxınlıqdır. Fəyyumi deyir: “Vəliyy” “fələs” sözü kimi yaxınlıq mənasını bildirir.(3)

“Əqrəbul-Məvariddə” deyilir: “Vəliyy” dedikdə bir fərd və ya şeyi ikinci fərd və ya şeyin yanında yerləşdirmək nəzərdə tutulur.(4)

Rağib İsfəhani deyir: “Və la” və “təvaliy” dedikdə iki şeyin arasında məsafə qoymadan onları yanaşı yerləşdirmək nəzərdə tutulur.”(5)

səh:121


1- [307] Həmin mənbə, s. 436, 437.
2- [308] “Kəmalud-din”,c. 2, s. 502, 503»
3- [309] “Misbahul-Munir”.
4- [310] “Əqrəbul-Məvarid”.
5- [311] “Mufrədate-Rağib”, s. 523»

İnsanların ilkin olaraq sözləri hisslərlə bağlı mənada bəyan etməsini nəzərə alaraq belə demək olar:

“Vilayət” sözü əvvəllər hissi yaxınlıq mənasında işlədilmişdir. Həmin vaxt bu sözə “mənəvi yaxınlıq” mənası verilmişdir. “Vilayət” sözü mənəvi yöndə işlədildikdə elə bir yaxınlığı bildirir ki, bu yaxınlıq müstəsna ixtiyar haqqı verir. Məsələn, meyyitin vəlisi onun mülkünü sərf edə bilər. Bu vilayət varislik haqqından doğur. Sağır üzərində vilayəti olan kəs onun işlərini idarə edə bilər. Allah-tәala öz bəndələrinin işinin vəlisidir. Yəni onların dünyəvi və axirət işlərini idarə edir. Allah möminlərin vəlisidir. Yəni onların üzərində xüsusi vilayəti var.

Demək, bütün variantlarda “vilayət” sözü yaxınlıq bildirir.(1)

Başqa sözlə, vilayət elə bir yaxınlıqdır ki, aradakı pərdələr götürülür.(2)

Beləcə, insan nəfsini ram etməklə, əldə etdiyi qabiliyyətlərlə, digər bir tərəfdən, Allahın lütfünə və ona yaxın məqama çatmaqla xalq üzərində vilayət məqamına yüksəlir. Vilayət məqamına yüksəlmiş şəxs ixtiyar qazanır və kimsə onun icazəsi olmadan nəzərdə tutulmuş işlərə qatıla bilmir. Bütün bunlar Allahın izn və iradəsi ilə baş tutur.

Sual: 186. İmamın təkvini vilayəti dedikdə nə nəzərdə tutulur?

Cavab: “Təkvini vilayət” dedikdə fərdin elə bir yaxınlıq və kamillik məqamına çatması nəzərdə tutulur ki, o Allahın izni ilə dünyanın, təbiətin işlərinə müdaxilə edə bilir. Təkvini vilayət ruhi və mənəvi bir kamillikdir. İnsan ilahi vəzifələrinə və şəri qanunlara əməl etməklə bu səviyyəyə qalxıb qeyri-adi işlər görə bilər. Təşrii vilayətdən fərqli olaraq təkvini vilayət insanın zəhmətləri sayəsində əldə olunur və onun bəzi mərtəbələrinə hamı çata bilər. İmam isə təkvini vilayətin ən uca mərtəbələrinə qalxır.

Təşrii vilayət isə sırf Allah tərəfindən əta olunan məqamdır. Bu məqam yalnız Allahın istəyi ilə verilə bilər.

səh:122


1- [312] “Əl-Mizan”, c. 6, s. 12.
2- [313] Əl-Mizan”, c. 5, s. 368.

Sual: 187. Təkvini vilayətin hansı nəticələri var?

Cavab: “Misbahul-Şəriət” kitabında deyilir: “Bəndəlik və Allaha yaxınlıq məqamı bir gövhərdir. Bunun nəticəsində insan böyük qüdrət və bacarıq əldə edir.”(1)

İlahi yaxınlıq məqamının bir sıra təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:

1. Nəfsə hakimlik – Allah-tәala buyurur: “Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”(2)

2. Xüsusi baxış – İlahi yaxınlıq məqamının səciyyələrindən biri budur ki, insan qəlb səfası sayəsində xüsusi baxış əldə edir. O bu baxışla haqqı batildən seçir və heç vaxt azmır.

Quran buyurur: “Ey iman gətirənlər, əgər pəhrizkar olsanız, Allah sizə bir güc verər ki, bu güclə haqqı batildən seçərsiniz.”(3)

3. Xülyalardan uzaqlıq – Bəndəlik yolunu gedənlər qazandıqları təkamül və qüdrət vasitəsi ilə bütün yayındırıcı fikirlərə, xülyalara qalib gəlir, ibadət vaxtı Allahdan qeyrisi haqqında düşünmürlər.

Əbu-Əli Sina deyir: “İbadət düşüncə qüvvələrinin tərbiyə növüdür. Allah qarşısında təkrarlanan ibadət insanın fikrini maddi aləmdən çəkib ərş aləminə yönəldir. İbadət nəticəsində düşüncə qüvvəsi ilahi fitrətə təslim olur və mütiləşir.”(4)

4. Nəfsə qələbə - Təbiət aləmində ruh və bədən arasında qarşılıqlı ehtiyac mövcuddur. Amma bəzən ruh kamillik sayəsində ilahi yaxınlıqdan faydalanaraq bədəndən ehtiyacsız olur.

5. Təbiət aləminə müdaxilə - İbadət və ilahi yaxınlıq sayəsində nəinki insan bədənin hakimiyyətindən çıxır, hətta təbiət aləmi onun qarşısında mütiləşir. Allahın izni ilə belə bir insan təbiətin işlərinə qarışır, ondan bir sıra möcüzələr və kəramətlər görünür.

Sual: 188. İmamın təkvini vilayəti ola bilərmi?

Cavab: Məsum imamların, o cümlədən, həzrət Mehdinin (ə) təkvini vilayətini bir neçə müqəddimə ilə sübut etmək olar.

a) Quran Asəf ibn Bərxiya haqqında deyir: “Kitabdan biliyi olan kəs dedi: “Bir göz qırpımında onu sənin yanına gətirəcəyəm.

səh:123


1- [314] “Misbahul-şəriət”.
2- [315] “Ənkəbut”, 45»
3- [316] “Ənkəbut”, 29.
4- [317] “İşarat”, c. 3, s. 370.

(Süleyman) Onu (taxtı) öz yanında dayanmış görüb dedi: “Bu Rəbbimin fəzlindəndir.”(1)

b) Digər ayələrdən məlum olur ki, Allah və kitabdan tam xəbərdar bir qrup peyğəmbərlə xalq arasında şahiddir. Allah-təala buyurur: “Allahın və kitabdan elmi olanın Mənimlə sizin aranızda şahid olması kifayətdir.”(2)

v) Quranda bu da bildirilir ki, Quran maarifinin mahiyyətini bilən yalnız pak insanlardır: “Paklardan qeyriləri onu əldə edə bilməzlər.”(3)

q) Quran “mutəhhərun” (“paklar”) təbirini özü açıqlayıb peyğəmbərlə birlikdə onun əhli-beytini nümunə göstərir. Buyurulur: “Həqiqətən, Allah siz peyğəmbər ailəsindən bütün çirkinliyi uzaqlaşdırmaq istəyir...”(4)

d) Ayədəki “əhli-beyt” ünvanını tanımaq üçün rəvayətlərə müraciət etmək lazımdır. Quranda buyurulur: “Sənə Quran göndərdik ki, göndəriləni ümmətə bəyan edəsən.”(5)

j) Şiə və sünni rəvayətlərinə müraciət etdikdə görürük ki, “Təthir” ayəsində “əhli-beyt” dedikdə həzrət Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.(6)

Belə bir nəticə əldə edirik ki, təkvini vilayət paklara əta edildiyindən və peyğəmbər əhli-beyti ən üstün paklıq nümunəsi olduğundan təkvini vilayətdən bəhrələnmişdir.

Bürəydə ibn Müaviyə deyir: “İmam Baqirdən (ə) “Rəd” surəsinin 43-cü ayəsi haqqında soruşdum. İmam buyurdu: “Ayədə yalnız biz nəzərdə tutulmuşuq. Peyğəmbərdən sonra ən fəzilətlimiz və üstünümüz Əlidir (ə).”(7)

Sual: 189. “Təkvini vilayət” “təfviz” (işin tapşırılması) deyilmi?

Cavab: Bəziləri elə güman edir ki, imamın təkvini vilayəti dünya işlərinin bütövlükdә imama tapşırılmasıdır. Belə bir əqidə tövhid əqidəsinə uyğun deyil. Quran yəhudiləri məhz bu sayaq əqidələrinə görə məzəmmət edir.(8)

səh:124


1- [318] “Nəml”, 40.
2- “Rəd”, 43.
3- [320] “Vaqe”, 79.
4- [321] “Əhzab”, 33»
5- [322] “Nəhl”, 44»
6- [323] “Səhihe-Müslim”, c. 7, s. 130; “Səhihe-Tirmizi”, c. 5, s. 656.
7- [324] “Kafi”, c. 1, s. 299.
8- [325] “Maidə”, 64.

Tövhid əqidəsini və Allahın iradəsi olmadan işlərin mümkünsüzlüyünü nəzərə alaraq təkvini vilayət haqqında belə demək olar:

Əvvəla, imam yalnız müəyyən işlərə qatışa bilər.

İkincisi, imamın qatıldığı təkvini işlər də digər işlər kimi Allahın iradəsindən asılıdır.

Sual: 190. Təkvini vilayət yalnız Allaha aiddirmi?

Cavab: Bəziləri iddia edirlər ki, Quran ayələri təkvini vilayətin yalnız Allaha aid olduğunu bildirir.

Qurani-Kərimdə buyurulur: “Onlar özlərinə Allahdan qeyrisini “vəliyy” seçdilər?! Hansı ki, “vəliyy” yalnız Allahdır. Odur ölüləri dirildən və Odur hər işə qadir.”(1)

Digər bir Quran ayəsində buyurulur: “Sizin üçün Allahdan başqa “vəliyy” və yardımçı yoxdur.”(2)

Bu və digər ayələrdən məlum olur ki, vilayət (vəlilik) əslində yalnız Allaha aiddir. Başqaları yalnız Allaha yaxınlıq və Onun izni ilə bu məqamdan bəhrələnə bilər.

“Maidə” surəsində oxuyuruq: “Sizin vəliniz yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. Onlar ki, namazı bərpa edir, rüku halında zəkat verirlər.”(3)

“Təhrim” surəsində oxuyuruq: “Onun ziddinə əl-ələ versəniz (bacarmazsınız). Çünki Allah onun vəlisidir, həmçinin Cəbrail, saleh möminlər və mələklər ona arxa dururlar.”(4)

Sual: 191. Əgər imamın təkvini vilayəti varsa, nə üçün zəruri məqamlarda bu imkandan istifadə etmir?

Cavab: Bəziləri deyirlər ki, əgər imamların təkvini vilayəti, möcüzə göstərmək imkanı varsa, nə üçün zəruri məqamlarda bəlanı özlərindən uzaqlaşdırmaq, düşməni zərərsizləşdirmək üçün bu imkanlardan istifadə etmirlər?

Əvvəla, zərərli olduğunu düşündüyümüz bir çox işlər əslində bizə xeyirdir. Əksinə, bir çox işləri xeyirli bildiyimiz halda bu işlər bizə zərər yetirir. Allah təkvini vilayəti məsləhət bildiyi kəsə verir. İmamın çətinlik zamanı həmin məqamdan istifadə etməməsində, şübhəsiz ki,

səh:125


1- [326] “Şura”, 9.
2- [327] “Şura”, 31.
3- [328] “Maidə”, 55.
4- [329] “Təhrim”, 4.

hikmət var. Bizim zahirinə baxıb xeyir saydığımız bir iş zərərli də ola bilər.

Quran buyurur: “Sizin üçün Allah yolunda cihad müəyyənləşdi – bir halda ki, sizə xoş gəlməz. Nə çox xoşlamadığınız, amma xeyrinizə olan şeylər. Bəzən də zərərinizə olan şeyi dost tutursunuz.”(1)

Digər bir ayədə buyurulur: “Xoşlamadığınız bir çox işlər ola bilər ki, Allah həmin işdə böyük xeyir müəyyənləşdirib.”(2)

İkincisi, imam ilahi müqəddərata təslim olduğundan Allahın iradəsinə qarşı heç bir vasitədən istifadə etmir.

Üçüncüsü, Allahın övliyaları bu sınaq dünyasında imkan həddində möcüzədən istifadə etməməyə çalışırlar.

Dördüncüsü, məsum şəxs heç vaxt şəxsi mənafeyi naminə təkvini vilayətdən istifadə edib, ilahi müqəddərata qatışmır. Məsumlar yalnız bəşəriyyətin xeyiri istiqamətində və Allahın iradəsinə uyğun şəkildə səy göstərirlər.

Ağıl baxımından imam Mehdinin (ə) varlığı

Sual: 192. İmam Mehdinin (ə) varlığı ilahi lütf əsasında necə sübut olunur?

Cavab: İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək:

1. Bir baxımdan lütf iki qismə bölünür:

a) Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət yolunu seçir.

b) Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.

2. İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır. Buna görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait yaradır, o cümlədən, lütf göstərir.

Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti xətadan uzaqlaşdırası imama ehtiyac var. Bu səbəbdən də deyirik: icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun. Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır.

səh:126


1- [330] “Bəqərə”, 216.
2- [331] “Nisa”, 19.

Səffar imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Allah-tәala yer üzünü imamsız qoymaqdan daha ucadır.”(1)

Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri var?

1. Bütün yer üzündə Allah dinin hifzi – Mərhum Şəriful-Üləma buyurur: “Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər bir lütf şəriətin qorunması, xalqın batil ətrafında toplanmasının qarşısının alınmasıdır.”(2)

2. Hazırlıqlı nəfslərin tərbiyəsi – Qeyb dövründə imamın xalqla rabitələrinin tamamilə kəsilməsi yanlış fikirdir. Bəzi rəvayətlərə əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.

3. İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar bu fikirdədilər ki, hətta qeybdə olan rəhbərin varlığına inam dini cəmiyyətə böyük təsir göstərir. Ühüd savaşında düşmən xalqın ruhiyyəsini zəiflətmək üçün peyğəmbərin qətlə yetirilməsi ilə bağlı şayiə yaydı.

4. İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin imtiyazlarından biri budur ki, göstəriş verməzdən öncə nümunələr, ideal şəxslər təqdim olunur. Xalq bu ideallarla tanış olub kamillik yolunda daha asanlıqla qədəm götürür. Bildiyimiz kimi, ən üstün nümunə kamil və sağ imamdır.

Sual: 193. Əgər imamın varlığı lütfdürsə, nə üçün hər məntəqədə imam yoxdur?

Cavab: Əvvəla, kəlam elmində sübuta yetirilib ki, hər dövrdə birdən artıq imam ola bilməz. Çoxluq fəsad yaratdığından imam da çox ola bilməz. Əgər imam hakimiyyətə malikdirsə, bir neçə hakimiyyət, şübhəsiz ki, fəsadla nəticələnər.

İkincisi, həzrət Mehdinin (ə) varlığı ilə bağlı sadaladığımız lütflər bir nəfər vasitəsi ilə həyata keçə bilər. Bu səbəbdən də hər məntəqədə imama ehtiyac qalmır. Bəli, hər bir məntəqədə həqiqi din aliminin olması zəruridir.

səh:127


1- [332] “Bəsairul-dərəcat”, s. 285»
2- [333] “Kəşfül-qina”, s. 148»

Sual: 194. İlahi inayət imam Mehdinin (ə) varlığına dəlil sayılırmı?

Cavab: Həzrət Mehdinin (ə) vücudunu təsdiqləyən dəlillərdən biri ilahi inayətdir.

“İnayət” sözünün lüğət mənası iradə və məqsəddir. Danışıq dilində isə bu söz müxtəlif mənalarda işlədilir.

Şeyx İşraq deyir: “İnayət dedikdə Haqq-taalanın külli nizamın necəliyini əhatəsi nəzərdə tutulur...”(1)

Fəxr-Razi deyir: “İnayət” dedikdə əşyanın ən kamil şəkilə düşməsi üçün hansı halda olmasından Allahın xəbərdarlığı nəzərdə tutulur.”(2)

Sədrul-Mutəllihin deyir: “Hikmət sahiblərinin “inayət” adlandırdığı həqiqət mövcud nizamın qaynağıdır. Demək, mövcud aləm nəhayətdə mümkün bir fəzilətdir.(3)

İnayət dəlili vasitəsi ilə imamın mövcudluğunu iki bəyanla sübuta yetirmək olar:

1. Varlıq nizamı mümkün olan ən üstün nizamdır. Şübhəsiz ki, Məsum imam olmadan bu nizam yetkinliyə çata bilməz. Bu səbəbdən də imamın mövcudluğu zərurətdir.

2. Allah-tәala hər bir mövcudun kamala çatması üçün bu dünyada zəruri olan vasitələr qoymuşdur. Şübhəsiz ki, insan istisna deyil. Necə ola bilər ki, insanın mənəvi yönümü nəzərdə tutulmasın?!

Sual: 195. Həzrət Mehdinin (ə) mövcudluğu fitrət yolu ilə sübuta yetirilirmi?

Cavab: Bəzi müqəddimələrə ehtiyac var:

1. Psixoloqlar insanın fitri meyllərini üç qismə bölür: dostluq kimi şəxsi meyllər; insanın insana məhəbbəti kimi ictimai meyllər; həqiqətpərəstlik, dindarlıq, pərəstiş, kamala yüksəliş kimi ali meyllər.

2. Mütləq kamala və həqiqi məbuda çatmaq üçün vasitəyə ehtiyac var. İnsan öz daxilində bələdçiyə ehtiyac duyur.

3. Əgər fitrətdə bir şeyə ehtiyac duyulursa, bu şey hökmən xarici aləmdə mövcuddur. Xarici aləmdə olmayan bir şey fitrət tərəfindən tələb oluna bilməz. Başqa sözlə, insanın məsum və kamil bir bələdçiyə

səh:128


1- [334] “Əl-ləmhat”, Sührəvərdi, s. 166.
2- [335] “Əl-məbahisul-məşriqiyyə”, c. 2, s. 516.
3- [336] “Əl-hikmətul-mutəaliyyə”, c. 7, s. 111.

ehtiyacı onun içindən gəlir. Bu ehtiyac məsum imam olmadan ödənə bilməz. Biz sözlə, insanın mütləq kamala çatması üçün yetərli vasitənin olması zəruridir.

Əgər soruşulsa ki, bu meyl insanda necə yaranır, cavab verə bilərik ki, ağıl və düşüncə varlıq aləmində feyz vasitəsinin olmasını qəbul edirsə, insanda bu vasitəyə meyl təbiidir. Bu səbəbdən də kamil insan daim xarici vücuda malik olmalıdır.

Sual: 196. Hansı əsasla feyzin vasitəli olması imamın varlığına dəlil sayıla bilər?

Cavab: Filosoflar aləm üçün dörd mərhələ zikr etmişlər: rübubi aləm, əql aləmi, misal aləmi, təbiət aləmi. Filosoflar həm də ağıl üçün on hal müəyyən etmişlər. Birinci əql üçün Allah, ikinci əql üçün birinci əql, üçüncü əql üçün ikinci əql səbəbdir. Nəhayətdə onuncu əql misal aləmi üçün, misal aləmi təbiət və maddə aləmi üçün illət olur. Beləcə, aləm səbəblər prinsipi üzərində hərəkətdədir.

Soruşula bilər ki, Allah-tәala təbiət aləmini nə üçün vasitəsiz yaratmayıb? Rübubi (ilahi) aləmlə maddə aləmi yekcins olmadığından onlar arasında vasitələrlə əlaqə yaradılmışdır. Maddi aləmdə yalnız insanın misal aləmi ilə yekcinsliyi var. Tam yekcinslik üçün kamil insana ehtiyac duyulur. Belə bir insan bəşəriyyətin feyzi üçün vasitə olur. Bu halda təkvini feyzlə təşrii feyz arasında fərq qalmır

Başqa sözlə, ilahi aləmlə təbiət aləmi arasında feyzin ötürülməsi baxımından vasitəyə ehtiyac olduğu kimi, Allahın mənəvi feyzinin də insan qəlbinə ötürülməsi üçün vasitəyə ehtiyac var. Bu vasitə məsum imamdır. Əlbəttə ki, şəri feyz də bu yolla insana çatdırılır.

Allah-tәala buyurur: “(Ey Məhəmməd) Əgər sən olmasaydın, fələkləri xəlq etməzdim, əgər Əli olmasaydı, səni xəlq etməzdim.” Bu hədisin mahiyyəti yuxarıda deyilənlərdən aydın olur. Çünki adı sadalanan məsumlar ilahi feyzin maddi aləmə ötürülməsi üçün vasitədirlər. Fatimə (s) əql aləmi ilə imamət aləmi arasında bir pərdədir.

Sual: 197. Məqsədlilik səbəbi imamın mövcudluğuna dəlil ola bilərmi?

Cavab: Kəlam elmində ilahi fellərlə bağlı danışılarkən qeyd olunur ki, Allahın bütün felləri məqsədlidir. Amma ilahi məqsəd bəşəri məqsəd kimi deyil. Allah mütləq kamil olduğundan onun səh:129

məqsədi kamala çatmaq deyil. Əslində Allahın felləri məxluqunu kamala çatdırmaq məqsədi daşıyır.

Məqsədlilik (“ğayi”) dedikdə əməlin məqsədsiz olmaması nəzərdə tutulur: Allah heç vaxt məqsədsiz iş görmür. Qurani-Kərimdə də bu həqiqət təsdiqlənir: “Göyləri və yeri, onların arasında olanları oyun-oyuncaq yaratmadıq.”

Hikmət sahibləri və filosoflar deyir: “Varlığın formalaşması prosesində hər bir ali mərtəbə özündən aşağı mərtəbə üçün məqsəddir. Beləcə, sübut olunur ki, nəticə failin (fəaliyyət göstərənin) fəaliyyətinin illətidir. Əgər varlıq aləmində insan olmasaydı, heyvanat aləmi də ləğv olardı...”

Digər bir tərəfdən bilirik ki, hər bir fərd digər fərdlərə oxşardır. Bütün insanlar eyni bir növdən sayılır. Amma arada fərq də var. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların cövhəri qızıl və gümüş mədəni kimi bir-birindən fərqlənir.”(1)

Bəli, insan, meyvəsi kamil insan olan ağac kimidir. Bu meyvə Allahın məsum höccətindən başqası ola bilməz. Bu səbəbdən də rəvayətdə deyilir: “Əgər yer üzü imamsız olsa, dağılar.”(2)

Bir sözlə, Allahın höccəti adlandırılan kamil insan bəşəriyyətin varlıq səbəbi olduğundan onun vücudu zəruridir.

Sual: 198. Әn şərəfli оlmаq (əşrəf) prinsipi imam Mehdinin (ə) vücuduna dəlil ola bilərmi?

Cavab: Hikmət sahibləri deyir: Varlıq, həyat, elm, qüdrət, rəhmət və digər kamilliklər feyz mənbəsindən aşağı mərtəbə varlıqlara birbaşa çatdırılmır. Kamilliklər öncə “əşrəf” (әn şərəfli) varlıqlara yetirilir. Necə ki, çıraq öncə ətrafını, sonra uzağı işıqlandırır.

Elm və qüdrət kimi qeyri-hissi işlərdə öncə daha üstün rütbəli, əşrəf pillələr bəhrələnir.

Əllamə Təbatəbai deyir: “Әn şərəfli оlmаq qaydası budur ki, “əşrəf mümkün” vücud mərtəbəsində “xüsusi mümkündən” qədim olmalıdır. Çünki ondan şərəflisi ondan öncə mövcud ola bilər...”

Molla Sədra bu qaydanın sübutu üçün deyir: “Əgər “xüsusi mümkün” Allah tərəfindən vücuda gəlmişsə, ondan öncə “əşrəf mümkün” olmalıdır. “Əşrəf” və “əxəssin” eyni zamanda mümkün olması mümkünsüzdür. Bu halda şübhə doğurmur ki, əşrəf əxəsdən

səh:130


1- [337] “Bihar”, c. 61, s. 65.
2- [338] “Kafi”, c. 1, s. 179.

sonra vücuda gələ bilməz. Əlbəttə ki, nəticə səbəbdən öncə gələ bilmədiyi kimi...(1)

Bilirik ki, insan yaranmışların əşrəfidir. O, heyvandan, heyvan bitkidən, bitki cansız cisimlərdən şərəflidir. Şərəflilik qaydasına əsasən hər hansı feyz bitkiyə çatmamış torpağa, heyvana çatmamış heyvana çata bilməz. Bu da bir həqiqətdir ki, elm və qüdrət kimi feyzlər kamil insana çatmamış adi insana verilə bilməz.

Demək, bu qaydaya əsasən, kamil bir insan mövcuddur və o, Allahın höccətidir.

Kuleyni imam Sadiqdən (ə) belə nəql edir: “Höccət xalqdan öncə vardı, xalqladır, xalqdan sonra olacaq.”(2)

İmam Sadiq (ə) başqa bir məqamda buyurur: “Əgər yer üzündə yalnız iki nəfər qalsa, hökmən onlardan biri imamdır.”(3)

Sual: 199. “Məzhəre-came” dəlili ilə imamın vücudu necə sübuta yetirilir?

Cavab: İbn Tirk “Təmhidul-qəvaid” kitabında “Məzhəre-came” adlı bir dəlillə imamın varlığını sübuta yetirir. Biz bu dəlili xülasə şəkildə bir müqəddimə ilə təqdim edirik:

1. Kamil insan başqa bir mövcudda görünməyən məqama malikdir.

2. Vacib zat heç bir vəsflə məhdudlaşmır. Bu səbəbdən də, ifadə olunan, zatın yox, onun ünvanının vəsfidir. İlkin zühur vahidiyyət və əhədiyyət kimi iki çöhrənin gerçək vəhdətidir.

3. Zühur məqamında vəhdət hökmləri qalib gəldiyindən çoxluq (kəsrət) aradan götürülür.

Nəticə: Zati vəhdətdə təfsili adlar üçün macal qalmır. Çünki təfsil çoxluq növündəndir. Xarici aləmdə zahir olan təfsili məzahir böyük aləmin əczasından sayılır. Çoxluq hökmü bu məqamda qalibdir, yəni burada zati vəhdətin zühuru yoxdur. Demək, ilahi fərman vəhdətlə çoxluğun fərqlənə bilməyəcəyi orta həddi əsas götürür. Bu yolla haqq üçün təfsili adların və həqiqi vəhdətin məzhəri olur. Böyük ədalətdən qidalanan bu orta hədd həmin kamil insandır. Bu insan bir tərəfdən vəhdətin hakim olduğu ilahi dairəyə, digər bir tərəfdən təbiət aləminə bağlıdır.(4)

səh:131


1- [339] “Nəhayətul-hikmət”, s. 319, 320.
2- [340] “Kafi”, c. 1, s. 177.
3- [341] “Həmin mənbə”, s. 179.
4- [342] “Təmhidul-qəvaid”, s. 172.

Sual: 200. Böyük təcəlla dəlili əsasında imamın mövcudluğu necə sübut olunur?

Cavab: Həzrət Mehdinin (ə) mövcudluğunu sübuta yetirən əqli dəlillərdən biri “təcəllayi-əzəm”, yəni böyük təcəlla dəlilidir. Bu dəlillə tanış olaq.

a) Təcəlliyyat dedikdə Quran və rəvayətlərdə işarə olunmuş zühura çıxma nəzərdə tutulur. Allah-tәala buyurur: “Allah hər gün bir işdədir.

b) Bu təcəlla və zühur vacibul-vücudun zatından bu mövcudların ayrılmasıdır.

v) Allahın adları onun müqəddəs zatının cəmal və cəlal sifətlərini tanıtdırır. Bu adların əhatəlilik baxımından bir-birindən üstünlüyü var.

q) Allahın hər bir adı bir əhatə ilə zühur edirsə, Onun “ismi-əzəm” sifəti böyük bir təcəllaya malik olmalıdır. Bu böyük təcəlla kamil insandır.

Sual: 201. “Təqabüli-qütbeyn”, yəni qütblərin qarşılaşması dəlili imamın (ə) mövcudluğunu necə sübuta yetirir?

Cavab: Bu dəlili iki müqəddimə ilə bəyan edirik:

a) Allah-tәalanın camal və cəlal təcəllaları var.

b) İlahilik və tam təcəlla qütbləri arasında yaxınlıq üçün yer üzündə bəndəlik və ilahi xüsusiyyətlər baxımından kamil insan olmalıdır. Fəlsəfi terminologiyada işraqilər onu “pak ilahi kəlmə”, məşşaiyun “оnuncu əql” adlandırırlar. Allahın şəninə layiq ibadəti yalnız o bilir və yerinə yetirir. Belə bir şəxs yalnız həzrət Mehdi (ə) ola bilər.

Sual: 202. Feyzdə ziddiyyətin olmaması qanunu imamın varlığını necə sübuta yetirir?

Cavab: Peyğəmbərlik və imamət mənəvi bir feyzdir. Kəlimilərin baxışına əsasən həzrət Musanın ölümü ilə bəşəriyyətin ərş aləmi ilə rabitəsi qırıldı. Protestant məsihilər bu əqidədədirlər ki, həzrət Məsihin dara çəkilməsi ilə bəşəriyyətin ilahi dərgahla əlaqəsi üzüldü. İslamın sünni firqəsi də özünü bu feyzdən məhrum etmişdir. Onlar bu əqidədədir ki, İslam peyğəmbərinin (s) ölümü ilə bu feyz kəsilmişdir. Belə bir sual verilə bilər ki, nə üçün İslam ümməti peyğəmbərdən

səh:132

sonra feyzdən məhrum olsun? Nə üçün Allah-tәala imam vasitəsi ilə bəşəriyyəti bu feyzdən bəhrələndirməsin?

İmamiyyə şiələr bu sualı cavablandırır. Onlar deyir: Bu feyz vəhy yolu ilə kəsilsə də, kamil insan vasitəsi ilə təmin olunur. Bu feyz bəşəriyyətə həzrət Mehdinin (ə) kаmil vücudu ilə çatdırılır.

Parisin Sarbonna universitetinin professoru Hanri Kоrbәn deyir: “Mənim əqidəmcə, şiəlik yeganə məzhəbdir ki, bəşəriyyətlə Allah arasındakı hidayət rabitəsinin davamlığını qəbul edir. Onlar ilahi vilayəti qiyamət gününədək sabit saxlamışlar...”(1)

Sual: 203. “Əql-bil-fel” dəlili imam Mehdinin (ə) vücudunu necə sübuta yetirir?

Cavab: Fаrabi imam Mehdinin (ə) vücudunu sübuta yetirəcək bir dəlil göstərir. O deyir: “Fəzilət cəmiyyətinin hər üzvündə rəislik səlahiyyəti yoxdur. Bu cəmiyyətin rəisi həm xarakter baxımından bu məqama layiq olmalı, həm də uyğun məqsədlə yaşamalıdır. Belə bir insan yalnız kamil insan ola bilər. O həm rəisdir, həm müəllimdir, həm mürşiddir, həm də tərbiyəçi...”(2) Farabi yetkin cəmiyyətin formalaşması üçün müəllimin varlığını zəruri sayır. Bu müəllim imam Mehdidir (ə). Şiələr inanır ki, cəmiyyətin qurulması üçün kamil insan rəis olmalıdır.

Bu böyük filosof imamı “əqli-bil-fel” kimi tanıyır. O elə bir insan nəzərdə tutur ki, tam əqli, təbii, kəsbi imkanlara malikdir, nəhayət, kamala çatmışdır, bir növ özü fəal ağıldır. Farabi belə bir şəxsi cəmiyyətə rəhbərliyə layiq bilir. Onun nəzərincə, belə rəis cəmiyyət üçün ürək kimidir.

Sual: 204. Ehtimalları hesablamaq yolu ilə imamın varlığını sübuta yetirmək olarmı?

Cavab: Mərhum Şəhid Sədr bu barədə buyurur: “Məhdəviyyət İslam ümmətinin əsrlər boyu etiqad etdiyi bir həqiqətdir. Xüsusilə həzrət Mehdinin (ə) səfir və naiblərinin 70 illik fəaliyyəti dövründə xalq bu həqiqətlə tanış edilmişdir. Bu müddət ərzində kimsə uyğun inancın ziddinə çıxmamışdır. Necə ola bilər ki, bir yalan nəinki yetmiş il, əsrlər boyu yaşasın və bir-biri ilə heç bir əlaqəsi olmayan dörd nümayəndə yekdil fikirdə olsun. Elə qədimdən yalanın ömrünün

səh:133


1- [344] “Əş-şiə”, Əllamə Təbatəbai, s. 15.
2- [345] “Tarixi-fəlsəfi dər cahane İslam”, s.438.

qısalığı haqqında məsəllər çəkilib. Ehtimalların hesabı baxımından, hər hansı yalanın bir bu qədər davam edib bütün ümmət tərəfindən qəbul olunması mümkünsüzdür.”(1)

Sual: 205. Əqli dəlillər müəyyən bir imamın mövcudluğunu sübut edirmi?

Cavab: 1. Əqli dəlillər kamil bir insanın mövcudluğunun zəruriliyini təsdiqləyir. Bu dəlillərin həmin şəxsin məhz imam Mehdi (ə) olması ilə əlaqəsi yoxdur. Amma uyğun dəlillər imamiyyə şiələrinin məsum bir imamın mövcudluğuna etiqadını təsdiqləyir. Beləcə, uyğun dəlillər yalnız şiələrin baxışına uyğundur.

2. Ustad Həsənzadə Amuli deyir: “Bu məqamda iki mövzuda danışmaq lazımdır: Külli və şəxsi mövzularda. Külli mövzu dedikdə daimi mövcud olan höccətin varlığını sübut edən dəlillər nəzərdə tutulur. Şəxsi mövzu dedikdə isə qaimin konkret kimliyi ilə bağlı dəlillərdən danışılır. Fərdin kamilliyini tanımaq üçün isə mütəvatir hədislərə və vəhyə müraciət etmək lazımdır.”(2)

3. İslam irfanı məqsədə çatmaq üçün şeyx və ustadın varlığını şərt sayır. Bu şərt də iki qisimdir: “Ümumi ustad və xüsusi ustad. Ümumi ustad odur ki, sırf hidayət məsuliyyəti daşımasın və ona məlumat almaq üçün müraciət olunsun.

Xüsusi ustad isə sırf hidayət məsuliyyəti daşıyan şəxsdir və həqiqət yolunu gedən kəs heç bir halda bu ustaddan kənar düşməməlidir.(3)

Bu məsələlər sünnə əhli arifləri tərəfindən də qəbul olunur. Çünki onlar da iki ustadın mövcudluğunu şərt sayır. Onlardan biri mürşid, digəri ilahi feyz daşıyıcısı olan ustaddır. Əgər bu ustad dünyada olmasa, dünya dağılar. Bu səbəbdən də aləmin sabitliyi bu şəxsin varlığından asılıdır. Sünnə əhli arifləri dünyanın belə bir ümumi ustada ehtiyacını qəbul edirlər. Uyğun həqiqəti qəbul edənlər arasında Əbdül-Vəhhab Şərani, Mühyiddin ibn Ərəbi, Cami Hənəfi, Əttar Nişapuri, Cәlаlәddin Rumi diqqəti cəlb edir.

Başqa sözlə, qeyd olunan dəlillər məsum imamın varlığının zərurətini göstərir. Ariflər bu şəxsi imkan dairəsinin qütbü adlandırırlar. İrfanda hər zamanın yalnız bir qütbü ola bilər. Bir neçə səh:134


1- [346] “Bəhsun-həvlәl-Məhdi (ə)”, s. 109-110.
2- [347] “Nəhcül-vilayə”, c. 7, 8.
3- [348] “Risaleye lubbul-ləbab”, s. 133, 134.

qütbün olması mümkünsüzdür. Bu qütb bütün səhv və nöqsanlardan pakdır.(1) Bunu da qeyd etməliyik ki, ayə və rəvayətlərdən də bu sayaq anlayışlar əldə olunur. Qütb anlayışı həmin anlayışlardandır. Əmirəlmöminin (ə) Şiqşiqiyyə xütbəsində özünü qütb adlandırır: “And olsun Allaha! Əbu-Qəhafənin oğlu Əbu-Bəkr mənim xilafətdəki yerimin dəyirman daşı oxunun (qütbünün) dəyirmandakı yeri kimi olduğunu bildiyi halda xilafət əbasını geyindi.”(2)

Sual: 206. Şəriət və millətin keşiyində dayanmayan və ilahi hökmləri icra etməyən imamın nə faydası var?

Cavab: Bəzən deyirlər ki, pərdə arxasında qalmış, kimsəyə görünməyən, hökmləri icra etməyən, xalqı cihada çağırmayan imamın nə faydası ola bilər?

Sualı xülasə şəkildə belə cavablandıra bilərik:

1. İmamın qeybə çəkilməsində təsirli olduğumuz kimi, onun zühuruna da əməllərimizin təsiri var.

2. Qeyb dövründə heç bir ilahi hökm gücdən düşmür, cihad təxirə salınmır. Bu iş imamın vəkaləti ilə fəqihlər tərəfindən icra olunur.

3. İmam qeybdə olsa da, onun nəzarəti var və şəriətin keşiyindədir. Həqiqətə qarşı icma təşkil olunduqda imam müdaxilə edib həqiqəti bildirir.

4. İmamın vücudu ilahi feyz vasitəsidir. İmam olmasa, dünya dağılar.

5. İmam xalqın nəzərlərindən gizli olsa da, batini bir nüfuz gücü var. Ləyaqəti olan hər bir kəs batini yolla haqqa yönəldilir.

Quran baxımından həzrət Mehdinin (ə) varlığı

Sual: 207. “Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu təsdiqləyirmi?

Cavab: “Qədr” surələrində bildirilir ki, mələklər hər ilin qədr gecəsi yerə enirlər.

“Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh həmin gecə Rəbbinin izni ilə hər işdən ötrü nazil olar. Bu gecə sübh ağartısınadək salamatlıqdır.”(3)

səh:135


1- [349] “Müqəddiməye-qeysəri”.
2- [350] “Nəhcül-bəlağə”.
3- [351] “Qədr”, 1-5.

“Duxan” surəsində də bu məsələyə işarə olunur: “Ha, mim. And olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz daim qorxudan olmuşuq. Həmin gecə hər bir iş hikmət əsasında tənzim (tədbir) olar.”(1)

Ramazan ayı qiyamət gününədək təkrarlanar. Qədr gecəsi də qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: “Hər qədr gecəsi yerə enən mələklər və ruh həzrət Peyğəmbərdən (s) sonra kimə nazil olur? Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun. İmam Baqir (ə) buyurur: “Ey şiələr! “İnna ənzəlnahu” surəsinə sarılsanız, qalib gələcəksiniz. And olsun Allaha ki, bu surə, peyğəmbərdən sonra Allahın höccəti üçündür. Bu surə, həqiqətən, sizin dininizin təsdiqi, bizim elmimizin nəhayətidir. Ey şiələr! “Ha, mim, vəl kitabil-mubin” ayəsi haqqında danışın. Çünki bu ayələr peyğəmbərdən sonrakı əmr sahiblərinə aiddir...”(2)

Başqa bir məqamda İmam (ә) buyurur: “And olsun Allaha, həqiqətən, qədr gecəsini təsdiq edən şəxs bizə aid elmdən əldə edər...”(3)

Həzrət Əli (ə) ibn Abbasa buyurur: “Həqiqətən, hər ilin qədr gecəsi var. Həmin gecə bir ilin işləri nazil olar. (Bir ildə baş verəcək işlər müəyyənləşər.) Onun üçün peyğəmbərdən sonra vәlilər var.” İbn Abbas deyir: Ərz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: “Mən və məndən olan on bir övladım hamısı imam və mühəddisdir.”(4)

Həzrət Peyğəmbər (s) səhabələrinə buyurmuşdur: “Qədr gecəsinə iman gətirin. Çünki o, Əli ibn Əbi-Talib və onun on bir övladı üçündür.”(5)

Sual: 208. “İmam” (“İsra” surəsinin 71-ci) ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?

Cavab: Allah-tәala “İsra” surəsində buyurur: “Bir gün ki, hər bir güruhu imamı vasitəsi ilə çağırarıq. Əməl naməsi sağ əlinə verilənlər onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm qılınmaz.”

səh:136


1- [352] “Duxan”, 1-4.
2- “Kafi”, c. 1, s. 249.
3- [354] Həmin mənbə, s. 252, 253.
4- [355] Həmin mənbə, c. 1, s. 247, 248.
5- [356] “Kəmalud-din”,c.1, s.280, 281.

Ayədən məlum olur ki, qiyamət günü hər bir kəsdən imam haqqında soruşular. Əgər etiraf etsə, nicat tapar və əməl naməsi sağ əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə bir imam ki, onu tanımadan kimsə nicat tapmaz. Həzrət Peyğəmbər (s) buyurur: “İmamını tanımamış ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”(1)

Hər bir dövrdə imam olmalıdır ki, xalq öz istəyi ilə onu rəhbər seçib itaət edə bilsin.

“Lövhe-məhfuz” (müqəddəratın qeyd olunduğu lövhə) bir olduğundan və hər tayfanın öz lövhəsi olmadığından ayədəki “imamları” sözü hər qövmün kitabı kimi də təbir oluna bilməz. Çünki söhbət yaranışdan sonadək bütün insanlardan gedir. Hansı ki, göndərilmiş ilk şəriət kitabı Nuhun kitabıdır. Ondan öncə insanlara heç bir kitab nazil olmamışdır.

Süyuti uyğun ayə ilə bağlı həzrət Peyğəmbərdən (s) belə nəql edir. Hər bir qövm dövrünün imamı, Rəbbinin kitabı və peyğəmbərinin sünnəsi ilə məhşur olacaq.”(2)

İbn Abbas ayədəki “imam” sözünün hidayət və ya zəlalət imamına (rəhbərinə) işarə olduğunu bildirir.(3)

Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “İmam” ayəsi nazil olan vaxt müsəlmanlar ərz etdilər: “Ey Allahın rəsulu! Məgər sən bütün xalqın imamı deyilsən?” Həzrət buyurdu:“Mən bütün bəşəriyyət üçün göndərilmiş bir peyğəmbərəm. Amma tezliklə məndən sonra əhli-beytimdən imamlar gələr. Onlar xalq arasında qiyam qaldırar, amma təkzib olunarlar...”(4) Bişr ibn Ğalib imam Sadiqdən (ə) uyğun ayə haqqında soruşduqda həzrət buyurur: “O, xalqı hidayətə çağıran və xalq tərəfindən qəbul olunan imamdır. O, xalqı zəlalətə çağıran rəhbər də ola bilər. Birincilər behiştdə, ikincilər cəhənnəmdədir.”(5)

Sual: 209. “İnzar” (“Rəd”, 7) ayəsi imamın varlığını necə sübut edir?

Cavab: Allah-tәala öz peyğəmbərinə xitabən buyurur: “Həqiqətən, sən bir qövm üçün qorxudan, hidayət edən şəxssən.”

səh:137


1- [357] “Kafi”, c. 2, s. 19.
2- [358] “Dürrül-mənsur”, c. 4, s. 194.
3- [359] Həmin mənbə.
4- [360] “Kafi”, c. 1, s. 215.
5- [361] “Bihar”, c. 51, s. 161.

Ayədən məlum olur ki, hər bir dövrdə hər bir qövm üçün onu haqqa çağıran rəhbər var. Belə bir çağırış Allahın rübubiyyət (Rəblik) tələbidir. Bu da məlum olur ki, yer üzü heç vaxt həqiqi hidayətçidən, rəhbərdən məhrum olmamışdır. Ayədə yalnız peyğəmbərlər nəzərdə tutulmur. Zəməxşəri ayə ilə bağlı qeyd edir ki, yalnız peyğəmbərlər nəzərdə tutulsaydı, peyğəmbərlər olmadığı dövrdə yer üzü höccətsiz qalardı.

Təbəri uyğun ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Bu ayə nazil oldu. Həzrət Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və hər bir qövm üçün yol göstərənəm. Sonra əlini həzrət Əlinin (ə) çiyninə qoyub buyurdu: “Hidayət olanlar məndən sonra yalnız sənin vasitənlə olar.”(1)

Hakim Nişapuri səhih sənədə əsasən həzrət Əlinin (ə) dilindən belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır, mən hadiyəm.”(2)

Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır. Hər bir dövrdə xalqı peyğəmbərin gətirdiyinə dəvət edən imam və hadi var...”(3)

Uyğun ayə ilə bağlı imam Baqir (ə) buyurmuşdur: “Allahın rəsulu qorxudandır, Əli isə hadidir. Agah ol! And olsun Allaha ki, ayə bizdən kənar olmaz və qiyamət gününədək aramızdadır.”(4)

Sual: 210. Şəhadətdən danışan ayələr imamın mövcudluğunu necə sübut edir?

Cavab: Bir çox ayələrdə Allah-tәala qiyamət günü ümmətin əməllərinə şahid olacaq insanlardan (şahidlərdən) danışır. Bu ayələrdən bəzilərini nəzərdən keçirək:

a) “Məhşər günü, hər bir tayfaya şahid gətirdiyimiz və səni (peyğəmbəri) şahid tutacağımız vaxt necə olacaq?!”(5)

b) Hər bir ümmətdən şahid seçəcəyimiz gün kafirlərə danışmaq icazəsi verilməz və onların tövbələri qəbul olunmaz.”(6)

v) Hər ümmət üçün onların öz arasından şahid seçəciyimiz, səni (peyğəmbəri) ümmətə şahid gətirəcəyimiz gün...”(7)

səh:138


1- [362] “Cameul-bəyan”, c. 13, s. 142.
2- [363] “Mustədrəke-hakim”, c. 3, s. 129.
3- [364] “Kafi”, c. 1, s. 191.
4- [365] Həmin mənbə, s. 192.
5- [366] “Nisa”, 41.
6- [367] “Nəhl”, 84.
7- [368] “Nəhl”, 89.

Ayələrdən məlum olur ki, Allah-tәala qiyamət günü hər bir ümmətin əməlinə şəhadət vermək üçün dünya həyatında məsum şəxslər müəyyənləşdirmişdir. Ümmətin əməllərinə şəhadət verəcək kəs öz şəhadətində yanılmamalıdır. O ümmətin əməllərindən xəbərdar olmalıdır. Onlar bəşərin hidayətində Allahın höccətidirlər.

Fəxr Razi “Qəsəs” surəsinin 75-ci ayəsi haqqında deyir: “Onlar hər bir dövrdə xalqın əməllərinə şahid duranlardır. Peyğəmbərlər də bu qəbildəndir.”(1) Müəllif “Nəhl” surəsinin 84-cü ayəsi haqqında deyir: “Dünyada mövcud olan hər bir cəmiyyətin əməllərinə şahid durası şəxsə ehtiyac var.” Peyğəmbər öz dövrünün şahidi idi. Peyğəmbərdən sonra da hər bir dövrün şahidə ehtiyacı var.

Aydın olur ki, heç bir dövr şahidsiz deyil. Bu şahid pak olmalıdır. Əks-təqdirdə onun özünün də şahidə ehtiyacı olar. Belə olsa, sonsuz şahidlər silsiləsi yaranar. Bu batil fikirdir.(2)

Sual: 211. Hər bir dövrdə xalqın əməllərinə şahid olan şəxsin hansı xüsusiyyətləri olmalıdır?

Cavab: Quran ayələrinə əsasən, məsum höccətin bir sıra səciyyələri olmalıdır: Allahın höccəti insan növündən olmalıdır; hər dövrün bir höccəti ola bilər; höccətin elmi əhatəsi olmalıdır; Allahın kitabından xəbərdar olmalıdır.(3)

Əbu-Səid Xidri deyir: Həzrət Peyğəmbərdən (s) bu ayə haqqında soruşdum. O buyurdu: “O (höccət), qardaşım Əli ibn Əbi-Talibdir.”(4)

Sual: 212. “Nəzir” (qorxudan) ayəsi imamın vücudunu necə təsdiqləyir?

Cavab: Allah-tәala buyurur: “Hər bir ümmətin keçmişdə qorxudanı olub.”(5)

Ayədən məlum olur ki, hər bir dövrdə xalq arasında Allahın höccəti, hidayətçi olmuşdur.

İmam Baqir (ə) buyurur: “Ey şiələr! Allah-tәala buyurur ki, hər bir ümmətin qorxudanı olmuşdur.” Ərz olundu: “Ey Əba-Cəfər! Məgər bu ümmətin qorxudanı Məhəmməd deyilmi?” Həzrət səh:139


1- [369] “Təfsire-Fəxr-Razi”, c. 25, s. 12, 13.
2- [370] Həmin mənbə, c. 20, s. 98.
3- [371] Bax: “Rəd”, 43.
4- [372] “Əl-Mizan”, c. 11, s. 388.
5- [373] “Fatir”, 24.

buyurdu:“Bəli, düz deyirsiniz. Peyğəmbər olduğu gündən həyatı boyu bütün yer üzü üçün qorxudan olmayıbmı?!”(1)

Əli ibn İbrahimin təfsirində oxuyuruq: “Hər bir zaman üçün imam olmuşdur.”(2)

Sual:213. “Hidayət” ayəsi imamın mövcudluğunu necə təsdiq edir?

Cavab: Allah-tәala buyurur: “Xəlq etdiyimiz kəslərdən bir firqəsi hidayət olub haqqa dönər.”

Fəxr Razi ayənin təfsiri ilə bağlı deyir: “Ayədən məlum olur ki, heç bir zaman dönәmi qiyam qaldırıb xalqı hidayət edən şəxssiz olmamışdır.”(3)

Mirzә Məhəmməd Məşhədi “Kənzul-dəqaiq” təfsirində deyir: “Ayə hər bir dövrdə məsum şəxsin varlığını təsdiqləyir. Ayədə bildirilir ki, hidayətçilər xalqın bir hissəsidir və hər kəs məsum deyil.”(4)

Əbdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu: “Ayədə imamlar nəzərdə tutulmuşdur.”(5)

Sual: 214. “Sadiqin” təbiri imamın mövcudluğunu necə təsdiq edir?

Cavab: Allah-tәala buyurur: “Ey möminlər! Təqva yolunu tutub daim sadiqlərlə olun.”(6)

Ayədə “sadiqlər” dedikdə bütün möminlər yox, onların bir qrupu nəzərdə tutulmuşdur. Bəs bu firqənin hansı xüsusiyyətləri olmalıdır?

Ayənin özündən məlum olur ki, sadiqlər xalqı xoşbəxtlik yoluna hidayət edənlərdir. Vəhy gətirənlər, peyğəmbərin xəlifələri sadiqlər zümrəsindəndir. Allah bu zümrədən çirkinliyi uzaqlaşdırmışdır. Onlar hər bir nöqsandan pakdır. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbi-Talib (ə), sonuncusu həzrət Mehdidir (ə).

Fəxr Razi yuxarıdakı ayədən istifadə edərək deyir: “Hər bir dövrdə məsum sadiqlər olmalıdır...”(7)

səh:140


1- [374] “Kafi”, c. 1, s. 249.
2- [375] “Təfsire Əli ibn İbrahim Qummi.
3- [376] “Təfsire-Fəxr-Razi”, c.15, s. 72.
4- [377] “Təfsire-Kənzul-dəqaiq”, c. 3, s. 637.
5- [378] “Kafi”, c. 1, s. 414.
6- [379] “Tövbə”, 119.
7- [380] “Təfsire-Fəxr-Razi”, c.16, s. 220.

Kuleyni Bürəyd ibn Müaviyədən belə nəql edir: “İmam Baqirdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu:“Nəzərdə tutulan bizik.”(1)

Uyğun ayə ilə bağlı imam Sadiq (ə) buyurur: “Sadiqlər həmin imamlardır...”(2)

Hakim Həsəkani Hənəfi Əbdüllah ibn Ömərə istinadən bildirir ki, ayədə həzrət Məhəmməd və onun Əhli-beyti (ə) nəzərdə tutulmuşdur.(3)

Sual: 215. “Ulil-Əmr” ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?

Cavab: Allah-tәala buyurur: “Allaha, rəsula, özünüzdən olan əmr sahiblərinə itaət edin.”(4)

“Ulil-əmr” “əmr sahibləri” deməkdir.

Yuxarıdakı ayədən aydın olur ki, hər bir dövrdə məsum imam olmalıdır. İnsanlar Allaha itaət etdikləri kimi bu imama itaət etməlidir.

“Ulul-əmr” dedikdə xalqın itaət etməli olduğu məsum əmr sahibləri nəzərdə tutulur. Ayədə qeyd-şərtsiz itaət qeyd olunduğundan bu təbirin məsum imamlara aid olduğu aydınlaşır. Əgər əmr sahibi məsum olmazsa, onun nöqsanları olar və belə bir şəxsə mütləq itaət əmr edilməz. Demək, “ulil-əmr” bütün dövrlərdə mövcudluğu labüd olan məsumlardır. Hazırkı dövrdə həzrət Mehdidən (ə) savay belə bir şəxs yoxdur.

Bu həqiqəti rəvayətlər də təsdiqləyir.

“Səqələyn” adı ilə tanınmış hədis misal göstərilə bilər. Bu hədisdə həzrət Peyğəmbər (s) məsum Əhli-beytə (ə) itaəti göstəriş verir.

“Rəd” surəsinin 7-ci ayəsi və “12 xəlifə” hədisi də yuxarıdakı ayədən uyğun nəticəni çıxarmağa əsas verir. Sünnə əhlindən olan bəzi alimlər də yuxarıdakı ayənin əhli-beyti nəzərdə tutduğunu qəbul edir. İbn Həyyan Əndəlоsi, Nişapuri, Məhəmməd Saleh Kəşfi Termizi, Qunduzi Hənəfi, Həməvini Şafei, Hakim Həsəkani bu qəbil alimlərdəndir.

Hakim Həsəkani Mücahidə istinadən ayənin təfsirində bildirir ki, ayədə Əmirəl-möminin nəzərdə tutulmuşdur. Həmin vaxt həzrət Peyğəmbər (s) Mədinədə Əlini özünə canişin təyin etmişdi.

səh:141


1- [381] “Kafi”, c. 1, s. 208.
2- [382] Həmin mənbə.
3- [383] “Təzkirətul-xəvvas”, s. 16.
4- [384] “Nisa”, 59.

İmam Mehdi (ə) haqqında şiə rəvayətləri

Sual: 216. Şiə rəvayətləri imam Mehdinin (ə) varlığını necə sübuta yetirir?

Cavab: həzrət Mehdinin (ə) varlığını, o cümlədən mövludunu müxtəlif yollarla sübuta yetirmək olar. Bu yollardan biri mütəvatir (yetərli həddə çatmış) hədislərdir. Qısa bir müqəddimə ilə həmin yolu aydınlaşdıraq:

1-ci müqəddimə: Ərəstun məntiqinə əsasən mütəvatir xəbər dedikdə yanlışlığı mümkünsüz olan çoxsaylı cəmiyyətin xəbəri nəzərdə tutulur. Tərifdən aydın olur ki, mütəvatir xəbərin iki əsası var:

Çoxsaylı cəmiyyətin xəbəri; cəmiyyət elə bir sayda olmalıdır ki, onların yalan danışmaq üçün bir-biri ilə razılaşması mümkünsüz olsun. İmam Mehdinin (ə) mövcudluğunu təsdiqləyən hədislərin birinci əsası hiss və vicdan prinsipləri üzərində qurulmuşdur. Nəql edən tərəfin eşitdiyi və gözü ilə gördüyü çoxsaylı xəbərlər həzrət Mehdinin (ə) vücudunu təsdiqləyir.

İkinci əsasın “bədahət” (aşkar) olduğu bildirilir. Ərəstun məntiqinə əsasən mütəvatir xəbər altı “bədihi” (aşkar) mühakimədən biridir.

Mərhum şəhid Sədr bu əqidədədir ki, yəqinliyi yaradan Ərəstunun dediyi kimi mütəvatirliyin bədahət olması yox, ehtimalların hesabıdır. Nəql olunan hər bir xəbər məsələnin həqiqət olması ehtimalını artırır. Nəhayət, bu xəbərlər elə bir həddə çatır ki, insanda yəqinlik yaranır.

İkinci müqəddimə: Mütəvatir xəbərdə hər bir xəbər verənin adil olması zəruri deyil. Sadəcə, sübut olunmalıdır ki, həmin xəbərlər yalan deyil.

3-cü müqəddimə: Təvatir xəbər üç qisimdir:

1. Söz təvatiri: Bu təvatirdə müştərək mehvər bütün xəbərlərdə eyni ifadələrin işlədilməsidir.

2. Məna təvatiri: Burada müştərək mehvər xəbərlərdəki məna və məhdudiyyətdir.

3. İcmali təvatir: Burada müştərək mehvər hər hansı qəziyyədir. Məsələn, müxtəlif xəbərlərdə təkrarlandığından həzrət Əlinin (ə) şücaətinə əmin olduğumuz kimi, eyni yolla həzrət Mehdinin (ə) mövcudluğuna və mövluduna da əmin ola bilərik. Bu mövzuda rəvayətləri sənəd baxımından araşdırmağa ehtiyac yoxdur. Çünki mövzu ilə bağlı müxtəlif xəbərlərdən yəqinlik hasil olur. İmam səh:142

Mehdinin (ə) varlığı və mövludu hamı tərəfindən qəbul olunan bir həqiqətdir.

Sual: 217. Hansı hədislər imam Mehdinin (ə) varlığını təsdiqləyir?

Cavab: Şiə hədisləri arasında imam Mehdinin (ə) mövludunu və vücudunu təsdiqləyən bir qurup hədislər var. Bunların böyük əksəriyyəti səhih sənədə əsaslanır. Qısa şəkildə bu hədislərin əsas mövzularını nəzərdən keçirək:

Yalnız qaim imam vasitəsi ilə xalqa höccət tamamlanır; imamlar yer üzünün sütunlarıdır; hər bir dövrün öz hidayətçisi var; imamlar Allah göstərişlərinin valisidir; imam xalq üçün həyat qaynağıdır. Qeyb hədisləri, onlarla rəvayət bu həqiqəti təsdiqləyir. Onların əksəriyyəti səhih sənədə malikdir. Bu hədisləri Kuleyni və başqaları öz hədis kitablarında nəql etmişdir.

İbn-Fars deyir: “Bir şeyin gözlərdən qeybdə olmasını təsdiqləyən əsil maddə (qeyb) səhihdir.”

Qəyyumi deyir: “Qeyb maddəsi bir şeyin uzaqlaşması mənasındadır...”); həzrət Mehdi (ə) üçün iki qeybin olmasını təsdiqləyən hədislər; qeybin uzun müddət çəkəcəyini bildirən hədislər; qeybin səbəblərini göstərən hədislər; qeybin faydalarını bəyan edən hədislər; imamın ömrünün uzunluğunu bildirən hədislər; həzrətin daim cavan yaşda olduğunu bildirən hədislər; qeyb əsrində həzrətə imanın fəzilətini bəyan edən hədislər.

Firqələrin nəql etdiyi rəvayətlərdə imam Mehdi (ə)

Sual: 218. “Səqəleyn” hədisi imamın varlığını necə sübut edir?

Cavab: Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizin aranızda iki canişin qoyuram: Allahın kitabı, göylə yer arasında uzanmış bir ip; itrətim, əhli-beytim. Həqiqətən bu iki şey hovuz (behişt hovuzu) kənarında mənə yetişənədək bir-birindən ayrılmaz.”(1)

Bu hədisdə həzrət Peyğəmbər (s) buyurur ki, kitab və itrətim (əhli-beytim) qiyamət gününədək bir-birindən ayrılmaz. Uyğun buyuruğa əsasən, qeyd olunan iki əmanətdən biri olmadıqda ikincisi də aradan götürülməlidir. Quran əlimizdədirsə, əhli-beytin hüzuru da zəruridir.

İbn Hucr Məkki deyir: “Əhli-beytin (ə) tapşırıldığı hədislərdə belə bir nöqtəyə diqqət etmək lazımdır ki, qiyamət gününədək yer üzü

səh:143


1- [385] “Müsnəde-Əhməd”, c. 5, s. 181.

Əhli-beytsiz ola bilməz. Əhli-beyt (ə) yer əhli üçün əmin-amanlıq kimi tanıtdırılır. Rəvayətdə deyilir: “Hər bir qövm və güruh arasında mənim əhli-beytimdən olan ədalətli şəxs var.”(1)

Hafis Səmhuri deyir: “Səqəleyn” hədisindən məlum olur ki, hər bir dövrdə əhli-beytdən bir şəxs olmalıdır. Qiyamət gününədək belə bir şəxsə üz tutmaq lazımdır. Çünki Əhli-beyt yer əhli üçün aman sayılmışdır. Onlar yer üzündən getsə, yer məhv olar.”(2)

Eyni məna Süyutinin “Cameus-səğir” kitabında Əllamə Minavidən nəql olunur.(3) Şiə və sünnilərin yekdil olaraq mütəvatir hədis kimi qəbul etdiyi “Səqəleyn” hədisi təsdiqləyir ki, hər bir dövrdə peyğəmbər Əhli-beytindən məsum bir imam olmalıdır. Bu məsum şəxslər mütləq hidayətə çatmış və zəlalətdən uzaq dayanmışlar. Bu səbəbdən də başqalarını hidayət edə bilir, azğınlıqdan çəkindirirlər. Dövrümüzdə bu şəxs yalnız Həzrət Mehdi (ə) ola bilər.

Sual: 219. İmamı tanımağın (mərifətin) zəruriliyini bildirən hədislər imamın mövcudluğunu necə sübuta yetirir?

Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs öz dövrünün imamını tanımadan (mərifətsiz) ölsə, cahiliyyət dövründə dünyadan getmiş kimidir.”(4)

Rəvayəti azca araşdırdıqdan sonra imamın həqiqi siması haqqında təsəvvür yaranır. İnsanın, dünyadan cahil getməsinə səbəb olan mərifətsizlik hansı mərifətsizlikdir? Hansı imamı tanımamaq insanı bədbəxtliyə aparır? İmamı tanımamaqla cahiliyyət ölümü arasında hansı asılılıq var?

Yoxsa söhbət dövrün zalım rəhbərlərindən gedir? Əlbəttə ki, belə deyil. Nəzərdə hər bir dövrün məsum imamı nəzərdə tutulmuşdur. Həqiqi imamı tanımadan ölən insan cahiliyyət dövründə ölmüş kimidir.

Sual: 220. “Əman” hədisi imamın mövcudluğunu necə sübut edir?

Cavab: Müxtəlif firqələrdən nəql olunmuş rəvayətlərə əsasən peyğəmbər Əhli-beyti (ə) yer əhli üçün amandır. Əgər Əhli-beytim (ə) həlak olsa, yer əhli Allahın vəd etdiyi aqibətə düçar olar”.(5)

səh:144


1- [386] “Səvaiqul-Muhriqə”, s. 90.
2- [387] “Cəvahirul-əqdeyn”.
3- [388] “Feyzul-qədir”, c. 3, s. 15.
4- [389] “Şərhul-Məqasid”, c. 5, s. 239.
5- [390] “Səvaiqul-muhriqə”, s. 150.

Səmhudi bu hədisi nəql etdikdən sonra deyir: “Ümmət üçün aman olan Əhli-beyt (ə) dedikdə xalqı hidayət edən alimlər nəzərdə tutula bilər. Necə ki, xalq ulduzlar vasitəsi ilə hidayət olur.”(1)

Bu hədis aydın şəkildə göstərir ki, hər bir dövrdə Əhli-beytdən (ə) məsum bir rəhbər olmalıdır. Hazırkı dövrdə həmin şəxs Mehdidir. İmam olmasa, bütün yer üzü məhv olar.

Sual: 221. “Səfinə” hədisi imamın mövcudluğunu necə təsdiq edir?

Cavab: Firqələr tərəfindən nəql olunmuş rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Nuhun gəmisinə (“Səfinə”) bənzətmişdir.

İbn Hucr Məkki həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Həqiqətən, mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu gəmiyə süvar olsa, nicat tapar.”(2)

Bu hədis müxtəlif yollarla, müxtəlif şəkillərdə nəql olunmuşdur. Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət gününədək hər bir dövrdə məsum imam olmalıdır. Yalnız imamın varlığı ilə qurtuluş gəmisinə süvar olub fitnə dəryasından keçmək və behiştə yetişmək olar.

Sual: 222. Qüreyşi imam haqqındakı hədis imamın varlığını necə sübuta yetirir?

Cavab: Buxari, Müslim və başqaları həzrət Peyğəmbərin (s) dilindən belə nəql edirlər: “Yer üzündə iki nəfər qalsa belə xilafət əmri Qüreyş üçün sabitdir.”(3)

Bu hədisdə xarici bir olaydan xəbər verilir. Bu olayın gerçəkləşməsi vacibdir. Həzrət peyğəmbərin xilafətinin hər bir dövrdə layiqli bir qüreyşə tapşırmaq müsəlmanların vəzifəsidir. Fəxr Razi və başqalarının nəzərincə “ulil-əmr” məsumlara işarədir.(4) Hər bir dövrdə qüreyşdən məsum bir imam mövcuddur. Nə qədər ki yer üzündə həyat davam edir, bu şəxs həzrət Mehdidir (ə).

Başqa sözlə, rəvayət və ayədəki “ulil-əmr” sözü zahir və batini rəhbərliyə işarədir. Tam mənada peyğəmbərin sifət və xüsusiyyətlərinə malik olan şəxs onun canişini olaraq hər vaxt

səh:145


1- [391] “Rəşfətus-Sadi”, s. 78.
2- [392] “Səvaiqul-Muhriqə”, s. 234.
3- [393] “Səhihe-Buxari”, c. 9, s. 29.
4- [394] “Nisa”, 59) (“Təfsire-Fəxr-Razi”, c.10, s. 144; “Təfsire-Əl-Mizan”, c. 4, s. 387-401.

mövcuddur. Sadəcə, ona vəhy nazil olmur. Hazırki dövrdə bu canişin həzrət Mehdidir (ə).

İbn Hucr Əsqəlani: “Həzrət İsanın dünyanın sonunda bu ümmətdən olan şəxsin arxasında namaz qılması deyilənlərin möhkəm dəlilidir: Yer üzü heç vaxt “Qaim billah – höccətsiz olmayacaq.”(1)

“12-ci xəlifə” hədislərində imam Mehdi

Sual: 223. “12 xəlifə” hədisləri hansı hədislərdir?

Cavab: Şiə və sünnilər tərəfindən mütəvatir hədis kimi qəbul olunmuş digər hədislər 12 xəlifə haqqındadır. Bu rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) özündən sonra üçün 12 imam, canişin təyin etmişdir.

Cabir ibn Səmərə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Nə qədər ki 12 xəlifə hakimdir, İslam daim əzizdir.” Cabir deyir: Həzrətin buyurduğu sonrakı sözü anlamadım. Bu barədə atamdan soruşdum. O dedi: “Buyurdu ki, onların hamısı qüreyşdəndir.”(2)

Bu hədisi müxtəlif şəkillərdə 36 səhabə nəql etmişdir. Bir çox sünni alimləri də öz kitablarında bu hədisə yer vermişdir.

Sual: 224. 12 xəlifə dedikdə kim nəzərdə tutulur?

Cavab: Bu hədislər vida həccində (“həccətul-vida”) peyğəmbər tərəfindən buyurulmuşdur. Həmin həccdə “Səqəleyn” və “Ğədir” hədisləri də bəyan olunmuşdur.

Quran ayələri kimi rəvayətlər də bir-birini təsdiq edir. Bu üç qrup rəvayətdən belə bir nəticə alınır ki, 12 imam həzrət Peyğəmbərin (s) əhli-beytindəndir. Onların birincisi Əli ibn Əbi-Talibdir. İslam peyğəmbəri “Səqəleyn” hədisində buyurur: “Mən sizin aranızda iki dəyərli şey qoyuram. Bu iki şeyə sarılmaqla heç vaxt yolunuzu azmayacaqsınız: Allahın kitabı və itrətim.” Ğədire-Xum günündə İslam peyğəmbəri Əli ibn Əbi-Talibin (ə) xilafət və imamət məqamını açıqladı.

12 xəlifə rəvayətlərində həmin xəlifələrin bir sıra sifətləri açıqlanmışdır. Bu sifətlər yalnız məsum imamda ola bilər: İslam onların varlığı ilə əzizdir; din onların varlığı ilə bərpadır; Onları xar etmək istəyənlər boş yerə çalışır və onlara heç bir zərər vura bilməz.

səh:146


1- [395] “Fəthul-Bari”, c. 6, s. 385.
2- [396] “Səhihe-Müslim”, c. 6, s. 3.

Həməvinin və Qunduzunin nəql etdiyi bəzi rəvayətlərdə həzrət Peyğəmbər (s) öz nəslindən olan 12 imamın adını birbəbir zikr edir.

Sual: 225. 12 xəlifə hədisləri məsum imamların hakimiyyətini təsdiq edirsə, nə üçün əslində onlar hakimiyyətdə olmamışlar?

Cavab: Bəziləri deyirlər ki, 12 xəlifə hədisləri peyğəmbərdən sonra imamların hakimiyyətini təsdiqlədiyi halda həzrət Əli (ə) və imam Həsəndən (ə) savay şiə imamları hakimiyyətə çatmamışlar.

Əslində, bu hədislər zahiri hakimiyyəti yox, Allahın təyinatını bəyan edir. Allahın təyin etdiyi imamı xilafətə çatdırmaq xalqın işidir.

Seyyid Məhəmməd Təqi Həkim deyir: Nəzərdə tutulan budur ki, hakimiyyət məsum imamların haqqıdır. İlahi rəhbər Allah tərəfindən hakimiyyətə təyin olunur. İmamların zahiri hakimiyyətə çatmaması uyğun hədislərin bəyanına zidd deyil...(1)

Sual: 226. 12 xəlifə hədisləri hansı məkanda bəyan olunmuşdur?

Cavab: Bu barədə müxtəlif məlumatlar verilir. Bəziləri bu hədislərin Ərəfə günü Ərəfatda bəyan olunduğunu bildirir.(2) Bir başqaları uyğun hədisin məsciddə bəyan edildiyini iddia edir. Bəziləri isə hədisin harada bəyan olunmasına toxunmur. Görənsәn Peyğəmbər (s) uyğun hədisi bir və ya bir neçə yerdə bəyan edibmi?

Çox ehtimal ki, həzrət Peyğəmbər (s) bu hədisi müxtəlif yerlərdə bəyan etmişdir. Hədisin hәccətul-vidada bəyan olunması isə aşkardır. Həmin yerdə həzrət Peyğəmbər (s) öz vəfatının yaxınlaşması barədə məlumat verdi. O məsum canişinləri haqqında vəsiyyət etdi.

Sual: 227. Nə üçün 12 xəlifə hədislərində imamların adı haqqında soruşulmur?

Cavab: Hətta söhbətin gedişində peyğəmbərə sual ünvanlamaq müsəlmanlar arasında bir qayda idi. Rəvayətdə peyğəmbərdən sonrakı xəlifələrlə bağlı mühüm məlumat verilir. Xilafət məsələsi İslam cəmiyyətinin çox mühüm məsələlərindəndir. Maraqlıdır ki, nə üçün 12-xəlifənin adı soruşulmamışdır?

Əgər səhabələr istənilən bir məsələnin xırdalığı ilə maraqlanırdılarsa, nə üçün canişinlərin adı ilə maraqlanmamışlar?

Ehtimal olunur ki, imamların adının aşkar şəkildə bəyan olunmasına əhli-beyt (ə) düşmənləri mane olmuşlar. “Ğədire-Xum”,

səh:147


1- [397] “Əl-üsusul-ammətu-lil fiqhil-müqarin”, s. 173.
2- [398] “Müsnəde-Əhməd”, c. 5, s. 93.

“Səqəleyn” hədislərindən imamların sayı, onların Əhli-beytdən (ə) olması və birinci imamın Əli ibn Əbi-Talib olması məlum olur. Həməvinin və Qunduzinin nəql etdiyi rəvayətlərdə Peyğəmbər (s) öz canişinlərinin adlarını da zikr edir.(1)

Sual: 228. Sünnə əhlindən nəql olunmuş bəzi rəvayətlərdə Əbu-Bəkr və Ömər də 12 xəlifədən biri kimi tanıtdırılır. Bunu necə izah etmək olar?

Cavab: Təbərani Əbdüllah ibn Əmrdən belə nəql edir: Peyğəmbərdən belə eşitdim: “Məndən sonra 12 xəlifə olacaq: Əbu-Bəkr Siddiq – o məndən sonra çox yubanmaz, onun ev dəyirmanının sahibi Ömər ibn Xəttab...”(2)

Uyğun hədisə münasibətdə bir neçə iradımız var:

1. Bu hədis sənəd baxımından mötəbər deyil. Bu hədisi nəql edən Əbdüllah ibn Salehin hədisləri Zəhəbi tərəfindən inkar olunur. Əhməd ibn Hənbəl deyir: O, ömrünün axırlarında əqidəsindən döndü.” Saleh ibn Məhəmməd deyir: “Mənim zənnimcə, o hədis nəqlində yalançıdır.”

2. Bu hədisdə 3 xəlifə, xüsusi ilə Osman xüsusi bir tərzdə tərif olunur. Həqiqət isə tamam başqadır.

3. Digər rəvayətlərə müraciət etdikdə görürük ki, 12 xəlifə hədislərində peyğəmbər Əhli-beyti nəzərdə tutulmuşdur.(3)

Sual: 229. 12 xəlifə hədislərini şiələr mötəbər sayırmı?

Cavab: Əhməd Katib deyir: “12 imamçı şiələrin nəql etdiyi hədislər əsassızdır və onları təsdiqləyən dəlil yoxdur. Bu hədisləri nəql edənlər də mötəbər deyil.”

Uyğun iddiaya cavab verək:

1. Həzrət Peyğəmbərdən (s) sonra 12 imamın olacağını xəbər verən rəvayətlər təvatir həddindәdir. Bildiyimiz kimi, mütəvatir hədis araşdırmasız qəbul olunur.

səh:148


1- [399] “Fəraidus-Səmteyn”, c. 2, s. 132; “Yәnabiul-Mәvəddət”, c. 3, s. 281.
2- [400] “Əl-Məcməul-Kəbir”, c. 1, s. 7.
3- [401] “Fəraidus-Səmteyn”, c. 2, s. 133.

2. Şiə səhabələri və hədisçiləri bu hədisləri yekdilliklə qəbul edirlər. Bu özü də uyğun rəvayətlərin düzlüyünü təsdiq edən dəlildir.

Şəhid Sədr buyurur: “Bu rəvayətlər imamlar tərəfindən çox ehtiyatla nəql olunsa da, onların düzlüyünü yalnız çoxluq yox, başqa əlamətlər də təsdiqləyir. İmam Cavad (ə), Hadi (ə) və Əsgərinin (ə) müasiri olmuş Buxari bu hədisi nəql etmişdir. Bu çox mühüm nöqtədir. Uyğun hədis gerçəkləşməmiş, 12 imam düşüncəsi formalaşmamış bu həqiqət peyğəmbər tərəfindən təsbit olunmuşdur.”(1)

3. Uyğun mövzu ilə bağlı rəvayətləri araşdırdıqda səhih sənədə malik çoxsaylı hədislərlə rastlaşırıq. Bu hədislər mütəvatir həddə olmasa belə, istifadə olunacaq səviyyədədir. Xüsusi ilə Kuleyni rəvayətlərə xüsusi bir üslubda yanaşmışdır. O yalnız məsumlar tərəfindən nəql olunması əminlik yaradan hədisləri seçmişdir. Kuleyni və digər qədim alimlər daxili və xarici dəlillərlə təsdiqlənmiş hədisləri səhih sayırdı. Əsas dəlillərdən biri də həmin hədisin imamların öz dövründə nəql olunmuş hədislər arasında olmasıdır. Digər bir dəlil hədisin böyük səhabələr tərəfindən təsdiqlənmiş kitablarda nəql olunmasıdır.

Xarici dəlillərdən biri həmin hədislərin imamlar tərəfindən təsdiqlənmiş kitablarda nəqlidir. Məsələn, “Kitabi-səlim” imam Sadiq (ə) tərəfindən təsdiqlənmişdir.

Düzgünlük dəlillərindən biri də araşdırılan hədisin qədim alimlər tərəfindən etibarlı sayılmasıdır. Şeyx Kuleyni yalnız hədisi nəql edənlərin düzlüyünə yox, yuxarıda qeyd olunan meyara da müraciət etmişdir.

4. Katib bəzi rəvayətləri İbn əl-Ğəzairinin mövqeyinə istinadən zəif saymışdır. Hansı ki, onun kitabının düzlüyü sübuta yetməmişdir.

Sual: 230. “12 xəlifə” hədisləri imamın mövcudluğunu necə sübuta yetirir?

Cavab: Bu hədislər vasitəsi ilə imamın mövcudluğunu sübut etmək olar:

Əvvəla, əksər rəvayətlərdə işlədilmiş “bədi” sözü İslam peyğəmbərindən sonra ardıcıl şəkildə 12 imamın canişinliyini bəyan edir.

İkincisi, “Səhihi-Müslim” və digər mənbələrdəki hədislərə əsasən, dinin davamlılığı bu 12 nəfərdən asılıdır. Bu səbəbdən də İslam

səh:149


1- [402] “Üsule-Kafi”.

onların vücudu ilə əziz olur. Əgər din bərqərardırsa və əzizdirsə, 12 imam silsiləsi də mövcuddur. Onlardan biri qalıb din və şəriəti hifz edir.

Sual: 231. Xilafətin 30 il davam edəcəyini bildirən hədis 12 xəlifə hədislərinə zidd deyilmi?

Cavab: Əhməd ibn Hənbəl “Müsnəd” kitabında həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir: “Xilafət 30 il çəkəcək. Ondan sonra sultanlıq və padşahlıqdır.”(1)

Bəzi sünni alimləri bu hədisi 12 xəlifə hədislərinə zidd sayırlar. Çünki 12 xəlifənin xilafəti 30 il çəkməmişdir.

Sualı cavablandıraq:

1. Bu iki rəvayət arasında fərq var. 12 xəlifə haqqında məlumat verən hədislərdə 12 məsum imam haqqında danışılır. Nəzərdə tutulan hədisdə isə peyğəmbərdən sonrakı xəlifələrdən söhbət açılır. Bu xəlifələr məsum olmaya da bilər.

2. Qeyd olunan hədis mötəbər və məşhur deyil. İbn Tеymiyyə bu hədisi zəif saymışdır.(2) Uyğun hədisi nəql edən Səid ibn Cəmhan rical elmində zəif sayılmışdır.(3)

Sual: 232. 13 imam haqqında danışan hədislər necə izah oluna bilər?

Cavab: Bəzi rəvayətlərdə həzrət Peyğəmbərdən (s) sonra 13 xəlifənin olacağından danışılır. Bu rəvayətləri araşdıraq:

1. Həzrət Peyğəmbərdən (s) sonra imamların 13 nəfər olacağını Hibtullah ibn Əhməd Müfid Əmridən savay heç bir şiə alimi təsdiqləməmişdir. Nəccaşi bu barədə deyir: “Bu şəxs Əbül-Hüseyn ibn Əbu-Şeybə Ələvi Zeydinin həmsöhbəti olmuş, onun üçün kitab tərtib etmişdir. O, imamların 13 nəfər olacağını bildirir. Onun Zeyd ibn Əli ibn Hüseyni 12 imama əlavə etməsinin səbəbi Əbu-Şeybə Zeydiyə xoş gəlmək istəyi olmuşdur.

2. Bəziləri rəvayətlərin mətnini düzgün anlamamışlar. Səlimin rəvayətində bildirilir ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Sən və övladlarından 12-si imam olacaqsınız.” Şübhəsiz ki, bu təbirdə həzrət

səh:150


1- [403] “Müsnəde-Əhməd”, c. 5, s. 220.
2- [404] “Minhacus-Sunnə”, c. 2, s. 223.
3- [405] “Təhzibul-təhzib”, c. 4, s 13.

Əli (ə) özü də 12 nəfərə daxildir. İmamların 12 nəfər olacağını xəbər verən hədislər mütəvatirdirsə, başqa ehtimala yer yoxdur.

3. Səlim ibn Qeysin kitabında peyğəmbərdən sonra 12 imamın gələcəyini 20-dən çox hədis xəbər verir.

4. Kuleyni və Səlim ibn Qeys öz kitablarında bildirirlər ki, imamlar 12 nəfərdir. Yenə də günah mütəvatir hədisi düzgün anlamayanların üzərinə düşür.

5. 13 imamın gələcəyini xəbər verən bütün hədislərin sənədi, qaynağı zəifdir.

Kiçik qeyb (Qеybәti suğrа)

Sual: 233. Kiçik qeyb dövrü nə vaxtdan başlamışdır?

Cavab: Uyğun məsələ ilə bağlı iki baxış mövcuddur:

Birinci baxışa əsasən, kiçik qeyb dövrü həzrət Mehdinin (ə) mövlud günündən başlamışdır. Çünki bu mövlud gizli şəkildə baş vermişdir. Amma bu baxış ziddiyyətlidir. Çünki qeyb imama aiddir, həzrət Mehdi (ə) dünyaya gələn zaman imam məqamına çatmamışdı. Bundan əlavə, bir çoxları imam Əsgərinin (ə) şəhadətindən öncə 5 il həzrəti müşahidə etmişdir.

İkinci baxışa əsasən, imamın qeyb dövrü atası imam Əsgərinin (ə) şəhadət vaxtından başlayır. Daha dəqiq desək, həzrət atası üçün cənazə namazı qıldıqdan sonra, Əbül-Ədyanın nəql etdiyi qəziyyəyə uyğun olaraq qeybə çəkilmişdir.(1)

Sual: 234. Böyük qeyb dövründən öncə kiçik qeyb dövrünün olması nə üçündür?

Cavab: Kiçik qeyb həzrət Mehdinin (ə) imamətinin ilkin dövrünü əhatə edir. İmamın bir müddət xalqdan məxfi şəkildə yaşayıb öz səfirləri vasitəsi ilə onların işlərini idarə etməsi Allahın təqdiridir.

Kiçik qeyb dövrünün böyük qeyb dövründən öndə gəlməsinin də səbəbləri var. Şiələr imamət cərəyanı boyu adət etmişdilər ki, imamın xidmətində olub onun hüzurundan istifadə etsinlər. Onlar qeyb adlı bir məfhumla tanış deyildilər. İnsanları qeybə alışdırmaq üçün öncə kiçik qeyb dövrü müəyyənləşdi. Beləcə, ilk əvvəllər məsələyə şübhə ilə yanaşanlar zaman ötdükcə həzrət Mehdinin (ə) varlığına əmin oldular. Çox keçməmiş böyük qeyb dövrü başladı.

səh:151


1- [406] “Kəmalud-din”, s. 474-476; “Biharul-Ənvar”, c. 30, s. 332.

Sual: 235. Kiçik qeyb dövrünün böyük qeyb dövründən hansı üstünlüyü var?

Cavab: Bir xəbərə görə kiçik qeyb dövrü imam Əsgərinin (ə) şəhadəti zamanından başlamışdır və həzrət Mehdi (ə) həmin vaxtdan imamət məqamına təyin olunmuşdur. Həzrət xilafətə Qum əhli ilə qarşılaşma zamanı ilkin vəkilini təyin etməklə başlamışdır. Kiçik qeyb dövrünün bir sıra imtiyazları var. Onlardan bəzilərini yada salaq:

1. Kiçik qeyb dövründə həzrət Mehdi (ə) imamət və xilafət məqamına çatdı.

2. Bu dövrdə imam tam məxfi həyat keçirməmiş, ümumi fayda baxımından öz xüsusi yardımçıları ilə görüşmüşdür.

3. Həmin dövrdə 4 səfir olmuşdur. Bu dörd səfir həzrətin xüsusi göstərişlərini yerinə yetirmiş, onunla xalq arasında rabitə yaratmışdır.

Sual: 236. Allah-tәala həzrət Mehdinin (ə) imaməti üçün zəmin yaratmışdırmı?

Cavab: Bəli, imam Mehdinin (ə) mövludundan öncə baş vermiş hadisələri onun gəlişi üçün zəmin saymaq olar. İmam Cavad (ə) və imam Hadinin (ə) dünyaya gəlişi bu zəminlərdəndir. Çünki imam Cavad (ə) 8 ya 7, imam Hadi (ə) isə 6 yaşında imamətə çatmışdı. Bu iki məsumun imamətinə etiqad həzrət Mehdinin (ə) imamətinə etiqad üçün zəmin yaradırdı və 5 yaşlı məsumun imamət məqamına çatması ilə bağlı şübhələri aradan qaldırırdı.

Sual: 237. Digər imamlar həzrət Mehdinin (ə) qeybi üçün hansı şәrаiti hazırlamışdı?

Cavab: Qeyb mövzusu ümmət üçün yeni bir hadisə idi. Bu sayaq uzunmüddətli qeyblə heç bir ümmət rastlaşmamışdı. Bu səbəbdən də şiə cəmiyyətinin hansısa hazırlığa ehtiyacı vardı. Əhli-beyt (ə), hətta həzrət Peyğəmbər (s) ardıcıl şəkildə 12-ci imamın qeybinə işarə etmişdir. Böyük qeyb dövründən öncə kiçik qeyb dövrünün gəlməsi də cəmiyyəti böyük qeyb dövrünə hazırlayan zəmin idi.

Sual: 238. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: Bəli, bir çox rəvayətlərdə bu mövzuya işarə olunmuşdur. İbn-Abbas həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Hüseyndən (ə), mənim məqsədim yolunda qiyam qaldırıb vəsiyyətimi hifz edəcək imamlar qərar verilmişdir. Onların Hüseyndən

səh:152

sonra 9-cusu Əhli-beytimin (ə) qaimi, ümmətimin Mehdisidir (ə). İnsanlar arasında görünüş, hərəkət və danışıq baxımından mənə ən çox oxşayan da odur. O uzun qeyb və azdırıcı heyrətdən sonra zühur edəcək. O, Allahın əmrini elan edib, onun dinini aşkarlayacaq...”(1)

Həzrət Əli (ə) həzrət Peyğəmbərdən (s) belə rəvayət edir: “Bir vaxt onların imamı Allah istəyi ilə qeybə çəkiləcək. Onun üçün iki qeyb dövrü müəyyənləşmişdir. Qeybin biri o birindən uzundur...”(2)

Cabir ibn Əbdüllah Ənsari Peyğəmbərdən (s) soruşmuşdur: “Övladlarınızdan qaim olan üçün qeyb varmı?” Həzrət buyurmuşdur: “Bəli, and olsun Allaha!” Sonra “Ali-İmran” surəsinin 141-ci ayəsini oxumuşdur.

Sual: 239. Həzrət Əli (ə) imam Mehdinin (ə) qeyb dövrünə işarə etmişdirmi?

Cavab: Bəli, bir çox rəvayətlərdə belə bir xəbərlə rastlaşırıq. Məsələn, Şeyx Səduq Əmirəl-mömininin (ə) özünə istinadən nəql edir: “Bizdən olan qaim üçün qeyb dövrü var. Onun (qeybin) müddəti uzun olacaq. Şiəni otlaq gəzən, amma tapa bilməyən çaşqın qoyunlar kimi görürəm. Agah olun! Həmin vaxt hər kəs öz dinində sabitqədəm olsa, qeybin uzunluğu onun qəlbini bərkitməsə, o, qiyamət günü mənimlədir və mənim mərtəbəmdədir.”(3)

Sual: 240. İmam Həsən (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq nəql edir ki, imam Həsən (ə) Müaviyə ilə sülhdən və bəzilərinin ona qarşı etirazından sonra buyurdu: “Vay olsun sizə! Bilirsinizmi mən nə etdim? And olsun Allaha, mənim gördüyüm bu iş şiələr üçün günəşin tülu və qürubundan üstündür. Məgər bilmirsiniz ki, mən sizin imamınızam və mənə itaət etməyiniz vacibdir? Məgər mən peyğəmbərin buyurduğu kimi behişt əhli cavanlarının iki ağasından biri deyiləmmi? Bilmirsinizmi ki, Xızır gəmini deşdiyi, divarı uçurduğu vaxt həzrət Musa bu işlərin hikmətini bilmədiyindən qəzəbləndi? Əslində isə bu işlərin Allah yanında savabı vardı. Bilmirsinizmi ki, hər birimiz dövrümüzün zalım hakiminə beyət etmişik? Yalnız arxasında İsanın namaz qılacağı qaim belə deyil.

səh:153


1- [407] “Kəmalud-din”,s.236; “Biharül-Ənvar”, c. 36, s. 227.
2- [408] “Bihar”, c. 52, s. 380.
3- [409] “Kəmalud-din”,s.303; Elamul-Vəri”, s. 426; “Bihar”, c. 51, s.109.

Allah-tәala onun dünyaya gəlişini gizlədəcək, qiyamınadək kimsəyə beyət etməsin deyə, onu qeybdə saxlayacaq. O, qardaşımın 9-cu övladı, ən üstün qadınlardan birinin оğludur. Allah qeyb dövründə onun ömrünü uzadacaq. Öz qüdrəti ilə onu 40 yaşından aşağı gənc surətində zahir edəcək. Qoy bilsinlər ki, Allah hər şeyə qadirdir.”(1)

Sual: 241. İmam Hüseyn (ə) övladı Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?

Cavab: Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: “Övladlarımdan 9-cusunda Yusifin və Musanın sünnəsi var. O, biz Əhli-beytin (ə) qaimidir. Allah onun qiyamını bir gecədə gerçəkləşdirəcək.”(2)

Başqa bir rəvayətdə imam Hüseyn (ə) buyurur: “Bu ümmətin qaimi mənim 9-cu övladımdır. O, qeybə çəkilər...”(3)

Başqa bir məqamda imam buyurur: “Onun üçün bir qövmün mürtəd olacağı, digər bir qövmün öz dinində sabit dayanacağı qeyb dövrü var...”(4)

Sual: 242. İmam Səccad (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq imam Zeynəl-Abidinin (ə) (imam Səccadın) belə buyurduğunu nəql edir: “Həmin vaxt Allah-tәalanın vəlisinin, peyğəmbərin 12-ci vəsisinin qeybi başlayar. Ey Əba-Xalid! Həqiqətən, onun imamətinə iman gətirilən və intizarı çəkilən qeyb dövrü bütün dövrlərdən fəzilətlidir. Çünki, Allah-tәala onlara elə bir ağıl və düşüncə verər ki, qeybi hüzur kimi dərk edərlər...”(5)

Sual: 243. İmam Baqir (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: Xalq üçün elə bir dövr gələr ki, onların imamı qeybə çəkilər. Xoş o insanların halına ki, həmin vaxt əmrimizdə sabitqədəm qalarlar. Həqiqətən, onlar üçün nəzərdə tutulmuş ən kiçik savab budur ki, Allah-tәala buyurar: “Ey mənim bəndələrim və kənizlərim! Mənim

səh:154


1- [410] “Kəmalud-din”,s.315; “Bihar”, c. 51, s. 132.
2- [411] “Kəmalud-din”, s.316; “Bihar”, c. 51, s. 132.
3- [412] Həmin mənbə, s. 317.
4- [413] Həmin mənbə.
5- [414] “Kəmalud-din”, s.319; “Bihar”, c. 36, s. 386.

sirrimə iman gətirdiniz, Mənim qeybimi təsdiq etdiniz. Sizə Mənim tərəfimdən gözəl savabla müjdə olsun!”(1)

Sual: 244. İmam Sadiq (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?

Cavab: İmam Sadiq (ə) bir hədisdə buyurur: “Yeddinci övladın beşinci övladı sizdən qeybdə olacaq bir şəxsdir.”(2)

Digər bir hədisdə həzrət buyurur: “Agah olun! And olsun Allaha, Mehdi (ə) sizin aranızdan qeybə çəkiləcək. Cahilləriniz deyəcək ki, Allahın Ali-Məhəmmədə ehtiyacı qalmadı...”(3)

Həzrət başqa bir məqamda buyurur: “Həqiqətən, övladlarımdan altıncısı üçün qeyb baş verəcək. O, peyğəmbərdən sonra on ikinci, hidayət imamıdır. Onların birincisi Əli ibn Əbi-Talib (ə), sonuncusu yer üzündəki Bəqiyyətullahdır...”(4)

Bir hədisdə isə həzrət belə buyurur: “Həqiqətən, qaim üçün qiyamdan öncə qeyb dövrü var.”(5)

Sual: 245. İmam Kazim (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: İmam Kazim (ə) buyurmuşdur: “Yeddinci övladın beşinci övladı qeybə çəkilən vaxt kimsə sizi dininizdən ayırmasın. Ey övladım! Həqiqətən, qaim üçün qəti şəkildə qeyb dövrü var...”(6)

Yunis ibn Əbdür-Rəhman deyir: “Musa ibn Cəfərə ərz etdim: “Ey peyğəmbər övladı! Siz həqiqətən qaimsiniz?” Həzrət buyurdu: “Mən haqq olaraq qaiməm. Amma yer üzünü Allah düşmənlərindən təmizləyəcək, ədaləti bərpa edəcək qaim mənim beşinci övladımdır. Həyatı üçün təhlükə yarandığından onun üçün böyük qeyb dövrü var...”(7)

Həzrət “Loğman” surəsinin iyirminci ayəsi ilə bağlı buyurmuşdur: “Aşkar nemət aşkar imam, batini nemət qeybdə olan imamdır.” Rəvayətçi soruşur ki, imamlar arasında qeybə çəkilən varmı? Həzrət buyurur: “Bəli, o, xalqın gözündən qeybə çəkilər,

səh:155


1- [415] “Kəmalud-din”,s.330; “Bihar”, c. 52, s. 145.
2- [416] “Kəmalud-din”,s.338; “Bihar”, c. 51, s. 143.
3- [417] “Həmin mənbə”, s. 341; “Bihar”, c. 45.
4- [418] Həmin mənbə.
5- [419] Həmin mənbə, s. 343.
6- [420] “Kəmalud-din”,s.359, 360.
7- [421] Həmin mənbə, s. 361; “Bihar”, c. 51, s. 151.

amma möminlərin qəlbindən qeyb olmaz. O, bizim on ikincimizdir...”(1)

Sual: 246. İmam Riza (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “Allah mənim dördüncü övladım, ən üstün qadınlardan olan xanımın övladı vasitəsi ilə yer üzünü zülm-sitəmdən təmizləyər. Xalq onun mövluduna şəkk edər. Qiyamdan öncə qeybə çəkilən kəs odur...”(2)

Həzrət Riza (ə) Dəbələ buyurmuşdur: “Ey Dəbəl! Məndən sonra övladım Məhəmməd (ə) imamdır. Məhəmməddən sonra onun övladı Əli, Əlidən sonra onun övladı Həsən, Həsəndən sonra onun övladı Höccət qaimdir...”(3)

Sual: 247. İmam Cavad (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: Əbdül-Əzim Həsəni deyir: Mən ağam Məhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi-Talibdən qaim haqqında soruşduqda o buyurdu: “Ey Əbül-Qasim! Həqiqətən, bizim qaimimiz Mehdidir (ə). Qeyb vaxtı onun intizarını çəkmək, zühur vaxtı ona itaət etmək vacibdir. O, məndən sonra üçüncü övladdır...”(4)

Səqər ibn Əbu Delf deyir: İmam Cavaddan (ə) soruşdum ki, nə üçün qaimi müntəzir adlandırırlar? Həzrət buyurdu: “Çünki onun uzun müddətli qeybi olacaq. Xalis möminlər onun intizarını çəkəcək, şəkdə olanlar onu inkar edəcəklər...”(5)

Sual: 248. İmam Hadi (ə) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq Əbu-Haşim Davud ibn Qasim Cəfəriyə istinadən imam Hadidən belə nəql edir: “Məndən sonra canişin övladım Həsəndir. Ondan sonrakı canişin gözə görünməz, onun adını çəkmək halal deyil...”(6)

səh:156


1- [422] “Kəmalud-din”,s.368; “Bihar”, c. 51, s. 151.
2- [423] “Kəmalud-din”,s.371; “Bihar”, c. 52, s. 321.
3- [424] Həmin mənbə, s. 372; “Bihar”, c. 51, s. 154.
4- [425] “Kəmalud-din”,s.377; “Bihar”, c. 51, s. 156.
5- [426] Həmin mənbə, s.378; “Bihar”, c. 51, s. 30»
6- [427] “Kəmalud-din”,s.379, 380; “Elamul-vəri”, , s. 437, 438.

Sual: 249. İmam Əsgəri (ə) övladı Mehdinin (ə) qeybi üçün zəmin hazırlamışdırmı?

Cavab: İmam Əsgərinin (ə) uyğun sahədəki fəaliyyətlərini bir neçə qismə bölmək olar:

1. Təlimat və bəyanat – İmam Əsgəri (ə) Əhməd ibn İshaqa buyurmuşdur: “Ey Əhməd ibn İshaq! O, bu ümmət arasında Xızır və Zül-Qərneyn kimidir. And olsun Allaha! Onun üçün qeyb dövrü var. Yalnız Allah tərəfindən onun imamətinə münasibətdə sabit qərar verilənlər və dua ilə onun zühurunun tezləşməsini istəyənlər həlak olmayacaq...”(1)

İmam buyurur: “Agah olun! Həqiqətən, övladım üçün elə bir qeyb var ki, yalnız Allahın hifz etdikləri bu qeybə şəkk etməz.”(2)

2. Şiələrlə əlaqələrin azaldılması – Məsudi deyir: O imamət məqamına çatdığı vaxt həm yaxınları, həm də başqaları ilə pərdə dalından danışardı. Yalnız sultanın sarayına aparıldığı vaxt belə olmurdu.”(3) Bu səbəbdən də şiələr həzrətin yolu üstündə otururdular ki, onu görə bilsinlər.(4)

3. Vəkalət qurumunun təşkili – Vəkalət qurumu öncədən mövcud olsa da, həzrət Əsgərinin (ə) dövründə bu qurum Mehdinin (ə) gəlişinə hazırlıq üçün daha da genişləndirildi. Bu məqsədlə Osman ibn Səid və onun övladı vəkil olaraq tanıtdırıldı: Şahid olun ki, Osman ibn Səid Əmri mənim, onun övladı Məhəmməd isə övladım Mehdinin (ə) vəkilidir.”(5)

Məhəmməd ibn Əhməd ibn Cəfər ibn Seyqəl də imamın vəkillərindən idi. (həmin mənbə, c. 50, s. 309, 310)

4. Övladı üçün qurbanlıq etməsi – Şeyx Səduq Əbu-Cəfər Əmriyə istinadən belə nəql edir: Ağa dünyaya gələn vaxt imam Əsgəri (ə) Əbu-Əmri yanına çağırıb buyurdu: “On min peymanə çörək və on min peymanə ət al və onu bəni-Haşim arasında böl. Onun tərəfindən filan sayda qoyun əqiqə et.” (Əqiqə - mövludla bağlı verilən ehsan).(6)

5. Həzrət Mehdinin (ə) xüsusi şiələrə təqdimi – İmam Əsgəri (ə) şiələri əmin etmək üçün həzrət Mehdini (ə) bəzi yaxın adamlarına

səh:157


1- [428] “Kəmalud-din”,s.384; “Bihar”, c. 52, s. 23,24.
2- [429] Həmin mənbə,s.409; “Bihar”, c. 51, s. 160.
3- [430] “İsbatul-vəsiyyə”, s. 286.
4- [431] “Bihar”, c. 5, s. 290.
5- [432] “Bihar”, c. 51, s. 344.
6- [433] “Kəmalud-din”,s.430; “Bihar”, c. 51, s. 5.

göstərdi. Onlar imamın övladında bir sıra möcüzələr müşahidə etdilər. Orada olanlardan biri də Əhməd ibn İshaq Əşəri idi.(1)

Sual: 250. İmam Mehdi (ə) kiçik qeyb dövründə öz mövcudluğunu sübut etmək üçün hansı tədbirlər gördü?

Cavab: Həzrət Mehdi (ə) əvvəlki imamların Məhdəviyyət məsələsi ilə bağlı hazırlıq görməsinə baxmayaraq, özü də müxtəlif yollarla mövlud və imamətini sübuta yetirirdi.

Həzrətin bu sahədəki bəzi tədbirləri ilə tanış olaq:

1. Həzrət şiə böyüklərinin onunla görüşə bilməsi üçün müəyyən tədbirlər görürdü.

2. Zəruri məqamlarda həzrət kəramət və möcüzə göstərirdi. Bəzən bu möcüzələr səfirlər, bəzən də onun öz vasitəsi ilə həyata keçirdi.(2)

3. Həzrət xalqın Məhdəviyyət məsələsinə inamını artırmaq üçün bəzi sualları özü cavablandırırdı.

4. Həzrətin xüsusi xətti onun imamətini sübuta yetirən dəlillərdən sayıla bilər. Xalq imam Əsgərinin (ə) vaxtında bu mәsәlә ilә tanış olmağa başlamışdı. Müqəddəs nahiyə (nümayəndəlik) tərəfindən verilən bəyanatlar imamın varlığı ilə bağlı yəqinlik yaradırdı.

Sual: 251. Həzrət Mehdi (ə) düşmənlərdən məxfi qalmaq üçün hansı tədbirlər gördü?

Cavab: İmam Əsgərinin (ə) şəhadətindən sonra zalım hakimlər həzrəti öldürmək qəsdində olduqlarından, o, məxfi qalmaq üçün bir sıra tədbirlər gördü. Bu tədbirlərdən bəzilərini nəzərdən keçirək:

1. Həzrət özünü yalnız fədakar şiələrə göstərirdi.

2. Həzrət onunla görüşmüş şəxsə tapşırırdı ki, bu görüş gizli qalsın.

3. Həzrət Mehdinin (ə) adının (“Məhəmməd”) çəkilməsi haram edilmişdi. Bu səbəbdən də həmin dövrdə imam “Qaim”, “Qərim”, “Höccət”, “”Nahiyə”, “Sahibəz-zaman” və başqa adlarla yada salınırdı.(3)

4. Həzrət xilafət və onun valilərindən məxfi yaşayırdı.

səh:158


1- [434] “Kəmalud-din”,s.384; “Bihar”, c. 52, s. 23, 24.
2- [435] “Bihar”, c. 51, s. 325.
3- [436] “Əl-ğeybət”, Tusi, s. 364; “Bihar”, c. 51, s. 351.

5. Həzrət tez-tez yerini dəyişir, kimsənin diqqətini cəlb etmirdi. Həzrətin yeri ilə bağlı verilən məlumatların ziddiyyətli olması bu səbəbdəndir.

6. Vəkillər və ya səfirlər imamla elə bir şəraitdə görüşürdü ki, kimsə bundan xəbər tutmurdu.

7. Həzrət öz vəkillik və nümayəndəliyini ən xalis və fədakar insanlara tapşırırdı. Onlar həzrətin məkanı və xüsusiyyətləri ilə bağlı kimsəyə məlumat vermirdilər. Əbu-Səhl Növbəxtiyə belə bir sual verirlər: “Nə üçün imam nümayəndəliyə sizi yox, Hüseyn ibn Ruhu seçdi?” O belə cavab verir: “Hüseyn ibn Ruh elə bir şəxsdir ki, imam onun əbası altında olsa, tikə-tikə doğransa da, səsini çıxarmaz.”(1)

Səfirlər

Sual: 252. Həzrət Mehdinin (ə) ilk səfiri kim olub?

Cavab: İmam Mehdinin (ə) ilk səfiri Əbu-Əmr Osman ibn Səid Əmri olmuşdur. Bu şəxs tanınmamaq üçün yağ satmaqla məşğul olurdu. Tarixi mənbələrdə onun doğum və ölüm tarixləri göstərilmir. Əbu-Əmr yalnız imam Hadinin (ə) xüsusi vəkili olaraq tanıtdırılır.

Bu şəxs imam Hadinin (ə) şəhadətindən sonra imam Əsgərinin (ə) vəkili olmuşdur. İmam Əsgəri (ə) Əbu-Əmri müxtəlif münasibətlərlə tərif etmişdir. Həzrət onun haqqında buyurur: “Əbu-Əmr etibarlı şəxsdir, həm keçmişdəkilərin, həm də mənim inamımı qazanmışdır. Məndən sonra da belədir. Nə desə, məndəndir, nə çatdırsa, mənim tərəfimdəndir.”(2)

Əbu-Əmr imam Əsgərinin (ə) digər 40 şiəsi ilə birlikdə onun yanında olduqda həzrət oğlu Mehdini (ə) onlara göstərmiş, övladının imamət və qeybi haqqında məlumat vermişdir. Əbu-Əmrin vəkilliyi haqqında həzrət buyurur: “Osman nə desə, qəbul edin...”(3)

Hicri 260-cı ildə imam Əsgərinin (ə) şəhadəti zamanı Osman onun qüsl ayinində iştirak etmiş, bütün işləri öz üzərinə götürmüşdür.(4)

İmam Əsgərinin (ə) qüsl mərasimini Osmanın icra etməsi zalım hakimlərin diqqətini yayındırmaq məqsədi daşıya bilər. Çünki imamın qüslü və kəfənlənməsi o biri imamın öhdəsinədir. Osman ibn Səid imam Əsgərinin (ə) şəhadətindən sonra onun öncədən təsdiqi və həzrət Mehdinin (ə) razılığı ilə Qumlular Samirraya daxil olarkən

səh:159


1- [437] “Əl-ğeybət”, Tusi, s. 391; “Bihar”, c. 51, s. 358.
2- [438] Tusi, Əl-Ğeybət”, s. 354; “Bihar”, c. 51, s. 344.
3- [439] “Bihar”, c. 51, s. 346.
4- [440] Tusi, Əl-Ğeybət”, s. 356.

həzrətin birinci səfiri təyin olundu. Həmin vaxtdan öz səfirlik vəzifəsini icra etdi. Dünyasını dəyişdiyi vaxt oğlu Əbu-Cəfər Məhəmməd ibn Osman onu dəfnə hazırlayıb Bağdadın qərbində torpağa tapşırdı.(1)

Osman ibn Səidin vəfatından sonra müqəddəs nahiyə tərəfindən yazılmış məktubda imam Mehdi (ə) Osmanın vəfatı ilə bağlı oğlu Məhəmmədə başsağlığı verdi və onu öz səfiri təyin etdi.(2)

Sual: 253. Osman ibn Səidin səfirliyini təsdiqləyən rəvayətlərin sənədi zəifdirmi?

Cavab: Əhməd Katib deyir: Osman ibn Səidin imam Mehdi (ə) üçün səfirliyinin imam Əsgəri (ə) tərəfindən elan olunmasını bildirən rəvayətin sənədi zəifdir. Çünki bu rəvayətlər Nəccaşi və İbn Əl-Ğəzairi tərəfindən rədd olunmuş Cəfər ibn Məhəmməd ibn Malik Fərazi tərəfindən nəql edilmişdir. Bəs həqiqətdə necədir?

1. Cəfər ibn Məhəmməd ibn Malik Şeyx Tusi tərəfindən təsdiqlənmiş şəxsdir. Onu etibarsız sayan ibn Əl-Ğəzairinin kitabı imamiyyə alimləri tərəfindən təsdiqlənməmişdir.

2. Şeyx Tusi “Əl-Ğeybət” kitabında Əhməd ibn İshaq Qummiyə istinadən ikinci naib və onun atasının vəkilliyini nəql etmişdir.(3)

3. Şiə əqidəsində imamət və səfirlik məsələlərinə ciddi yanaşılır. Bir şəxsin özünü səfir hesab etməsi yetərli sayılmır. Yalançı səfirlərlə çox ciddi mübarizə aparılmışdır.

Sual: 254. İmam Mehdinin (ə) qeyb mövzusunun Osman ibn Səid tərəfindən uydurulması düzdürmü?

Cavab: Bəziləri deyirlər ki, qeyb mövzusu səhabələr, xüsusi ilə Osman ibn Səid tərəfindən uydurulmuşdur.

Hansı ki, imamın qeyb mövzusuna ilkin toxunan həzrət Peyğəmbər (s) olmuşdur. Sonra həzrət Əli (ə) və digər imamlar bu mövzunu təsdiqləmişlər. Onlar qeyb hadisəsi haqqında öncədən xəbər vermiş, xalqa bu barədə xəbərdarlıq etmişlər.

Həzrət Peyğəmbər (s) buyurur: “And olsun bizi müjdə üçün seçmiş Allaha! Mənim övladlarımın qaimi bağlanmış əhdə görə qeybə çəkilər. İnsanların çoxu deyər ki, Allahın Ali-Məhəmmədə

səh:160


1- [441] “Bihar”, c. 51, s. 350.
2- [442] “Tusi, Əl-Ğeybət”, s. 361; “Kəmalud-din”,s.510; “Bihar”, c. 51, s. 348.
3- [443] “Tusi, Əl-Ğeybət”, s. 359, 360.

(Məhəmməd ailəsinə) ehtiyacı qalmadı. Bəziləri də həzrətin dünyaya gəlişinə şəkk edər. Qeyb dövründə yaşayan insan dinini hifz etməlidir...”(1)

Əsbəğ ibn Nəbatə Əmirəl-möminindən (ə) belə nəql edir: “Agah olun ki, o cənab qeybə çəkilən vaxt nadan şəxs deyər: “Allahın Ali –Məhəmmədə ehtiyacı yoxdur.”(2) İmam Sadiq (ə) buyurmuşdur: “İmamınızın qeybə çəkilməsi xəbərini eşitdikdə bunu inkar etməyin.”(3)

Həzrət Mehdinin (ə) qeyb mövzusu şiələr arasında o qədər məşhurdur ki, şairlər bu mövzuda şerlər yazmış, müəlliflər öz kitablarında bu mövzuya yer vermişlər. İmam Mehdinin (ə) mövludundan öncə onun qeybi haqqında yazan müəlliflərlə tanış olaq: Əli ibn Həsən ibn Məhəmməd Tai Tatiri (Musa ibn Cəfərin (ə) səhabəsi); Əli ibn Ömər Ərəc Kufi (Musa ibn Cəfərin (ə) səhabəsi); İbrahim ibn Saleh (Musa ibn Cəfərin (ə) səhabəsi); Həsən ibn Əli ibn Əbu-Həmzə (İmam Rizanın (ə) müasiri); Abbas ibn Hişam naşiri Əsəd (imam Rizanın (ə) səhabəsi); Əli ibn Həsən ibn Füzal (imam Hadi (ə) və imam Əsgərinin (ə) səhabəsi); Fəzl ibn Şazan Nişapuri (imam Hadi (ə) və imam Əsgərinin (ə) səhabəsi).(4)

Sual: 255. İmam Mehdinin (ə) ikinci səfiri kim idi və bu şəxs hansı mövqeyə malik olmuşdur?

Cavab: Əbu-Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri atasının vəfatından sonra imam Əsgərinin (ə) göstərişi ilə səfirlik məqamına çatmışdır. Həzrət Qumdan olanlara buyurmuşdur: “Şahid olun ki, Osman ibn Səid mənim vəkilimdir. Onun övladı Məhəmməd isə övladım Mehdinin (ə) vəkilidir.”(5)

Bu şəxsin səfirliyi atasının imzası ilə də təsdiqlənmişdir.(6)

İkinci səfir öz dövrünün şiələri arasında etibarı ilə seçilmiş, əmanətdar kimi tanınmışdır. İmamiyyə əqidəsindən olanların heç biri bu həqiqətə şəkk etmir. İmam Əsgərinin (ə) bu şəxs və onun atası haqqında buyuruğu bütün şübhələri aradan qaldırır.(7)

səh:161


1- “İsbatul-Hudat”, c. 6, s. 386.
2- [445] Həmin mənbə, s. 393.
3- [446] Həmin mənbə, s. 350.
4- [447] Həmin mənbə.
5- [448] Tusi, Əl-Ğeybət”, s. 355.
6- [449] Həmin mənbə, s. 359.
7- [450] Həmin mənbə, s. 360; “Kafi”, c. 1, s. 329.

İmam Mehdi (ə) özü də bu şəxsin səfirliyini təsdiq edib buyurmuşdur: “Sən atanın həyatı dövründə daim bizim tərəfimizdən etibarlı sayılmısan...”(1)

İkinci səfir 50 il müddətində öz vəzifəsini ən üstün şəkildə yerinə yetirdi. Nəhayət, hicri 304 və ya 305-ci ilin cəmadiul-əvvəl ayında dünyasını dəyişdi.(2)

Məhəmməd ibn Osman uyğun vəzifənin icrasında başqa səfirlərdən daha çox xidmət göstərmişdir. O, fiqh kitabları tərtib etmiş, imam Əsgəri (ə), imam Mehdi (ə), atası Osman ibn Səid və imam Hadinin (ə) buyurduqlarını bu kitabda toplamışdır.(3) İmam Mehdi (ə) onu öncədən öz ölümündən xəbərdar etmişdir. Bu səbəbdən də ikinci səfir özü üçün qəbir hazırlamış və ölümündən sonra atası ilə yanaşı dəfn olunmuşdur.(4)

Sual: 256. Həzrət Mehdinin (ə) üçüncü səfiri kim idi və o hansı mövqeyə malik idi?

Cavab: Üçüncü səfir Şeyx Cəlil Əbül-Qasim Hüseyn ibn Ruh Növbəxti idi. O, öncə Əbu-Cəfər Məhəmməd ibn Osman Əmrinin vəkili olmuşdu və onun mülkünə nəzarət edirdi. Nəhayət, səfir seçildi və onun səfirliyinə heç bir şübhə yoxdur.(5)

Bir qrup şiə dörd yüz dinarlıq malı Əbu-Cəfər Əmriyə təqdim etdikdə o göstəriş verdi ki, Hüseyn ibn Ruha müraciət etsinlər. Qarşı tərəfin tərəddüddə olduğunu görən səfir növbəti dəfə həmin məbləğin Hüseyn ibn Ruha çatdırılmasını göstəriş verdi. Əslində bu, həzrət Mehdinin (ə) göstərişi idi.

Əbu-Cəfər Əmrinin vəziyyəti pisləşdiyi vaxt Əbu-Əli ibn Həmmam, Əbu-Abdüllah ibn Məhəmməd Katib, Əbu-Abdullah Baqətani, Əbu-Səhl İsmail ibn Əli Növbəxti, Əbu-Əbdüllah ibn Vəcna kimi şiə böyükləri ondan canişini haqqında soruşdular. Əbu-Cəfər Əmri buyurdu: “Bu, Əbül-Qasim Hüseyn ibn Ruhdur. O, mənim qaimim və sizin aranızdakı səfirimdir. Hüseyn ibn Ruh vəkildir və əmin şəxsdir. İşlərinizə görə ona müraciət edin, mühüm işlərdə ona etimad göstərin. Mənə tapşırılıb ki, bu göstərişi sizə çatdırım.”(6)

səh:162


1- [451] “Bihar”, c. 51, s. 349.
2- [452] Tusi, Əl-Ğeybət”, s. 366.
3- [453] Həmin mənbə, s. 363.
4- [454] Həmin mənbə, s. 365.
5- [455] Həmin mənbə, s. 372.
6- [456] Həmin mənbə, s. 371.

Əbu-Cəfər ibn Əhməd Mutyəl deyir: “Məhəmməd ibn Osman Əmri vəfat etdiyi vaxt mən onun yastığı kənarında oturmuşdum. Hüseyn ibn Ruh isə onun ayaq tərəfində dayanmışdı. Mən sual verdim. Məhəmməd ibn Osman üzünü mənə tutub buyurdu: “Mənə əmr olunub ki, Əbül-Qasim ibn Ruha vəsiyyət edim.” Mən bu sözləri eşidib yerimdən qalxdım və Hüseyn ibn Əli Ruhu Məhəmməd ibn Osmanın yastığı kənarında, öz yerimdə əyləşdirdim.(1)

Məhəmməd ibn Osmanın təkidlərinin və Hüseyn ibn Ruha vəsiyyətinin səbəbi bu idi ki, o, imamlarla yaxın rabitədə olan adam kimi tanınmırdı. Onun səfir təyin edilməsinin səbəbi ixlas və fədakarlığı idi. Hüseyn ibn Ruh Əbu-Cəfər Əmrinin vəfatından sonra 21 il səfir oldu.

Bu şəxs çox ciddi təqiyyə şəraitində fəaliyyət göstərirdi. O, sünnə əhlindən olmasını izhar etməklə diqqəti yayındırır və imamın səfirliyini yerinə yetirirdi. Öz fəaliyyəti dövründə bu şəxs müxtəlif azğınlıqlar və yalançı səfirlik iddiaları ilə ciddi mübarizə apardı. Hicri 326-cı ildə Hüseyn ibn Ruh dünyasını dəyişdi.

Sual: 257. Həzrət Mehdinin (ə) dördüncü səfiri kim idi və onun hansı mövqeyi vardı?

Cavab: Dördüncü səfir Şeyx Cəlil Əbül-Həsən Əli ibn Məhəmməd Səməri idi. Onun doğum tarixi məlum deyil. Amma bu şəxs ilkin olaraq imam Əsgərinin səhabəsi kimi tanınmışdır.(2) Bu şəxs Bağdadda Hüseyn ibn Ruh vasitəsi ilə həzrət Mehdi (ə) tərəfindən səfirliyə təyin olunmuşdu. Onun səfirliyi haqqında konkret bir məlumat yoxdur. Yalnız bunu demək olar ki, şiələr yekdil olaraq onun səfirliyini təsdiqləmişlər. Belə bir əminlik həzrət Mehdinin (ə) Hüseyn ibn Ruha göstərişindən yaranır. Səməri Hüseyn ibn Ruhun vəfatından sonra üç il fəaliyyət göstərmişdir. Bu şəxsin səfirliyinə heç bir şübhə olmasa da, o digər üç səfir qədər geniş fəaliyyət göstərməmişdir. Onun fəaliyyətindəki məhdudluq yaşadığı dövrün sıxıntıları ilə izah oluna bilər. Həmin dövrdə mövcud olan ideoloji və ictimai sıxıntılar Səməridən sonra səfirlik fəaliyyətinin dayanmasının və böyük qeybin səbəbi ola bilər. Səməri vəfatından bir neçə gün öncə imamdan kiçik

səh:163


1- [457] Həmin mənbə, s. 370.
2- [458] “Ricale-Şeyx-Tusi”, s. 400.

qeyb dövrünün başa çatması ilə bağlı məlumat alır. İmam Səməriyə özündən sonra səfir təyin etməsini qadağan edir.(1)

Rəvayətçi deyir: Bu namədən altı gün sonra Əli ibn Məhəmmədin yanında olduq. Həyatının son anlarını yaşayan səfirdən növbəti səfir haqqında soruşduq. O, növbəti səfirin olmayacağını bildirib, dünya həyatı ilə vidalaşdı.

Sual: 258. Həzrətin dörd səfirinin nümayəndəliyi necə sübut olunur?

Cavab: 1. Osman ibn Səid haqqında deyirik: Onu imam Əsgəri etibarlı saymış və imam Mehdi (ə) mənsəbini təsdiqləmişdir.

Onun övladı Məhəmməd ibn Osman haqqında deyirik: O atası tərəfindən təyin olunmuş, bundan əlavə imam Əsgəri (ə) və imam Mehdi (ə) tərəfindən etibarlı sayılmışdır.

Hüseyn ibn Ruh da öz növbəsində Məhəmməd ibn Osman tərəfindən bu məqama təyin olunmuşdur. O isə özündən sonra üçün Əli ibn Məhəmməd Səməriyə uyğun vəzifəni tapşırmışdır.

2. Bu dörd şəxsin səfirliyini sübuta yetirmək üçün ikinci yol onların bütün xalqı imamət məsələsi ilə tanış etməsidir. Hələ imam Əsgərinin (ə) dövründə şiələr imam Mehdinin (ə) xətti ilə tanış idilər.

3. Bu böyük insanlardan görünən kəramətlər onların səfirliyinin sübutu üçün növbəti dəlil ola bilər. Bu kəramətlər bəzən səfirlərin özlərindən, bəzən isə həzrət Mehdidən (ə) görünürdü. Həzrətin kəramətlərini səfirlər şiələrə çatdırırdılar. Belə qəziyyələrdən məşhuru Əbu-Əli Bağdadi tərəfindən nəql olunmuşdur.(2)

Seyyid Əbdüllah Şwbbər deyir: Şiələr imamın nümayəndələrindən imama aid kəramət görməmiş onların sözünü qəbul etməzdi. Bu kəramətlər onların verdiyi göstərişlərin və nümayəndəliklərinin dəlili idi.”(3)

Sual: 259. Dörd nümayəndə şiələrlə hansı yolla rabitə saxlayırdı?

Cavab: Şiələr nümayəndələrlə iki yolla əlaqə saxlayırdı:

1. Vasitəli rabitə - Vasitəli rabitə səfirlik qurumunda prinsipial məsələlərdən idi. Çünki bu qurum Abbasilərin zülmü səbəbindən

səh:164


1- [459] “Kəmalud-din”, s. 516; “Elamul-vəri”, s. 445.
2- [460] “Kəmalud-din”,s.502-518.
3- [461] “Həccül-Yəqin”, s. 242.

aşkar fəaliyyət göstərə bilmirdi. Onlar xalqla rabitə üçün gizli yollardan istifadə etməli olurdular.

2. Birbaşa rabitə - Dörd nümayəndənin fəaliyyəti dövründə ilk əvvəllər birbaşa rabitə yox idi. Kiçik qeyb dövründə nümayəndələrin xalqla birbaşa rabitə saxlaması çox çətin idi. Zalım hakimlərin təzyiqləri səbəbindən rabitələr gizli şəkildə qurulurdu. Şiələr zaman ötdükcə gizli şəkildə səfir və vəkilin adını və nişanələrini öyrənirdilər. Bu yolla müstəqil rabitə qurmaq mümkün olurdu. Bu iş əsasən ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi bu növ rabitə haqqında yazır: “Etibarlı şəxslərdən bir qrupu imam Mehdinin (ə) səfirinin yanına gedirdi. Onlar öz məktublarını və istəklərini səfirlərə çatdırmaqla onlar vasitəsi ilə müqəddəs nahiyədən cavab alırdılar.”(1)

Sual: 260. Dörd nümayəndə hansı vəzifələri yerinə yetirmişdir?

Cavab: Dörd nümayəndənin vəzifələri və fəaliyyətlərinin ümumi mehvəri bu şəkildədir:

1. İmam Mehdinin (ə) varlığı ilə bağlı şəkk-şübhəni aradan qaldırmaq; nümayəndələrin, xüsusi ilə ilk səfir Osman ibn Səid Əmrinin ən mühüm vəzifəsi imam Mehdinin (ə) varlığını sübuta yetirmək olmuşdur. Onlar isbat etməli idilər ki, imam Əsgərinin (ə) övladı var, o hazırda imamdır və nümayəndəsi fəaliyyət göstərir.

2. Həzrət Mehdinin (ə) adını və məkanını gizli saxlamaqla onun hifz olunması – İmam Mehdi (ə) bir bəyanatında Məhəmməd ibn Osman ibn Səid Əmriyə bildirirdi ki, həzrətin adı və nişanələri bilindirilməsin və bu sahədə fəaliyyət göstərilsin.(2) Əbu-Səhl Növbəxti “nə üçün sən səfir olmadın” sualına belə cavab verir: “Mən Hüseyn ibn Ruh kimi sirr saxlamağı bacarmıram.”(3)

3. Vəkalət qurumunun nizama salınması və ona rəhbərlik – Şiələr öz suallarını məhz bu qurum vasitəsi ilə vəkillərə çatdırırdılar. Eləcə də, vəkalət qurumu həzrətin cavabını şiələrə ötürürdü. Şəri ödənclər vəkillərə çatdırılır və onlar vasitəsi ilə qurumun məsullarına təhvil verilirdi.

4. Fiqh və əqidə ilə bağlı sualların cavablandırılması – Nümayəndələr xalqın fiqhi suallarını imam Mehdi (ə) çatdırır və cavab alıb xalqa bəyan edirdilər.(4)

səh:165


1- [462] “Əl-Ğeybət”, s. 257.
2- [463] Həmin mənbə, s. 222.
3- [464] Həmin mənbə, s. 240.
4- [465] “Elamul-vəri”, s. 452.

5. İmam Mehdiyə (ə) aid mülkün alınması və paylanması – İmam Mehdi (ə) atasının dəfnindən sonra Qumdan gəlmiş heyətə göstəriş verdi ki, bundan sonra ona aid olan mülkü Bağdaddakı vəkilə təhvil versinlər.(1)

6. Yalan səfirlik iddiası ilə mübarizə - Səfirlik dönəmində Həllac, Şələmğani və bir çox başqaları nəfsə uyaraq özünü səfir elan etmişdi. İmamın nümayəndələrinin mühüm vəzifələrindən biri bu sayaq yalan iddialarla bağlı müqəddəs nahiyə tərəfindən bəyanatlar verilirdi. Həqiqətin bu sayaq aşkarlanması imamiyyə şiələrini bir çox azğınlıqlardan qoruyur, dörd nümayəndəyə etibarı artırırdı.

7. Xain vəkillərlə mübarizə - Bəzən vəkil təyin olunanlar arasında yolunu azanlar tapılırdı. Belələri qurumun məxfi fəaliyyəti üçün bir sıra problemlər yaradırdı. Onlar bəzən şəri ödəncləri quruma təhvil vermir, özbaşınalıq göstərirdi. Bu sayaq mənfi fəaliyyətlərə qarşı dörd nümayəndə mübarizə aparır, xain vəkillər işdən uzaqlaşdırılırdı.

8. Xalqın böyük qeyb dövrünə hazırlanması – Bu istiqamətdə daha çox Əbül-Həsən Əli ibn Məhəmməd Səməri fəaliyyət göstərmişdir. Bu şəxs həzrət Mehdinin (ə) son səfiridir. Həzrət möcüzə vasitəsi ilə ona kömək etmiş, ölümündən altı gün əvvəl bu barədə ona məlumat vermişdir. Bununla da, höccət tamamlanmış, xalq qeyb dövrünə hazırlanmışdır.

Sual: 261. Dörd nümayəndə hansı meyarlar əsasında seçilmişdir?

Cavab: Məsum imamlar daim hikmət əsasında hərəkət etmiş, öz nümayəndələrini konkret meyarlar əsasında seçmişlər:

1. Ən üstün səviyyədə təqiyyə və sirr saxlama – Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü Abbasi rejimindən qorumaq üçün maksimum səviyyədə təqiyyə edirdi. O, bu məqsədlə heç bir məzhəbi və siyasi söhbətdə aşkar mübahisəyə girişmirdi.(2)

Hüseyn ibn Ruh da öz növbəsində təqiyyəyə əməl edir, əsl mövqeyini məxfi saxlayırdı. Hətta xidmətçilərindən biri Müaviyəni aşkar lənətlədiyi üçün onu işdən uzaqlaşdırmışdı.(3)

2. Böyük səbr və sabitqədəmlik – Bir qrup şəxs Əbu-Səhl Növbəxtidən soruşdu: “Nə üçün sən imamın xüsusi naibi olmadın?” O belə cavab verdi: “Onlar (imamlar) daha yaxşı bilirlər ki, kim bu səh:166


1- [466] “Kəmalud-din”, s.478.
2- [467] “Tarixe-Siyasiye-Ğeybəte-imame dəvazdəhum”, Doktor Casim Hüseyn, s. 149.
3- [468] “Əl-Ğeybət”, s. 237.

məqama layiqdir. Mən düşmənlərlə get-gəli olan adamam. Onlarla mübahisə edirəm. Əgər Əbül-Qasim Hüseyn ibn Ruhun Mehdi (ə) haqqında bildiyini mən bilsəm, olsun ki, mübahisələrdə mövqeyimi sübuta yetirmək üçün hansısa bir məsələni açam və nəticədə imamın yeri məlum olsun. Əbül-Qasim Hüseyn ibn Ruh isə, imam əbasının altında olsa belə, bədəni tikə-tikə doğransa, imam Mehdini (ə) göstərməz.”(1)

3. Başqaları ilə müqayisədə daha düşüncəli olmaq – Şeyx Tusi “Əl-Ğeybət” kitabında imamın naiblərinin düşüncə baxımından üstünlüyünü qeyd etmişdir.(2)

4. Hökumətin həmin şəxslərə münasibətdə həssas olmaması – İmam Mehdi (ə) öz nümayəndəsini elə şəxslər arasından seçirdi ki, onlar Abbasi hökumətinin diqqətini cəlb etməmiş olsun. Çünki nümayəndəlik xeyli məxfi bir iş idi. Nümayəndələrin hər biri hansısa peşə sahibi idi və nümayəndəlik fəaliyyəti ilə tanınmırdı.

Sual: 262. Bəzilərinin özünü əsassız olaraq imamın səfiri kimi tanıtdırmasının səbəbi nə idi?

Cavab: Səfirlik fəaliyyətinin başlamasından çox keçməmiş yalançı səfirlər məsələsi ortaya çıxdı. Onlar haqsız olaraq səfir olduqlarını iddia edir və əlbəttə ki, hansısa məqsəd izləyirdilər. Bu məqsədlərlə tanış olaq:

1. Bu şəxslərin imanı zəif olduğundan uyğun iddia ilə xalq və cəmiyyəti çaşdırırdılar.

2. Onlar öz səfirlik iddiaları ilə imamın qeybdə olmasından istifadə edib var-dövlət ələ keçirmək istəyirdilər.

3. Onlar ictimai mövqe qazanmaq istəyirdilər. İmamın səfiri kimi tanınmaq onlara şöhrət gətirirdi.

Sual: 263. Kimlər haqsız olaraq səfirlik iddiası etmişdir?

Cavab: Yalançı səfir iddiası ikinci səfir Məhəmməd ibn Osman Əmrinin dövrünə təsadüf edir. Çünki onun atası Osman ibn Səid çox tanınmışdı və kimsə onun dövründə yalan iddiaya cürət etmirdi.

Yalandan səfirlik iddiası edən ilk şəxs Əbu-Məhəmməd Şərii olmuşdur.(3) Məhəmməd ibn Nəsir Nəmiri, Əhməd ibn Hilal Kərxi,

səh:167


1- [469] “Əl-Ğeybət”, s. 240.
2- [470] Həmin mənbə, s. 236.
3- [471] “Bihar”, c. 51, s. 367.

Əbu-Tahir Məhəmməd ibn Əli ibn Bilal Bilali, Əbu-Bəkr Məhəmməd ibn Əhməd ibn Osman Bağdadi, İshaq Əhmər haqsız yerə özünü səfir kimi tanıtdırmaq istəyənlərdir.

Onlardan bəziləri əvvəllər saleh insan olmuşdur.

İkinci səfir uyğun cəhdlərlə ciddi mübarizə aparmışdır. O cümlədən, müqəddəs nahiyə tərəfindən yalan iddiaçılığa qarşı bəyanatlar verilmiş, yolunu azanlar lənətlənmişdir.

Üçüncü səfir Hüseyn ibn Ruhun səfirliyi dövründə bu sahədə vəziyyət daha da gərginləşmişdir. Həmin dövrdə Məhəmməd ibn Əli Şələmğani Qəzafəri adlı bir şəxsin səfirlik iddiasına düşməsi cəmiyyətdə böyük çaşqınlıq yaratmışdır.(1) Şələmğani öncə mömin bir şəxs kimi Hüseyn ibn Ruhun vəkili olsa da, sonra yolunu azmışdır. Haqsız olaraq səfirlik iddiasına düşmüş son şəxs Əbu-Delf Katibdir. O, dördüncü səfir Səməri dünyasını dəyişənədək öz iddiasından əl çəkməmişdir.

Sual: 264. İmam Mehdinin (ə) səfirlərdən başqa vəkili olmuşdurmu?

Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, həzrət Mehdinin (ə) dörd tanınmış səfirindən əlavə, vəkilləri olmuşdur. Onlar müxtəlif şəhərlərdə və əyalətlərdə öz vəzifələrini yerinə yetirmişlər. Amma səfirlər və vəkillər arasında iki mühüm fərq olmuşdur:

1. Səfirlər həzrət Mehdi (ə) ilə bilavasitə görüşmüş, şəxsən tanımışlar. Hansı ki, vəkillər həzrət Mehdi (ə) ilə səfirlər vasitəsi ilə əlaqə saxlamışlar.

2. Səfirlər bütün şiələrə münasibətdə məsuliyyət daşıyırsa, vəkillər məhdud bir məntəqədə öz vəzifəsini yerinə yetirirdi.

Sual: 265. Müqəddəs nahiyə vəkillərinin təyinatının hansı səbəbləri var?

Cavab: Vəkillik məsuliyyətinin bir sıra faydalarını saymaq olar:

1. Vəkil səfirin öhdəsinə düşən geniş məsuliyyətləri onunla bölüşür. Xüsusi ilə şiələrin həzrət Mehdi (ə) ilə bağlı fəaliyyətlərinin gizli saxlanılması istiqamətində səy göstərilir.

2. Vəkillər səfirin ad və şəxsiyyətinin gizli saxlanılmasında mühüm rol oynayır.

səh:168


1- [472] “Əl-Ğeybət”, s. 300.

Sual: 266. Vəkalət qurumunun hansı məsuliyyətləri var?

Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, vəkalət qurumu bütün fəaliyyəti dövründə aşağıdakı işləri həyata keçirmişdir: şəri ödənclərin toplanması və paylanması; şiələrin tərbiyəsi və müxaliflərlə mübarizə; vəkalət qurumunda siyasi fəaliyyət; vəkalət qurumunda rabitələrin təmini; ehtiyaclılara yardım və şiələrin problemlərinin həlli.

Tоqiat (qeydlər, məktublar, fərmanlar)

Sual:267. “Tоqi” dedikdə nə nəzərdə tutulur?

Cavab: Rəvayət dilində “tоqi” bu sözün gündəlikdə işlənən mənasını bildirir. Tоqi böyük şəxsiyyətlərin öz məktublarında qeyd etdiyi və suallara cavab olan buyuruqlarıdır. Həzrət Mehdinin (ə) tоqiatı onun məktublarda öz xətti ilə qeyd etdiyi cavablardır. Bu cavablar səfirlər vasitəsi ilə məktub sahiblərinə çatdırılırdı.

“Tоqi” dedikdə, adətən, ünvanlanan suallara cavab nəzərdə tutulsa da, bəzən sualsız bəyan olunmuş həqiqətlər də tоqi sayılmışdır.

Sual: 268. Həzrətin göstərişlərində səfirlər hansı rol oynamışdır?

Cavab: Uyğun göstərişlər (tоqiat) həzrətin qeydlərindən ibarət olsa da, bu işdə səfirlərin mühüm rolu var. Hər hansı sualla ünvanlanmış məktubu imama çatdıran, qısa bir müddətdə həzrətdən cavab alıb məktub sahibinə yetirən şəxs səfirdir. Səfiri bir növ bu işdə vasitə saymaq olar. İmamın bu sayaq səfiri olmasaydı, heç vaxt uyğun məktublar məqsədə çatmazdı.

Sual: 269. Uyğun göstərişlər hansı müddətdə həzrət tərəfindən həyata keçirilirdi?

Cavab: Bəzi rəvayətlərdən məlum olur ki, ünvanlanmış suallara 2-3 gün ərzində cavab verilirdi. Bəzi rəvayətlərdə deyilir: “Bir neçə gündən sonra ağam dedi ki, Əbu-Cəfərin yanına gedib cavabı soruşum.”(1) Digər rəvayətdə isə belə qeyd olunur: “Səfir 3 gün sonra həzrətin cavabını çatdırdı.”(2)

səh:169


1- [473] “Bihar”, c. 51, s. 321.
2- [474] “Əl-Ğeybət”, s. 320.

Bəzən səfirin həzrətdən gətirdiyi cavab şifahi olurdu. Hüseyn ibn Ruh Növbəxtinin gətirdiyi bəzi cavablar bu qəbildəndir.(1)

Bəzən isə müəyyən səbəblərdən cavab verilmirdi. Məsələn, övladı olmayan bir şəxs bununla bağlı imamdan dua istədikdə, müəyyən səbəblərdən cavab almamışdı.(2)

Bəzən məktuba bir neçə saatda cavab verilir, bəzən isə məktubun mürəkkəbi qurumamış cavab gəlirdi. Nadir hallarda xəyalından hansısa sual ötüşən şəxs imamdan cavab almışdır.(3)

Sual: 270. Həzrət Mehdi (ə) fərmanları öz əli iləmi yazırdı?

Cavab: Bir sıra rəvayətlərdən məlum olur ki, bəzi göstərişlər həzrətin öz əli ilə yazılmışdır.

İshaq ibn Yəqub deyir: “Məhəmməd ibn Osman Əmri vasitəsi ilə müqəddəs nahiyəyə ünvanladığım çətin bir suala imamın mübarək xətti ilə yazılmış cavab aldım.”(4)

Məhəmməd ibn Osman Əmri deyir: “Müqəddəs nahiyədən yaxşı tanıdığım bir xətlə yazılmış cavab gəldi.”(5)

Şeyx Səduq buyurur: “İmam Mehdinin (ə) xətti ilə atam üçün yazılmış qeyd hazırda məndədir.”(6)

Şeyx Əbu-Əmr Amili deyir: “İbn Əbu-Hakim Qəzvini bir qrup şiə ilə mübahisə edirdi. Problemi aradan qaldırmaq üçün müqəddəs nahiyəyə məktub yazıb sual verdi. İmamın mübarək xətti ilə cavab alındı.”(7)

Bu rəvayətlərdən məlum olur ki, həzrətin səhabələri onun xəttini tanıyırmışlar. Amma bəzi rəvayətlərə əsasən, imamın müəyyən göstərişləri səfirlərin xətti ilə yazılmışdır.

Əbu-Nəsr Hibtullah deyir: “Həzrət Mehdinin (ə) göstərişləri imam Əsgərinin (ə) dövründəki xətt ilə, Osman ibn Səid və Məhəmməd ibn Osman vasitəsi ilə şiələrə çatdırılırdı.(8)

səh:170


1- [475] Həmin mənbə, s. 309.
2- [476] Həmin mənbə, s. 320.
3- [477] “Bihar”, c. 53, s. 183.
4- [478] “Bihar”, c. 51, s. 349.
5- [479] Həmin mənbə, c.33.
6- [480] “Ənvarul-Nemaniyyə”, c. 3, s. 24.
7- [481] “Bihar”, c. 53, s. 178.
8- [482] “Bihar”, c. 51, s. 346.

Sual: 271. Müqəddəs nahiyə tərəfindən neçə “tоqi” (göstəriş) verilmişdir?

Cavab: Məhdəviyyətlə bağlı yetmişdən çox göstəriş mövcuddur. Onlar aşağıdakı şəxslərə ünvanlanmışdır: Əli ibn Məhəmməd Səməri, Əbu-Cəfər Əmri (atasının ölümü ilə bağlı), Səd ibn Əbdüllah Qummi, İshaq ibn Yəqub, Məhəmməd ibn Abdüllah ibn Cəfər Həmiri (məsələsi ilə bağlı), Həmiri (həzrətin ziyarəti ilə bağlı), Əhməd ibn Xızır ibn Əbu-Saleh Xocəndi, Həsən ibn Fəzl Yəmani, Əbu-Əmr və onun övladı Əbu-Cəfər Məhəmməd, Məhəmməd ibn İbrahim Məhzyari (Cəfəri Kəzzabın rəddi ilə bağlı), Əhməd ibn Həsən Madərayi (Əhməd ibn Əbu-Ruhun əhvalatı ilə bağlı), Haciz Vəşa, Məhəmməd ibn Cəfər, Məhəmməd ibn Saleh (Əbərətaninin ölümündən sonra), Səmərinin məktubuna cavab, Fanim əhlindən olan bir kişinin sualına cavab, Məhəmməd ibn Həsən Muruzi, Məhəmməd ibn Yusifin məktubuna cavab, Məhəmməd ibn Cəfər Əsədinin suallarına cavab, Məhəmməd ibn Əli ibn Hilal Kərxi, Məhəmməd ibn Şazan, Əhməd ibn Həsən Xazən, Əli ibn Məhəmməd ibn İshaq Əşəri, Übeydullah ibn Süleymanın gedişi ilə bağlı xəbər, ibn Əbu-Ğanim Qəzviniyə cavab, Məhəmməd ibn Yəzdaza cavab, Qasim ibn Əlaya cavab, Rəbəz əhlindən olan kişiyə cavab, Qumdan olan sailə cavab, Həsən ibn Əbdül-Həmid, Məhəmməd ibn Cəfər Ərəbi, Əbül-Həsən Xızır ibn Məhəmmədə cavab, Şeyx Müfid, Şeyx Müfidə ikinci göstəriş, Əli ibn Babәvеyhә cavab, Məhəmməd ibn Kəşmirə cavab, Cəfər ibn Həmədana cavab, Əli ibn Ziyada cavab, Qasim ibn Əla, Əbül-Qasim ibn Əbu-Cüləys Rəqə Bərxi, Əhməd ibn Həsən, Məhəmməd ibn Həmmam və başqaları.

Böyük qeyb (Qеybәti kübrа)

Sual: 272. Böyük qeyb dövrünün hansı xüsusiyyətləri var?

Cavab: Böyük qeyb dövrü kiçik qeyb dövründən sonra başlamışdır. Bu dövr imamın qeyd etdiyi hicri 329-cu ilə təsadüf edir. Həmin ildə imam Məhəmməd Səməriyə məktub yazmaqla səfirlik dövrünün başa çatdığını və böyük qeyb dövrünün başladığını xəbər verdi.

Böyük qeyb dövrünün bir sıra səciyyələri mövcuddur:

1. Həmin dövrdə müsəlmanlar zahirən öz rəhbərlərindən ayrı düşdülər. Onlar rəhbəri görmür, ya da görüb tanımırdılar. Bu hökm bütün şiələrə aid idi. Əlbəttə ki, bəzi səbəblərdən kimlərsə həzrətlə görüşə bilərdi.

səh:171

2. Həmin dövrdə yer üzündə zülm-sitəm genişləndi. Bu səciyyə hazırkı dövrü İslam peyğəmbərinin həyatındakı İslam hökuməti dövründən fərqləndirir.

3. Bu dövrdə İslam ümmətinin sınağa çəkilməsi; Çünki bu dövrdə xalq bir sıra çətinliklərlə üzbəüz dayanmışdı: İslam cəmiyyətində və dünyada fitnə-fəsadın genişlənməsi; siyasi sıxıntılar və haqqın qəbulu ilə bağlı problemlər; imamın varlığı ilə bağlı bir sıra şübhələrin ortaya çıxması;

Nəticədə görürük ki, imamlar bu mövzuya xüsusi diqqət yetirmişlər. Həzrət Musa ibn Cəfər buyurur: “Yeddinci övladdan olan beşinci övlad qeybə çəkildikdə dininizdən ehtiyatlı olun etiqadınızı əldən verməyin. Ey övladım! Qəti olaraq, Qaim üçün qeyb dövrü var. Bu qeybə etiqad sınaq olar və Allah bu çətinliklə xalqı imtahana çəkər...”(1)

Sual: 273. Həzrət Mehdinin (ə) qeybinin hansı səciyyəsi var?

Cavab: Bu qeyblə bağlı iki nəzəriyyə mövcuddur:

1. Bu nəzəriyyəyə əsasən, həzrətin vücudu xalqın gözündə məxfidir. Bu baxış müəyyən rəvayətlərlə əsaslandırılır. İmam Riza (ə) buyurmuşdur: “Onun misli görünməz”.(2) İmam Sadiq (ə) buyurmuşdur: “Yeddinci övladdan olan beşinci övlad sizdən qeybə çəkiləcək”.(3)

2. İkinci baxışa əsasən, xalq onu görür, amma onun Mehdi (ə) olmasından xəbərsizdir. Bu baxışa Məhəmməd ibn Osman Əmridən nəql olunmuş rəvayət dəlil göstərilir. İmam buyurur: “And olsun Allaha! Həqiqətən, imam Qaim hər il həcc mövsümündə vardır və xalqı görür. Xalq da onu görür, amma tanımır.”(4)

Sual: 274. Hazırda yer üzünü zülm-sitəm bürüdüyü halda nə üçün imam zühur etmir?

Cavab: Əksər hədislərdə bildirilir ki, həzrət zühur etdikdən sonra Allah onun vasitəsi ilə yer üzündə ədaləti bərqərar edəcək. Əslində bu o demək deyil ki, imamın zühuru üçün zülm-sitəmin yayılması şərtdir.

Başqa sözlə, zülm-sitəm məqsəd deyil. Məqsəd hazırlıq və hədəfdir. Bəziləri elə düşünürlər ki, imamın zühuru üçün yer üzünü zülm-sitəmin bürüməsi kifayətdir. Әslində isə belə deyil. Zühur üçün

səh:172


1- [483] “Kafi”, c. 1, s. 336.
2- [484] “Kəmalud-din”, s.370.
3- [485] “Bihar”, c. 51, s. 32.
4- [486] “Kəmalud-din”, s.440.

insanların hazırlığı, zühura təşnəliyi mühümdür. Bu təşnəliyi və hazırlığı yaradan səbəblərdən biri kimi zülm-sitəm qeyd oluna bilər. Yalnız zülm-sitəm yayıldıqda bütün insanlar ədalətsizliyin acılığını hiss edib ədalət sorağında olur.

Nəticədə, deməliyik ki, zühur üçün əsas şərt insanların hazırlığı və nizamsızlığın aqibətindən xəbərdarlığıdır. Bir sözlə, zülm-sitəm əsas şərt deyil.

Sual: 275. Nə üçün həzrət Mehdi (ə) etibarlı möminlərə zahir olmur?

Cavab: Əvvəla, həzrət bir şəxsə zahir olmaq üçün inandırıcı möcüzələr göstərməlidir. Bu halda hoqqabaz sehrbazlar xalqı öz sehrləri ilə aldadıb özünü əsrin imamı kimi təqdim edə bilər.

İkincii, yаrаmаz insanlar bu məsələdən istifadə edib yalan iddialar irəli sürə bilər. Bütün bu azğınlıqların və çaşqınlıqların qarşısını almaq üçün uyğun görüşlərdə məhdudiyyət var. Əlbəttə ki, ali məqam sahibi olan nadir insanlar müəyyən məsələlərlə bağlı həzrətlə görüşə bilər.

Sual: 276. Böyük qeyb dövründə ümumi naiblik məsələsi necə izah olunur?

Cavab: Ümumi naiblik dedikdə hər bir dövrdə etibarlı bir şəxsin cəmiyyətdə imamın nümayəndəsi kimi tanınması nəzərdə tutulur. Kiçik qeyb dövründə təqdim olunan naiblər xüsusi naiblər idi.

Rəvayətlərə əsasən, ümumi naiblik məqamı imamların, xüsusi ilə həzrət Mehdinin (ə) vasitəsi ilə ləyaqətli fəqihə verilir. Uyğun baxışın sübutu üçün iki rəvayət misal göstərilə bilər.

1. Əmr ibn Hənzələ imam Sadiqdən (ə) soruşur ki, iki şiə arasında mübahisə baş verdikdə dövrün hakimi tərəfindən təyin olunmuş qaziyə müraciət etmək olarmı? Həzrət buyurur: “Onlara müraciət haramdır. Onlara müraciət zalım hakimə müraciətdir. Allah zalım hakimə müraciəti qadağan etmişdir.” Əmr növbəti dəfə sual verir: “Bəs nə edilməlidir? Müraciət edilməyəcəyi halda həmin şəxsin haqqı tapdanır?” Həzrət zəruri şərtlərə malik alimləri meyar göstərərək buyurur: “Özünüz şiə fəqihlərindən hədislərimizi rəvayət etmiş, halal-haramı tanımış, hökmlərimizi bilən şəxsi seçib çətinliklərinizi onun vasitəsi ilə həll edin. Çünki onlar mənim tərəfimdən seçilmişdir və mən də onları sizə hakim etmişəm. Əgər onlara müraciətdən sonra mübahisə edən tərəflər sağlam hökmü qəbul

səh:173

etməsə, bizi rədd etmişdir. Bizi rədd edən əslində Allahı rədd edir. Belə bir şəxs müşrik yerindədir.”(1)

2. İshaq ibn Yəqub həzrət Mehdidən (ə) müəyyən sualların cavabını istəyir. İmam suallara cavab olaraq naib Məhəmməd ibn Osman Əmri vasitəsi ilə qeydlərini göndərir. Həmin məktubda əks olunan məsələlərdən biri budur: “Qarşıya çıxan hadisələrdə hədislərimizi rəvayət edənlərə müraciət edin. Onlar bizim üçün höccətdir.”(2)

Sual: 277. Xalqın həzrət Mehdiyə (ə) yönәlmәlәri üçün nə etməliyik?

Cavab: Xalqın həzrət Mehdiyə (ə) meyli onun şəxsiyyətini tanımalarından asılıdır. Kimsədə bilmədiyi məchul bir şeyə meyl olmur. Bu səbəbdən də vəzifəmiz həzrət Mehdini (ə) bütün bəşəriyyətə tanıtdırmaqdır. Xalq bilməlidir ki, qeyb dövrünün xüsusiyyətləri nədir, insan zühur dövründə hansı bərəkətlərə çatır, bütün yer üzünü zülm-sitəm necə bürüyür, həzrətin zühuru ilə bəşəriyyət zülmətlərdən nura necə çıxır?

Bulud arxasındakı günəşdən bəhrələndiyimiz kimi, qeybdəki imamdan bəhrələnmiş olsaq da, zühur dövrünün bəhrəsi başqadır! Zühurla bağlı incə nöqtələr aydınlaşdıqda bu məsələ insanların diqqətini cəlb edir, onlarda həzrətə meyl yaranır.

Sual: 278. Hansı yolla həzrət Mehdini (ə) görmək olar?

Cavab: İnsan iki yolla həzrəti görə bilər:

1. Ruhi kamilliklərə çatmaq yolu ilə: İnsan bu yolla özünü əxlaqi çirkinliklərdən təmizləyir, şəri göstərişlərə əməl etməklə elə bir dərəcəyə çatır ki, həzrətlə görüş ləyaqətini əldə edir.

2. Bəzi rəvayətlərdə uyğun məsələ ilə bağlı nəql olunmuş bəzi göstərişlərə əməl etmək yolu ilə: Məsələn, hər kəs 40 həftə ərzində 40 gecə Səhlə məscidinə gedib qəlb iştirakı (hüzuri-qəlb) ilə həzrəti düşünsə, Allahdan belə bir görüş diləsə, məqsədinə çatar.

səh:174


1- [487] “Üsule-Kafi”, c. 1, s. 67.
2- [488] “Kəmalud-din”, s.484; “Əl-Ğeybət”, s. 177.

Sual: 279. Nə üçün “Qaim” (Mehdi) adı çəkildikdə ayağa qalxırıq?

Cavab: Hacı Nuri yazır: “İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: “Bir gün imam Sadiqin (ə) məclisində həzrət Mehdinin (ə) mübarək adı çəkildi. İmam Sadiq (ə) təzim və ehtiram əlaməti olaraq yerindən qalxdı.”(1)

Digər bir rəvayətdə deyilir ki, Dəbəl Xəzai imam Rizanın (ə) yanında həzrət Mehdi (ə) ilə bağlı bir neçə beyt oxuduqdan sonra həzrət ayağa qalxdı...”(2)

Mirzayi Nuri deyir: İmam Rizanın (ə) məclisində həzrət Höccətin adı çəkildikdə həzrət qalxdı və iki mübarək əlini başına qaldırıb zühurun tеzlәşmәsi üçün dua etdi.(3)

İmam Sadiqdən (ə) soruşuldu: “Həzrət Mehdinin (ə) adı çəkildiyi vaxt nə üçün yerimizdən qalxaq?” Həzrət buyurdu: “Həzrət Mehdinin (ə) qeybi uzun çəkər. O öz dostlarını çox sevdiyindən, yada salındığı zaman dostuna nəzər salar. Həzrəti yada salan şəxs ehtiram əlaməti olaraq yerindən qalxsa yaxşıdır. Həzrət Mehdinin (ə) ona baxdığı bir anda onun ayağa qalxması, Allahın zühurun tezləşməsini istəməsi yaxşıdır.(4)

Sual: 280. Qeyri-müəyyən və müəyyən (növi və şəxsi) Məhdəviyyət dedikdə nəzərdə nə tutulur?

Cavab: Bəzən Məhdəviyyəti iki qismə bölürlər. Məsələn, deyirlər ki, sünnə əhli оnu bir növi Məhdəviyyət оlаrаq qeyri-müəyyən şəkildə qəbul edir. Şiələr isə konkret bir şəxsin Mehdi (ə) olduğuna inanır.

Bəli, şiələr Məhdəviyyət (ə) məsələsinə konkret yanaşır. Yəni onlar inanırlar ki, həzrət Mehdi (ə) real şəxsdir, o dünyaya gəlmişdir və hazırda diridir. Şiələr həzrət Mehdinin (ə) zühuruna inanır, onun imam Əsgərinin (ə) övladı olduğunu iddia edirlər.

Sünnə əhli isə Məhdəviyyət (ə) məsələsinə başqa cür yanaşır. Onlar inanırlar ki, dünyanın sonunda peyğəmbər nəslindən olan bir şəxs dünyaya gələcək və yer üzü zülm-sitəmlə dolduqdan sonra, onda ədaləti bərqərar edəcək.

səh:175


1- [489] “Nəcmus-Saqib”, s. 444.
2- [490] Muntəxəbul-Əsər”, s. 505.
3- [491] Həmin mənbə.
4- [492] Həmin mənbə.

Məhdəviyyət (ə) məsələsinə ikili yanaşmaya irfanda da diqqət yetirilmişdir. Sünni ariflərindən bəziləri, eləcə də, Mövləvi bu əqidədədir ki, hər bir dövrdə istər Əli, istər Ömər nəslindən, bir Mehdi (ə) olmalıdır. Ariflər Mehdi (ə) dedikdə imkan aləminin qütbünü (zirvəsini) nəzərdə tuturlar. Şiələr isə inanır ki, hər bir dövrdə məsum imam olmalıdır və yer üzü imamsız yaşamaq gücündə deyil.

Sual: 281. Böyük qeyb dövründə müqəddəs nahiyə tərəfindən bəyanat verilmişdirmi?

Cavab: Şeyx Təbərsi “Əl-ehticac” kitabında həzrət Mehdinin (ə) müqəddəs nahiyəsi tərəfindən Şeyx Müfid üçün göndərilmiş iki məktubdan danışır. Bu iki məktubda bəzi aşkar və bəzi rəmzi bildirişlər var.(1)

Bu məktublardan birincisi hicri 410-cu il, səfər ayının axırlarında, Şeyx Müfidin vəfatından 3 il öncə ona çatmışdır. İkinci məktub isə hicri 412-ci ildə, yəni Şeyx Müfidin vəfatından bir il öncə göndərilmişdir. Bu isə 4-cü səfir Əli ibn Məhəmməd Səmərinin vəfatından 80 il sonraya təsadüf edir. Xatırlayaq ki, hicri 329-cu ildə kiçik qeyb dövrü başa çatmışdır.

Birinci məktubu gətirən deyir: Bu məktub Hicaza bitişik bir məntəqədən gətirilmişdir.” Deyilənlərdən məlum olur ki, imam həmin vaxt Hicaz məntəqəsində sakin olmuş və bu məktubu yaxınlarından biri vasitəsi ilə Şeyx Müfidə göndərmişdir.

İkinci məktub hicri 412-ci ilin şəvval ayının əvvəlində Şeyx Müfidə göndərilmişdir. Həmin ilin zil-həccə ayının 23-də cümə axşamı günü şeyx həmin məktubu almışdır. Yəni qasid üç aydan yeddi gün əskik müddətdə yolda olmuşdur. Hər iki məktub həzrət Mehdinin (ə) imzası, ona yaxın adamların xətti ilə yazılmışdır. Hər iki məktubun sonunda imam öz xətti ilə məktubun həqiqiliyini təsdiqləmişdir. Məktublarda şeyx Müfidə əmr olunur ki, bu məktubu gizli saxlasın, yalnız ən etibarlı səhabələri xəbərdar etmək üçün nüsxə çıxarılsın.(2)

səh:176


1- [493] “Ehticac”, c. 2, s. 597-602.
2- [494] “Tarixul-Ğeybətul-Kubra”, s. 140, 141

Sual: 282. Şeyx Müfidə yazılmış məktubların imam Mehdi (ə) tərəfindən göndərilməsi necə sübut oluna bilər?

Cavab: Bu iki məktubun həqiqiliyinə müxtəlif baxımlardan əmin olmaq mümkündür. Onları nəql etmiş Şeyx Təbərsi sənəd göstərməsə də, müəyyən nöqtələrə istinad etmək olar:

1. Təbərsi bu iki rəvayəti şübhə doğurmayan aşkar rəvayətlərdən sayır. Məlum olur ki, o mötəbər sənədlərə əsaslanmışdır. Bir çox rəvayətlər kimi bu iki rəvayət də çox məşhur olduğu üçün sənədsiz nəql oluna bilər.

2. Bu iki rəvayətdəki ali məzmun və sadiq xəbərlər onların məhz həzrət Mehdi (ə) tərəfindən göndərilməsinə əminlik yaradır.

Uyğun iki məktubun həqiqiliyini göstərən digər məlumatlar da var. Mühəddis Bəhrani imam Mehdinin (ə) Şeyx Müfidə həsr olunmuş və qəbri üzərində yazılmış şerini nəql etdikdən sonra buyurur: “Həzrət Mehdinin (ə) nahiyəsindən Şeyx Müfidə ünvanlanmış məktubları nəzərə aldıqda onun Şeyx haqqında şer söyləməsi təəccüb doğurmur. Bu məktublarda tərif dolu xoş sözlər çoxdur...” Müəllif sonra yazır: “Suali-əhli-Hələb” adı ilə tanınmış risalədə Şeyx Müfidin ehtiramı ilə bağlı deyilir:

a) Məsum imamlardan nəql olunanların həqiqiliyi;

b) Bütün şiələrin şeyx Müfidə həzrət tərəfindən iki məktub yazılması xəbərini qəbul etməsi – İldə bir məktubun yazılması şeyx Müfidin etibarlılığını göstərir. İbn Bətriq bildirir ki, bu xəbər icma dəlili ilə qəbul olunur. Təbərsi “Ehticac” kitabında qeyd edir ki, bu iki məktub alimlər icması tərəfindən qəbul olunduğundan sənədləri göstərməyə ehtiyac yoxdur.

İbn Şəhr Aşub “Məalimul-üləma” kitabında qeyd edir ki, onu (şeyxi) həzrət Mehdi (ə) “Şeyx Müfid” adlandırdı...”(1)

3. Təbərsi “Ehticac” kitabının müqəddiməsində deyir: “Nəql etdiyimiz bir çox rəvayətlərin sənədini ona görə göstərmirik kki, onlar ya icma tərəfindən qəbul olunmuşdur, ya da əql və şöhrət dəlili ilə sübuta yetir...”(2)

4. Böyük qeyb dövründə bu iki məktubun yazılmasına ehtiyac və zərurət olmuşdur. Əvvəla, həzrət bu məktublar vasitəsi ilə şiələrə zəruri göstərişlər vermişdir. İkincisi, Şeyx Müfid kimi saleh alimlərə

səh:177


1- [495] “Məalimul-üləma”, s. 113.
2- [496] “Müqəddimeye-Ehticac”, s. 14.

bu sayaq məktubların göndərilməsi onların rəyasətini təsdiqləyir, böyük qeyb dövründə xalqı belə alimlərə itaətə çağırır. Necə ki, bir məktubda ibn Babəvеyhә “ya Şeyx, ya Əbəl-Həsən” deyə xitab olunur.

Sual: 283. Peyğəmbərlər arasında qeyb hadisəsi baş vermişdirmi?

Cavab: Qeyb və Allah höccətinin xalqdan kənara çəkilməsi təzə bir iş deyil. Bu, peyğəmbərlər arasında da müşahidə olunan bir həqiqətdir. Qeyb həyatı yaşamış bəzi peyğəmbərləri yada salaq:

1. Həzrət İdris (ə). Rəvayətlərə əsasən, İdris peyğəmbər dövrün zalım hakimləri ilə üzbəüz gəldiyi üçün ümmət arasından iyirmi il qeybə çəkildi. O dağlarda, mağaralarda yaşayırdı. Allah hər qürub vaxtı ona qida gətirən mələk təyin etmişdi...(1)

2. Həzrət Saleh (ə). Şеyх Səduq imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Həqiqətən, Saleh bir müddət öz qövmündən qeybə çəkildi.

O qeyb zamanı qoca bir kişi idi. Qövmünün yanına qayıtdığı vaxt onu üzdən tanıyan olmadı...”(2)

3. Həzrət İbrahim (ə). Rəvayətlərə əsasən həzrət İbrahim də anadan olduqdan sonra bir müddət məxfi qalmış, Allahın əmri nazil olanadək öz risalətini gizlətmişdir.(3)

4. Həzrət Musa (ə). Səduq belə nəql edir: “Həzrət Musa Misirdən Mədyənə qaçıb bir müddət həzrət Şüeybin yanında qaldı...”(4)

5. Həzrət Şüeyb (ə). Məclisi həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: “Şüeyb peyğəmbər qocalanadək öz qövmünü Allaha doğru dəvət etdi. Həmin vaxt Allahın istədiyi dövrədək xalqdan qeybə çəkildi. Sonra cavan halda onların yanına qayıtdı...”(5)

6. Həzrət İlyas (ə). Qütb Ravəndi nəql edir ki, həzrət İlyas öz qövmü arasında 7 il qeybə çəkildi. Həmin müddət ərzində səhra və çöllərdə yaşadı.(6)

7. Həzrət Danyal (ə) nəbi: Şeyx Səduq deyir: Danyal nəbi 90 il müddətində qövmü arasından qeybə çəkildi. O, Bəxtun-Nəsrin əlində əsir oldu. Ardıcılları bu müddət ərzində onun intizarında qaldılar.” (“Kəmalud-din”, c. 1, s.385)

səh:178


1- [497] “Kəmalud-din”, c. 1, s.130»
2- [498] “Kəmalud-din”, c. 1, s.136, 137.
3- [499] “Kəmalud-din”, c. 1, s.138.
4- [500] “Kəmalud-din”, c. 1, s.145.
5- [501] “Bihar”, c. 12, s. 385.
6- [502] “Qəsəse-Ravəndi”, s. 248.

8. Həzrət İsa (ə):Həzrət İsanın iki növ qeybi olmuşdur: Birinci qeyb Şam və Misirdə 12 il çəkdi, ikinci qeyb dar tək təhlükəsi olan gündən bu günədək davam edir. Həzrət İsa (ə) həzrət Mehdinin (ə) zühuru zamanı ədalət hökumətinin təşkilində iştirak edəcək.

Sual: 284. Əgər həzrət Mehdi (ə) xalq arasında görünsəydi, bunun nə eybi vardı?

Cavab: Bəziləri irad tuta bilər ki, həzrət Mehdi (ə) xalq arasında görünsəydi, bunun heç bir eybi olmazdı. Unutmamalıyıq ki, həzrət Peyğəmbər (s) və məsum imamların buyurduğu kimi, zülm-sitəm quruluşu həzrət Mehdinin (ə) əli ilə devriləsidir. Bu səbəbdən də onun varlığı iki zümrənin diqqət mərkəzindədir:

a) Əgər imam xalq arasında görünsəydi, dünyanın çoxsaylı məzlumları onun ətrafında toplanar və ondan qiyam tələb edərdilər. Hansı ki, hələ ümumdünya ədalət hökuməti üçün şərait yaranmamışdır.

b) Məzlum millətlərə hakim kəsilmiş qaniçən rejimlər öz mənafelərinə çatmaq yolunda heç nədən çəkinmirlər. Onlar azğın məqsədlərini həyata keçirmək naminə bütün bəşəriyyəti qurban verməyə hazırdılar. Onlar həzrət Mehdini (ə) hər an aradan götürə bilərdilər.

Sual: 285. Allah həzrət Mehdini (ə) qeybə çəkmədən qoruya bilməzdimi?

Cavab: Əvvəla, möcüzə prinsipcə təbiət qanunlarına ziddir. Yalnız zəruri hallar istisnadır. Allah həzrət Mehdini (ə) qeybi yolla qorumaq istəmişdir.

İkincisi, ilahi təqdirlər reallıqlar şəklində dəyişir. Allah-tәala İslam ümmətinin hidayəti üçün 12 məsum imam qərar vermişdir. Amma onların biri o birinin ardınca şəhadətə yetirildi. Bütün bunlar həzrət Mehdinin (ə) bir müddət qeyb pərdəsi arxasında qorunması ilə müşayiət olunan təqdirlə nəticələndi. Məqsəd imamın qeybini hiss etdirmək, zühur ilə onun qədr-qiymətə çatdırmaq idi.

Üçüncüsü, ayə və rəvayətlərə əsasən, Allah-tәalanın qəti sünnələrindən biri ümmətlərin imtahanıdır. İslam ümməti üçün də bu qanun istisna deyil. Hər bir ümmət bir yolla imtahana çəkilir. İslam ümmətinin imtahanı hazırkı dövrdə imamın qeybi ilə bağlıdır. Müəyyənləşdirilir ki, insanlar məhz qeyb halında din və məzhəblərində möhkəm dayana bilirlərmi?

səh:179

Sual: 286. İmamın xalq arasında olması ilə sitəmkarları təslim etmək olmazdımı?

Cavab: Məlum məsələdir ki, bir çoxları haqq-ədalət qarşısında təslim olmur. Yaranışın ilk günlərindən bu günədək bəşəriyyət arasında haqq-ədalətə düşmən kəsilənlər olmuşdur. Onlar haqqı aradan götürmək üçün var qüvvələri ilə çalışmış, öz çirkin məqsədlərinə çatmaq yolunda heç nədən çəkinməmişlər. Əgər həzrət Mehdi (ə) qeybə çəkilməsəydi, heç şübhəsiz, onu aradan götürmək istəyəcəkdilər. Amma şərait yaranmadığından haqqın batilə qələbəsi mümkün olası deyildi.

Sual: 287. Əgər imam aşkar olub öz dövrünün zalımları ilə sülh müqaviləsi bağlasaydı nə olardı?

Cavab: Məhdəviyyət (ə) məsələsi ilə tanış olanlar yaxşı bilirlər ki, həzrət Mehdinin (ə) proqramı digər imamların proqramlarından fərqlənir. Digər imamlara dinin yayılmasında var gücü ilә çalışmaq əmr olunmuşdu. Onlara savaş göstərişi verilmədiyindən bəzən öz dövrlərinin hakimi ilə müqavilələr bağlayırdılar. Amma həzrət Mehdinin (ə) missiyası başqa imamlardan fərqlidir. Qərara alınmışdır ki, həzrət yalnız zühur etməklə zülmə qarşı çıxıb ədaləti bərpa etsin. Bu səbəbdən də onun boynunda kimsəyə beyət olmamalıdır. Çünki hər an zühur baş verə bilər.

İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Mehdinin (ə) mövludu ona görə məxfidir ki, zühur etdiyi vaxt kimsə qarşısında öhdəçiliyi olmasın. Allah Öz əmrini bir gecədə gerçəkləşdirər.”(1)

Bundan əlavə, zalım hakimlər hər an bu qiyamı gözlədiklərindən və həzrətlə heç bir müqavilələri olmadığından çıxış yolunu yalnız onu öldürməkdə görürlər.

Sual: 288. Əsrin imamının qeyb fəlsəfəsi nədir?

Cavab: Qeyb dövrünün tarix boyu ən aktual suallarından biri imamın hansı məqsədlə qeybə çəkilməsi olmuşdur.

Araşdırmaya bizə həqiqəti aydınlaşdıracaq bir müqəddimənin bəyanı ilə başlayırıq:

1. Allah-tәala Quran-Kərimdə və İslam peyğəmbəri öz buyuruqlarında İslam dininin bütün dinlərə qələbəsini vəd etmişlər.

səh:180


1- [503] “Bihar”, c. 52, s. 96.

Allah-tәala buyurur: “Öz rəsulunu müşriklər ikrah duysa belə, bütün dinlərə qalib gəlmək üçün xalqın hidayətinə haqq dinlə göndərən Odur (Allahdır).”(1)

2. Bəndələrin halında ixtilaf göründükcə onların məsləhət və tədbiri dəyişir. Allah-tәala bəndələri ilə bağlı tədbiri öz öhdəsinə götürmüşdür. Onların ağlını kamilləşdirmiş, onları saleh əmələ yönəltmişdir. Yalnız bu yolla insan səadətə çata bilər. Əgər insanlar Allahın göstərişlərinə əməl etsələr, onlara yardım göstərmək Allahın öhdəsinədir. Vəzifəsini yerinə yetirən insana Allah öz yardımını artırır, getdiyi yolu onun üçün asanlaşdırır. Amma insan ilahi göstərişlərə qarşı çıxdıqda, günaha yol verdikdə məsləhət dəyişir və nəticədə mövqelər də əvəz olur. Bu halda Allah öz tövfiqini, yardımını insandan kəsir və o məzəmmət olunur. Allah ardıcıl olaraq öz imamlarını xalqa doğru göndərmişdir. Amma insanlar Allah övliyalarını qətlə yetirdiklərindən Allah son imamını qeybə çəkmişdir.

3. İstər kiçik, istər böyük ictimai iş münasib şərait tələb edir. Bu səbəbdən də ümumdünyəvi qiyam üçün xüsusi hazırlıq olmalıdır.

4. Heç şübhəsiz, zühur əsrində dinin qələbəsi fövqəladə qüdrətə, əhatəli elm və paklığa malik olan rəhbər və imama ehtiyaclıdır.

5. Şiə və sünnilər arasındakı mütəvatir rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) özündən sonra ardıcıl şəkildə gələcək 12 imamı sadalamışdır.(2)

6. Rəvayətlərdən və əqli dəlillərdən məlum olur ki, qiyamət gününədək yer üzündə məsum imamın, ilahi höccətin olması zəruridir.

Mərhum Kuleyni səhih bir sənəd əsasında Əbu-Həmzədən belə nəql edir: İmam Sadiqdən soruşdum ki, yer üzü imamsız qalarmı? Həzrət buyurdu: “Əgər yer üzü imamsız qalsa, məhv olacaq.”(3)

7. Peyğəmbərin və rəsulların kənara çəkilmə səbəblərindən biri İslam şəriətini yaymaq məqsədi ilə qətldən qorunmaq olmuşdur. İmam Mehdi (ə) də qorunmaq üçün təbii vasitələr gücdən düşdüyündən Allahın əmri ilə qeybə çəkilmişdir.

İmam Sadiq (ə) Zürarəyə buyurur: “Qaim (Mehdi) üçün qiyamından öncə bir qeyb var.” Zürarə deyir: “Həzrətə ərz etdim ki, hansı səbəbdən? Həzrət buyurur: “Qətlindən çəkindiyi üçün.”(4)

səh:181


1- [504] “Tövbə”, 33; “Səff”, 9.
2- [505] “Səhihe-Buxari”, c. 8, s. 127.
3- [506] “Kafi”, c. 1, s.179.
4- [507] “Kəmalud-din”, c. 2, s.441.

8. İmamın qeybə çəkilmə amillərindən biri onun əsrin zalım hakimlərinə beyətə məcbur edilməməsidir.

Şeyx Səduq imam Sadiqin (ə) dilindən nəql edir: “Qaim (Mehdi) öhdəsində kimsə ilə beyət olmayan bir halda qiyam edəcək.”(1)

9. Hidayət bir neçə qisimdir:

a) Fitri hidayət: Bu, fitrət yolu ilə hidayətdir. Qurani-Kərimdə oxuyuruq: Üzünü Rəbbinin xalis ayininə doğru tut. O, Allahın insanları yaratdığı vaxt onlara verdiyi fitrətdir. İlahi yaranışda nizamsızlıq yoxdur. Budur möhkəm ayin. Amma xalqın əksəri bilməz.”(2)

b) Təşrii (şəriət yolu ilə) hidayət: Bu, xalqın onlar arasındakı imam vasitəsi ilə doğru yola yönəldilməsidir. Qurani-Kərimdə oxuyuruq: “(Öncə) Xalq bir dəstə idi. (Onlar arasında ziddiyyət yarandı, tədricən təbəqələr əmələ gəldi.) Allah xalqa müjdə vermək və onu qorxutmaq üçün peyğəmbərlər seçdi. Xalq arasında ixtilaflı məsələlərdə mühakimə üçün haqqa dəvət edən səmavi kitab nazil oldu...”(3)

v) Təkvini (təbiət qanunları vasitəsi ilə) hidayət: Bu, varlıq nizamında tədbir tökməklə hidayətdir. Qurani-Kərimdə oxuyuruq: “Kitabdan elmi olan kəs dedi: “Gözünü qırpmamışdan qabaq onu sənin yanına gətirəcəyəm.” (Süleyman) Onu (taxtı) yanında dayanmış gördü və dedi: “Bu mənim Rəbbimin fəzlindəndir. Məni imtahana çəkir ki, görən şükür, yoxsa küfr edəcəyəm?!”(4)

q) Batini hidayət: O, təkvini vilayətin bir şöbəsidir və istəyə çatdırma mənasını bildirir. Qurani-Kərimdə oxuyuruq: Onları insanlara rəhbər etdik ki, xalqı bizə doğru hidayət etsinlər. Hər yaxşı işi, xüsusilə namazın bərpası və zəkat ödənməsini onlara vəhy etdik, onlar da bizə ibadətə qatıldılar.”(5)

Yuxarıdakı müqəddiməni nəzərdən keçirdikdə belə bir nəticə əldə edirik ki, həzrət Mehdinin (ə) nazənin varlığı haqlı olaraq vəd olunmuş günədək pərdə arxasında qalmalı, yalnız zəmin yarandıqdan sonra Allah-tәalanın izni ilə zühur etməlidir.

səh:182


1- [508] “Kəmalud-din”»
2- [509] “Rum”, 30.
3- [510] “Bəqərə”, 213»
4- [511] “Nəml”, 40.
5- [512] “Ənbiya”, 73.

Sual: 289. Həzrət Mehdi (ə) ilə bağlı şeyxiyyə firqəsi hansı əqidədədir?

Cavab: Şeyx Əhməd Ehsainin rəyasəti ilə formalaşmış şeyxiyyə əqidəsinə əsasən, xüsusi bir şəhərdə yerləşmiş xüsusi bir bədən forması mövcuddur. O öz baxışına əsasən bu nəzəriyyə ilə üç mühüm və dərin fəlsəfi məsələni təhlil etmişdir: Peyğəmbərin cismani merac səfəri, cismani məad və imam Mehdinin (ə) 10 əsrdən çox çəkmiş həyatı. Onun əqidəsincə, əsrin imamı qeyd olunmuş şəhərdə qeyri-maddi, xüsusi bir bədənlə yaşayır.

Şeyx Əhməd Ehsai imam Mehdini (ə) diri və xüsusi bir aləmdə mövcud bilir.(1)

O deyir: “O xüsusi varlıq iki xüsusi şəhərdən ibarət son mülkdür. Həzrət Qaim (Mehdi) dünyada misal aləmində deyil.” O sözünə belə davam edir: “Əsrin imamı qeyb dövründə həmin xüsusi aləmdədir və istədiyi vaxt bizim aləmin surətində buraya gəlir və kimsə onu tanımır.”

Sual: 290. “Cabulqa” və “Cabursa” dedikdə hansı şəhərlər nəzərdə tutulur?

Cavab: 289-cu sualda Şeyx Əhməd Ehsainin nəzərdə tutduğu şəhərlər «Cabulqa» və «Cabursa» adlanırdı. Bu şəhərlər haqqında Əbdül-Kərim Səfipur deyir: «Cabursa qərbdə bir şəhərdir və ondan sonra insan yoxdur. Cabulqa isə şərqin Cabulsaya qardaş şəhəridir.»

Xələf Təbrizi deyir: “Misal aləmi haqqında deyirlər ki, Cabulqa və Cabursa müsul aləmində iki şəhərdir. Bu məsələni araşdıran alimlər bildirirlər ki, bu mənzil salikin (haqq yolçusunun) son mənzilidir. Sonra bildirilir ki, Cabulqa salikin ilk mənzilidir.(2)

Qütbüddin Şirazi Cabulqa və Cabursa şəhərləri haqqında deyir: “Bu iki şəhər müsul ünsürləri aləminin şəhərlərindəndir.”(3)

Şeyx Əhməd Ehsainin tanınmış şagirdlərindən olan Seyid Kazim Rüşti deyir: “Cabulqa və Cabursa xalqdan haqqa doğru ilk səfərdə qərar tutur. Bu səfərin müxtəlif məhəlləri var. Onun 19-cu məhəlli “xəzirətul-qüds” adlanır və bu məhəldə misali quşlar qərar tutur. Cabursa və Cabulqa bu şəhərin iki məhəllidir. Bu məhəllərdən hər

səh:183


1- [513] “İrşadul-əvam”, c. 2, s. 151.
2- [514] “Burhani-qate”, c. 4, s. 552.
3- [515] “Şərhe-hikmətul-işraq”, s. 517-556»

birinin 70000 qapısı var. Hər bir qapının ağzında 70000 ümmət dayanır. Onlar bir-birləri ilə 70000 dildə danışır və heç bir dilin o biri dilə oxşarlığı yoxdur.”(1)

Sual: 291. “Hurqəlya bədən” dedikdə hansı bədən nəzərdə tutulur?

Cavab: Şeyxiyyə əqidəsinə əsasən, imam Mehdi (ə) “hurqəlya bədəndə” yaşayır.(2)

Şeyx Əhməd Ehsayi bildirir ki, “hurqəlyə” sabiin dilindən götürülmüşdür və Suryani (Suriya) kökündəndir.

Qütbüddin Şirazi deyir: Cabulqa və Cabursa müsul ünsürlü dəyərlərdəndir. Hürqəlya müsul əflakındandır. Demək, hurqəlya daha üstündür.(3)

Dediklərimizdən məlum olur ki, “hurqəlya aləm” dedikdə həmin misal aləmi nəzərdə tutulur. Çünki misal aləmi iki qisimdir: Başlanğıc və son aləmlər. Deyilir ki, bu aləmin iki şəhəri var: Cabulqa və Cabursa. Misal aləmi maddi aləmlə ilahi aləm arasında qərar tuta bilər. Bu fikir işraqilər tərəfindən qəbul edilir, məşşailər tərəfindən rədd olunur.

İşraqilər misal aləmini iki mərhələyə malik bilirlər: Dünyadan əvvəlki bərzəx və dünyadan sonrakı bərzəx.

Sual: 292. İmam Mehdinin (ə) varlığı ilə bağlı şeyxiyyə etiqadına hansı iradlar tutulur?

Cavab: Bu əqidəyə qarşı bir çox iradlar var. Onlardan bəzilərini nəzərdən keçirək:

1. İmamın hurqəlya bədəndə olmasını iddia etmək əslində onun yer üzündə olduğunu inkar etməkdir. Həzrət Mehdi (ə) bərzəx aləmində yaşayırsa, demək, yer üzü höccətsizdir. Bu isə mümkün deyil.

2. İmam Mehdinin (ə) hurqəlya bədəndə olması onun yer üzündə mövcudluğunu sübuta yetirən əqli dəlillərə ziddir.

3. Şeyx Əhməd Ehsayi Hurqəlya aləmi dünya aləmi ilə axirət aləmi arasında təsəvvür edir. Hansı ki, misal aləmi də ilahi aləmdəndir.

4. Həzrət Mehdinin (ə) Hurqəlya bədəndə yaşamasının heç bir dəlili yoxdur. Bu iddia heç bir əqli və nəqli dəlillə sübut olunmur.

səh:184


1- [516] “Şərhe-hikmətul-işraq”, s. 5.
2- [517] “Burhani-qate”, c. 4, s. 2391.
3- [518] “Şərhe-Hikmətul-işraq”, s. 517-556.

5. XIII əsrdə yersiz sözlər danışmaq geniş rəvac tapmışdı və avam xalq bunu alimlik kimi qəbul edirdi. Çox ola bilər ki, Şeyx Əhməd Ehsayi və Seyyid Kazim Rüşti avam xalqa xoş gəlmək üçün bu sayaq sözlərdən istifadə etmişlər.

Şeyx Əhmədin sözləri nəticəsində azğın Babilik və Bəhailik kimi təriqətlər meydana çıxmış, pak ayin adı altında dinsizlik rəvac tapmışdır.

Sual: 293. Həzrət Zəhranın (ə) (Fatimənin) həzrət Mehdinin (ə) nümunəsi, idealı olması nə deməkdir?

Bəs həzrət Mehdi (ə) həzrət Fatimənin (ə) hansı söz və rəftarını nümunə saymışdır? Bəyan olunmuş ehtimallardan üçünü nəzərdən keçirək:

1. Həzrət Fatimə (s) ömrünün sonunadək heç bir zalım hakimə beyət etməmişdir. Həzrət Mehdi (ə) də heç bir zalım hakimin qarşısında öhdəçilik götürməmişdir.

2. Şiələrdən bəziləri həzrətin imamətini qəbul etmirdilər. Həzrət onlara cavab olaraq buyurur: “Əgər icazəm olsaydı, elə edərdim ki, haqq söz aşkarlanardı və heç bir şübhə qalmazdı. Amma mən həzrət Zəhranın yolunu gedirəm. O xanım hakimiyyət haqsız yerə Əlidən alınsa da, heç vaxt qeyri-adi vasitələrdən istifadə etmədi. Mən də onun yolunu gedirəm. Öz haqqımı almaq üçün qeyri-adi yollardan faydalanmıram.”

3. Həzrət buyurur: “Əgər sizin hidayətiniz şövqündə olmasaydıq, gördüyümüz zülmlər səbəbindən sizdən üz döndərərdik.” Həzrət xanım Zəhraya (s) işarə ilə buyurur ki, düşmənlər həzrət Zəhraya (s) nə qədər əziyyət versələr də, müsəlmanlar bu zülm qarşısında sussalar da, xanım heç vaxt müsəlmanlara duadan əl çəkmədi, hətta başqalarını özündən üstün tutdu. Mən də bu zülmlərə dözürəm və sizə canıyananlığı, duanı, göstərişi əsirgəmirəm.

səh:185

Sual: 294. Zühurun (fərəcin) tezləşməsi üçün edilən duaların hansı təsirləri var?

Cavab: Sahibəzzaman (Mehdi) İshaq ibn Yəquba cavabında yazır: “Həqiqi və kamil qurtuluşun tezləşməsi üçün çox dua edin. Həqiqətən, sizin qurtuluşunuz bundadır.”(1)

Bilirik ki, şiələrin qurtuluşu həzrət Mehdinin (ə) zühuru sayəsində mümkün olasıdır. Nə qədər ki, həzrət qeybdədir, şiələr sıxıntı və təzyiqə məruz qalasıdır.

Hədisdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru dövrü həm tezləşə, həm də yubana bilər. (“Bəda.”) Həzrətin zühurunun tezləşmə amillərindən biri duadır. Bilirik ki, qəlb istəyi və zəmin olmadan edilən dua təsirsizdir. İnsan həm dili və qəlbi ilə istəməli, həm də əməli olaraq öz istəyinə zəmin yaratmalıdır.

Sual: 295. İmamın mövcudluğunun bəlalara hansı təsiri var?

Cavab: Sahibəzzaman Şeyx Müfidə ilk məktubunda buyurur: “Biz sizə yardım və himayədə yubanmırıq və sizi yaddan çıxarmırıq. Əgər belə olsaydı (yaddan çıxarsaydıq) bəlalar üstünüzə yağar, düşmənlər sizi məhv edərdi.”(2) Şiələr haqq-ədalətə üz tutduqlarından daim zalım hakimlərin təzyiqlərinə məruz qalmışdır. Bu səbəbdən də onların qurtuluş üçün yardımçıya ehtiyacı var. Həzrət bu məktubunda şiələrə müjdə verir ki, qeybdə olsam da, sizi himayə edirəm və imkan vermirəm ki, düşmənlərin sizə qarşı yönəlmiş planları gerçəkləşsin, şiə məzhəbi aradan getsin.

Digər bir hədisdə həzrət buyurur: “Mən vəsilərin (canişinlərin) sonuncusuyam. Allah mənim vasitəmlə şiələrin üzərindən bəlanı götürər.”(3)

Sual: 296. Dövrün imamını inkar edənlərin hökmü nədir?

Cavab: Sahibəzzaman İshaq ibn Yaquba cavablarından birində buyurur: Allah-tәala ilə kimsə arasında heç bir qohumluq yoxdur. Məni inkar edən məndən deyil. Bu şəxs Nuhun övladının yolunu tutmuşdur.”(4)

səh:186


1- [520] “Kəmalud-din”, s.485.
2- [521] “Ehticac”, c. 2, s. 323.
3- [522] “Kəmalud-din”, c. 2, s.441.
4- [523] “Kəmalud-din”, s.484.

Bu hədisi şiə və sünnilərin nəql etdiyi rəvayətlər təsdiqləyir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Ona süvar olan nicat tapar, ondan üz çevirən qərq olar.”(1)

Sual: 297. İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz nədir?

Cavab: Sahibəzzaman Şeyx Müfidə məktubunda yazır: “Hər biriniz sizi məhəbbət və dostluqda bizə yaxınlaşdıracaq işlər görməli, bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.”(2)

Aydın məsələdir ki, Əhli-beytə (ə) məhəbbət şəxsi, fərdi bir məsələ deyil. Bu, ilahi bir meyardır. Buna görə də Əhli-beyt məsumları şiələrin pis işdən çəkinib, yaxşı iş gördüklərini müşahidə etdikdə xoşhal olurlar.

Əgər Sahibəzzamanın məhəbbətini qazanmaq istəyiriksə, onu narazı salacaq işlərdən çəkinməliyik. Digər bir tərəfdən, çalışmalıyıq ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək.

Sual: 298. Bulud arxasındakı günəşlə qeybdə olan imamın hansı oxşarlığı var?

Cavab: Sahibəzzamanın İshaq ibn Yaquba cavabında buyurulur: “Qeyb dövründə mənim vasitəmlə fayda əldə etmək bulud arxasında günəşdən faydalanmaq kimidir.”(3)

Bulud arxasındakı günəşlə qeybdəki imam arasında müqayisə aparılması bəzi nöqtələri üzə çıxarır:

1. İnsanlar daim günəşin bulud arxasından çıxmasını gözlədiyi kimi, qeyb dövründə imamın zühuru intizarında olurlar.

2. Qeyb dövründə imamın varlığını inkar etmək bulud arxasındakı günəşi inkar etmək kimidir.

3. Bulud günəşi tam örtmədiyi kimi, qeyb də imama tam mane ola bilmir. Xalq qeyb dövründə həzrəti görməsə də, onun vücudundan bəhrələnir. İmamdan faydalanma yollarından biri təvəssüldür.

4. Günəş buludlar arasından bəzən göründüyü kimi, imam da arabir bəzi ləyaqətli insanlarla görüşür və bu yolla onun mövcudluğu xalqa sübut olunur.

səh:187


1- [524] “Mustədrəke-Hakim”, c. 3, s. 151.
2- [525] “Ehticac”, c. 2.
3- [526] “Bihar”, c. 53, s. 180.

5. Buludlar günəşi aradan götürə bilmir, sadəcə, onun üzərinə pərdə çəkir. Qeyb də belədir. İmam görünməsə də mövcuddur.

Sual: 299. Biz “fətrət”, yəni imamət cərəyanının qırıldığı dövrdəyikmi?

Cavab: Əhməd Katib deyir: “Bəzi şiələr elə düşünürlər ki, peyğəmbərlik cərəyanı qırıldığı kimi imamət cərəyanı da qırıla bilər. Onlar öz iddialarını müəyyən rəvayətlərlə sübuta yetirirlər. Onlar düşünürlər ki, Allahın qəzəbi bu cərəyanı qıra bilər. Onlar deyirlər: “Hazırda həmin dövrdür.”

Əvvəla, Şeyx Müfid “Əl-füsulul-muxtarə” kitabında imam Həsən Əsgəridən (ə) sonrakı müxtəlif quruplar haqqında danışdıqdan sonra buyurur: “Amma yaşadığımız hazırkı dövrdə 12 imamçı şiədən başqa firqə qalmayıb.”(1)

İkincisi, Əhməd Katibin üz tutduğu rəvayətləri araşdırdıqda görürük ki, bu rəvayətlər nəinki həzrətin mövcudluğunu inkar etmir, hətta bu mövludu təsdiqləyir. Bəzi rəvayətləri nəzərdən keçirәk: Məhəmməd ibn Fərəc deyir: İmam Əbu-Cəfər mənə yazdığı məktubunda bildirirdi: “Əgər Allah-tәala öz xalqına qəzəblənsə bizi onlardan uzaqlaşdıracaq.”(2)

Bu rəvayət aşkar şəkildə həzrət Mehdinin (ə) mövludunu təsdiqləyir. Rəvayətdən məlum olur ki, o mövcuddur, amma nəzərlərdən qeybdədir.

Üçüncüsü, bu rəvayətlər sənəd baxımından zəifdir. Mərhum Məclisi də bu məsələni qeyd etmişdir.

Dördüncüsü, bu rəvayətlər qrupu mütəvatir rəvayətlərə ziddir. Mütəvatir rəvayətlərdə bildirilir ki, yer üzü heç vaxt höccətsiz ola bilməz.

Sual: 300. Həzrət Mehdi (ə) qeyb dövründə hansı işləri görür?

Cavab: Böyük qeyb dövründə həzrətin çox mühüm işləri var. O zahiri hakimiyyətə malik olmasa da, bütün işlərə nəzarət edir və müəyyən işlərə qatılır.

İmamət və rəhbərlik şəni onu öz vəzifəsini ən üstün şəkildə yerinə yetirməyə sövq edir. Həzrətin ömrü Allaha itaət yolunda keçir. İmam öz ictimai vəzifələrini insanların ümumi faydası istiqamətində

səh:188


1- [527] “Əl-füsulul-muxtarə”, s. 259.
2- [528] “Kafi”, c. 1, s. 343.

yerinə yetirir. İnsanların hidayəti, müxaliflərə qarşı möminlərə yardım, müşkül məsələlərin həlli, fərdlərin moizə-nəsihəti, xəstələrə şəfa, yolda qalmışlara bələdçilik, elm və maarif təlimi, ehtiyaclılara iqtisadi yardım, çətinliyə düşənlərin fəryadına çatmaq həzrətin işlərindəndir.

Həzrətin mühüm işlərindən biri də şiə cəmiyyətini nizama salmaq, elmi hövzələri tarix boyu nəzarətdə saxlamaqdır.

Sual: 301. İmamın hadilik, tərbiyəçilik vəzifəsi onun qeybdə olması ilə bir araya sığırmı?

Cavab: Kəlam, fəlsəfə və irfan kitablarına müraciət etdikdə imamətin iki təfsiri ilə rastlaşırıq:

1. Kəlam əsasında tərif: İmamət dini və dünyəvi işlərə bir nəfər vasitəsi ilə rəyasətdir.(1)

2. Fəlsəfi-irfani tərif: İmamət peyğəmbərlik kimi bir mənsəbdir, bu iki məqam arasında vəhydən savay fərq yoxdur. Peyğəmbərliyə aid olan bütün vəzifələr (vəhydən savay) imamətə də aiddir. İmamət eyni zamanda insanları zəruri kamala çatdırmaq üçün batini yardımdır.

Uyğun tərifə əsasən, din və dünya işlərinə rəyasət bu mənada imamət şənindəndir. 12 imamçı şiə əqidəsinə əsasən bu məna mötəbərdir. Bu səbəbdən də imamət dinin üsulu sayılmışdır.

Əllamə Təbatəbai buyurur: “İmamət itaət məqamıdan üstün bir həqiqət, din və dünya rəyasəti, yer üzündə xilafət və canişinlikdir.”(2)

İmamətin məna dərinliyi budur ki, o batini bir hidayət olub, xalq üzərində vilayətdir. Bu hidayət istəyə doğru səydən başqa bir şey deyil.

Mütəkəllimlər (kəlam alimləri) imamətə verdikləri tərifdə bir neçə dəlilə əsaslanır: Lütf qaydası, şəriətin hifzi zərurəti, Allah dininin aydınlaşdırılması. Bütün bunlar imamın xalq arasında hüzuru ilə təmin edilir.

Soruşula bilər ki, bu lütf imamın qeybi ilə necə uyğun gəlir?

Əvvəla, Sahibəzzəman şəriətin ümumi hifz edənidir. O batil ittifaqa qarşıdır.

İkincisi, ilahi lütfün müxtəlif dərəcələri var. Əziyyət zamanı daha çox lütf gətirən iş öndə gəlir. İmamın hüzurunda xalq ilahi lütfə çatsa da, onun qeybi zamanı gerçəkləşən lütf daha mühümdür. Qeyb fəlsəfəsi haqqında danışarkən bu məsələyə işarə olundu. İmamətin ikinci tərifi irfani tərifdir. Bu tərifə əsasən imamət insanların batininə

səh:189


1- [529] “Nəhcul-Mustərşədin”, s. 62.
2- [530] “Əl-Mizan”, c. 1, s. 271.

nüfuz edə bilən bir həqiqətdir. Bu hidayət sayəsində insanlar məqsədə çatır.

İmamətə verilən bu tərif qeyblə uyğun gəlir. İmam qeyb dövründə də nəzərdə tutulan işləri görə bilir. Qeyb dövrü boyu həzrətә bu sayaq yardımlar göstərilmişdir.(1)

Sual: 302. İmam qeybdə ikən onu necə tanımaq olar?

Cavab: Müxtəlif firqələrə aid mənbələrdəki rəvayətlərə əsasən Peyğəmbər (s) buyurmuşdur: “Dövrünün imamını tanımadan ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”(2) Bəs qeybdə olan imamı necə tanımaq olar?

İmamı tanımaq dedikdə onu zahiri baxımdan tanımaq nəzərdə tutulmur. Məqsəd imamın məqamını, Allahın yanındakı yerini tanımaqdır. İmam şəriəti qoruyan kəsdir. O, təkvini və təşrii feyz vasitəsidir. O, Allahın izn və iradəsi ilə insanların batininə təsir göstərir, onları haqqa yönəldir. O bütün əvvəl və axır elmlərin toplumudur.

Bütün bu məlumatları imamı görmədən də əldə etmək olar.

Sual: 303. Hansı dəlilə əsasən bu zaman “axirüz-zəman”, “son dövr” adlanır?

Cavab: İslami rəvayətlərdə axirüz-zəmanın, yəni dünyanın sonunun əlamətləri zikr olunmuşdur. Bu nişanələr həyata keçdikcə anlayırıq ki, hazırda həmin dövrdə yaşayırıq. Bu əlamətlərdən bəzilərini yada salaq:

1. Qorxu və ümidsizliyin artması – İmam Baqir (ə) buyurur: “Qorxu və ümidsizlik hakim olmayınca həzrət Qaim qiyam etməz.”(3)

Başqa bir hədisdə həzrət buyurur: “İmam cəmiyyətin işləri zalımların əlində olan vaxt qiyam edər.”(4)

2. Məscidlərin hidayətdən uzaqlığı – Həzrət Peyğəmbər (s) axirüz-zamanda məscidlərin vəziyyəti haqqında buyurur: “Həmin dövrün məscidləri zahirən abad və gözəldir. Amma bu məscidlərdə hidayət və tərbiyədən xəbər yoxdur.”(5)

səh:190


1- [531] “Əl-Mizan”, c. 14, s. 304.
2- [532] “Şərhe-Məqasid”, c. 2, s. 375.
3- [533] “Nemani”; “Əl-Ğeybət”, s. 235»
4- [534] “İbn-Tavus, “Məlahim”, s. 77.
5- [535] “Bihar”, c. 2, s. 190.

3. İnsanlar arasında soyuqluq – Həzrət Peyğəmbər (s) bu barədə buyurur: “Həmin dövrdə böyüklər tabeçiliklərində olanlara və kiçiklərə rəhm etməz. Güclü zəifə rəhm göstərməz. Allah həmin vaxt ona (Mehdiyə) qiyam izni verər.”(1)

4. Əxlaqi pozğunluqların çoxalması – Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər ki, qadın günün günorta çağı aşkar şəkildə yolun ortasında təcavüzə məruz qalmır və həmin işə görə məzəmmət edən var, qiyamət qopmaz.”

Məhəmməd ibn Müslim deyir: “İmam Baqirә (ə) ərz etdim: “Ey Allah rəsulunun övladı! Sizin qaim nə vaxt zühur edəcək?” İmam buyurdu: “Kişilər özünü qadına, qadınlar özünü kişiyə oxşatdığı vaxt. O vaxt ki, kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənər.”(2)

5. Az övlad istəyi - İslam peyğəmbəri buyurur: “Beş övladı olan dörd övlad arzusuna düşməyincə qiyamət qopmaz. Həmin vaxt dörd övladı olan “kaş üç övladım olaydı”, üç övladı olan “kaş iki övladım olaydı”, iki övladı olan “kaş bir övladım olaydı”, bir övladı olan, “kaş övladım olmayaydı” deyər.(3)

6. Qəfil ölümlər –Həzrət Peyğəmbər (s) buyurur: “Ağ ölüm, yəni qəfil ölüm zahir olmayınca qiyamət bərpa olmaz.”(4)

7. Müharibə və qırğınlar – İmam Riza (ə) buyurur: “Həzrət Mehdinin (ə) zühurundan öncə ardıcıl və aramsız qırğınlar baş verəcək.”(5)

Sual: 304. Necə ola bilər ki, imam aramızda olsun, amma biz onu tanımayaq?

Cavab: Həzrət Mehdinin (ə) böyük qeyb dövründəki məxfiliyi barədə iki nəzəriyyə var:

Nəzəriyyələrdən birinə əsasən həzrət Mehdi (ə) şəxsən məxfidir. Yəni o bizdən uzaqdadır, kimsənin əli çatmayan yerdə yaşayır.

İkinci nəzəriyyəyə əsasən, həzrət Mehdi (ə) şəxs olaraq məxfi deyil. O bizim aramızdadır, amma biz onu tanımırıq. İkinci nəzəriyyə bir növ ünvanın məxfiliyindən ibarətdir.

səh:191


1- [536] Həmin mənbə, c. 52, s. 380.
2- [537] “Kəmalud-din”, c. 1, s.331.
3- [538] “Firdovsul-əxbar”, c. 5, s. 227.
4- [539] “Əl-faiq”, c.1, s. 141.
5- [540] Nemani, “Əl-Ğeybət”, s. 271.

Sual: 305. Həzrət Mehdinin (ə) varlığına imanı necə gücləndirmək olar?

Cavab: Bu istiqamətdə imanı gücləndirmək üçün bir neçə yol var:

1. Əqli dəlilləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna imanı gücləndirmək olar.

2. Quran ayələrini və rəvayətləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna dərin iman əldə etmək olar.

3. Həzrət Mehdinin (ə) hüzurunda olmuş, onunla görüşmüş insanların haqqında mütaliə etməklə insan uyğun istiqamətdə imanını gücləndirə bilər.

4. Həzrətə xitabən tərtib olunmuş bu duaları oxumaqla onun mövcudluğuna iman güclənə bilər.

Sual: 306. Sahibəzzaman qeyb dövründə xalqı necə hidayət edir?

Cavab: 1. Təşrii hidayət (şəriət yolu ilə tərbiyə): Xalq üçün şəri hökmlərin və ilahi maarifin bəyanı. Bu növ hidayət adətən imamın iştirakı ilə təmin olunur.

2. Batini hidayət: Belə bir hidayət insana daxili yardımlarla müşayiət olunur. Bu hidayət təkvini hidayət növüdür və onun gerçəkləşməsi üçün imamın hüzuruna, xalqla görüşünə ehtiyac yoxdur. İmam qeybdə ola-ola batini hidayət gerçəkləşə bilər. Daxilində təlatüm qopmuş insanlar Allahın iradəsi ilə Sahibəzzaman nahiyəsindən qəlbən hidayət olur.

3. Şiələr həzrət Mehdinin (ə) bir çox başqa hidayətlərindən də bəhrələnir. Yol azanlara bələdçilik, xəstələrə şəfa bu qəbildəndir.

Sual: 307. Milad bayramlarının hansı təsirləri var?

Cavab: Həzrət Mehdinin (ə) mövlud mərasimlərinin bir sıra müsbət təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:

1. Şiələr hər il xüsusi bir gündə həzrət Mehdini (ə) yad edərək bir yerə toplaşır. Həzrətə məhəbbətlərini bildirməklə qəlblərində onun xatirəsini canlandırırlar.

2. Bu sayaq bayramlar insanın ruhuna müsbət təsir göstərir, zühura olan etiqadı möhkəmləndirir.

3. Bu bayramlarda həzrətin kamillik və fəzilətləri yada salınır, nəticədə xalq həzrətə təvəssül edərək Allaha yaxınlaşır.

4. Bu mərasimlərdə ehsanlarla, şirni paylamaqla xalqın könlü açılır, zəiflər təbəqəsi maddi baxımdan bəhrələnir.

səh:192

5. Belə bir mərasim xalqı Allaha doğru dəvət üçün münasib fürsətdir.

Sual: 308. Saleh insanların imamla görüşünü necə sübut etmək olar?

Cavab: Yuxarıdakı sual əslində iki hissədən təşkil olunmuşdur:

1. Bəzilərinin həzrətlə görüş iddiasını necə sübut etmək olar?

2. Necə bilmək olar ki, bu görüşdə onlar şəxsən həzrəti görmüşlər?

İlkin olaraq deyə bilərik ki, biz hər görüş iddiasında olanın sözünü qəbul etmirik. Belə bir görüşün həqiqiliyi yalnız dəlillər əsasında qəbul edilir.

Bu şəxs doğru danışan olmalı, kimsə ondan yalan, xilaf əməl, ədalətsizlik görüb-eşitməməlidir.

Digər bir nöqtə budur ki, həzrətlə görüş iddiasında olan şəxsin dedikləri həqiqətə uyğun olmalı, qeybi xəbərlərlə münasib gəlməlidir.

İkinci sualın cavabında deyə bilərik ki, həzrətlə görüş iddiasında olanlar özləri müəyyən dəlillər gətirmiş, hər biri həzrətin varlığını sübut edən möcüzələr və qeybi xəbərlərə şahid olmuşlar.

Onlar bu yolla məhz həzrətlə görüşdüklərinə əmin olmuş və bu xəbəri bizə nəql etmişlər.

Sual: 309. Sahibəzzaman məhəbbətini qəlblərdə necə diriltmək olar?

Cavab: İnsanların, xüsusi ilə gənclərin qəlbində Sahibəzzaman məhəbbətini diriltməyin müəyyən yolları var. Onlardan bəzilərini nəzərdən keçirək:

1. Qəlbini Allah vəlisinin eşqi ilə doldurmaq istəyənlər öncə bu qəlbi paka çıxarmalıdır. Həm də nəfs çirkin sifətlərdən təmizlənməlidir.

Bu səbəbdən də əxlaq ustadları haqq yol yolçusu (salik) üçün ilkin mərhələdə nəfsin təmizlənməsini zəruri saymışlar. Demək, öncə nəfs çirkinlikdən təmizlənməli, sonra əxlaqi gözəlliklərlə zinətlənməlidir.

2. Gücümüz çatan və qarşı tərəfin qəbul edəcəyi həddə imamın məqam və kamilliklərini bəyan edək. Həzrətin xalqın halından xəbərdarlığını, ilahi rəhmaniyyət məzhəri olduğu, daim şiələr haqqında düşündüyü nəql edilməlidir.

İnsan zatən və fitrətən kamillik aşiqidir. Digər bir tərəfdən, insanda kiməsə qarşı belə bir eşq yarandıqda ona müti olur.

səh:193

Sahibəzzaman xalqı Allaha doğru dəvət etdiyindən ona qarşı eşq yarandıqda insan Allaha doğru meyl edir.

Qeyd etməliyik ki, xalqın imam Mehdiyə (ə) məhəbbətə dəvəti əslində Allaha doğru çağırış, qəlblərdə Allah eşqinin ərsəyə gəlməsi üçün cəhddir.

Sual: 310. Sahibəzzaman dünyanın bütün nöqtələrində olurmu?

Cavab: Prinsipcə, həzrət Mehdi (ə) Allahın qeyb elminin məzhəri olduğundan hər yerdə olur və hər şeydən xəbərdardır. Başqa sözlə, imamın istədiyi onun üçün hazırdır. Həzrət bəzən Allah tərəfindən çarəsizlərə yardımla bağlı əmr alır. Beləcə, həzrət Allahın məsləhət bildiyi yerdə hazır olur.

Sual: 311. Həzrətin “Bəqiyyətullah” ləqəbinin mənası nədir?

Cavab: “Bəqiyə” fəna və yoxluğun ziddidir. Bu sözün lüğət mənası davamlılıq və sabitlikdir. “Bəqiyyətullah”, yəni Allahın yer üzündə sabit qalmışı.

“Nüdbə” duasında oxuyuruq: “Allahın yalnız pak itrətdən olan sabit qalmışı haradadır?”

Burada iki ehtimal var:

1. “Bəqiyyətullah” dedikdə Allahın yer üzündəki höccətinə işarə olunur. Yez üzü heç vaxt onsuz deyil və olmayacaq.

2. “Bəqiyyətullah” yer üzündə davamlı vücudu olan Sahibəzzamanın ləqəbidir.

İbn Sikkit deyir: “Bu cümlə o zaman işlədilir ki, insan bir kəsi gözləyir, onun intizarı ilə əyləşmişdir.”

Sual: 312. Nə üçün həzrət Mehdini (ə) görənlərin bir çoxu öncədən onu tanımırlar?

Cavab: Əvvəla hər adam imamla görüşə nail ola bilmir. Öncədən həzrəti tanımış və onunla görüşmüş şəxslər azdır. Seyyid Bəhrül-ülumu, Müqəddəs Ərdəbilini misal göstərmək olar.

İkincisi, həzrətin insanlarla görüşməkdə məqsədi problemləri aradan qaldırmaqdır. Belə bir məqsəd həzrəti tanımadan da ödənə bilər.

Üçüncüsü, həzrət ünsiyyət olmadığı üçün tanınmır. Adətən, birinci görüşdə insanlar onu tanıya bilmir.

səh:194

Dördüncüsü, insan bəzən eşqinin çoxluğundan qarşısında dayanan adamdan qəflətdə qalır. Yalnız istəyi qəbul olduqdan sonra anlayır ki, qarşısındakı kim imiş.

Bеşincisi, böyük qeyb dövründə həzrətin tanınmaması prinsipial bir məsələdir. Bu qeyb dövründə onun məxfi halda qalması ilahi bir məsləhətdir.

Sual: 313. Nə üçün başqa imamlar qeybə çəkilməmişdir?

Cavab: İmam Mehdinin (ə) şəraiti digər imamların şəraitindən fərqlənmişdir.

a) Həzrət Mehdi (ə) 12 imamın sonuncusudur.

b) Hər an qiyamı gözlənilən həzrət zahir olub hansısa zalım hakimə beyət edə bilməz.

v) Qeyb olmasaydı, Allahın yer üzündəki yeganə höccəti düşmənlər tərəfindən qətlə yetirilərdi.

Bütün bu səbəblərdən həzrətin qeyb pərdəsi arxasında qalması məsləhət olmuşdur.

Sual: 314. Nə üçün biz öz imamımızla görüşə bilməyək?

Cavab: Əvvəla, hazırkı dövrdə vəzifəmizi bilməli, kamilliyə çatmaq üçün nə etməyimizi dərk etməliyik.

Bizim yeganə vəzifəmiz məsum imamlar tərəfindən bəyan olunmuş ilahi göstərişlərə əməl etməkdir. Həzrətlə görüşmək şərəf olsa da, belə bir ilahi əmr yoxdur.

İkincisi, həzrətin qeybə çəkilməsinin səbəbi özümüz olmuşuq. Əgər yaratdığımız maneələri aradan götürə bilsək, onunla görüşə bilərik.

Üçüncüsü, hər bir ümmət hər bir dövrdə hansısa imtahana çəkilir. İmamın qeybə çəkilməsi şiə cəmiyyəti üçün böyük imtahan sayılır.

Dördüncüsü, kimsə deməyib ki, biz imamın xidmətinə çata bilmərik. Belə bir arzuya çatmaqdan ötrü göz və qəlbdən çirkabı təmizləyib ləyaqəti əldə etsək, həzrət özü görüşümüzə gələcək.

Sual: 315. Hansı yolla həqiqi Mehdi (ə) aşiqi olmaq mümkündür?

Cavab: Aşiq insan üçün cəhət var. Həzrət Mehdiyə aşiq olmaq istəyiriksə, şübhəsiz, cəhət götürməliyik. Biz onu sevirik. Çünki o bütün yaxşılıqların, ədalətin, bəndəliyin məzhəridir...

Biz həzrət Mehdini (ə) yaxşılıqlara əməl baxımından ən kamil fərd saydığımız üçün onu sevirik. Əslində həqiqi imam aşiqi

səh:195

yaxşılıqların aşiqi olmalıdır. Həqiqi imam aşiqi əslində yaxşı əməl aşiqidir.

Əgər yaxşılıqlara aşiqiksə və bu məqsədlə əməl ediriksə, demək, əslində Sahibəzzaman (ə) aşiqiyik.

Sual: 316. Zühurun təxirə düşməsinin səbəbi nədir?

Cavab: Zühurun təxirə düşməsinin səbəbkarı insanlar özüdür. Ümumdünya ədalət hökumətinin qurulması üçün insanlar özü şərait yaratmalıdır. O cümlədən:

1. Xalq ədalət məfhumunu anlamalıdır;

2. Can-qəlbdən ədalət istəyəcək həddə çatmalıdır;

3. Şəriət göstərişlərinə əməl etməklə yüksək düşüncə və mədəniyyət səviyyəsinə çatmalıdır;

4. Bəşəriyyət elm və texnika sahəsində inkişafa nail olmalıdır.

Sual: 317. İmam Sadiqin (ə) “Əgər onun dövründə olsaydım, ömrü boyu ona xidmət edərdim” buyuruğu həzrət Mehdinin (ə) digər imamlardan üstünlüyünü göstərmirmi?

Cavab: Zühur dövründə rəhbər həzrət Mehdi (ə) olduğundan hamı ona yardım göstərməyə borcludur. Uyğun təbir bu məqsədlə işlədilmişdir.

Sual: 318. Dövrünün imamını tanımayan nə üçün cahil kimi ölür?

Cavab: Əvvəla, insanın mərifəti onun əməllərinə təsirlidir. Həzrət Mehdi (ə) Allahın yer üzündəki höccətidir. Ona itaət vacibdir. Bu səbəbdən də hər bir insan onu tanımağa çalışmalıdır. Əks-təqdirdə cahil bir ölümlə dünyadan gedəsiyik.

İkincisi, imamı tanımasaq, ləyaqətsiz bir adama itaət edəsiyik. İnsan kimi ideal seçməli və dini kimdən öyrənməlidir? Rəhbərlik iddiasına düşmüş hər kəsə itaət göstərmək, onu imam seçmək olarmı?!

Sual: 319. Zühurun tezləşməsi üçün vəzifəmiz nədir?

Cavab: İmamın zühuru şəraitdən asılıdır. Şiələrə aid olan isə aşağıdakılardır:

Əvvəla, özümüzü islah edib, zühur dövrünün şərtləri ilə uyğunlaşdıraq.

İkincisi, cəmiyyətdə həzrətin zühuru üçün zəmin yaradaq, gücümüz həddində xalqın islahı üçün çalışaq. Belə etsək, həzrətin qüdrət əli ilə maneələr aradan qalxar, ümumdünya ədalət hökuməti səh:196

üçün şərait yaranar. Bu səbəbdən də buyurulmuşdur: “Xilaskarın intizarında olanlar özləri saleh fərdlərdir.”

Üçüncüsü, Allah dərgahına dua və ah-nalədən əl çəkməyək. Rəvayətlərə əsasən, dua və ah-nalənin zühur üçün böyük təsiri var.

Sual: 320. Şiələrin günahı zühuru təxirə salırmı?

Cavab: Zühur vaxtı həzrətin pak və xalis insanlara ehtiyacı var. Ümumdünya ədalət hökumətini qurmaq üçün layiqli şəxslərin varlığı zərurətdir. Günahlar zühuru təxirə salıb, onun mühüm şərtlərindən birinin ödənməsinin qarşısını ala bilər.

Digər bir tərəfdən, həzrət Mehdi (ə) elə bir dövrdə zühur edəcək ki, bütün yer əhli ali bir mədəniyyətdən bəhrələnmiş olsun. Zühur ilə ağıllar kamilləşməli, şəri göstərişlərə əməl sayəsində hədəf gerçəkləşməlidir.

Sual: 321. Sədəqə verməyin həzrət Mehdinin (ə) salamatlığına hansı təsirləri var?

Cavab: Sədəqə vermək dəyərli və böyük savaba malik bir işdir. Sədəqə bəlanı insandan uzaqlaşdıra bilər. Əgər insan Sahibəzzaman (ə) tərəfindən, həzrətin vəkaləti ilə sədəqə versə, həm özü, həm də həzrət üçün faydalıdır.

Sədəqənin insan üçün böyük təsirləri var. Möminə hədiyyə, ən əsası yer üzünün ən mömin şəxsinə hədiyyə böyük savaba malikdir.

Sədəqənin həzrətə də təsiri var. Sədəqə səbəbindən Allah ona daha böyük bərəkət əta edir və inayətini artırır. Çünki Allahın inayətinin həddi yoxdur. Sədəqə həm də həzrətin vücudundan bəlanı uzaqlaşdırır. Çünki Allah-tәala həzrəti müxtəlif yollarla, o cümlədən sədəqə yolu ilə hifz edir.

Həzrətin salamatlığı haqqında edilən dualar da bu sayaq müsbət təsirə malikdir.

Sual: 322. Yer üzünü fəsad bürüdüyü halda nə üçün həzrət zühur etmir?

Cavab: Fəsadın yer üzünü bürüməsi zühur üçün şərt olsa da, kafi şərt deyil. Həzrətin məqsədlərindən biri yer üzündə haqq-ədalətin genişlənməsidir. Əlbəttə ki, bunun üçün müəyyən şərtlər ödənməlidir. Bəzi şərtləri nəzərdən keçirək:

a) Cəmiyyətin düşüncə səviyyəsinin yüksəlməsi;

b) Rabitə və informasiya şəbəkəsinin inkişafı və genişlənməsi;

səh:197

v) Ədl və tövhid prinsiplərinin cəmiyyətdə genişlənməsi üçün həzrətlə həmkarlıq edəsi xüsusi və kamil insanların ərsəyə gəlməsi;

Sual: 323. Zühur vaxtı haqqında danışmaq düzgündürmü?

Cavab: Bir neçə səbəbdən zühur vaxtı haqqında danışmaq olmaz:

1. Heç bir rəvayətdə dəqiq və ya qeyri-dəqiq, zühur vaxtı göstərilməmişdir.

2. Zühur vaxtı müəyyən səbəblərdən dəyişə biləcəyi üçün (“Bəda”) bu barədə danışmaq olmaz. İnsan qeyri-adi yollarla məlumat əldə etsə belə bu barədə danışmamalıdır.

3. Bəzən zühur haqqında xəbərlər eşidirik. Amma deyilən vaxtda zühur baş vermədiyindən xalq ümidini itirir.

4. Bəzi rəvayətlərdə zühur vaxtının müəyyənləşdirilməsi qadağan edilmişdir.

Sual: 324. Həzrət Mehdiyə (ə) ərizə ilə müraciət etmək mötəbərdirmi?

Cavab: Həzrət Mehdiyə (ə) ərizə yazmağın mümkünlüyünü sübuta yetirən müəyyən dəlillər vardır:

1. Ərizə yazılması həzrət Mehdiyə (ə) təvəssül növlərindən biridir. Bu iş dini mənbələrdə müstəhəb işlərdən sayılmışdır.

2. Böyük dini şəxsiyyətlər bu işi görmüş və onun bərəkətindən faydalanmışlar. Mühəddis Nuri “Nəcmus-Saqib” kitabında bu mövzuda maraqlı bir əhvalat nəql edir.(1)

3. Kəfəmi “Əl-Misbah” və “Əl Bələdul-əmin” kitablarında ərizənin hansı qaydada yazılmasını açıqlayır. Məlum olur ki, imama ərizə yazılması qanuni bir işdir.(2)

Mərhum Məclisi buyurur: “Ərizəni atarkən belə xəyal etsin ki, bu məktubu xüsusi naibə təhvil verir.”(3)

Şeyxul-Taifə Əbu-Cəfər Tusi “Misbahul-Mutəhəccid” kitabında deyir: “Allaha ünvanlanmış məktub yazılır, bükülür və sonra həzrət Bəqiyyətullaha digər bir məktub yazılır...”(4) Sonra alim hər bir ərizənin yazılma qaydasını göstərir.

səh:198


1- [541] “Nəcmus-Saqib”, s. 421.
2- [542] “Misbah”, s. 531; “Əl-Bələdul-Əmin”, s. 227.
3- [543] “Bihar”, c. 94, s. 30.
4- [544] Həmin mənbə, s. 27.

Sual: 325. Həzrətin zühurundan öncəki qiyamların hökmü nədir?

Cavab: Bəziləri bu əqidədədirlər ki, imam Mehdinin (ə) zühurundan öncə zalım hakimlərə qarşı qiyam qaldırmaq haramdır. Onlar imam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə istinad edirlər. Həmin rəvayətdə buyurulur: “Qaimin qiyamından öncə ucalan hər bir bayraq sahibi zalım hakimdir və Allahdan qeyrisinə ibadət edir.”(1) Bu barədə nə demək olar?

1. Bu rəvayət ümumi şəriət üsulu, o cümlədən əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) və cihad hökmlərinə ziddir. Çünki bu üç hökmün mərtəbələri var və bu mərtəbələrdən biri qiyamdır.

2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var.

3. Bəzi rəvayətlərdən məlum olur ki, imam külli olaraq inqilabların mümkünlüyünü inkar etmir, sadəcə, onların son hədəfə çatmayacağını bildirir. Necə ki, Zeydin və Muxtarın qiyamları son hədəfə çatmadı.

4. İnqilaba çağırış iki qisimdir: Kimi Əhli-beyt hakimiyyətinin bərpasına çağırır və belə bir çağırış batil deyil.

Bir digəri şəxsi məqsədlərini həyata keçirmək üçün batilə dəvət edir. Beləcə, şəriət və Əhli-beyt imamətini müdafiə üçün qaldırılmış qiyamlar uyğun rəvayətlərdə nəzərdə tutulmur. Həzrət Zeynəl-Abidindən (ə) Muxtarın qiyamı haqqında soruşulduqda buyurdu: “Qara bir qul bizə yardım üçün ayağa qalxsa, ona yardım göstərmək vacibdir.”(2)

İmam Sadiq (ə) buyurmuşdur: “Bəni-Haşimdən on iki nəfər qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”(3)

Müqəddəs sərdabə

Sual: 326. Sahibəzzaman (ə) qeyb dövründə evindəki sərdabədəmi qeybə çəkilmişdir?

Cavab: Sünnə əhli şiələrin əqidəsinə istehza ilə deyir: “Şiələr inanır ki, Mehdi (ə) dünyaya gəldikdən sonra sərdabədə qeybə çəkilmişdir, indi də oradadır və sərdabədən zühur edəcək. Guya, şiələr

səh:199


1- [545] “Kafi”, c. 8, s. 295.
2- [546] “Bihar”, c. 45, s. 365.
3- [547] “Əl-Ğeybət”, Tusi, s. 437.

hər gün sübhdən qüruba qədər sərdabənin qarşısında göz yaşı axıdıb onun zühurunu gözləyirlər.”(1)

Əvvəla, “sərdabə” dedikdə hər bir tikilinin alt təbəqəsində yerləşən sərin yer nəzərdə tutulur. Bu sayaq sərdabələr, adətən, İraqda müşahidə olunur. Samirra da belə yerlərdəndir. İmam Hadi (ə) öz əhli-beytinin asayişi üçün belə bir sərdabə tikmişdi. Bu sərdabə onun şəhadətindən sonra irs olaraq imam Əsgəriyə çatdı.

Tarixi məlumatlara əsasən, həzrət Mehdi (ə) mövludundan başlayaraq xalqın, xüsusi ilə zalım hakimlərin gözündən gizli qalmışdır. Atasının şəhadətindən sonra ona cənazə namazı qılıb, rəsmən qeybə çəkilmişdir. Həzrət və ailənin digər üzvləri bu sərdabədən istifadə etdiyi üçün qeybin də bu yerdə baş verdiyi bildirilir. Şiələr bu sərdabəni ona görə müqəddəs sayırlar ki, Sahibəzzaman, onun atası və babası bu sərdabədə yaşamış, ibadət etmişlər. Həzrət Mehdi (ə) də məhz həmin yerdə qeybə çəkilmişdir. İmamın qeybi imamın yaşadığı yer olaraq sərdabəyə aid edilmişdir. Cahil fikirdir ki, şiələr imamın hələ də sərdabədə olduğuna inanır! Çoxsaylı rəvayətlərə əsasən, həzrət Mehdi (ə) yer üzünün müxtəlif nöqtələrində olur.

Həzrət müxtəlif dini mərasimlərdə, o cümlədən, həcdə iştirak edir, dirilərə və ölülərə şahid olur. Bu səbəbdən də müqəddəs sərdabə haqqında və onun ziyarəti ilə bağlı deyilən sözlər cəfəngiyatdan başqa bir şey deyil. Şiələr imamın Səhlə, Cəmkəran məscidlərində ola biləcəyinə inandıqları üçün bu məscidlərdə toplaşır, “Nüdbə” duası oxuyurlar. Şiələr yalnız sərdabəni müqəddəs saydıqları üçün orada toplanıb Allaha dua oxuyurlar.

Əllamə Əmini deyir: Şiələr bu əqidədə deyil ki, imamın qeybi sərdabədə məhdudlaşır. Mötəbər rəvayətlərə əsasən, şiələr inanır ki, imam Məkkədə Allah evinin önündə zühur edəcək. Kimsə bu əqidədə deyil ki, müqəddəs sərdabə bu ilahi nuru özündə gizləmişdir. Sadəcə, bu sərdabə imamların Samirradakı evi olmuşdur. İraqda hamı istidən qorunmaq üçün bu sayaq sərdabədə yaşayır. Haqqında danışılan sərdabəni müqəddəs edən isə üç məsum imamın orada yaşamasıdır. Allah-tәala özü bu müqəddəs məkanda zikr və duaya icazə vermişdir.”(2)

səh:200


1- [548] “Tarixe-ibn-Xəldun”, c. 1, s. 199.
2- [549] “Əl-ğədir, s. 308,309.

İkincisi, hər bir məzhəbin əqidəsini onun aparıcı alimlərinin kitablarından öyrənmək olar. Şiə alimlərinin kitablarına müraciət etdikdə anlaşılır ki, imam Mehdinin (ə) mövludundan çox-çox əvvəllərdən başlamış hazırkı dövrədək hətta avamlar arasında belə bir etiqad olmamışdır. İmamın hələ də sərdabədə olması düşmənlər tərəfindən uydurulmuş bir böhtandır.

Sual: 327. Böyük qeyb dövründə həzrət Mehdinin (ə) məkanı haradadır?

Cavab: Bir çox rəvayətlərdən məlum olur ki, Sahibəzzaman nəinki müqəddəs sərdabədə deyil, hətta onun heç bir daimi məkanı yoxdur.

İmam Mehdi (ə) İbrahim ibn Məhzyara xitabən buyurur: “Atam mənə vəsiyyət edib ki, məxfi və uzaq yerlərdə məskən salıb azğın insanların pisliklərindən amanda qalım. Bu vəsiyyət məni uca dağlara çəkib apardı.”(1)

Bəli, bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) yalnız xüsusi şiələrə məlum olan müəyyən məkanı vardır.

İshaq ibn Əmmar imam Sadiqdən (ə) belə nəql edir: “Qaim üçün iki qeyb var: biri qısa, o biri uzun. Qısa qeyb dövründə xüsusi şiələrdən savay kimsə onun yerini bilməz. Böyük qeyb dövründə yalnız ən yaxın dostlar onun yerindən xəbər tutar.”(2)

Sual: 328. Həzrət Mehdi (ə) müqəddəs sərdabədən zühur edəcəkmi?

Cavab: Şiələrə atılan növbəti böhtanlardan biri budur ki, guya onlar imamın sərdabədən zühur edəcəyinə inanır. Amma şiələrin hədis və kəlamlarına müraciət etdikdə görürük ki, deyilənlər iftiradan başqa bir şey deyil. Şiələr inanır ki, həzrət Mehdi (ə) öz babası peyğəmbər kimi Məkkədən zühur edəsidir.

Fəzl ibn Şazan uzun bir hədisdə imam Sadiq (ə) və həzrət Əlidən (ə) belə nəql edir: “Ey Hüseyn, о sənin doqquzuncu övladındır! O rükn və məqam arasında (Məkkədə) zühur edəcək...”(3)

Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir: “Bizdən olan Qaim qorxudan hifz olunmuş, qələbə ilə təmin edilmiş kəsdir... O

səh:201


1- [550] “Bihar”, c. 99, s. 108.
2- [551] “Kafi”, c. 1, s. 340.
3- [552] “Möcəmi-əhadisul-imamul-Mehdi (ə)”, c. 3, s. 23.

zühur etdiyi vaxt Kəbəyə sığınar, həmin vaxt onun ətrafında 313 nəfər cəm olar.”(1)

Qeyb dövrünün vəzifələri

Sual: 329. Qeyb dövrünün möminlərinin əsrin imamı (ə) ilə bağlı hansı vəzifələri var?

Cavab: Həzrət Mehdi (ə) ilə bağlı şiələrin hər birinin ağır vəzifələri vardır. Bu vəzifələrdən bəzilərini xatırlayaq:

1. Mehdinin (ə) zühurunun qətiliyinə iman – Sünnə əhli rəvayətlərində oxuyuruq ki, Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Mehdinin (ə) zühurunu inkar etsə, Məhəmmədə nazil olanı inkar etmişdir.”(2)

2. Fitnələr zamanı səbir və dinə bağlılıq –İmam Sadiq (ə) buyurmuşdur: “Bizim Qaimin qeybi dövründə əmrimizə bağlanan və qəlbi hidayətdən sonra çaşmayan kəsin xoş halına!”(3)

3. İmam Mehdinin (ə) vilayətinə bağlılıq - İmam Baqir (ə) həzrət peyğəmbərin dilindən belə nəql edir: “Bizim əhli-beytin Qaimini görənin xoş halına! Qiyamından öncə ona iqtida edənin xoş halına!”(4)

4. Allah-tәaladan imam Mehdi (ə) (onu tanımaq) mərifəti diləmək – Kuleyni Əbu-Bəsirdən nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “İmaməti tanıdınmı?” Ərz etdim ki, bəli, and olsun Allaha, Kufədən xaric olmamışdan tanıdım.” Buyurdu: “Bu vaxt üçün sənə yetər.”(5)

5. Beyətin təzələnməsi və itaətdə sabitlik – Əhd duasında oxuyuruq: “Pərvərdigara! Həqiqətən, mən onun (həzrət Mehdi) üçün bu günümdə əhd-peymanı, beyətimi təzələyirəm. Elə bir beyət ki, ondan ayrılmamışam və heç vaxt onu zay etməmişəm. Pərvərdigara! Məni o həzrətin köməkçilərindən, müdafiəçilərindən qərar ver...”(6)

6. Şübhə və iradlara cavab – İmam Sadiq (ə) buyurur: “Özünüzü şəkk-şübhədən uzaqlaşdırın, şəklərdən pəhriz edin, bundan həzər qılın. Mən Allahdan sizin tövfiq və öyüd istəyirəm.”(7)

səh:202


1- [553] “Kəmalud-din”, s.331.
2- [554] “Fəraidus-səmteyn”, c. 2, s. 324.
3- [555] “Kəmalud-din”, s.358.
4- [556] “Kəmalud-din”, s.286; “Bihar”, c. 51, s. 72.
5- [557] “Kafi”, c. 1, s. 185.
6- [558] “Bihar”, c. 102»
7- [559] “Bihar”, c. 51, s. 146.

7. Mömin qardaşlara yardım – İmam Sadiq (ə) “Əsr” surəsindəki “əmilus-salihati” təbirini din qardaşları arasında bərabərlik və qarşılıqlı yardım kimi izah etmişdir.(1)

İmam Əsgərinin (ə) təfsirində deyilir: “Hər kəs bizə xatir, əlimiz çatmadığından möhnətə düşmüş bir yetimi öhdəsinə götürsə, bizim elmimizdən bacardığını ona öyrətsə, Allah-tәala onun haqqında buyurmuşdur: “Ey yardım göstərən kərim bəndə! Mən kərəmdə ondan yuxarıyam. Ey mənim mələklərim, ona öyrətdiyi hər bir hərf üçün behiştdə milyon qəsr verin...”(2)

8. Məhdəviyyət iddiasında olan yalançılara inanmamaq – İmam Sadiq (ə) buyurur: “Heç şübhəsiz, bir-birinə oxşar on iki bayraq qalxar və onlar bir-birindən seçilməz...”(3)

9. Zühurun tezləşməsi üçün çoxlu dua etmək – Həzrət Mehdi (ə) bir məktubunda İshaq ibn Yaquba buyurur: “Zühurun tezləşməsi üçün çox dua edin. Çünki sizin qurtuluşunuz ondadır.”(4)

10. Tələsməmək – Kuleyni imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Həqiqətən, xalq bu işdə tələsdiyi üçün həlak oldu. Bəndələri tələsdiyi üçün Allah tələsməyəcək. Çünki bu iş üçün bir nəhayət var...”(5)

11. Zühurun vaxtını müəyyənləşdirməmək – İmam Sadiq (ə) buyurur: “Həqiqətən, biz əhli-beyt vaxt müəyyənləşdirmirik...”(6)

12. Həzrət Mehdini (ə) sevmək – Bir çox rəvayətlərdə əhli-beyt məhəbbəti tövsiyə olunmuşdur. Belə bir tövsiyə xalqın diqqətinin Mehdiyə (ə) cəlb olunmasında və onun göstərişlərinə itaət edilməsində mühüm təsirə malikdir.

İmam Mehdinin (ə) əsil-nəsli

Sual: 330. Həzrətin zahiri görünüşü necədir? Kimsə özünü ona oxşada bilərmi?

Cavab: Atasına cənazə namazı qıldığı vaxt xalq həzrət Mehdini (ə) gördü. O buğdayıbəniz bir uşaq idi, saçları gözəl, ön dişlərinin arası açıq idi.(7)

səh:203


1- [560] “Kəmalud-din”, s.656; “Bihar”, c. 24.
2- [561] “Bihar”, c. 2, s. 4.
3- [562] “Kəmalud-din”, s.348.
4- [563] “Kəmalud-din”.
5- [564] “Kafi”, c. 1, s. 369.
6- [565] “Bihar”, c. 52, s. 119.
7- [566] “Tarixul-ğeybətul-suğra”, s. 540.

Şeyx Tusi həzrəti kiçik qeyb dövründə görənlərin dilindən nəql edir ki, həzrət gözəl simalı, xoşətirli, böyük heybətli bir gənc idi. Rəvayətçi deyir: “Mən ondan gözəl danışanını görmədim.”(1)

Digər bir rəvayətdə deyilir: “O, ortaboyludur. Başı girdə, alnı genişdir... Çöhrəsi safdır, sağ yanağında xalı var.”(2)

İkinci suala gəldikdə, bir şəxs özünü zahirən imama oxşada bilsə də, zühur əlamətləri və imamdan müşahidə olunan möcüzələr belə bir yanlışlığa yol verməz. Bunu Allahın lütfü tələb edir. Allah lütfü özünə vacib etmişdir. Bu səbəbdən də elə bir iş görəsidir ki, zühur dövründə həzrətin vücudu kimsəyə oxşamasın.

Sual: 331. Həzrətin adını (Məhəmməd) çəkmək olarmı?

Cavab: Yüzdən çox rəvayətdə həzrətin adının çəkilməsinə münasibət bildirilir. Bu rəvayətləri dörd qismə bölmək olar:

1. Qeyd-şərtsiz həzrətin adının çəkilməsini qadağan edən rəvayətlər;

2. Zühur dövrünədək onun adının çəkilməsini qadağan edən rəvayətlər;

3. Uyğun qadağanı qorxu, təqiyyə və başqa amillərlə izah edən rəvayətlər;

4. Həzrətin şərif adının bildirildiyi rəvayətlər.

Birinci və ikinci qisim rəvayətlər eyni bir mənanı bəyan edir. Bəziləri bu sayaq rəvayətlərə istinadən həzrətin adının çəkilməsini qadağan etmişlər. Onların nəzərincə, onun adını çəkmək zühur dövrünədək haramdır. Əllamə Məclisi, Şeyx Səduq, Şeyx Müfid, Təbərsi, Mirdamad, Mühəddis Cəzairi, Mühəddis Nuri, Mirza Şirazi, Mirza Məhəmməd Təqi İsfəhani belə alimlərdəndir.

Bəziləri də bu adın çəkilməməsinin səbəbi kimi qorxu və təqiyyəni göstərirlər. Ərbili, Hürr Amili bu qəbil alimlərdəndir.

Bəziləri isə qadağa hökmünün yalnız kiçik qeyb dövrünə aid olduğunu bildirir.

Belə görünür ki, ikinci baxış həqiqətə daha çox uyğun gəlir. Yəni bu qadağa qorxu və təqiyyə səbəbindəndir. Dəlilləri göstərək:

1. Can verən insana (möhtəzir) təlqin haqqında danışılarkən deyilir: “Can verən insana fərəc, şəhadəteyn kəlmələrini və hər bir

səh:204


1- [567] “Əl-Ğeybət”, Tusi, s. 152.
2- [568] Həmin mənbə, s. 156.

imamın adını təlqin et.”(1) Belə görünür ki, təlqin zamanı həzrətin adı da qeyd olunur.

2. Meyyitə təlqin zamanı da bütün imamların, o cümlədən, həzrət Mehdinin (ə) adı da təlqin edilir.(2)

3. Məhəmməd ibn İbrahim Kufi deyir: İmam Əsgəri (ə) adını çəkdiyi kəs üçün qurbanlıq etmək məqsədi ilə mənə pul verib buyurdu: “Bu, övladım Məhəmməd üçün əqiqədir.”(3)

4. İmam Əsgərinin (ə) ən məşhur künyəsi “Əbu-Muhəmməddir”. Bu künyədə həzrət Mehdinin (ə) adı çəkilmişdir.

5. İmam Rizadan (ə) imam Hüseynin (ə) qəbrini ziyarəti haqqında soruşulduqda buyurur: “Məhəmməd və onun əhli-beytinə çoxlu salam göndər, onlardan hər birinin adını çək və onların düşmənlərindən Allaha pənah apar.”(4)

Tədqiqatçı alim Ərbili deyir: “Elə düşünürəm ki, həzrətin şərif adının çəkilməsinin qadağa səbəbi qorxu və təqib dövründə təqiyyə və onun ad və ünvanının axtarılması olmuşdur. Amma qorxu və təqiyyə olmayan dövrümüzdə bu adı çəkməyin eybi yoxdur.”(5)

6. Cabir ibn Abdullah Ənsari imam Baqirə (ə) deyir: “Həzrət Fatimənin (s) görüşünə getdim ki, övladı Həsənin dünyaya gəlişinə görə ona təbrik edəm. Onun əlində bəyaz dürdən bir səhifə gördüm. Soruşdum ki, ey aləmin ən üstün qadını, əlinizdəki səhifə nədir? Həzrət buyurdu: “Burada imam övladlarımın adı var...” Cabir deyir: “Səhifəyə baxıb imamların hər birinin adını orada gördüm...”(6)

7. Həzrət peyğəmbərdən (s) nəql olunmuş bir çox hədislərdə bildirilir ki, həzrətin adı Allah rəsulunun adı ilə eynidir. Bu da həzrət Mehdinin (ə) adını göstərir.

Sual: 332. Həzrət Mehdi (ə) Abbasın övladlarındandırmı?

Cavab: Abbasilər öz siyasi mövqelərini möhkəmləndirmək üçün yalan hədislər uydurmuşdular. Onlar mütəvatir Məhdəviyyət hədislərindən istifadə edərək öz xeyirlərinə hədislər qoşurdular. Onlardan bəzilərini nəzərdən keçirək:

səh:205


1- [569] “Kafi”, c. 3, s. 134.
2- [570] “Vəsailuş-şiə”, c. 3, s.174.
3- [571] Həmin mənbə, c. 21, s. 448.
4- [572] Həmin mənbə, c. 14, s. 549.
5- [573] “Kəşful-ğəmmə”, c. 3, s. 310.
6- [574] “Kəmalud-din”, s.307.

1. Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər Xorasan tərəfdən qara bayraqların qalxdığını görsəniz, onlara qoşulun. Çünki Allahın xəlifəsi Mehdi (ə) onların arasındadır.”(1)

Bu hədisi ibn Qəyyim Cəvziyyə “Əl-Minarul-munif” kitabında zəif saymışdır. Çünki bu rəvayətin sənədi Əli ibn Zeydə aiddir. Təkcə bu şəxs tərəfindən nəql olunmuş hədislər isə höccət deyil.(2)

2. İbn Macə də eyni məzmunu qeyd etmişdir.(3) Amma İbn Qəyyim məhz Yəzid ibn Əbu-Ziyad xəbəri nəql edənlərdən olduğu üçün zəif olmuşdur. O deyir: “Bu və bundan öncəki hədis səhihlik baxımından dəlil ola bilməz ki, ümumdünyəvi hökumətin rəhbəri Abbas övladındandır və o, dünyanın sonunda zühur edəcək...” (“Əl-Minarul-munif”,s.137, 138)

Mehdi (ə) Abbasinin dünyanın sonunda olmaması, rüku və məqam arasında ona beyət edilməməsi, Dəccalı öldürməməsi və İsanın ona yardım üçün səmadan enməməsi rəvayətlərdə həzrət Mehdiyə (ə) aid sadalanmış xüsusiyyətlərin onda olmadığını göstərir.

Başqa sözlə, xilaskarın vəd olunmuş heç bir xüsusiyyəti bu şəxsdə yoxdur.

3. Osman ibn Əfvan Allahın rəsulundan (s) belə nəql edir: “Mehdi (ə) mənim əmim Abbasın övladlarındandır.”(4)

Əvvəla, ibn Əl-Cоvzi bu hədisi uydurma hədislər toplanmış “Əl-mоvzuat” kitabında nəql etmişdir.

İkincisi, bu hədis Kəbul Əhbar, Osman ibn Əfvan və Abdullah ibn Ömər tərəfindən nəql olunmuşdur. Kəbin nəql etdiyi hədislər şiə və sünni tərəfindən etibarlı sayılmır. Osman ibn Əfvanın nəql etdiyi hədisdə Məhəmməd ibn Vəlidin nəqli var və rical alimləri onu zəif sayır. Abdullah ibn Ömərin nəql etdiyi hədisin də sənədi zəifdir.

Sual: 333. Vəd olunmuş xilaskar İsa ibn Məryəmdirmi?

Cavab: Belə bir iddianı irəli sürənlər ibn Macənin həzrət Peyğəmbərdən (s) nəql etdiyi belə bir hədisə əsaslanırlar: “Mehdi (ə) İsa Məryəmdən başqa bir kəs deyil.”(5)

Qeyd etməliyik ki:

səh:206


1- [575] “Müsnəde-Əhməd”, c. 5, s. 277.
2- [576] “Əl-Minarul-munif”, s. 157.
3- [577] “Sünəne-ibn Mace”, c. 2.
4- [578] “Kənzul-Ummal”, c. 14, s. 264.
5- [579] “Sunəne ibn Maccə”, c. 2, s. 1340.

1. Həzrət Peyğəmbərdən (s) Məhdəviyyət (ə) hədislərini nəql edən səhabələrin əksəriyyəti bu şəxsin həzrət peyğəmbər nəslindən olduğunu bildirir.

2. İbn Macənin bu hədisi hədis və kəlam alimlərinin etirazı ilə üzləşmişdir və kimsə ona istinad etməmişdir.

3. İbn-Macә özü “Mehdi Fatimə övladlarındandır” hədisini nəql etmişdir.(1)

4. İbn-Qəyyim Cоvziyyə bu hədisi “Əl-Minarul-munif” kitabında nəql etmiş və onu zəif saymışdır. Hakim Nişapuri də öz növbəsində bu hədisə təəccübünü gizlətməmişdir.(2)

Zəhəbi deyir: “Bu hədis inkar olunası xəbərdir.”(3)

Qurtubi deyir: “Uyğun hədis bu mövzuda olan digər hədislərə ziddir. Mehdinin (ə) Peyğəmbər (s) və Fatimə (s) övladı olduğu sabit bir məsələdir.”(4)

5. Bu hədisi Təbərani nəql etsə də, “Mehdi İsa ibn Məryəmdən savay başqa kəs deyil” cümləsini zikr etməmişdir.(5)

6. Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühuru ilə bağlı rəvayətlər mütəvatirdir. Xilaskarın İsa olduğunu bildirən hədis isə heç bir cəhətdən mötəbər sayıla bilməz. Peyğəmbər Əhli-beytindən olan xilaskarın zühuru İslam tarixi boyu müsəlmanlar arasında məşhur inanclardandır.

Əbül-Feyz Ğəmari də uyğun hədisə qarşı səkkiz irad bildirmişdir.(6)

Sual: 334. Həzrət Peyğəmbərin (s) “Mehdinin (ə) adı mənim adımdan, onun atasının adı atamın adındandır” buyruğunu nəql edən hədisi necə dəyərləndirirsiniz?

Cavab: Əksər sünni alimləri bu fikirdədir ki, həzrət Mehdinin (ə) atasının adı Abdullahdır. Belə bir rəvayəti Əbu-Davud nəql etmişdir.(7) Bu rəvayət imamiyyə etiqadı ilə uyğun deyil. Çünki imamiyyə şiələri həzrət Mehdinin (ə) imam Həsən Əsgərinin (ə) övladı sayırlar.

Buna dəlil nədir?

səh:207


1- [580] Həmin mənbə, s. 1368.
2- [581] “Mustədrəke-hakim”, c. 4, s. 441.
3- [582] “Təhzibul-təhzib”, c. 9, s. 125.
4- [583] “Əl-Təzkirə”, Qurtubi, c. 2, s. 701.
5- [584] «Əl-məcəmul-Kəbir», c. 8, s. 214.
6- [585] “İbrazul-Vəhmul-məknun”, s. 538.
7- [586] “Sünəne Əbu-Davud”, c. 2, s. 309.

1. Həzrət Mehdi (ə) ilə bağlı tərtib olunmuş kitablarda o cümlədən “Səhihe-Termizidə”, “Sünəne-ibn Macədə”, Əbu-Nəimin kitablarında, “Müsnəde-Əhməd ibn Hənbəldə” belə bir hədis nəql olunmamışdır.

2. Çox ehtimal ki, uyğun rəvayət Abbasilərin uydurmalarındandır. Çünki Abbasilər öz hakimiyyətlərini möhkəmləndirmək üçün, üçüncü Abbasi xəlifəsi Məhəmməd ibn Abbasa xalqdan beyət almaq məqsədi ilə belə bir işə əl ata bilər.

Adı Abdullah olan Mənsur Abbasi oğlu Məhəmmədi özünə canişin təyin etmişdi. O, xalqı Məhəmmədə beyətə məcbur edirdi. Bu məqsədlə oğlunun adını Mehdi qoymuşdu. O öz oğlunu xalqa xilaskar kimi tanıtdırıb beyət almaq istəyirdi. Xəlifə öz adı Abdullah olduğundan belə bir hədis uydurmağı göstəriş vermiş və həmin hədisdə xilaskarın atasının adını Abdullah kimi qeyd etmişdi.(1)

Sual: 335. Mehdi (ə) Həsənin (ə) övladlarındandır” hədisini necə qiymətləndirmək olar?

Cavab: Əbu-Davud Əbu-İshaqdan nəql edir ki, həzrət Əli (ə) öz övladı Həsənə (ə) baxıb buyurdu: “Həqiqətən, bu övladım ağadır. Necə ki, Peyğəmbər (s) onu ağa adlandırıb. Tezliklə ondan peyğəmbərlə bir adda olan kəs dünyaya gələr.”(2)

Uyğun hədisə münasibətimizi bildirək:

1. Mehdinin (ə) Hüseynin (ə) övladı və onun nəslindən olması ilə bağlı onlarla hədis mövcuddur.

2. Mehdi (ə) həm də Həsən (ə) nəslindəndir. Çünki imam Baqirin (ə) anası Fatimə (s) imam Həsənin qızı olmuşdur. Demək, həzrət Mehdi (ə) həm Həsən (ə), həm də Hüseyn (ə) övladıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətin Mehdisi (ə) Həsən (ə) və Hüseyn (ə).”(3)

3. “Əqdud-durər” kitabının müəllifi uyğun hədisi nəql etmiş, amma Həsənin (ə) yox, Hüseynin (ə) adını çəkmişdir. “Səhihi-Termizi”, “Sünəne-nəsai”, “Sünəne-beyhəqi”də də hədis bu formada nəql olunmuşdur.

4. Belə bir nöqtə də maraqlıdır ki, uyğun hədislərin meydana çıxmasında Əbva məntəqəsində xalqdan beyət almış Məhəmməd ibn

səh:208


1- [587] “Şəhid Mütəhəri, əsərlər külliyyatı, c. 18, s. 173, 174.
2- [588] “Sünəne ibn Davud”, c. 2, s. 311.
3- [589] “Məcməul-Zəvaid”, c. 9, s. 165.

Abdullah Həsəninin və Həsəni seyyidlərinin rolu olmamış deyil. Həsəni seyyidləri bəni-Üməyyəyə qarşı qiyam fikrində olduğundan mənəvi dayağa ehtiyac duyurdu. Bu səbəbdən də həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş rəvayətlərdən faydalanıb, uyğun hədisi Abdullah ibn Həsənə tətbiq etdilər. Onlar rəvayət uydurub dinin imam Həsən nəslindən olduğunu bildirdilər.

Böyük qeyb dövründə imam Mehdi (ə) ilə görüş

Sual: 336. Böyük qeyb dövründə imamla görüşmək mümkündürmü?

Cavab: Bəli, cavab olaraq iki nöqtəni qeyd etmək olar:

a) Böyük qeyb dövründə faydalı sayılmışdır ki, həzrət arabir özünü sözü keçərli böyüklərə göstərsin. Belə bir görüş insanlarda əminlik yaradır, qeybin uzun çəkməsi ilə bağlı ortaya çıxan şübhələri aradan qaldırır. Avam xalq üçün hər hansı dəlil yetərli olmur. Ona görə də din böyükləri göstəriş verirlər ki, imamla baş tutmuş görüşlər xalqa danışılsın. Bu sayaq söhbətlər xalqın qəlbini isidir, onlara ümid verir. Çünki bir şeyin mümkünlüyünün ən böyük dəlili, onun baş verməsidir.

b) Həzrətlə görüşün mümkünlüyünü istisna edən heç bir şəri və əqli dəlil yoxdur.

Sual: 337. Hansı alimlər belə bir görüşün mümkünlüyünə inanır?

Cavab: Uzaq keçmişdən bu günədək şiə alimləri həzrətlə görüşü mümkün saymışdır. Bəzi alimlərin uyğun məsələ ilə bağlı fikirləri ilə tanış olaq:

1. Seyyid Mürtəza: “Biz imamla görüşün mümkünlüyünü istisna etmirik...

Əgər imamın qeybə çəkilməsinin səbəbi zalımlardan təqiyyə etməkdirsə, bu məqsədi həqiqi övliya və şiələrə aid etmək olmaz. Demək, imamın onlara görünməsi zəruridir...”(1)

2. Şeyx Tusi: “Biz təsdiqləyirik ki, bir çox övliyalar və imamətə inananlar həzrətlə görüşmüş və ondan faydalanmışlar.”(2)

3. Seyyid ibn-Tavus: “(Ey övladlarım) Allahın inayət və ehsan etdiyi kəs üçün imamətə doğru yol açıqdır.”(3)

səh:209


1- [590] “Tənzihul-Ənbiya”, s. 182-184.
2- [591] “Kəramatul-Muhəqqiqin”, s. 533.
3- [592] “Kəşful-Muhəccə”, s. 143-154.

Alim digər bir məqamda deyir: “İmam ümumi şəkildə şiələrdən qeybdə olsa da, kimlərinsə onunla görüşə bilməsi istisna olunmur. Kimlərsə imamın söz və rəftarından bəhrələnib, bunu başqalarından gizlədə bilər...”(1)

4. Axund Xorasani: “Bəzi saleh insanların imamla görüşə bilməsi mümkündür...”(2)

5. Tədqiqatçı (mühəqqiq) Naini: “Qeyb dövründə, adətən, həzrəti görmək mümkünsüzdür. Bəli, bəzən saleh fərdlər onunla görüşüb göstərişlərini əldə edə bilər.”(3)

Sual: 338. Həzrətlə görüş qeyb məsələsi ilə zidd deyilmi?

Cavab: Bəziləri iddia edirlər ki, qeyb dövründə həzrətlə görüşmək qeybin hikməti ilə ziddir.

Sual: 339. Əgər böyük qeyb dövründə də imamla görüşmək mümkündürsə, böyük qeyb dövrünün kiçik qeyb dövründən hansı fərqi var?

Cavab: Kiçik qeyb dövründə həzrət Mehdi (ə) tamamilə gözlərdən gizlidir. O yalnız vəkilləri və səfirləri vasitəsi ilə əlaqə saxlayır. Bəzən səfirlər müəyyən adamların həzrətlə görüşünü təşkil etmişlər.(4)

Amma böyük qeyb dövründə məsələ başqa cürdür. Bu dövrdə zərurət olduqda həzrət özü bəzilərin görüşünə gəlir və onlar həzrətin varlığından bəhrələnirlər.

Sual: 340. Məgər həzrətin Əli ibn Məhəmməd Səməriyə yazdığı məktubda böyük qeyb dövründə həzrətlə görüşün mümkünlüyü istisna edilmirmi?

Cavab: Bəziləri belə bir görüşün mümkünlüyünü inkar edərkən həzrət Mehdinin (ə) Əli ibn Səməriyə yazdığı məktubu əsas göstərirlər. Çünki bu məktubda yazılmışdır: “Agah ol! Əgər Süfyaninin

səh:210


1- [593] “Əl-təraif”, s. 185.
2- [594] “Kifayətul-üsul”, c. 2, s. 291.
3- [595] “Fəraidul-üsul”, c. 2.
4- [596] Tusi, “Əl-Ğeybət”, s. 216.

zühurundan və böyük səsdən öncə kimsə məni gördüyünü iddia etsə, yalançı və böhtançıdır...”(1) Bəs həqiqət necədir?

1. Kimsə bu rəvayətin düzgünlüyünü qəbul etməmişdir. Ona görə də alimlərdən və salehlərdən bir dəstəsi həzrətlə görüş haqqında danışır.

2. İnkar olunan müşahidə tanımaqla müşahidədir. Hansı ki, bir çox görüşlərdə ilkin mərhələdə tanışlıq olmamışdır.

3. Olsun ki, bəziləri əsassız olaraq imamı naib və səfir kimi gördüklərini iddia etmişlər. Amma həzrət böyük qeyb dövründə naiblərin olmadığını bildirir. Məktublardan birində həzrət bildirir ki, tezliklə şiələrin arasında məni gördüyünü iddia edənlər tapılacaq...”

4. Şeyx Tusi bu məktubu nəql etsə də, saleh insanların imamla görüşə bilməsini mümkün sayır.

5. Olsun ki, müşahidə dedikdə xüsusi bir görüş nəzərdə tutulmuşdur. Rəvayətdə oxuyuruq: “Əgər sənin yanında 50 nəfər bir nəfərin ziddinə and içsə, amma həmin şəxs onların dediyinin ziddini söyləsə, onu təsdiqlə, həmin 50 nəfəri inkar et.” Bu rəvayətdə 50 nəfərin andının təsiri açıqlanılır.

6. Rəvayəti onun sənədinin mötəbərliyi təsdiqləyir. Hansı ki, görüşlər o qədər çox olmuşdur ki, insanda yəqinlik yaradır.

7. Olsun ki, uyğun məktubda ixtiyari bir görüş nəzərdə tutulmuşdur. Əslində böyük qeyb dövründə yalnız Allahın məsləhət bildiyi şəxs həzrətlə görüşə bilər.

8. Uyğun məktub sənəd baxımından zəifdir.

Sual: 341. İmamla görüşün mümkünlüyü yalançılara meydan açmırmı?

Cavab: Əgər bir işin mümkünlüyü ilə bağlı qəti dəlillər varsа, ikinci dərəcəli problemlərə görə onu inkar etmək olmaz. Xalqı yalançıların hiyləsindən qorumaq alimlərin işidir. Bəziləri peyğəmbərlik iddiasına düşüb deyə, peyğəmbərliyi inkar etmək olmaz.

Sual: 342. “Haram müqəddimə” qaydasına əsasən imamla görüş iddiasını yalan saymaq olarmı?

Cavab: Sünnə əhli bu əqidədədir ki, haramla sonuclanan yollar qəti şəkildə bağlanmalıdır. Başqa sözlə, “haram müqəddimə” külli şəkildə haramdır.

səh:211


1- [597] “Bihar”, c. 52, s. 151.

Əslində isə haram müqəddimə həmişə haram deyil. Bu hal bəziləri üçün bəzi hallarda haramdır. Əgər imamla görüş iddiası azğınlığa səbəb olarsa, onu nəql etmək haramdır. Amma görüşlərin ümumi şəkildə bəyanı haram deyil, belə xəbərlər insanların imanını gücləndirir. Əlbəttə ki, bəziləri bu iddiadan sui-istifadə edə bilər. Amma bu sayaq yalanların qarşısını almaq alimlərin vəzifəsidir.

Sual: 343. Tanınması mümkün sayılmayan həzrət Mehdi (ə) ilə görüş necə mümkün ola bilər?

Cavab: Bəziləri böyük qeyb dövründə imamla görüşü istisna edərək müəyyən rəvayətlərə əsaslanırlar. Məsələn: “Həzrət Höccət xalqı tanıyır, xalq isə onu tanımır”; Digər bir rəvayətdə deyilir: “O xalqı görür, amma xalq onu görmür.”

Uyğun sualı belə cavablandırmaq olar:

1. Bu rəvayətlərdə ümumi xalq nəzərdə tutulmuşdur. Ayrı-ayrı ləyaqətli şəxslərin imamla görüşə bilməsi rəvayətə zidd deyil.

2. İkinci rəvayət Həcc haqqındadır və bütün hallara aid edilə bilməz.

3. İkinci rəvayətdə imamla görüş yox, onun tanınması inkar olunur. Xüsusi ilə də rəvayətdə həzrət Mehdi (ə) həzrət Yusifə oxşadılmışdır. Xalq onu görürdü, amma onu tanımırdı.

Sual: 344. Qeyb dövründə insanların imtahana çəkilməsi həzrətlə görüş xəbərinə zidd deyilmi?

Cavab: Bəziləri deyirlər ki, şiələr qeyb dövründə imamı görməməklə imtahana çəkilir. Guya, bu həqiqət imamla görüş xəbərinə ziddir. Əslində isə, şiələrin imtahanı dedikdə ümumi şiə toplumu nəzərdə tutulur. Bəzi ləyaqətli insanların görüşü isə istisnadır.

Sual: 345. Böyük qeyb dövründə kimlər həzrət Mehdi (ə) ilə görüşə bilmişdir?

Cavab: Həzrətlə görüşə nail olan bütün şəxslərin adını sadalamaq olmaz. Çünki onlardan bəziləri tanınmır, tanınanlar isə olduqca çoxdur. Amma nümunə olaraq bu şəxslərdən bəzilərinin adını çəkə bilərik: Seyyid ibn Tavus, Əllamə Hilli, Şeyx Qətifi, Müqəddəs Ərdəbili, Məhəmməd Təqi Məclisi, Seyyid Mehdi Bəhrul-Ülum, Şeyx Müfid, Şeyx Ənsari, Mirzayi Şirazi, Şeyxpur Amili, İsmail Hеrqəli və başqalаrı.

səh:212

Sual: 346. Həzrət Mehdi (ə) ilə görüş hansı şəkildə baş verir?

Cavab: Həzrət Mehdinin (ə) zəruri hallarda insanlarla görüşünün necəliyi haqqında ehtimallar var:

1. Həzrətlə görüşən şəxs ondan uzaq olmamış, imamın yaşadığı cəmiyyətdə yaşamışdır.

2. Görüşlər təsadüfi baş verir. Həzrət bir məhəldən ötərkən çətinliyə düşmüş insanla görüşür.

3. Həzrət bir şəxsin çətinliyə düşdüyünü gördükdə və ona yardım əli uzatmağı zəruri bildikdə təbii yolla hərəkət edib özünü həmin şəxsə çatdırır.

4. Ehtimal olunur ki, istəklərin həyata keçirilməsi üçün görüşlər möcüzə yolu ilə baş verir. Həzrət “Teyyül-əzr” (Qeyri-adi yerdəyişmə) edərək özünü məqsədə çatdırır. Bütün deyilənlər təsəvvürdür. Əslində həzrət istəkləri yerinə yetirmək üçün bütün yollardan istifadə edir.

Sual: 347. Həzrət insanlarla görüşərkən hansı məqsədləri izləyir?

Cavab: Həzrət bir neçə məqsədlə görüşə gələ bilər:

1. Müsəlmanları zalım hakimlərin zülmündən qurtarmaq məqsədi ilə; Bəhreyn xalqının qurtuluşu buna misal ola bilər.(1)

2. Müsəlmanların oğrulardan və cinayətkarlardan qorunması.(2)

3. Hələ ki, zühur şərtlərinin ödənməməsi ilə bağlı xalqa xəbərdarlıq; bu görüşlərdə çatdırılır ki, insanlar ümumdünya ədalət hökumətini öhdəyə götürəcək düşüncə və qabiliyyətə yetişməmişlər.(3)

Sual: 348. İmamın xalqla görüşməkdə hansı xüsusi məqsədi olur?

Cavab: Əvvəlki sualda ümumi məqsədlər açıqlandı. Qeyd edək ki, həzrətin insanlarla görüşdə xüsusi məqsədləri də olur. Onlardan bəzisinə işarə edək:

1. Yolda qalmış insana bələdçilik və onu məqsədə çatdırmaq;

2. Mübahisə edən iki tərəfdən haqlı olanına yardım;

3. Alimlər üçün çətinlik yaradan bəzi məsələlərin həlli; Məsələn, Müqəddəs Ərdəbili bu məqsədlə həzrətin xidmətində olmuşdur.

4. Şiələri hifz etməyə xatir dövrün bəzi siyasi məsələləri haqqında öncədən xəbərdarlıq;

5. Şiələrin elm və məişət səviyyəsini qaldırmaq;

səh:213


1- [598] “Nəcmus-saqib”, s. 367.
2- [599] Həmin mənbə, s. 370.
3- [600] “Tarixul-qeybətul-kubra”, s. 135,136»

6. İqtisadi çətinlik çəkən şiələrə yardım;

7. Çarəsiz xəstələrə şəfa;

8. “Fərəc duası” kimi duaların təlimi;

9. Çətinliklərdən çıxmaq üçün dua oxunuşuna həvəsləndirmə...

Sual: 349. Görüş zamanı kimsə həzrət Mehdini (ə) tanıya bilərmi?

Cavab: Qeybin məqsədlərindən biri budur ki, həzrət düşmənlərdən qorunsun, onu qətlə yetirə bilməsinlər. Bu məqsədlə həzrətin tanınmaması labüddür. Amma yalnız ləyaqətli insanlar, həzrətin yaxın dostları onu tanıya bilər. Bəzi rəvayətlərə əsasən, otuz etibarlı şəxs daim həzrətin yanındadır, onunla birlikdə yaşayır.

Başqa bir qrup rəvayətlərdən məlum olur ki, həzrət ya görünmür, ya da göründükdə tanınmır. Bir rəvayətdə imam Riza (ə) buyurur: “Onun cismi müşahidə olunmur.”(1)

İmam Sadiq (ə) isə belə buyurmuşdur: “Yeddinci övladımdan olan beşinci övlad sizdən qeybə çəkilər.”(2)

Həzrət başqa bir məqamda belə buyurur: “Xalq öz imamını itirər. Həzrət Həcc mövsümündə iştirak edər, xalqı görər, amma onlar həzrəti görməzlər.”(3)

Məhəmməd ibn Osman Əmri deyir: “And olsun Allaha! Həqiqətən əmr sahibi hər (Həcc) mövsümü Həccdə hazır olar. Xalqı görər və onları tanıyar. Xalq isə həzrəti görsə də onu tanımaz.”(4)

Sual: 350. İmamı gördüyünü bildirənlərə necə münasibət göstərməliyik?

Cavab: Əvvəla, imamla görüş insanın ixtiyarında olan iş deyil. Belə bir görüşün bir sıra şərtləri var. Əgər şərtlər ödənsə, həzrət görüşə gələr.

İkincisi, əgər bir şəxs imamla daimi əlaqədə olduğunu bildirərsə, imam Mehdinin (ə) Əli ibn Məhəmməd Səməriyə yazdığı məktuba əsasən, həmin şəxs yalançıdır.

Üçüncüsü, görüş iddiasında olan insan imtahana çəkilməlidir. Həmin şəxs doğrudan da İslam meyarlarına əməl edirmi? Onun məqsədi xalqın diqqətini özünə cəlb etmək və cəmiyyəti azdırmaq deyil ki? Bəli, məsumlarla görüş üçün insanda ləyaqət olmalıdır.

səh:214


1- [601] “Kəmalud-din”, s.370.
2- [602] “Bihar”, c. 51, s. 32.
3- [603] “Bihar”, c. 52, s. 151.
4- [604] “Kəmalud-din”, s.440.

Sual: 351. Həzrətlə görüş üçün israr etmək düzgündürmü?

Cavab: Qeyb dövründə insanların vəzifəsi həzrətin zühuruna mane olan halları aradan qaldırmaqdır. Həzrətə mənəvi cәhәtdәn yaxın olmaq üçün öz vəzifələrimizə əməl etməliyik.

Əgər həzrətlə görüş istəyinin səbəbi onun vücudundan bəhrələnmək, onun lütfünü əldə etmək, qəlbən əminliyə çatmaqdırsa bu görüşə can atmaq faydalıdır. Əks-təqdirdə, hazırkı dövr qeyb dövrüdür və bu dövrdə xalq nəzərlərdən gizli qalmalıdır. Buna görə də səbr etmək, bu həssas məqamda imtahandan üzüağ çıxmaq üçün vəzifələrə əməl etmək lazımdır.

Bəli, bəzi iddialardan həzrətlə görüş istəyi sezilsə də, bu istəyi zühur dövrünə aid etmək olar.

Müqəddəs Cəmkəran məscidi

Sual: 352. Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı məlumatlar var?

Cavab: Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri “Nəcmus-Saqib”, “Cənnətul-məva”, “Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi “Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında) məlumatlar var.

Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin...(1)

Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.

Sual: 353. Cəmkəran məscidində namazın müstəhəb olmasının dəlili nədir?

Cavab: Həsən ibn Məslə Cəmkəraninin nəql etdiyi əhvalatlarda nəql olunur ki, həzrət buyurmuşdur: “Bu məkanda 7 gün qal və orada 4 rəkət namaz qıl. İki rəkət məscid üçün təhiyyət namazı qıl, hər

səh:215


1- [605] “Bihar”, c. 53, s. 230.

rəkətdə bir dəfə Həmd, 7 dəfə “İxlas” surəsini oxu, rüku və səcdənin təsbihini də 7 dəfə təkrarla. İki rəkət də Sahibəzzaman namazı niyyəti ilə namaz qıl. Birinci rəkətdə “Həmd” surəsini oxu və “iyyakə nəbudu və iyyakə nəstəin” cümləsinə çatdıqda bu cümləni 100 dəfə təkrarla. “Həmd” surəsini tamamlayıb, bir dəfə “İxlas” surəsi oxu. Sonra rüku və səcdənin zikrlərini 7 dəfə de. İkinci rəkətdə də eyni əməlləri təkrarla. Namazı başa çatdırdıqdan sonra bir dəfə “la ilahə illəllah” söylə, həzrət Zəhranın (s) təsbihatından sonra səcdədə 100 salavat çək. Bu namazdan qəflətdə qalma! Bu məsciddə olub həmin namazı qılan kəs Beytul-ətiqdə (Allahın evində) namaz qılmış kimidir.”

Sual: 354. Cəmkəran məscidinin tikintisi haqqında məlumat verən sənəd mötəbərdirmi?

Cavab: Müqəddəs Cəmkəran məscidi və orada qılınan namaz haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər sənədli hədislərə əsasən, savaba çatmaq ümidi ilə müstəhəb iş görən kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə, savaba çatır.

Kuleyni səhih sənədə əsasən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir işin savab olduğunu eşidib onu yerinə yetirsə, eşitdiyi xəbər düzgün olmasa belə, həmin şəxsə savab veriləcək.”

Bərqi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Bir şəxs peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o işi savab saymamışsa da, bu şəxsə savab verilər.”

Sual: 355. Nə üçün “Qumun tarixi” kitabında Cəmkəran əhvalatına yer verilməyib?

Cavab: Hazırda araşdırmaçıların əlində olan “Tarixe-Qum” kitabı orijinal mənbənin yalnız dörddə bir hissəsidir. Əslində 20 fəsildən ibarət olan bu kitabın yalnız 5 fəsli əlimizdədir. Çox ehtimal ki, kitabın əlimizə çatmayan hissələrində Cəmkəran haqqında məlumat vardır. Mərhum Mühəddis Nuri və başqaları kitabın ilkin mənbəsini əldə edə bilməmişdilər. Ona görə də alim həmin əhvalatı “Tarixe-Qum” kitabının əsli nüsхәsi əlində olan Nemətullah Cəzairidən nəql etmişdir.

Sual: 356. “Munisul-həzin” kitabının Şeyx Səduqa aid olduğu dəqiq deyilsə, ona istinad etmək olarmı?

səh:216

Cavab: Biz də bu kitabın Şeyx Səduqa aid olduğunu iddia etmirik. Amma bu münasibət həmin kitabın etibarsız olduğunu göstərmir. İbn-Şəhr Aşub “Əl-mənaqib” kitabında uyğun kitabı Həmmal Nişapuriyə aid edir. O bu kitaba istinadən imam Həsən Müctəbadan bir möcüzə nəql edir.(1)

Əllamə Məclisi də bu kәrаmәti “Əl-Mənaqib” kitabından nəql etmişdir. O bu kitabın Həmmal Nişapuriyə aid olduğunu inkar etmir.(2)

Mərhum Məclisidən öncə Seyyid Məhəmməd ibn Əbu-Talib Həsəni “Təsliyətul-Məcalis” kitabında Fəttal Nişapurinin “Munisul-həzin” kitabında hədis nəql edir və bu kitabın ona aid olmasını şübhə altına almırdı.

Sual: 357. Nə üçün “Munisul-həzin” kitabını Şeyx Səduqa aid etmişlər?

Cavab: Çox ehtimal ki, bu əhvalat Qum tarixi ilə bağlı olduğu üçün həmin kitabın haşiyəsində yazılmış və sonradan haşiyədən mətnə keçmişdir. Fəttal Nişapuri hicri 508-ci ildə şəhadətə çatmış, “Tarixe-Qum” kitabının müəllifindən iki əsr sonra yaşamışdır. O, Şeyx Səduqun müasiridir. Buna görə də kitab Şeyx Səduqa aid edilmişdir.

Çox olub ki, “Qamusur-rical” sahibi həmin kitabdan nümunələr nəql etmişdir.

Beləcə, məlum olur ki, qədim dövrlərdə çap olmamış və kitablar əlyazma yolu ilə yayılmışdır. Üz köçürmədə peşəkar olan bir çox adamlar kitabın mövzularından yetərincə məlumatlı olmamışlar.

Sual: 358. Cəmkəran məscidinin xüsusi əhəmiyyəti nədir?

Cavab: Bu məscidin bir sıra əhəmiyyətləri var:

1. Cəmkəran məscidi Həsən ibn Məslə Cəmkəraninin imam Mehdidən (ə) nəql etdiyi rəvayətə əsasən Allah-tәalanın xüsusi diqqətində olan məkanlarındandır.

2. Məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikildiyindən şərafət və müqəddəsliyə malikdir.

3. Bu məsciddə qılınan namazın xüsusi savabları var. Həzrət buyurdu: “Orada həmin iki namazı qılan şəxs beytül-Ətiqdə namaz qılmış kimidir.”

səh:217


1- [606] “Əl-mənaqib”, c. 4, s. 8.
2- [607] “Bihar”, c. 33, s. 327»

4. Müqəddəs Cəmkəran məscidi Əhli-beyt (ə), xüsusi ilə İmam-zaman aşiqlərinin ictima yeridir. Bu səbəbdən də onun xüsusi cazibəsi var. Çox insanlar həzrət Mehdi (ə) eşqi ilə uzun yol gəlib bu məsciddən bəhrələnirlər. Bildirilir ki, bəzi gecələr bu müqəddəs yerdə bir milyona yaxın Mehdi aşiqi toplanır.

5. Bu müqəddəs məkanda hətta çarəsiz xəstələr şəfa tapmışdır.

6. Bu məsciddə həzrətin bir çox aşiqləri onunla görüşə bilmişdir.

7. Bu yer o qədər müqəddəsdir ki, tarix boyu böyük alimlər piyada və ya süvari həzrətə təvəssül və namaz qılmaq üçün oraya gəlmişlər.

Sual: 359. Bir istəyin qəbul olunması üçün 40 dəfə Cəmkəran məscidinə getmək doğrudanmı təsirlidir?

Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç yolla onu sübuta yetirmək olar...

1. Alimlər Cəmkəran məscidinə ardıcıl olaraq 40 dəfə getməyi faydalı saymışlar. Belə bir təsir Səhlə məscidi haqqında da bəyan olunur.

2. Rəvayətlərdə bildirilir ki, hər kəs 40 gün özünü Allaha xatir xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.(1)

3. Çoxsaylı rəvayətlərdən aydın olur ki, maddi və mənəvi fəaliyyətlərin çiçəklənməsində 40 rəqəminin mühüm təsiri var. O cümlədən: 40 rəqəmi övladın bətndə inkişafına təsirlidir; Şərab namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin 40 gündən sonra qəbul olunması; Həzrət Zəhranın bətndə möhkəmlənməsi üçün həzrət Peyğəmbərin (s) Xədicədən 40 gün kənarlaşması; 40 gün əhd duası oxumaq insanın həzrət Mehdiyə yaxınlaşmasına səbəb olur; həzrət Mehdi (ə) 40 gün mələklərin tərbiyəsi altında olmuşdur; həzrət Adəmin 40 gün xəmir hаlındа olması; həzrət Musanın Tur dağında Allahla 40 gün ünsiyyəti; İslam peyğəmbərinin 40 yaşdan sonra nübüvvətə çatması; insan təfəkkürünün 40 il inkişaf edə bilməsi; 40 möminin şəhadətinin möminin bağışlanmasına səbəb olması; 40 hədis öyrənən insanın qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması; məscidin qonşuluğunun 40 evə çatması...

Bu hədislərdən məlum olur ki, insanın kamala çatmasında 40 rəqəminin xüsusi təsiri var.

Seyyid Bəhrul-ülum deyir: “ Biz gözlərimizlə müşahidə etmiş və öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri var.”(2)

səh:218


1- [608] “Kafi”, c. 2, s. 16.
2- [609] “Risaleyi-Seyri-Suluk”, s. 23.

Sual: 360. Çərşənbə axşamı Cəmkəran məscidinə getməyin savabı ilə bağlı dəlil varmı?

Cavab: Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən, o, həzrətlə çərşənbə axşamı görüşmüşdür. Həzrət ona göstəriş verir ki, Cəfər Kaşaninin sürüsündəki keçini alıb həmin yerə aparsın və növbəti gecə (yəni çərşənbə gecəsi) kəsib çərşənbə günü ətini paylasın...(1)

Bu səbəbdən də həzrətin aşiqləri həmin mübarək gecə Cəmkəran məscidinə toplaşır, Allah-tәaladan yardım diləməklə həzrətə təvəssül edib istəklərini ondan diləyirlər.

Sual: 361. 40 çərşənbə gecəsi Cəmkəranda olan insan həzrət Mehdini (ə) ziyarət edə bilərmi?

Cavab: Bu barədə xüsusi bir dəlil yoxdur. Amma bəzi rəvayətlərə əsasən 40 rəqəminin təkvini təsirləri var. Əgər bir şəxs bu niyyətlə Cəmkəran məscidinə gedib ciddi şəkildə arzusunu Allahdan diləsə, digər bir tərəfdən bu görüş üçün ləyaqət əldə etsə, ümid var ki, həzrətlə görüşə bilsin. Bir çoxları bu yolla istəyinə çatmışdır.

Sual: 362. Əgər həzrət Mehdi (ə) hər yerdə olursa, nə üçün Cəmkərana gedək?

Cavab: Bəli, biz inanırıq ki, həzrət Mehdi (ə) hər yerdə olur. Amma Cəmkəran məscidinin xüsusi imtiyazları var:

Əvvəla, Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən bu məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikilmişdir. Həzrət xalqın burada toplanmasını və dörd rəkət namaz qılmasını istəmişdir.

İkincisi, bu müqəddəs yer əsrlər boyu aşiqlərin ictima məhəlli olmuşdur. Biz də bu müqəddəs məkanın bərəkətindən faydalana bilərik.

Üçüncüsü, məhbuba doğru hərəkətin özü təsirlərə malikdir. Belə bir hərəkət insanın həzrətə olan rəğbətini artırır.

səh:219


1- [610] “Bihar”, c. 53, s. 232.

Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var?

Cavab: Bəzi rəvayətlərə əsasən zühur dövründə bu məscid həzrətin şəxsi iqamətgahı olacaq.

Bir gün imam Sadiqin (ə) yanında Səhlə məscidindən söz düşdü. Həzrət buyurdu: Agah olun! Həqiqətən, bu yer qiyam edəcəyi vaxt əmr sahibinin iqamətgahıdır.”(1)

Nəql olunur ki, həzrət Əbu-Bəsirə xitabən buyurmuşdur: “Ey Əba-Məhəmməd! Səhlə məscidində Qaimin gəlişini sanki gözlərimlə görürəm.”(2)

Sual: 364. Səhlə məscidində olmaqla bağlı hansı tövsiyələr var?

Cavab: Bəzi rəvayətlərə əsasən bu məsciddə olmaq və orada namaz qılmaq çox tövsiyə olunmuşdur:

1. İmam Sadiq (ə) Əla ibn Rəzinə xitabən buyurur: “Sizin yaxınlığınızda Səhlə məscidi adlanan bir məscid var. Biz o məscidi Şurə məscidi adlandırırıq. Həmin məsciddə namaz qılırsanmı? (Əla bildirir ki, orada namaz qılır) Oraya get. Çünki orada qəm yoxdur. Qəmi olanın qəmini Allah götürür. (İstəyini qəbul edir).”(3)

2. Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: “Elə bir insan yoxdur ki, Səhlə məscidinə gedib məğrib və işa arasında iki rəkət namaz qıla və Allah onun qəm-qüssəsini aradan götürməyə.”(4)

3. Başqa bir məqamda həzrət buyurur: “Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qıl. Maddi və mənəvi istəklərini Allahdan dilə.”(5)

Sual: 365. Çərşənbə gecəsi Səhlə məscidində olmaqla bağlı dəlil varmı?

Cavab: Bu barədə Əhli-beyt (ə) tərəfindən göstəriş yoxdur. Yalnız Seyyid ibn Tavus buyurmuşdur: “Əgər Səhlə məscidinə getmək istəsən bunu çərşənbə gecəsi məğrib və işa namazı arasına sal. Bu vaxt başqa vaxtlardan üstündür.”(6)

səh:220


1- [611] “Kafi”, c. 3, s. 495.
2- [612] “Bihar”, c. 100, s. 436.
3- [613] “Bihar”, c. 100, s. 437»
4- [614] “Vəsailuş-şiə”, c. 5, s. 266.
5- [615] “Bihar”, c. 100, s. 434.
6- [616] “Misbahul-Zair”, s. 105.

Mühəddis Nuri bildirir ki, 40 gecə məsələsi ümumi şəkildə rəvayətlərdə təsdiqlənmişdir.(1)

İmam Mehdinin (ə) izdivacı (evlənməsi)

Sual: 366. İmam Mehdi (ə) izdivac etmişdirmi?

Cavab: “Şəxsin qeybi” nəzəriyyəsinə əsasən həzrət izdivac etməmişdir. Çünki o bütün insanlardan məxfidir. İzdivac üçün xalqla rabitədə olmaq lazım gəlir. Bu isə qeyb fəlsəfəsinə uyğun deyil. “Ünvan gizliliyi” nəzəriyyəsinə əsasən isə həzrət izdivac edə bilər və bu islami sünnədir. Amma əldə olan sənədlər birinci baxışı təsdiqləyir:

1. Əksər rəvayətlərdə “şəxsi qeyb” nəzəriyyəsinə üstünlük verilir.

2. Əmrinin rəvayətində həzrətin həcc mövsümündə olması bildirilsə də, bu rəvayəti imam nəql etməmişdir. Eyni zamanda, bu xəbər həcc mövsümünə aiddir.

3. Həzrət üçün tam qeyb müəyyənləşdirilmişdir.

4. Əgər izdivac olsaydı, səfirlər və vəkillər bu məsələyə toxunardılar.

5. Məsudi Əli ibn Əbu-Həmzədən nəql edir:

Biz imam Rizaya (ә) ərz etdik ki, rəvayətlərə əsasən imam öz nəslini görməmiş dünyadan getməz? İmam Riza (ə) buyurdu: “Məgər sizə çatmayıbmı ki, Qaimdən savay?!”(2)

Sual: 367. Həzrətin izdivac etməməsi İslam sünnəsinə zidd deyilmi?

Cavab: İzdivac peyğəmbər sünnəsi olsa da, bəzən daha mühüm məsələ önə gəlir. Rəvayətlərdən bu da anlaşılır ki, dünyanın sonunda evlənməmək yayılmış iş olacaq.

Sual: 368. Əgər izdivac olmayıbsa, Müfəzzəl ibn Ömərin rəvayətinə necə cavab verək?

Cavab: Həzrətin izdivac etməsinə inananlar Müfəzzəl ibn Ömərin rəvayətinə istinad edirlər. O, imam Sadiqdən (ə) nəql edir ki, onun məkanından heç bir övladı xəbər tutmaz...”(3)

Cavab olaraq belə deyə bilərik:

səh:221


1- [617] “Nəcmus-Saqib”, s. 845.
2- [618] “İsbatul-vəsiyyə”, s. 201.
3- [619] “Əl-Ğeybət”, s. 102.

1. Bu rəvayət eyni məzmunda Nemaninin “Əl-ğeybət” kitabında nəql olunmuşdur. Amma övlad sözü əvəzinə “vəli” sözü işlədilmişdir. Onun yerindən heç bir vəli xəbər tutmaz.”(1)

2. Rəvayətlərdə qeyd olunmur ki, hazırda həzrətin zövcəsi və övladları var. Zühurdan sonrakı övladlar da nəzərdə tutula bilər.

3. Belə bir təbir obrazlıq xatirinə işlədilə bilər. Yəni hətta həzrətin övladı olsaydı da, onun yerindən xəbər tutmazdı.

Sual: 369. Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayəti həzrətin izdivacı üçün dəlil deyilmi?

Cavab: Bəziləri həzrətin izdivacını sübuta yetirmək üçün Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayətinə istinad edirlər. Bu rəvayət genişdir. Rəvayətin mətnində imam Mehdinin (ə) övladlarının yaşadığı beş şəhər göstərilir.(2)

Ənbarinin rəvayətini bir çox alimlər zəif saymışdır. Аğаbоzrоg Tehrani, Seyyid Nemətullah Cəzairi, Şeyx Məhəmməd Təqi Şüştəri bu qəbil alimlərdəndir.

Аğаbоzrоg Tehrani deyir: “Biz əlimizə düşmüş bu hekayəni nəql edəni tanımırıq. Yalnız bunu bilirik ki o, həmin məclisdə möhtərəm olmuşdur. Onun sənəd və mətnində ziddiyyətlər var... Bu hekayəni nəql etməkdə alimlərin məqsədi həbibin zikridir.

Sual: 370. “Cəzireye-Xəzra” (Bermud adaları) əhvalatı imamın izdivacına dəlil ola bilərmi?

Cavab: Mərhum Məclisi “Biharda” Əli ibn Fazildən geniş bir rəvayət nəql etmişdir. Bu rəvayətdə həzrətin nəslinin yaşadığı adalardan danışılır.

Əslində isə:

1. Məclisinin sözlərindən belə anlaşılır ki, o, rəvayəti bir o qədər də etibarlı saymamışdır. Alim deyir: “Mötəbər kitablarda bu hədislə rastlaşmadığımdan onu ayrıca bir fəsildə qeyd etdim.”(3)

2. Аğаbоzrоg Tehrani də bu әhvаlаtı ciddi saymır.

3. Hədisin mətnində ziddiyyətlər var.

4. Hədisdə əsassız məsələlər müşahidə olunur.

5. Onu nəql edənlər arasında tanınmamış fərdlər var.

səh:222


1- [620] “Əl-Ğeybət”, s. 17.
2- [621] “Bihar”, c. 53, s. 213-221.
3- [622] “Bihar”, c. 52, s. 159.

Sual: 371. Bəzi rəvayətlərdə həzrətin ailəsindən danışılır. Bu məlumatlar onun izdivac etməsinə dəlil ola bilməzmi?

Hədis barədə nə demək olar?

1. Həzrətin övladları ilə bağlı məlumatlar zühur və ya ondan sonrakı dövrə aiddir. Seyyid Cəfər Mürtəza Amili deyir: “Çox olsun ki, həzrətin zühurundan sonra övladı olacaq...”(1)

2. Bəzi rəvayətlərdə rastlaşdığımız “həzrətin ailəsi” təbiri onun ata-babasına da işarə ola bilər.

Sual: 372. “Əbа-Saleh” (“Saleh atası”) künyəsi(2) həzrətin izdivac etməsini göstərmirmi?

Cavab: Bəziləri həzrət Mehdinin (ə) izdivacını sübuta yetirmək üçün onun “Əba-Saleh” künyəsini dəlil göstərir.

Əvvəla, həzrət Mehdi (ə) cəmiyyətin islahında bir ata, rəhbər olduğu üçün “Əba-Saleh” adlandırıla bilər. O, Allahın iradəsi ilə bütün yer üzünü islah edəcək yeganə şəxsdir. Necə ki, bir rəvayətdə həzrət Peyğəmbər (s) Əli ibn Əbi-Talib haqqında buyurur: “Mən və Əli bu ümmətin iki atasıyıq.”

İkincisi, ərəb dilində “əb” sözü təkcə ata mənasını bildirmir. Bu sözdə “sahib” mənası da var. “Əba-Saleh” dedikdə ixtiyarında salehlər olan kəs nəzərdə tutula bilər. .

Üçüncüsü, bu аd “Ənbiya” surəsinin 105-ci ayəsindəki “ibadiyəs-salihun” təbirindən dә götürülə bilər.

“Nüdbə” duası

Sual: 373. Alimlər “Nüdbə” duasını mötəbər sayırlаrmı?

Cavab: Adətən, mötəbər və məşhur tarixi kitablardan nəql olunmuş xəbərlər qəbul edilir. İslam alimləri isə şəri hökmlərin və dini maarifin əldə olunmasında həmin üsulla kifayətlənmir, hədislərin sənədini, rəvayətçinin ədalət və doğruçuluğunu araşdırırlar. Əgər bu istiqamətdə əminlik yaranmasa, xəbər etibarlı sayılmır.

səh:223


1- [624] “Dirasətun fi əlaimul-zuhur”, s. 232.
2- [625] Әrәblәr аtаnı böyük оğulun аdı ilә çаğırırlаr. Mәsәlәn, Әbülqаsim-yәni Qаsimin аtаsı; Әbusаlеh-yәni Sаlеhin аtаsı. Bu kimi аdlаndırmаyа «künyә» dеyilir.

Vacib və haram hökmlərə münasibətdə bu yanaşma daha da ciddiləşir. Amma müstəhəb işlərdə bu sayaq dərin araşdırmaya ehtiyac yoxdur. “Nüdbə” duası da bu sayaq məsələlərdəndir. Bu duanın mötəbər bir sənəddə nəql olunması bir o qədər də mühüm deyil. Həmin duanı qorxu və ümid hissləri ilə qiraət etmək kifayətdir. Duanın mətnindən, sözlərindən onun etibarlılığı görünür. Çünki eyni məsələlər ayə və rəvayətlərdə də qeyd olunur.

Sual: 374. Səhih rəvayəti qeyri-səhih rəvayətdən necə fərqləndirmək olar?

Cavab: Bəzi uydurmaçılar həzrət Peyğəmbərin (s) dövründən başlayaraq hədis qоndаrdıqlаrı üçün səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün meyara ehtiyac duyulur. Bir neçə meyar göstərmək olar:

1. Qurana uyğunluq – İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın.”(1)

2. Digər məsumların buyuruqlarına uyğunluq – Həsən ibn Cəhm deyir: İmam Rizaya (ə) ərz etdim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. Həzrət buyurdu: “Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil.”(2)

3. Ağıla uyğunluq – Həzrət Peyğəmbər (s) buyurur: “Əgər sizə məndən bir hədis yetişsə Allahın kitabı ilə müqayisə edib, onu ağlınızın hökmünə verin. Əgər kitab və ağıla uyğundursa, qəbul edin, uyğun deyilsə, divara vurun.”(3)

Sual: 375. “Nüdbə” duası haqqında böyük alimlərin nəzəri nədir?

Cavab: Şeyx Mürtəza Ənsari “Əl-məkasib” kitabında “Nüdbə” duası haqqında danışarkən ona heç bir etiraz bildirmir və sənədini araşdırmır.

Şeyx Abdullah Maməğani və İrəvani də uyğun duaya oxşar münasibət göstərmişlər.

Sual: 376. “Nüdbə” duasını kimlər nəql etmişdir?

səh:224


1- [626] “Kafi”, c. 1, s. 69.
2- [627] “Vəsailuş-şiə”, c. 27, s. 121.
3- [628] “Şərhe-üsule-kafi”, c. 2, s. 343.

Cavab: “Nüdbə” duası bir çox alim və hədisçilər tərəfindən nəql olunmuşdur. Onlardan bəziləri ilə tanış olaq: Şeyx Məşhədi, “Əl-Məzar”; Seyyid ibn Tavus, “Misbahul-Zair”; “İqbalul-Əmal”; Əllamə Məclisi, “Zadul-Məad”; Şeyx Cəmil Əbül-Fərəc Məhəmmədi ibn Əli ibn Yaqub ibn İshaq ibn Əbu-Qürrə Bənani; Şeyx Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan.

Mərhum Аyətullah Bürucirdi buyurur: “Ricalşünaslığın (hədisçiləri tanımağın) yollarından biri onların şagirdlərinin şəxsiyyətini tanımaqdır. Əgər Şeyx Müfid kimi bir şəxsin daim müəyyən bir şəxsə istinad etdiyini və ona irad tutmadığını görürüksə, bu özü həmin şəxsin etibarlılığını göstərir.”

Sual: 377. “Nüdbə” duasının rəvayətçisi imamın müasiri olmadığı halda bu duanı necə nəql edir?

Cavab: Kimsə iddia etmir ki, Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan Bəzufəri “Nüdbə” duasını vasitəçisiz nəql etmişdir. İmamdan rəvayət nəql etmək üçün onun müasiri olmaq zəruri deyil.

Biz əminik ki, bu duanı Bəzufəriyə istinadən nəql edənlər onun sənədini göstərməyi zəruri saymamışlar. Ya da Bəzufəri özü “Nüdbə” duası çox məşhur olduğundan onun sənədini göstərməyə ehtiyac duymamışdır.

Sual: 378. “Nüdbə” duasını vasitə ilə nəql etmiş Məhəmməd ibn Məşhədi kimdir?

Cavab: Ayətullah Xoyinin Şeyx Hürr Amilidən nəql etdiyinə görə, Məhəmməd ibn Məşhədi Məhəmməd ibn Əli ibn Cəfərdir.(1)

Mərhum Hacı Nuri isə “Xatəmeye-Mustədrək” kitabında bu barədə deyir: “Məhəmməd ibn Məşhədi Hairi kimi tanınmış Məhəmməd ibn Cəfər ibn Əli ibn Cəfər Məşhədidir. O Əbül-Fəzl Şazan ibn Cəbrail Qumminin rəvayətçilərindəndir. O, Şeyx Müfiddən iki vasitə ilə rəvayət edir.”(2)

Sual: 379. “Nüdbə” duasının digər bir rəvayətçisi olan Məhəmməd ibn Əli ibn Əbu-Qürrə kimdir?

Cavab: Bu şəxs mötəbər rəvayətçilərdəndir. Nəccaşi onun haqqında deyir: “O etibarlıdır, xeyli rəvayət eşitmiş və bir çox kitablar

səh:225


1- [629] “Məcəme-ricalul-hədis”, c. 17, s. 269.
2- [630] “Mustədrəkul-Vəsail”, c. 3, s. 368.

tərtib etmişdir. O, imamiyyə səhabələri üçün kitabları vərəq-vərəq oxumuşdur və bizimlə məclislərdə olmuşdur.”(1)

Sual: 380. İbn Məşədi “Nüdbə” duasını Məhəmməd ibn Əbu-Qürrədən necə nəql etmişdir?

Cavab: Məhəmməd ibn Cəfər Məşhədi Məhəmməd ibn Əbu-Qürrənin müasiri olmamışdır. Sadəcə, Əbu-Qürrənin “Məzar” adında kitabı var və İbn-Məşhədi öz nəqlində bu kitaba əsaslana bilərdi.

Sual: 381. İbn-Məşhədi mötəbər sayılmışdırmı?

Cavab: O, Əhməd ibn İdrisin şagirdlərindən sayılır. Və ustadından rəvayət nəql etmişdir. Şeyx Müfid həmin şəxsdən rəvayət nəql etdiyi üçün onu Şeyx Müfid tərəfindən etibarlı saymaq olar.

Bəzufəri haqqında rical kitablarında xüsusi bir qeyd yoxdursa da, o Şeyx Müfidin istinadgahı olduğundan və Şeyx ona dua etdiyindən onu etibarlı saymaq olar.

Sual: 382. “Nüdbə” duası hansı imamdandır?

Cavab: Zahirən, bu dua imam Sadiq (ə) tərəfindəndir. Bu həqiqəti mərhum Məclisi də təsdiqləyir. Amma bəzi mənbələrdən belə görünür ki, bu dua Sahibəzzamana aiddir. Belə bir qənaətə gələ bilərik ki, “Nüdbə” duası Sahibəzzaman tərəfindən yox, onun üçün yazılmışdır.

Belə bir ehtimal da var ki, Bəzufəri bu duanı əsrin məşhur rəvayətçilərindən olmuş atası Hüseyn ibn Əli ibn Süfyandan nəql etmişdir. Həmin şəxs dörd naib vasitəsi ilə Sahibəzzamanla rabitə saxlaya bilərdi.

Sual: 383. “Nüdbə” duasını şiə alimləri tərtib etməmişdirmi?

Cavab: Bəziləri bu duanı şiə alimlərinə aid edirlər. Amma bu iddia bir sıra səbəblərdən batildir:

1. Bəzufəri rəvayətin davamında qeyd edir: “Belə görünür ki, bu dua məsum imam tərəfindən bəyan olunmuşdur. Çünki beş hökm (vaciblik, haramlıq, müstəhəblik, məkruhluq, mübahlıq) yalnız Allahın məsum övliyalarının səlahiyyətində olan işdir.

2. Dua üçün konkret bir vaxtın göstərilməsi onun məsumlar tərəfindən nəql olunduğunu bildirir.

səh:226


1- [631] “Ricale-Nəccaşi”, s. 283.

3. Alimlər özlərindən bir dua və ya ziyarət yazdıqda bunu qeyd edirlər:

a) Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” kitabında həzrət Fatimə (s) üçün ziyarət nəql edir və bu barədə deyir: “Mən bu duanı həcc səfərində Mədinədə həzrət Fatimənin (s) qəbri kənarında oxudum. Amma həmin duaya xəbərlərdə rast gəlmədim...”

b) Seyyid ibn Tavus “Əl-İqbal” kitabında deyir: “İnşa etdiyimiz bu duanı süfrə başında oxuyuruq.”

v) Seyyid ibn Tavus başqa bir məqamda yazır: “Şəvvalda ayın görünməsi ilə bağlı deyilənləri “Əməluş-şer” kitabında inşa etdiyimiz duada bildirmişik...”

4. İbn-Məşədi “Əl-Məzar” kitabında deyir: “Mən bu kitabımda etibarlı rəvayətçilərin inşası olan ziyarətləri toplamışam.”

5. “Nüdbə” duasının Sahibəzzaman tərəfindən inşa olunub öz məktublarında Bəzufəriyə çatdırılması mümkündür.

Sual: 384. Sahibəzzamanla Rəzva və Zil-tuva dağları arasında hansı əlaqə var?

Cavab: Böyük qeyb dövründə həzrətin xüsusi bir məkanı yoxdur. Onun bu iki dağda və ya müqəddəs sərdabədə sakin olması düzgün deyil. Bəli, kisaniyyə kimi bəzi firqələr Məhəmməd ibn Hənəfiyyənin Rəzva dağında qeybə çəkildiyinə inanırdılar. Bəs Sahibəzzamanla bu iki dağ arasında hansı əlaqə var?

Sualı cavablandırmazdan öncə bu iki dağ haqqında qısaca məlumat verək. Ziltuva Məkkənin bir fərsəxliyində yerləşən məkanın adıdır. Oradan Məkkə evləri görünür.(1)

Rəzva Mədinənin dağlarındandır. Bu dağla Mədinə arasında 40 mil yol var. Bu dağın fəziləti haqqında rəvayətlər nəql olunmuşdur. Yuxarıdakı sualla bağlı deyə bilərik ki, qeyb dövründə həzrətin müəyyən bir məkanı yoxdur. Rəvayətdən belə bir nəticə çıxmır ki, həzrət Rəzva və ya Tuva dağında gizlənmişdir. Əslində dağların adının çəkilməsi həzrətin müəyyən məkanda olmamasına bir işarədir.

Məhz bu dağların adının çəkilməsində məqsəd həzrətin həmin yerlərdə daha çox olmasıdır.

Bu məntəqələrin adının çəkilməsində başqa məqsədlər də ola bilər. Məsələn, Zil-Tuva dedikdə Məkkə, Rəzva dedikdə Mədinə nəzərdə tutula bilər.

səh:227


1- [632] Məcməul-Bəhreyn.

Sual: 385. Nə üçün bu duada bütün imamların adı çəkilməmişdir?

Cavab: Bu duada 12 imamın hər birinin adının çəkilməməsi onu gücdən salmır. İmamların adı birbəbir çəkilməsə də, onların üzləşdiyi çətinliklərə işarə olunmuşdur. Əslində duada zikr olunmuş müsibətlər hər bir imamın xalqın hidayəti yolunda çəkdiyi əziyyəti göstərir.

Sual: 386. Duada ruhların meracından danışılır. Bu xəbər cismani merac prinsipinə zidd deyilmi?

Cavab: Bəzən bildirilir ki, bu duada merac ruha aid edildiyindən əslində onu mötəbər saymaq olmaz.

Əslində duada ruhların meracı yox, səmaya doğru meracdan danışılır. Bu müddəanın dəlilləri var:

1. Mühəddis Nuri “Təhiyyətul-Zair” kitabında deyir: “Mənim “Məzar” kitabından əldə etdiyim nüsxədə səmaya yüksəlişdən danışılır.(1)

2. Şeyx Abbas Qummi də öz kitabında ustadı Hacı Nurinin sözlərini nəql edir.

3. Hazırda da duanın nəql olunduğu “Məzar” kitabında səmaya yüksəlişdən danışılır.

4. Duadakı digər cümlələr də meracın cismani olduğunu təsdiqləyir.

5. Yüksəlişin ruha aid edildiyi nüsxələrdə zahiri mənanı əsas götürmək düzgün deyil. Mərhum hacı Mirza Əbül-Fəzl Tehrani deyir: “Bəzən ruh sözü ruhla birlikdə cisim mənasında işlədilir...”

Sual: 387. “Nüdbə” duası haqqında hansı əsərlər yazılıb?

Cavab: “Nüdbə” duası haqqında yazılmış əsərlərdən bəzilərini yada salaq: Sədrəddin Məhəmməd Həsəni Müdərris Yəzdi, “Şərhe-duaye-Nudbə”; Mirza Əbdür-Rəhim Təbrizi, “Əqdul-Cəmani linudbətən Sahibəzzaman”; Şeyx Əli Xoyi, “Vəsilətul-qurbə fi şərh duaun-nudbə”; Molla Həsən Turbəti Səbzvari, “Şərhe-duaye-nudbə”, Seyyid Məhmud Mərəşi, “Əl Nuxbəti fi şərhi-duaun-nudbə”; Sərdar Kabuli, “Şərhe duaye-nudbə” və s.

Sual: 388. Sahibəzzamanın (ə) qeybi dövründə həzrət haqqında edilən hansı dualar qəbuldur?

səh:228


1- [633] “Təhiyyətul-Zair”, s. 260

Cavab: Sahibəzzaman haqqında dua çoxdur. Onlardan bəzilərini yada salaq: İmam Sadiqdən (ə) dua;(1) Ğəriq duası;(2) Ramazan ayında hər fərizədən sonra dua; “Əhdi-səğir” duası;(3) “Əhd” duası(4) Zöhr namazından sonra dua;(5) Əsr namazından sonra dua;(6) “Nimeye Şəban gecəsi” duası.(7)

Sual: 389. Sahibəzzaman üçün haralarda dua oxumaq tövsiyə olunur?

Cavab: Rəvayətlərə əsasən, bəzi müqəddəs məkanlarda imam üçün dua oxumaq xüsusi tapşırılmışdır. O cümlədən: Məscidül-həram; Müqəddəs sərdabə; Kufə, Səhlə, Səə, Cəmkəran məscidləri kimi həzrətə aid yerlər; imam Hüseynin (ə) hərəmi; imam Rizanın (ə) hərəmi; imam Əsgərinin (ə) (və imam Hadinin (ə)) hərəmi; ümumi şəkildə imamlardan birinin hərəmi; Vüquf məhəllində (Ərəfatda)

Sual: 390. Sahibəzzamana təvəssülün fəlsəfəsi nədir?

Cavab: Təvəssül insanın özü ilə məhbubu arasında vasitə qərar verməsidir. Vasitə iki növdür: Bu vasitə bəzən maddi olur, bəzən isə mənəvi. Məsələn, su susuzluğu aradan qaldırmaq üçün maddi vasitədir. Bəzən isə peyğəmbər və məsumlar günahın bağışlanması üçün bəndə ilə Allah arasında vasitə olur.

Dünya səbəblərin, nəticələrin, vasitələrin nəzmi əsasında bəşəriyyətin təkamülü üçün yaradılmışdır. İnsanın təbii ehtiyacları adi vasitələrlə ödənir. Amma hidayət, bağışlanma kimi mənəvi feyzlər yalnız xüsusi vasitələrlə insana çata bilər.

Yer üzünün günəş vasitəsi ilə işıqlanması təəccüb doğurmadığı kimi, günahların ilahi övliyalar vasitəsi ilə bağışlanması da təəccüblə qarşılanmamalıdır.

Şəhid Mütəhhəri buyurur: “Allahın feli, gördüyü işlər nizam əsasındadır. Varlıq nizamını saya salmayan insan yolunu azmışdır. Bu

səh:229


1- [634] “Kəmalud-din”, s.342.
2- [635] “Bihar”, c. 52, s. 148.
3- [636] Həmin mənbə.
4- [637] “Əl-bələdul-əmin”.
5- [638] Həmin mənbə.
6- [639] “Bihar”, c. 53.
7- [640] “Məfatehul-Cinan”, s. 166.

səbəbdən də Allah günahkarlara buyurur ki, peyğəmbərin qapısına gedib bağışlanmaları üçün dua istəsinlər.(1)

Quran və rəvayətlərdə təvəssül haqqında çoxsaylı buyruqlarla rastlaşırıq. Allah-tәala buyurur: “Ey möminlər! Təqva yolunu seçin, ona çatmaq üçün vasitə istəyin.”(2) Təvəssülün digər faydalarından biri budur ki, insanlar təvəssül yolu ilə öz problemlərini həll etdikdə peyğəmbər və imamların uca məqamına əmin olurlar.

Sual: 391. Zühurun tezləşməsi üçün edilən dua ilə zühura tələsməyin qadağası arasındakı ziddiyyət yoxdurmu?

Cavab: Bir çox rəvayətlərdə zühurun tezləşməsi üçün dua tövsiyə olunmuşdur. Bir qrup başqa rəvayətlərdə isə zühura tələsmək qadağan olunur.

Əvvəla, zühura tələsmək hazırlıqsız olursa, dua müqədimə və şərtlərlə müşayiət edilir.

İkincisi, dua özü həzrətin zühuru üçün şərtlərdən ola bilər.

Sual: 392. Əgər bir şəxs 40 gün əhd duası oxusa imam Mehdinin (ə) yardımçılarından olarmı?

Cavab: İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, hər kəs 40 sübh “Əhd duası” oxusa həzrət Mehdinin (ə) yardımçılarından olar. Əgər bu şəxs həzrət Mehdinin (ə) zühurundan öncə dünyasını dəyişsə, zühur vaxtı qəbirdən çıxarılar...”(3)

Əvvəla, belə bir təsir əldə etmək üçün, olsun ki, bu şərtlər də ödənməlidir. Dua edən insan Allahla həqiqətən əhd bağlamaq üçün gerçək ünsiyyət yaratmalıdır.

İkincisi, Allah əhd duasına xatir hətta pis insanı islah edə bilər. 40 gün ardıcıl oxunan əhd duası insana böyük təsir göstərib onu dəyişə bilər və həmin şəxs həzrətin səhabələrindən olar.

Həzrəttn ömrünün uzunluğu

Sual: 393. Həzrət Mehdinin (ə) ömrünün uzunluğuna sünnə əhli etiraz edirmi?

Cavab: İmamiyyə şiələri qəti dəlillər əsasında inanırlar ki, həzrət Mehdinin (ə) imaməti 255-ci ildən hazıradək davam edir. Bu etiqada

səh:230


1- [641] Bax: “Nisa”, 64.
2- [642] Bax: “Maidə”, 35.
3- [643] “Məfatihul-Cinan”.

əsasən insan 1000 ildən artıq yaşaya bilməlidir. Sünnə əhli isə buna şübhə ilə yanaşır və etiraz edir ki, insan bir bu qədər yaşaya bilməz. Onlar əslində şiələrin imamət və Məhdəviyyət etiqadını qəbul etmədiklərindən həzrət Mehdinin (ə) ömrünün uzunluğunu bəhanə gətirirlər. Onlar bu münasibətləri ilə əslində şiələrin Məhdəviyyət inancını sual altına alırlar. Saih Əli Hüseyn Məğribi deyir: “Sünnə əhli həzrət Mehdinin (ə) 1000 ildən çox yaşamasını tənqid edir və deyirlər: “Bəşəriyyətin bir bu qədər yaşaması görünməyib və buna heç bir dəlil yoxdur.”(1) Bu məsələni doktor Əhməd Mahmud Sülhi də etirazla qarşılamış və demişdir: “Mehdinin (ə) 1000 ildən artıq diri qalması Məhdəviyyət (ə) inancını zəiflədən səbəblərdəndir.”

Sual: 394. Allah insanın ömrünü bir bu qədər uzada bilərmi?

Cavab: Kəlam elmində sübuta yetirilmişdir ki, Allah hər şeyə alim olduğu kimi, hər işə də qadirdir. Zatən mahal olmayan, baş verə biləsi bütün işlər ümumi qaydalara zidd olsa da, Allahın qüdrəti ilə gerçəkləşə bilər. Demək, Allah bir şəxsin ömrünü istədiyi qədər uzadıb, onu ölüm bəlasından qoruya bilər. Odun xasiyyəti yandırmaqdır. Amma Allah öz qüdrəti ilə odu İbrahimə soyutdu. Əllamə Təbatəbai buyurur: “Həzrət Peyğəmbərdən (s) və imamlardan qeybdə olan imamla bağlı nəql olunanları mütaliə edənlər belə bir nəticəyə gəlir ki, həzrətin həyatı möcüzəli və qeyri-adi bir həyatdır. Qeyri-adi işləri isə inkar etmək olmaz. Hadisələrin baş verməsi amilləri təkcə bizim hiss etdiyimiz amillərdən ibarət deyil. Biz təbiətdən kənardakı amilləri hansı əsasla inkar etməliyik?! Bəli, insanın ömrünü qeyri-adi həddə uzada biləcək amillər var. Bu ömür 1000 illərə çata bilər. Elə bu səbəbdən də, tibb elmi hələ ki insan ömrünün sirrini tapa bilməmişdir.”(2)

Şəhid Sədri deyir: “Tutaq ki, bu sayaq uzun ömür elmi baxımdan mümkünsüzdür. Nəticə nə olur? Bu sözləri deyərkən insan ömrünün qeyri-adi həddə uzunluğunun təbiət qanunlarına zidd olması nəzərdə tutulur. Amma unutmaq olmaz ki, söhbət möcüzədən gedir...

Bu möcüzə Quran və sünnədən faydalanıb istifadə edənlər üçün yeni bir şey deyil. Təbiət qanunlarına əsasən istilik daha çox hərarəti

səh:231


1- [644] “Tərasəna və məvazinul-nəqd”, s. 203.
2- [645] “Şiə dər İslam”, s. 198.

olan cisimdən hərarəti az olan cismə keçir. Hansı ki, bu qanun həzrət İbrahimə münasibətdə ödənmədi.(1)

Allah-tәala həzrət Yunis haqqında buyurur: “Əgər o təsbih (həmd) deyənlərdən olmasaydı, şübhəsiz, qiyamətədək balığın qarnında qalardı.”(2)

Demək, bir insanın ömrü möcüzə yolu ilə qiyamətədək uzana bilər.

Sual: 395. Elmi baxımdan insan bir bu qədər yaşaya bilərmi?

Cavab: «Elmi baxımdan mümkünsüzdür» deyərkən nəzərdə tuturuq ki, bəzi işlər hətta modern vasitələrlə həyata keçə bilməz. İnsan ömrünün uzunluğu da belədir.

Bernard Şou deyir: “Bioloqların qəbul etdiyi elmi prinsiplərdən biri budur ki, insan ömrü üçün sabit hədd yoxdur. Ömrün uzunluğu hədd qəbul etməyən bir məsələdir.”

Tanınmış alman alimi Vayzmen deyir: “Ölüm ilə təbiət qanunları arasında heç bir asılılıq yoxdur...”

Tanınmış fizik Floker deyir: “İnsanın təbii ömür uzunluğu 600 ildir.”

İngilis alimi Rocer təbii insan ömrünün 1000 il olduğunu göstərir.

Amerika alimi doktor Kilverd Hauz deyir: “Tibb elmi insan ömrünü qısaldan amilləri qidalanma rejimi vasitəsi ilə aradan qaldıra bilər. Bu gün ümidvarıq ki, ata-babalarımızın ömründən fərqli olaraq uzun ömürlülüyə yol tapaq.” Professor Etinger deyir: “Yeni nəsil səmavi kitablara iman gətirdiyi kimi yaxın gələcəkdə inanacaq ki, insan üçün əbədi həyat mümkünsüz deyil. Bugünkü texnoloji tərəqqi gələn əsrdə insan ömrünü 1000 ilə çatdıra bilər.”(3)

Jons Hopkins universitetinin professoru Dimend deyir: “Sübuta yetirilib ki, insanın bütün əsas orqanları əbədi yaşaya bilər. Ən azı, onların uzun müddət yaşaması mümkündür...”

Sual: 396. Real həyatda uzun ömürlülük müşahidə olunubmu?

Cavab: Filosoflar və mütəkəllimlər bildirirlər ki, bir şeyin mümkünlüyü üçün ən güclü dəlil onun baş verməsidir. Tarixdə uzun

səh:232


1- [646] Bax: “Ənbiya”, 69); (“Bəhsun həvlәl-Məhdi”, s. 77-80.
2- [647] “Saffat”, s. 143,144.
3- [648] Məcəlleye-daneşmənd”, 6-cı il, say 6.

ömürlülər çox olmuşdur və onlardan biri də bu günədək ömür sürən həzrət Mehdidir (ə).

Allah-tәala həzrət Nuh haqqında buyurur: “Biz Nuhu qövmünə doğru göndərdik. Nuh onların arasında 1000 ildən 50 il əskik yaşadı.”(1)

Müsəlmanların və Məsihilərin əqidəsinə görə, həzrət Məsih hazırda sağdır. O, dünyanın sonunda gəlib həzrət Mehdinin (ə) arxasında namaza dayanacaq.

Sual: 397. Sünnə əhli rəvayətlərində uzun ömürlülüyə işarə olunmuşdurmu?

Cavab: Maraqlıdır ki, sünnə əhli həzrət Mehdinin (ə) mövludunu və varlığını məhz uzun ömürlülük baxımından qəbul etmir. Hansı ki, onların səhih rəvayətlərində uzun ömürlük haqqında ətraflı məlumat var. “Səhihe-Muslim”də nəql olunmuş “Cəssasə hədisi” nümunə göstərilə bilər. Bu hədisdə Dəccal adlı bir şəxsin varlığından danışılır. Rəvayətdə bildirildiyinə görə bu şəxs insanların nəzərindən uzaq bir adada tənha yaşayır və vaxtında batil inqilaba əl atasıdır.(2)

Sual: 398.Keçmiş ümmətlər arasında uzun ömürlülük olmuşdurmu?

Cavab: Tarixi mənbələrə müraciət etdikdə bir çox insanların uzun ömür yaşadığına şahid oluruq. Məsələn, 1000 il yaşayıb, hələ də sağ olan Xızır (ə); 3500 il yaşamış Loğman ibn Ad; 4000 il (bəzi mənbələrdə 1000) həkim Loğman; 2500 il yaşamış Nuh peyğəmbər; 912 il yaşamış Şeys ibn Adəm; 930 il yaşamış həzrət Adəm; 462 il yaşamış İdris peyğəmbər; 712 il yaşamış Süleyman peyğəmbər; 600 il yaşamış Sam ibn Nuh və başqaları.

Sual: 399. Uzun ömürlülük fəlsəfi və məntiqi baxımdan mümkündürmü?

Cavab: Fəlsəfi və əqli baxımdan uzun ömürlülüyə qarşı heç bir dəlil yoxdur.

Fəxr Razi Nuhun 950 il yaşadığını bildirən ayə ilə bağlı deyir: “Bəzi alimlər insanın 120 ildən çox yaşamasını mümkünsüz sayır.

səh:233


1- [649] “Ənkəbut”, 14.
2- [650] “Səhihe-Müslim”, c. 8, s. 203-205.

Amma ayə başqa söz deyir və ağıl da bunu təsdiq edir. Çünki insanın tərkibində zati baxımdan əbədilik mümkündür...651

Şeyx Müctəba Qəzvini Xorasani insanın uzun ömürlülüyünü təsdiqləyən əqli və fəlsəfi dəlillər göstərir: “Fəlsəfə və hikmət qaydalarına əsasən, hər bir nöqsanlı təbiət üçün kamal yolu var. Bəşəriyyət arasında peyğəmbər kimi kamil fərdin olması da bu qayda əsasında sübuta yetirilir. Eyni qanun insanın uzun ömürlülüyünü təsdiqləyir. 1000 və ya 2000 ili insan üçün son ömür müddəti saymaq olmaz. İnsan bundan da çox yaşaya bilər...”(1)

Zühur əlamətləri

Sual: 400. Zühurun hansı əlamətləri nəql olunur?

Cavab: Rəvayətlərdə zühur mövzusunu araşdırdıqda onun bəzi əlamətləri ilə rastlaşırıq. Bəzi zühur əlamətlərini nəzərdən keçirək:

1. Ümmətin azğın bayraq və şüarlardan xəbərdarlığı;

2. Xalqın haqqa dəvət olunacağı qiyamlar barədə müjdə;

3. Bu mövzuda qeybi xəbərlər və onların həyata keçməsi ilə insanlarda əminlik yaranması;

4. Kafirlər İslamı qəbul etməzdən öncə dəlil və möcüzə istəyirlər. Zühurla bağlı xəbərlər isə gerçəkləşdikdə onlar üçün qəti dəlil olur;

5. Zühur əlamətlərinin hər biri gerçəkləşdikdən sonra xalqın bu əqidəyə bağlılığı güclənir;

6. Zühur əlamətləri birbəbir gerçəkləşdikcə Allah-tәalanın kafirlərə qarşı ciddi əzmi də üzə çıxır;

7. Müsəlmanların zühura hazırlığı və bu qiyama zəmin yaratmaları üçün əlamətlərin müstəsna əhəmiyyəti var. Əlamətlər gerçəkləşdikcə müsəlmanların ruhi, siyasi və iqtisadi hazırlığı artır.

8. İnsanda qeybi xəbərlərə meyl olduğundan zühurla bağlı xəbərlər kahinlik kimi xurafatın qarşısını alır.

9. Zühur əlamətlərinin mühüm bir hissəsi İslamın siyasi gerçəkliklərindən sayılır. Məsullar öz strateji məsələlərinin araşdırılmasında bu əlamətlərə ciddi yanaşmış, proqramlarının tərtibində uyğun xəbərləri nəzərə almışlar.

10. Zühur əlamətləri mövzusu təkcə şiələrə və ya müsəlmanlara aid olan bir mövzu deyil. Bütün dinlərdə az və ya çox bu həqiqətə inam mövcuddur.

səh:234


1- [652] “Bəyanul-Quran”, c. 5, s. 11,12.

Alman yazıçısı Helsil “Xəbər və siyasət” kitabında yazır: “Biz məsihilər inanırıq ki, bəşər tarixi bir o qədər də uzaq olmayan gələcəkdə bir mərəkə ilə başa çatacaq. Həmin vaxt Məsih geri qayıdıb bütün diri və ölülərə hakim olacaq.”

Sual: 401. Zühur əlamətləri ilə zühur şərtləri arasında hansı fərqlər var?

Cavab: Zühur əlamətləri ilə zühur şərtləri arasındakı bəzi fərqləri nəzərdən keçirək:

1. Zühurun şərtlərdən asılılığı gerçəkdir. Yəni əgər şərtlər ödənməsə, zühur baş verməz. Amma zühurun əlamətlərdən asılılığı gerçək deyil. Əlamətlər zühur üçün bir növ kəşf yönümünə malikdir.

2. Əlamətlər bütün qeyb dövrü boyu gerçəkləşən pərakəndə hadisələrdir. Şəraitlər isə zühur vaxtınadək əlaqəli və davamlı qalacaq.

3. İnsan zühur şərtlərinə münasibətdə vəzifəlidir.

Sual: 402. Zühur əlamətlərinin bəyanı onun vaxtının bildirilməsinə qoyulan qadağa ilə zidd deyilmi?

Cavab: Zühur vaxtının müəyyənləşdirilməsi onun əlamət və şərtlərindən fərqli bir mövzudur. Rəvayətlərdə zühur üçün kоnkret, dəqiq vaxt bildirmək qadağan olunmuşdur.

Qadağanın səbəbləri var:

1. Bu iddia üçün heç bir dəlil yoxdur;

2. Əgər zühur vaxtı məlum olsa, düşmənlər müqavimət göstərmək üçün hazırlaşar. Bu səbəbdən də rəvayətlərdə bildirilir ki, həzrətin zühuru qəfildən baş verəsidir.

3. Vaxt müəyyənləşdikdə cəmiyyətin ümid ruhiyyəsi güclənir. Onlar hər an zühurun baş verə biləcəyinə inanırlar.

Cavab: Peyğəmbərlər və məsum imamlar heç vaxt səhvə yol vermədiyindən onların bildirdiyi qeybi xəbərlər düşmən üçün kömək ola bilməz. Allahın qəti iradəsi ilə gerçəkləşən əlamətlərin qarşısını almaq mümkünsüzdür.

Sual: 404. Zühur əlamətləri dəyişə bilərmi?

Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, zühur əlamətləri iki qisimdir:

səh:235

Onlardan bəziləri qətidir və dəyişə bilməz (“bəda”), bəziləri isə şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Əbül-Qasim deyir: “Biz Əbu-Cəfər Məhəmməd ibn Əli Rizanın (ə) yanında olduğumuz vaxt söhbət Süfyaninin xürucundan düşdü. Rəvayətlərdə bildirilir ki, bu hadisə qətidir. Əbu-Cəfərdən bu hadisənin dəyişə biləcəyi haqqında (“bəda”) soruşdum. Həzrət buyurdu: “Bəli”. Ərz etdim ki, biz Qaimin zühurunda da dəyişiklik (“bəda”) olacağından qorxuruq. Həzrət buyurdu: “Qaim hadisəsi Allahın vədlərindəndir və Allah öz vədinə xilaf çıxmaz.”(1)

Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: “Rəvayətlərdə bu əlamətlərin qəti bəyanı; andla təkid; “labüd” sözü ilə təkid; “Lam” hərfi ilə təkid; “innə” hissəsi ilə təkid; təkrarla təkid.

Sual: 405. Zühur əlamətlərini araşdırmaq üçün düzgün yol varmı?

Cavab: Zühur əlamətləri ilə bağlı üç əsas problem var. Bu nöqtələrin hər biri dəqiq araşdırılmalıdır: Mötəbər dəlillə əlamətin sübutu; Əlaməti anlaşılmaz haldan çıxarmaq; əlamətin gerçəkləşməsinin sübutu və ya inkarı üçün qaydalar.

Zühurla bağlı mötəbər rəvayətləri uydurma rəvayətlərdən fərqləndirmək üçün onların məsumlardan nəql olunması kifayətdir.

Zühur əlamətini iki yolla aydınlaşdırmaq olar:

a) Fiqhi rəvayətlərdə də istifadə olunan elmi üsul;

b) Elmi müqəddimələr. Məsələn, tarix, coğrafiya, riyaziyyat, zühur əlamətlərinə aid terminlər.

Bir əlaməti sübuta yetirmək və ya inkar etmək üçün müəyyən qaydalardan istifadə etmək olar:

1. Həmin əlaməti dəqiq şəkildə təsəvvürə gətirib onu xarici aləmə tətbiq etmək;

2. Dəlillərlə sübuta yetirilsin ki, həmin əlamət keçmiş dövrdə olub, yoxsa yox.

3. Gələcək zamanda həmin əlamətin gerçəkləşməsi ehtimalı olmasın.

Sual: 406. Zühur əlamətlərini bəyan edən rəvayətlərin sənədi və ya mətnində nöqsan varmı?

səh:236


1- [653] Nemani, “Əl-Ğeybət”, s. 303; “Bihar”, c. 52, s. 250,251.

Cavab: Bəziləri iddia edirlər ki, zühur əlamətləri ilə bağlı rəvayətlərin sənədi zəifdir və bu rəvayətlər mətn baxımından ağılabatan deyil.

Uyğun irada cavab verək:

1. Zühur əlamətləri ilə bağlı xəbərlərin əksərinin səhih sənədi var. Hətta bəzi rəvayətlər mütəvatirdir. Onların əksərinin məzmunu aydındır.

2. Bütün dini mövzularda zəif rəvayətlər mövcuddur. Bir neçə zəif rəvayətə görə hansısa həqiqəti inkar etmək olmaz. Əksinə, düzgün yolla sənədi araşdırmaq lazımdır.

3. Zühur əlamətlərinin tətbiqində yanlışlıq baş versə də, araşdırmadan əl çəkmək olmaz. Elmi və mötəbər üsullarla araşdırmanı davam etdirmək lazımdır.

Sual: 407. Zühurdan öncə qətlə yetiriləcək “Nəfsi-zəkiyyə” kimdir?

Cavab: Şiə rəvayətlərində həzrət Mehdinin (ə) “Nəfsi-zəkiyyə”nin qətlindən sonra zühur edəcəyi bildirilir.

İmam Sadiq (ə) buyurur: “Qaimin qiyamı Nəfs-zəkiyyənin qətlə yetirilməsi arasında fasilə 15 gecədən çox deyil.”

Şeyx Müfid deyir: “Zühur əlamətlərindən biri də Nəfsi-zəkiyyənin 70 salehlə birlikdə Kufə yaxınlığında qətlə yetirilməsidir.”(1)

Bəzi rəvayətlərdə bildirilir ki, Nəfsi-zəkiyyə imam Mehdi (ə) tərəfindən təbliğ əmri аlаn şəxsdir və bu şəxs rükn və məqam arasında şəhadətə çatacaq.”(2)

Bəziləri güman edir ki, Nəfsi-zəkiyyə Mənsur Abbasinin dövründə qiyam qaldırmış Məhəmməd ibn Abdullah ibn Həsən ibn Əli ibn Əbi-Talibdir. Amma bu ehtimalın ziddinə bir sıra dəlillər var:

1. Rəvayətlərdə Nəfsi-zəkiyyənin rükn və məqam arasında öldürüləcəyi bildirilir. Məhəmməd ibn Abdullah ibn Hüseyn isə başqa yerdə şəhadətə çatmışdır.

2. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) zühuru ilə Nəfs-Zəkiyyənin qətlə yetirilməsi arasında 15 gecə fasilə var.

3. Məhəmməd ibn Abdullah ibn Həsən həzrət Mehdinin (ə) mövludundan öncə qətlə yetirilmişdir.

səh:237


1- [654] “İrşad”, c. 2, s. 368.
2- [655] “Bihar”, c. 52, s. 307.

4. Məhəmməd ibn Abdullahın niyyəti xalis olmamış, “Məqatilut-Talibin” mənbəsində bildirildiyinə görə bu şəxs Məhdəviyyət iddiasında olmuşdur. Atası onu Bəni –Üməyyənin süqutundan və Bəni-Abbas dövləti təsis olunmamış Mehdi (ə) kimi tanıtdırırdı.(1)

5. İmam Sadiq (ə) buyurur: “Nəfsi-Zəkiyyə” qətlə yetirildikdən sonra həzrət Mehdi zühur edəcək.”(2)

Sual: 408. Məsih Dəccal kimdir?

Cavab: Həzrət İsa kimi Dəccal da məsih adlandırılmışdır. Amma məsih sözü təklikdə işlədildikdə həzrət İsa nəzərdə tutulur. Məsih Dəccal elə tanınmış Dəccalın özüdür. Onun haqqında bəzi ehtimallar var:

Bu şəxs məsihiyyət bayrağı ilə zühur edəcək; оnun qiyamı bütün yer üzünü bürüyəcək; bu şəxs Məsihə qarşı çıxdığı üçün Məsih ləqəbi almışdır.

Sual: 409. Süfyani kimdir?

Cavab: Əhli-beyt rəvayətlərində Süfyaninin xürucu qəti zühur əlamətlərindən sayılmışdır:

Şeyx Tusi imam Sadiqdən (ə) belə nəql edir: “Süfyaninin xürucu zühurun qəti əlamətlərindəndir.”(3)

Bir çox şiə və sünni rəvayətlərindən belə anlaşılır ki, Süfyani imam Mehdiyə (ə) qarşı çıxmaq qəsdində olan inadkarlardandır. O, Beyda adlanan məntəqədə öz qoşunu ilə birlikdə yerə batacaq.

Müslim həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Bir şəxs Allah evinə pənah gətirər. Həmin vaxt ona doğru qoşun göndərilər. Bu qoşun Beydaya çatdığı vaxt yerə batar.”(4)

Nemani imam Sadiqdən (ə) belə nəql edir: “Qaimin beş əlaməti var...” Həzrət bu beş əlamət arasında düşmənin Beydada yerə batmasını da nəql edir.(5)

Nemani digər bir yerdə zühur əlamətləri sırasında Süfyaninin xürucunu və qoşunu ilə Beydada yerə batmasını qeyd edir.(6)

səh:238


1- [656] “Məqatilut-Talibin”, s. 171.
2- [657] “Kafi”, c. 8, s. 225.
3- [658] “Əl-Ğeybət”, s. 435.
4- [659] “Səhihe-Müslim”, c. 8, s. 167.
5- [660] “Əl-Ğeybət”, s. 252.
6- [661] Həmin mənbə, s. 264.

Sual: 410. Hərmucəddun mərəkəsi nədir?

Cavab: Bəzi alimlər Hərmucəddun məntəqəsində baş verəcək mərəkəni imam Mehdinin (ə) zühuru üçün əlamət sayırlar. Bu əhvalat hətta digər səmavi kitablarda da nəql olunmuşdur.(1)

Yəhudilər və məsihilər bu mərəkəni tarixin sonunda baş verəcək çox böyük müharibə hesab edirlər.

“Hərmucəddun” sözü dağ mənasını bildirən “hər” və vadi və ya kiçik dağ adı olan “mucəddu” sözündən düzəldilmişdir. Bu vadi Fələstinin şimalında yerləşir. Onların nəzərincə, bu savaşda 400 milyon nəfər iştirak edəcək. Bu qoşun İraqdan, İrandan, Livanda, Sudandan, cənubi Qafqaz və Rusiyadan toplanasıdır.

Doktor Əbdül-Kərim Zübeydi deyir: “Bu hadisə imam Mehdinin (ə) zühurundan öncə baş verəcək həmin hadisədir. Rəvayətlərdə bu mərəkə “Tərqisya” adlandırılmışdır. Bu qoşun Аmerikadan, Аvropadan, Rusiyadan, Türkiyədən, Misirdən, Qərbi ərəb dövlətlərindən, Suriyadan, İordaniyadan, Livandan, Fələstindən və İsraildən olan çoxsaylı qüvvələrdən təşkil olunacaq. Şam sərhəddində bu qoşunlar rastlaşdığı vaxt Süfyani xüruc edəcək...”

Kuleyni nəql edir ki, imam Sadiq (ə) Muyəssərə buyurdu: “Agah ol ki, orada (Qərqisyada) göylər və yer yaranandan bu günədək oxşarı olmayan bir hadisə baş verəcək.”(2)

Bu mövzuda nəql olunmuş rəvayətlərdən məlum olur ki, bu müharibədə düşmən tərəfindən komandan Süfyani adlı bir şəxsdir. Bu şəxs İsrail və Amerika casusluq mərkəzlərinin köməyi ilə xalq arasında təfriqə salar və insanları insanlara qarşı təhrik edər. Həzrət Mehdi (ə) öz tərəfdarlarından bir hissəsi ilə Kəbəyə sığındığı vaxt bu qoşun Beyda məntəqəsində yerə batar.

Buxari həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Siz yəhudilərlə savaşanadək qiyamət qopmaz. Həmin vaxt o qədər yəhudi öldürülər ki, hətta yəhudinin pənah apardığı daş deyər: “Ey müsəlman! Mənə sığınan şəxs yəhudidir, onu qətlə yetir.”(3)

Sual: 411. “Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur?

səh:239


1- [662] “Röyaye-Yuhanna”, 16:13-16; Sefri-Zəkəriyya, 14:1-5; Ketabe-müqəddəs, s. 843.
2- [663] “Kafi”, c. 8, s. 245.
3- [664] “Səhihe-Buxari”, c. 3, s. 232.

Cavab: “Sionist məsihiyyət” dedikdə dünyanın sonu ilə bağlı öncəgörmələrə əsaslanan siyasi, iqtisadi, mədəni, hərbi bir cərəyan nəzərdə tutulur. Bu cərəyan yalnız gücə istinad edir.

Bu güruh kin-küdurət dolu ədəbiyyat və şiəliklə aşkar düşmənçilik əsasında Yerusəlimdə bütün qüvvələrini İslam ölkələrinə qarşı səfərbər etməyə səy göstərir. Onlar nəzərdə tutduqları zühur üçün zəmin hazırlamağa və bütün maneələri aradan götürməyə çalışırlar.

Bu cərəyanın aparıcıları Tövrata müraciət və yəhudi kitablarına etiqadla həzrət İsanın zühuru üçün bütün dünyanı əhatə edəcək müharibəni şərt sayırlar. Bu savaş üçün mərkəz kimi işğal olunmuş Fələstində yerləşən Аrmagedon məntəqəsini göstərirlər. Bu ideologiyanın arxasında yəhudilərin bütün Fələstin üzərində (hətta Suriya və İraqda) hakimiyyətə çatıb böyük İsrail təşkil etmək planları dayanır.

Sual: 412. Günəş və ay tutulmaları zühur əlamətidirmi?

Cavab: Zühur əlamətlərini bəyan edən rəvayətlərdə bildirilir ki, ayın ortasında ay tutulması və ayın əvvəlində günəş tutulması zühur nişanələrindəndir.

İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, Bizim Mehdinin (ə) iki nişanəsi var. Göylər və yer yarandığı gündən belə bir hal olmamışdır. Əvvəla, ramazanın ilk gecəsində ay tutular, ikincisi, ramazanın ortasında günəş tutular.”(1) Bu qeyri-adi hadisə ilə bağlı iki ehtimal var:

1. Bu hadisələri yaradan səbəb kimi fəzada qəfil peyda olan kütlə göstərilir. Bu kütlə bəzən günəş və ay qarşısından keçib “xüsuf” və “küsuf” hadisələri yaradır.

2. Bu kütlənin yerdən qopduğu ehtimal olunur. Mümkündür ki, gələcəkdə elmi-texniki tərəqqi nəticəsində yerdən bir parça qoparılsın və bu parça günəşlə ayın qarşısını kəssin.

3. Bu iki hadisə təbiət qanunlarına uyğun deyil.

Sual: 413. Zühur əlaməti olan səma səsi nədir?

Cavab: İmam Baqir (ə) buyurur: “Həqiqətən, Mehdinin (ə) xüruc əlamətlərindən biri ramazan ayında səmadan səs gəlməsidir.”(2) İmam

səh:240


1- [665] “Sünəne-darqutni”, c. 2, s. 51.
2- [666] “Kəmalud-din”, s.328.

Sadiq (ə) buyurur: “Səma səsi ramazan ayında baş verəcək, gənc qadınlar pərdə arxasından baş götürüb qaçacaq, yuxudakılar oyanacaq və oyaqlar səsdə qərq olacaq.”(1) Bu rəvayətdə iki ehtimal var:

1. Səma səsi dedikdə Cəbraildən eşidilən və hamını bürüyən səs nəzərdə tutula bilər.

2. Səma səsi dedikdə məqsəd dünyəvi əzab, dünya müharibəsi ola bilər. Eyni vaxtda yer kürəsinin müxtəlif nöqtələrində partlayan atom bombaları dəhşətli səs yarada bilər. Bu sayaq partlayışların Avropa, Amerika, Rusiya və Çində baş verəcəyi gözlənilir. Amma müsəlmanlar amandadırlar və yalnız həmin partlayışların səsini eşidərlər.

Sual: 414. Zühur əlamətlərindən olan səma nidası nədir?

Cavab: Bu mövzu ilə bağlı üç qrup rəvayət var:

1. Nida haqqında ümumi məlumat verən rəvayətlər;

2. Haqq və batilin nidalarından ibarət iki nida;

3. Qaimin adı ilə nida.

Səma səsi və səma nidası haqqında danışan hədislər məcmusundan anlaşılır ki, bütün bunlar müştərək mənaya malikdir. Bu müddəanı sübuta da yetirmək olar:

a) Həm səs, həm də nida Cəbrailə aid edilmişdir;

b) Hər iki hadisənin eyni bir vaxtda, yəni ramazan ayının 23-ü, cümə gecəsi baş verəcəyi bildirilir.

v) Hər iki hadisənin təsirləri eyni şəkildə bəyan olunur.

Sual: 415. Dəccalın zühuru dedikdə nəzərdə nə tutulur?

Cavab: Bir çox rəvayətlərdə, xüsusi ilə sünnə əhli hədislərində Dəccalın zühuru haqqında danışılır. Bu hadisə imam Mehdinin (ə) hakimiyyətindən öncə baş verəsidir.

Buxari nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəccal Mədinə ətrafında görünüb üç dəfə savaş hazırlığını bildirəcək və ətrafına kafirlər, münafiqlər toplanacaq.”(2) Sünnə əhli mənbələrində Dəccalın bəzi sifətləri zikr olunmuşdur: Rəblik iddiası edər; ömrü uzundur; yanında su və od var; kora və dəri xəstəsinə şəfa verər; ölünü

səh:241


1- [667] “Əl-Ğeybət”, s. 252.
2- [668] “Səhihe-Buxari”, c. 8, s.102.

dirildər; biri öldürüldükdə onu ayağa qaldırar; onda behişt və atəş var; bəyaz su və oddan çeşməsi var; istəkləri qəbul olar.(1)

Dəccalda bəzi sifətlərin olduğu ehtimal edilir:

a) Dəccal qeyri-adi işlər görən, sehr-caduya malik real şəxsdir.

b) Dəccal dedikdə İblis nəzərdə tutulur;

v) Ehtimal olunur ki, Dəccal şiə rəvayətlərində adı çəkilən Süfyanidir.

q) Dəccal dedikdə İsrail nəzərdə tutulur.

Öncə belə görünür ki, Dəccal hadisələri elə İsraillə bağlı hadisələrdir. Çünki:

Əvvəla, Əhli-beyt (ə) rəvayətlərində bu hədislər yoxdur;

İkincisi, əksər Dəccal hədisləri əslən yəhudi olan Kəbul-Əhbar tərəfindən nəql olunmuşdur. Bu şəxsin bütün hərəkətləri şübhə doğurmuşdur.

Üçüncüsü, məsihin zühur edib Dəccalı öldürməsi yəhudilərə aid əqidədir.

Seyyid Məhəmməd Sədr deyir: “Dəccal İslam və onun əsasları ilə düşmənçilik edən qərbin mədəni tərəqqisinin simvoludur. Bu mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki, əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır...”(2)

Quran və həzrət Mehdinin (ə) zühuru

Sual: 416. “Vəd” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd edir ki, hökmən onları yer üzünün hökmranı edəcək. Necə ki, onların əvvəlkilərinə yer üzünün xilafətini bəxş etmişdi. Onlar üçün bəyəndiyi din və ayini möhkəmlədəcək, qorxularını aramlığa çevirəcək. Belə ki, yalnız Mənə pərəstiş etsinlər və bir şeyi Mənə şərik qoşmasınlar. Bundan sonra kafir olanlar azğınlardır.”(3)

Yuxarıdakı ayə həzrət Mehdinin (ə) zühur dövrünə və ümumdünya tövhid hökuməti əsrinə aiddir. Bu müddəanın dəlilləri var:

1. Bu ayə dünyanın sonunda İslamın digər dinlər üzərində qələbəsini bildirən digər ayələrə münasibdir.

səh:242


1- [669] “Səhihe-Muslim”, c. 8, s. 197.
2- [670] “Tarixi ma bəd əz zühur”, s. 141, 142.
3- [671] “Nur”, 55.

2. “Əl-ərz” sözü bütün yer üzünə işarədir.(1)

3. Bu vaxtadək qorxu tam şəkildə aramlığa çevrilməmişdir. Bu hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.

4. Ayə ilə bağlı nəql olunmuş rəvayətlər nəzərdə tutulmuş mənanı təsdiqləyir.

Qurtubi hazırkı ayə ilə bağlı həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həmin gün yer üzündə Allah tərəfindən İslam kəlməsi daxil edilməmiş ev yoxdur.”(2) Sudəyy İbn-Abbasdan nəql edir ki, ayə Ali-Məhəmməd haqqında nazil olmuşdur.(3) İmam Səccad (ə) buyurmuşdur: “Bu ayə həzrət Qaimin şəninə nazil olmuşdur.”(4)

İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə Qaim və onun səhabələri haqqında nazil olmuşdur.”(5)

5. Dörd xəlifənin dövründə də yer üzündə kamil əmin-amanlıq yaranmadı. Xüsusi ilə İran və Rum kimi qüdrətli düşmənlər İslam üçün təhlükə mənbəyi idi. Bu səbəbdən də 30 il ərzində çoxsaylı savaşlar baş verdi.

Fəzl deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, bəziləri bu ayənin Əbu-Bəkr, Ömər, Osman və Əli haqqında nazil olduğunu düşünür. Həzrət buyurdu: “Allah onların (“nasibə”) qəlbini hidayət etməz. Axı nə vaxt Allah və onun rəsulunun dini yetərincə təsbit olub?! Axı nə vaxt həmin xəlifələrin dövründə qəlblərdən şəkk-şübhə çıxıb?! Onların dövründə hansı fitnələr qopmadı, hansı savaşlar baş vermədi?!”(6)

Sual: 417. “Ərsələ rəsuləhu” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “O, müşriklər ikrah duysa belə, bütün ayinlərə qalib gəlmək üçün öz peyğəmbərini hidayət və haqq dinlə göndərən kəsdir.”(7) Ayədə hidayət dedikdə rəsulun göndərilməsi ilə gerçəkləşən ilahi hidayət, “haqq din” dedikdə İslam dini nəzərdə tutulur.

səh:243


1- [672] “Təfsire-ibn-Kəsir”, c. 2, s. 614; “Cameul-bəyan”.
2- [673] “Təfsire-Qurtubi”, c. 7, s. 429.
3- [674] Şəvahidut-tənzil”, c. 1, s. 413.
4- [675] “Təfsire-Safi”, c. 3, s. 444.
5- [676] “Nemani, “Əl-Ğeybət”, s. 126.
6- [677] “Təfsire-Kənzul-dəqaiq”, c. 9, s. 335.
7- [678] “Tövbə”, 33.

Fəxr-Razi deyir: “Bu, gələcəkdə gerçəkləşəsi ilahi bir vəddir. Rəvayətlərə əsasən, bu vəd həzrət İsanın və həzrət Mehdinin (ə) dövründə həyata keçər.”(1)

Təbəri deyir: “Həzrət İsa nazil olan vaxt bütün dinlər batil olar və İslam dini bütün dinlərə qalib gələr.”(2)

Səid ibn Cübeyrdən rəvayət olunur ki, bu ayə Fatimə (s) övladlarından olan Mehdiyə (ə) aiddir. Allah onu bütün dinlərə qalib edəcək.”(3)

Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha, bu ayə hələ ki gerçəkləşməyib və Qaim qiyam edənədək gerçəkləşməz. O, zühur etdiyi vaxt yer üzündə Allahı inkar edən bir nəfər qalmaz.”(4)

Sual: 418. “Vərasət” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübut edir?

Cavab: Allah-tәala buyurur: “Biz zikrdən sonra Zəburda yazdıq ki, mənim saleh bəndələrim yer üzündə varis olacaq.”(5)

Ayədə Zəbur deyərkən Davuda nazil olmuş səmavi kitab, zikr deyәrkən Tövrat nəzərdə tutulur. Zəburda oxuyuruq: “Şər qüvvələrin kökü kəsilər, Allaha təvəkkül edənlər yer üzünə varis olar...”(6)

Davudun Məzmurun 29-cu ayəsində deyilir: “Salehlər yer üzünə varis olacaq və orada əbədi qalacaqlar.” “Əl-ərz” dedikdə dünya və behişt nəzərdə tutulur.(7)

“İbadiyəs-Salehun” təbiri bütün dövrlərə, məkanlara və qövmlərə aiddir. Məhz həzrət Mehdinin (ə) zühur edəcəyi dövrdə bütün yer kürəsi Allahın saleh bəndələrinin ixtiyarına keçəcək.

İbn-Kəsir deyir: “Allah-tәala şərif ayədə müjdə verir ki, öz saleh bəndələrini dünya və axirətdə səadət çatdırıb onları yer və behiştdə varis edəcək.”(8)

Alusu deyir: “Bu ayəni Mehdi (ə) əsrinə və həzrət İsanın (ə) nazil olduğu dövrə aid etsək, digər yanaşmalara ehtiyac qalmır.”(9)

səh:244


1- [679] “Təfsire-Fəxr-Razi”, c.12, s. 104.
2- [680] “Cameul-bəyan”, c. 13, s. 109.
3- [681] “Əl-Füsulul-Mühimmə”, s. 300.
4- [682] “Təfsire-Bürhan”, c.3, s. 407.
5- [683] “Ənbiya”, 105.
6- [684] “Məzmur”, 37:9-11.
7- [685] “Əl-Mizan”, c. 14, s. 493.
8- [686] “Təfsire-ibn-Kəsir”, c.2, s. 524.
9- [687] “Ruhul-Məani”, c. 17, s. 95.

Suban həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allah mənim üçün yer üzünü cəm etdi. Mən onun şərq və qərbini müşahidə etdim. Tezliklə mənim ümmətim ona çatacaq.”(1)

İmam Baqir (ə) buyurur: “İbadiyus-Salihun” dedikdə dünyanın son dövründə həzrət Mehdinin (ə) səhabələri nəzərdə tutulur.”(2)

Sual: 419. “İztizaf” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “Biz istədik ki, yer üzünün müstəzəflərinə minnət qoyaq, onları öncül və varis edək.”(3)

Sünni və şiə təfsirçiləri bu ayənin Bəni-İsrail qövmü haqqında olduğunu bildirirlər.(4) Yer üzündə əziyyətə düçar olmuş və Allah tərəfindən fironçulara qalib edilmiş qövm onlar idi. Zahiri baxımdan isə ayə Allahın qiyamət gününədək müztəzəflərlə bağlı iradəsini açıqlayır. Allah istəmişdir ki, xüsusi bir şəraitdə müztəzəfləri yer üzünün təkəbbürlü hakimlərinə qalib etsin. Bəni-İsrailin fironçular üzərində qələbəsi buna misal ola bilər. Uyğun qanunun daha kamil nümunəsi İslamın zühurundan sonra peyğəmbərin hakimiyyətidir. İslami rəvayətlərə əsasən, daha kamil nümunə zühur dövründə həzrət Mehdinin (ə) hakimiyyətidir. Bu mənanı bir sıra dəlillərlə sübuta yetirmək olar:

1. Allahın iradəsi haqqında danışılarkən “müzare” formadan (fеlin indiki vә yа gәlәcәk zаmаn fоrmаsı) istifadə edilməsi davam göstəricisidir.

2. Ayədə ümumi şəkildə müztəzəflərdən danışılır və təkcə Bəni-İsrail nəzərdə tutulmur.

3. Bu ilahi sünnənin xüsusi hal üçün nəzərdə tutulmaması şiə və sünni rəvayətlərindən aşkar görünür:

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, ayə dünyanın sonunda zühur edib zalımların kökünü kəsəcək, şərq və qərbə sahib olacaq, bütün yer üzünü zülm bürüdükdən sonra ədaləti bərpa edəcək əmr sahibinə aiddir.”(5)

səh:245


1- [688] Həmin mənbə.
2- [689] “Məcməul-bəyan”, c. 7, s. 66.
3- [690] “Qəsəs”, 5.
4- [691] “Məcməul-bəyan”, c. 8, s. 375; “Dürrül-Mənsur”, c. 6, s. 392.
5- [692] “Təfsire-Bürhan”, c.6, s. 58.

Həzrət Əli (ə) buyurmuşdur: “Dünya bizim qarşımızda tərs dəvə kimi azğınlıq etdikdən sonra bizə üz tutar və ram olar.” Sonra həzrət həmin ayəni tilavət etmişdir.(1)

Sual: 420. “İrtidad” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “Ey iman gətirənlər! Sizlərdən hər hansınız öz ayinindən dönsə, Allah elə bir cəmiyyət gətirər ki, onları dost tutar və onlar da Onu sevər. Onlar möminlər qarşısında təvazökar, kafirlər qarşısında sərtdirlər. Onlar Allah yolunda cihad edər və heç bir məzəmmətdən çəkinməz. Bu, Allahın istədiyi kəsə verdiyi fəzldir. Allahın fəzli genişdir və Allah biləndir.”(2)

Ayədə çevriliş (“istibdal”) qanununa işarə olunur. Yəni bir cəmiyyət vəzifəsinə əməl etmədiyindən başqa bir cəmiyyətlə əvəz olunur. Onlar Allah rəsulunun xəlifəsini rədd edib, cihaddan boyun qaçırdılar. Eləcə də, Allahın dininin tətbiqində səhlənkarlıq göstərdilər.

Rəvayətlərə müraciət etdikdə görürük ki, Əhli-beyt ayənin imam Mehdinin (ə) aid olduğunu düşünür. Süleyman ibn Harun Əcəli deyir: “İmam Sadiq (ə) buyurdu: “Həqiqətən, əmr sahibi hifz olunur. Əgər bütün bəşəriyyət məhv olsa, Allah-tәala onun səhabələrini ətrafında toplayar. Allah onların haqqında “hər kəs öz ayinindən dönsə” ayəsini buyurmuşdur.”(3)

Sual: 421. “Qital” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “Fitnəni aradan götürüb, bütün din Allaha məxsus olanadək onlarla vuruşun.”(4)

Ayədə bildirilir ki, şirk və küfrün kökü qazılmalıdır. Din bütünlüklə Allaha məxsus olmalı və yer üzündə bir nəfərdə olsun müşrik qalmamalıdır. Hələ ki, bu məqsəd gerçəkləşməmişdir. Hansı ki, nə vaxtsa yer üzündə fitnənin kökü kəsilməli və din yalnız Allah üçün olmalıdır.

Rəvayətlərə əsasən bu məqsəd həzrət Peyğəmbərin (s) zühuru dövründə gerçəkləşəcək. “Tövbə” surəsinin 33-cü ayəsində də bu məsələyə işarə olunur.

səh:246


1- [693] “Şəvahidut-tənzil”, c. 1, s.438; “Yәnabiul-Mәvəddət”, s. 437.
2- [694] “Maidə”, 54.
3- [695] “Təfsire-Bürhan”, c.2, s. 473.
4- [696] “Ənfal”, 39.

Alusi yuxarıdakı ayə ilə bağlı deyir: “Məqsəd budur ki, bütün batil dinlər aradan getməli, ya da hər hansı səbəbdən hamı İslamı qəbul etməlidir.”(1) Alim başqa bir məqamda belə deyir: “Qeyd olundu ki, bu ayə hələ ki gerçəkləşməmişdir. O, həzrət Mehdinin (ə) zühuru dövründə həyata keçəsidir. Həmin əsrdə yer üzündə bir nəfər olsun müşrik qalmaz.”(2)

İmam Sadiqdən (ə) yuxarıdakı ayə haqqında soruşulduqda həzrət buyurur: “Hələ ki ayə gerçəkləşməmişdir. Əgər bizim Qaim qiyam etsə, həmin dövrdə olanlar ayənin gerçəkləşməsini görər. Əlbəttə ki, Məhəmmədin (s) dini gecənin qaranlığı ilə örtülmüş bütün nöqtələrə çatar. Bütün yer üzündə şirk və bütpərəstliyin kökü kəsilər.”(3)

Zühurun başlanğıcı

Sual: 422. Haradan bilirik ki, Mehdi (ə) zühur edəcək?

Cavab: Əvvəlki söhbətlərimizə əsasən, biz xilaskarı qeyri-müəyyən yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladı məlum zahiri və batini xüsusiyyətlərlə zühur edəcək. Bu səbəbdən də onu kimsə ilə səhv salmağımız mümkünsüzdür. Bundan əlavə, möcüzə də həzrətin vücudunu təsdiqləyir. Əhli-beytdən (ə) olan məsum imamların hər biri həzrət Mehdinin (ə) xüsusiyyətlərini zikr etmişdir.

Əlbəttə ki, bu inancdan sui-istifadə oluna bilər. Necə ki, peyğəmbərlik məqamından sui-istifadə olunmuşdur. Əsrin imamını peyğəmbər və imamlar tərəfindən qeyd olunmuş xüsusiyyətlərlə tanımaq vəzifəmizdir. Yalnız belə bir tanışlıq sayəsində fırıldaqçılara aldanmarıq.

Sual: 423. Həzrət Mehdi (ə) münasib zühur vaxtından necə xəbər tutar?

Cavab: Sual həm şiələr, həm də qeyri şiələr tərəfindən verilə bilər. Əgər sualı verən şiə deyilsə, sualı iki cür cavablandırmaq olar:

a) Məhdəviyyət məsələsi digər ictimai mövzular kimi araşdırılmalıdır. Əgər həzrətin zühuru ictimai zərurətdirsə, bu hadisə hökmən baş verəcək.

səh:247


1- [697] “Ruhul-Məani”, c. 9, s. 174.
2- [698] Həmin mənbə.
3- [699] “Təfsire-Safi”, c.2, s. 303.

q) İmamın zühuru Allah tərəfindən müəyyənləşdirildiyi üçün bu zühur üçün məhz Allahın əmri olmalıdır.

Sualı verən şəxs şiə olduqda ona başqa şəkildə cavab verilir.

1. Həzrət ata-babalarından nəql olunan rəvayətlərdən xəbərdardır.

2. İmam möcüzə yolu ilə öz zühurundan xəbər tutar. Zühur vaxtı çatdığı vaxt Allah möcüzə göstərərək həzrəti xəbərdar edər. Bu ehtimala rəvayətlərdə işarə olunmuşdur:

Ravəndi nəql edir ki imam Kazim (ə) buyurmuşdur: “Həzrətin zühur vaxtı çatanda o bu məsələdən xəbər tutar. Bu batini elm ona nida edər: Ey Allahın vəlisi! Zühur et, Allah düşmənlərini qətlə yetir.” Həzrətin qılıncı var və bu qılınc zühur vaxtı qınından çıxıb ona nida edər: “Ey Allahın vəlisi, zühur et. Allahın düşmənlərini boşlamaq sənə halal deyil.”(1)

Səduq Müfəzzəl ibn Ömərdən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, bizlərdən gizli bir imam var. Allah onu qeybdən çıxarmaq istədiyi vaxt qəlbinə əlamət qoyar...”(2)

Bir hədisdə həzrət Mehdinin (ə) belə buyurduğu nəql olunur: “Biz Əhli-beytin elmi üç növdür: Keçmişlə, gələcəklə və hadisə ilə bağlı elm. Keçmişlə bağlı elm təfsirdir. Gələcəklə bağlı elm saxlanmışdır. Hədis elmi qəlblərə və qulaqlara zümzümə çalmaqdır. Bu, bizim elmin ən üstünüdür...”(3)

3. Həzrət Mehdi (ə) ilahi zəkası ilə qeyb vaxtını bilər.

Qeyd edək ki, ikinci ehtimal rəvayətlərə və əqlə daha çox uyğundur.

Sual: 424. Nə üçün həzrətin zühur vaxtı müəyyənləşməmişdir?

Cavab: Bəzən belə bir sual yaranır ki, nə üçün İslam mənbələrində zühur vaxtı göstərilmir? Cavab olaraq deyə bilərik ki:

1. Bir şəxslə görüş arzusunda olan insan onun nə vaxt gələcəyini bilmədikdə intizar və hazırlıq halında olur. Döyüş vaxtı bilindikdə isə həmin vaxtadək hazırlıq görülmür.

2. Zühur vaxtının bilinməməsi bir növ imtahandır.

3. Qeyb dövrü hansısa əsaslarla tezləşdirilib, yubadıla bilər. Bu isə həmin vaxtın müəyyənləşdirilməsinə imkan vermir.

səh:248


1- [700] “Xəraic və cəraih”, c. 3, s. 1167; “Kəmalud-din”, s.155; “Bihar”, c. 52, s. 311.
2- “Kəmalud-din”, s. 349; “Bihar”, c. 51, s. 57; “Kafi”, c. 1, s. 343.
3- [702] “Dəlailul-imamət”, s. 524.

4. Zühur vaxtı bilinsəydi, həzrətin düşmənləri ciddi hazırlıq görərdi.

İmam Sadiq (ə) ibn Nemana buyurur: “Ey Neman oğlu! Sənə hər şeyi bildirmək olmaz... Tələsmə. And olsun Allaha! Zühur hadisəsi üç dəfə yaxınlaşmış, amma siz onu faş etdiyinizdən təxirə düşmüşdür. And olsun Allaha! Sizin elə bir sirriniz yoxdur ki, düşmən onu sizdən yaxşı bilməsin.”

5. Zühur vaxtı təyin olunmadığından insanda xüsusi bir diqqət halı yaranır. Zühur vaxtı bilinsəydi, uyğun mənəvi halı saxlamaq çətin olardı.

6. Zühur vaxtı müəyyən olunmadığından insanlar zühurun tezləşməsinə təsir göstərəcək əməllərə təşviq olunur.

7. Həzrətin zühuru çox uzun çəkə bilər. İnsanların ümidini üzməmək üçün onun vaxtı müəyyənləşdirilməmişdir.

Sual: 425. Zühur vaxtını təyin etmək düzgündürmü?

Cavab: Zühur vaxtı bir neçə şəkildə təyin oluna bilər:

1. Məsələn, bəyan oluna bilər ki, zühur filan ildə, filan ayda, filan gündə baş verəcək. Belə bir ehtimal batildir.

2. Zühur vaxtının ümumi şəkildə müəyyənləşdirilməsi. Məsələn, deyirik ki, zühur Allah istəyən vaxt baş verəcək. Belə bir ehtimalda eyb yoxdur.

3. Riyazi yollarla zühur vaxtını müəyyənləşdirmək. Bəzi rəvayətlərdə bu ehtimala yer verilsə də, həmin rəvayətlərin sənədi mötəbər deyil.

4. Rəvayətlərə əsaslanaraq zühur vaxtına işarə etmək:

Təbəri nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaim tək ildə zühur edəcək. Ya bir, ya üç, ya beş, ya yeddi, ya da doqquz.”(1)

Başqa bir məqamda imam Sadiq (ə) buyurur: “Ramazan ayının 23-cü gecəsi imamın adı ilə nida çəkiləcək. İmam aşura günü qiyam edəcək. Həmin gün ki, Hüseyn ibn Əli şəhadətə çatmışdır!”(2)

Sual: 426. Zühurdan öncə yer üzündə zülmün rəvac tapması xalqın saleh olması ilə zidd deyilmi?

Cavab: Rəvayətdə zülm-sitəm zühur səbəbi kimi yox, zühurun yaxınlaşma şərti kimi təqdim olunur. Məqsəd bu deyil ki, xalq

səh:249


1- [703] “Elamul-Vəri”, c. 2, s. 286; “Bihar”, c. 52, s. 291.
2- [704] Həmin mənbə.

zühurun tezləşməsi üçün zülmə rəvac versin. Vəzifəmiz ədalətin bərpasıdır. Həmin ədalət ki, həzrət ondan ötrü zühur edəsidir.

Sual: 427. İmam Mehdinin (ə) zühuru nə deməkdir?

Cavab: İmam Mehdinin (ə) zühuru üç baxımdan mənalandırıla bilər:

1. Zühur məxfilikdən sonra aşkarlanmadır. Bu məna imam Mehdinin (ə) qeybinə inanan şiələrə məxsusdur.

2. Zühur dedikdə həqiqi İslamı gerçəkləşdirmək üçün qiyam nəzərdə tutula bilər. Bu baxış bir çox firqələrin baxışına uyğundur.

3. Zühur dedikdə yer üzünə hakimiyyət nəzərdə tutula bilər.

Sual: 428. Kiçik və böyük zühur dedikdə nəzərdə nə tutulur?

Cavab: Kiçik qeybin müəyyənləşdirilməsində məqsəd böyük qeyb üçün zəmin hazırlamaqdır. Böyük zühurdan öncə Allah-tәala xalqı uyğun məsələ ilə bağlı məlumat əldə etməsi üçün şərait yaradır. Belə bir hazırlıq iki yolla əldə edilir:

Ümumdünya tövhid hökumətinin zəruriliyini dərk etmək üçün düşüncə inkişafı; belə bir hökumətin qəbulu üçün xalqın elmi səviyyəsinin yüksəldilməsi.

Sual: 429. Ümumdünya tövhid hökumətinə zəmin hazırlayan hansı amillər var?

Cavab: Bəziləri elə düşünür ki, bir bu qədər firqə parçalanmaları olan yerdə vahid hökumətin təşkili mümkünsüzdür. Hansı ki, belə bir hökumətin təşkili həm mümkündür, həm də zəruridir. Bu hökumətə zəmin üçün bir sıra amillər var:

1. Bəşəriyyətin başının üstünü kəsmiş müharibə təhlükəsi yalnız vahid hökumət sayəsində aradan götürülə bilər.

2. Yer üzündəki savaşların əsas səbəbi kimi mənafelərin toqquşması göstərilir. Əgər həzrət Mehdinin (ə) hökumətində ədalət və insafın şüar olduğunu bilsək, bu hökumətə meyl göstərərik.

3. Ümumdünya tövhid hökumətinin təşkili amillərindən biri ağıl və düşüncələrin inkişafıdır. Daxilən kamilliyə doğru hərəkətdə olan bəşəriyyət həzrət Mehdinin (ə) zühuru dövründə nəhayət kamala çatasıdır. Çünki yer üzərindəki problemləri doğuran əsas səbəblərdən biri yetərsiz düşüncə və cəhalətdir.

səh:250

Sual: 430. Həzrət Mehdinin (ə) zühuru üçün “ümumi tutum” nədir?

Cavab: Şübhəsiz ki, hər bir ictimai hadisə münasib tutuma ehtiyaclıdır. Zühur böyük ictimai hadisə olduğundan bir sıra şərtlər ödənməlidir:

1. İslam ümmətinin dini baxımdan tərəqqisi;

2. Xalq arasında ümumi azğınlığın artması;

3. Zülm-sitəmin genişlənməsi və nəticədə xalqın dindən uzaqlaşması;

4. Elmi-texniki tərəqqi;

5. Həzrətə yardım üçün həqiqi tərəfdarların hazırlanması.

Sual: 431. Həzrət Mehdi (ə) zahirən hansı yaşda zühur edər?

Cavab: Şiə və sünni rəvayətlərinə əsasən imam gənc görkəmdə, 40 yaşında zühur edəcək.

İbn Səbbağ Maliki nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim övladlarımdan olan Mehdi (ə) 40 yaşındadır.”(1)

Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “O zahirən gənc görünsə də, pir yaşındadır. Ona baxan elə güman edər ki, onun 30 və ya daha az yaşı var. Həzrətin başqa bir əlaməti vaxt ötdükcə qocalmamasıdır.”(2)

Nemani nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaim qiyam edən vaxt xalq onu inkar edəcək. Çünki həzrət bir gənc görkəmində geri dönəcək...”(3)

Həzrətin 40 yaşda olduğunu bildirən rəvayətlərdə onun fiziki baxımdan kamal həddində olduğu nəzərdə tutula bilər. Bəzi rəvayətlərdə həzrətin 18, bəzi rəvayətlərdə 51 yaşında olduğu bildirilir.

Sual: 432. Zühur vaxtı həzrət Mehdinin (ə) hansı fiziki xüsusiyyətləri olacaq?

Cavab: Sünni və şiə rəvayətlərinə əsasən zühur vaxtı həzrətin bir sıra xüsusiyyətləri olacaq: Geniş alın, uca donqar və dəlikləri dar burun, ulduz tək parlaq çöhrə, buğdayı bəniz, dişlərinin arası açıq, dartılmış və nazik qaşlar. Orta boy, güclü bədən, sağ yanağında qara xal.

səh:251


1- [705] “Əl-Füsulul-Muhimmə”, s. 217.
2- [706] “Kəmalud-din”, s.652.
3- [707] “Əl-Ğeybət”, s. 188.

Sual: 433. Əgər zühur qəfil olacaqsa, zühurun yaxınlaşmasını göstərən əlamətlərin nə mənası var?

Cavab: Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) qəfil zühur edəcəkdir. Səmadan nida, Beyda məntəqəsinin öz əhli ilə yerə batması kimi əlamətlər həqiqi möminləri xəbərdar etmək üçündür. Demək, zühur möminlər üçün yox, həzrətin düşmənləri üçün qəfildir. Həzrət Mehdi (ə) bu qəflətdən istifadə edərək zülmün kökünü kəsəsidir.

Sual: 434. Həzrət Mehdinin (ə) qələbəsi üçün Allah-tәala hansı yardımlar göstərəcək?

Cavab: 1. Zühurun qəfil baş verməsi və düşmənlərin qəfləti;

2. Düşmənlərin qəlbində qorxu yaranması;

3. Bütün müsəlmanların həzrətin ətrafında toplanması;

4. Mələklərin yardımı;

Sual: 435. Həzrət ilk dəfə harad zühur edəcək?

Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, həzrətin ilk zühur məkanı rükn və məqam arasındadır. Süyuti nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər. Xalq ondan öz aralarından xüruc etməsini istəyər. Həmin vaxt rükn və məqam arasında ona beyət edərlər...”

Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Qaimi sanki aşura, şənbə günü, rükn və məqam arasında dayanmış görürəm...”(1)

Sual: 436. Həzrət Mehdi (ə) zühurdan sonra nə edər?

Cavab: Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) zühurdan sonra rükn və məqam arasında xütbə oxuyar və xalqı beyətə dəvət edər. Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Qaim həmin gün Məkkədədir, Beytül-hərama sığınmışdır və oradan nida edər: “Еy insаnlаr!...”(2)

Məclisi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, o Məscidül-hərama doğru hərəkət edər, orada Məqame-İbrahimin yanında dörd rəkət namaz qılar, həcərül-əsvədə təkyə ilə Allaha həmd-

səh:252


1- [708] “Nemani, “Əl-Ğeybət”, s. 150.
2- [709] “Nemani, “Əl-Ğeybət”, s. 150.

səna deyər, peyğəmbəri yada salıb, ona salam göndərər. Həmin vaxt kimsədən eşidilməmiş sözlər buyurar...”(1)

Sual: 437. Həzrətə kim birinci beyət edər?

Cavab: Rəvayətlərə əsasən həzrətə ilkin beyət edən Cəbraildir.

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, həzrətə ilkin beyət edən Cəbraildir.”

Təbərsi nəql edir ki, Əbi-Əbdillah (ə) buyurmuşdur: “Allah-tәala Cəbraili göndərər ki, ondan soruşsun: “Nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm.” Sonra onun əlini əlinə alıb beyət edər...”(2)

Cəbrailin beyəti ilə bağlı iki ehtimal var:

1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o Allahın ən böyük nümayəndəsidir.

2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; imamın hərəkət və qiyamının təsdiqi.

Sual: 438. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Cəbrail yerə enməmək barədə əhd etmişdimi?

Cavab: Ərbili “Kəşful-Ğəmmə”, kitabında nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Cəbrail həzrət peyğəmbəri yoxlamağa gəldi və ərz etdi: “Salam olsun sənə, ey Məhəmməd! Bu yerə endiyim axırıncı gündür.”(3)

İmam Baqir (ə) buyurur: “Həzrət Peyğəmbərin (s) vəfatı yaxınlaşanda Cəbrail dedi: “Ey Məhəmməd! Bu mənim dünyaya axırıncı enişimdir...”(4)

Əvvəla, bu rəvayətlər şərtidir. Yəni arada xilaskar olana qədər enməmək nəzərdə tutulur.

İkincisi, Cəbrail bir daha vəhy olmayacağını nəzərdə tuturdu.

Üçüncüsü, həzrət Cəbrailin nazil olub imam Mehdiyə (ə) beyət etməsi səhih sənədə əsaslanır.

Sual: 439. Həzrət Mehdinin (ə) zühurunun bir gecədə gerçəkləşməsi nə deməkdir?

səh:253


1- [710] “Bihar”, c. 13, s. 180.
2- [711] “Ehticac”, s. 431.
3- [712] “Kəşful-Ğəmmə”, c. 1, s. 18,19.
4- [713] Həmin mənbə.

Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə gerçəkləşdirər.

Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Allah-tәala onun əmrini bir gecədə islah edəcək.”

Nəql olunur ki, imam Hüseyn (ə) buyurmuşdur: “Biz Əhli-beytin (ə) qaiminin zühurunu Allah-tәala bir gecədə gerçəkləşdirər.”

İbn Macə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mehdi (ə) biz Əhli-beytdəndir. Allah onu bir gecədə hazır edər.”(1)

Əvvəla, “bir gecə” dedikdə bu hadisənin sürətlə baş verməsi nəzərdə tutula bilər. İkincisi, məqsəd həzrətin bir gecədə qələbə çalması ola bilər.

Üçüncüsü, “bir gecədə islah” dedikdə zühur üçün müqəddimə hazırlanması nəzərdə tutula bilər.

Dördüncüsü, “bir gecədə islah” dedikdə müxaliflərin qeyri-aid sürətlə məğlub edilməsi nəzərdə tutula bilər.

Sual: 440. Azsaylı yardımçılarla dünyaya qalib gəlmək necә mümkün olacaq?

Cavab: Rəvayətlərdə həzrətin məhdud bir qrup, yəni 313 nəfər yardımçısına işarə olunsa da, onların həzrətin rəhbərliyi ilə zalımlara qələbəsində gözlənilməyən bir şey yoxdur. Çünki:

1. Rəvayətlərdə həzrətin 10000 yardımçıları olacağı göstərilir. Belə bir qüvvə hazır olmayınca həzrət zühur etməyəcək.

2. Həzrət dünyaya möcüzə yolu ilə də qalib gələ bilər. Allah vəd etmişdir ki, sabitqədəmlik olan yerdə kiçik bir qrupu böyük bir qrupa qalib edər.(2)

3. Təbii vasitələrlə də belə bir qələbənin əldə olunması gözlənilməyən iş deyil. Çünki həzrət nifaqlı bir ictimai-siyasi şəraitdə zühur edəsidir. Həmin vaxt hamı dünyadakı vəziyyətdən narazı olasıdır. Xalq ədalət hökumətinin intizarını çəkəsi, yalnız xüsusi bir qrup zühura qarşı çıxasıdır.

4. Dünyanın kiçik bir kənd vəziyyətinə gələcəyi bir vaxtda nəzərdə tutulan hədəfə çatmaq mümkün olacaqdır. Əsas strateji nöqtələr ələ keçirildikdən sonra həzrətin ümumdünyəvi ədalət hökuməti bərpa olacaq.

səh:254


1- [714] “Sünəne-ibn Macə”, c. 2, s. 1376.
2- [715] Bax: “Bəqərə”, 249.

Sual: 441. Həzrətin müxaliflərə qələbəsində və hökumətinin bərpasında möcüzənin rolu olacaqmı?

Cavab: Bu barədə üç ehtimal var:

1. Həzrətin qələbəsi və ümumdünyəvi hökumətin bərpası başdan-başa möcüzə ilə gerçəkləşəsidir. Amma belə bir ehtimala qarşı iradlar var:

a) Əgər möcüzə uyğun məqsədə çatmaq üçün doğru yol olsaydı, həzrət elə kiçik qeyb dövründə bu işi görə bilərdi.

b) Möcüzə olan yerdə çoxsaylı qüvvəyə ehtiyac qalmır.

v) Rəvayətlərə əsasən, həzrətlə onun müxalifləri arasında qanlı savaşlar baş verəsidir. Möcüzə olan yerdə bu sayaq savaşlara ehtiyac qalmır.

2. Allahın iradəsi budur ki, həzrət Mehdi (ə) öz düşmənlərinə təbii yolla qələbə çalsın. Bu istiqamətdə heç bir möcüzə nəzərdə tutulmur.

Bu ehtimala qarşı da irad var. Çünki həzrət Mehdiyə (ə) Allah-tәalanın xüsusi yardımı vəd olunmuşdur.

3. Əvvəlki iki ehtimalı bir kənara qoysaq, üçüncü ehtimala əsasən, həzrət təbii yolla qalib gələcək və bu istiqamətdə ilahi yardımlardan da faydalanacaq. Qeyd olundu ki, həzrətin zühur edəcəyi dövrdə zülm-sitəmdən cana yığılmış bəşəriyyət onun səsinə səs verəcək. Bütün bəşəriyyətin bir səslə fəryad qoparacağı zaman, təbii ki, düşmənlər diz çökəcək. Bəşəriyyətin bir səslə həzrəti qəbul etməsində geniş informasiya şəbəkəsinin böyük rolu olacaq. Xüsusi maneçiliklərə qarşı Allah-tәala həzrəti himayə edəsidir.

Həzrət Əli (ə) buyurur: “Həzrət Mehdi (ə) zühur edəcəyi vaxt adı dildən-dilə gəzəcək. İnsanların qəlbi Mehdi (ə) eşqi ilə dolacaq. Ondan savay kimsənin adı çəkilməyəcək. Mehdi eşqi ilə ruhlar sirab olacaq.”

Sual: 442. Həzrət Mehdi (ə) qılınclamı qiyam edəcək?

Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrət qılıncla qiyam qaldıracaq. Bu baxış məqbul deyil. Çünki tək bir nəfər kütləvi qırğın silahlarına qarşı qılıncla dayana bilməz.

İmam Baqir (ə) buyurur: “Həzrət Mehdi (ə) babası peyğəmbərə qılıncla qiyamı, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi ilə

səh:255

oxşayır...”(1) Maraqlıdır ki, hədisdə nəzərdə tutulan adi qılıncdır, yoxsa qılınc təbiri başqa bir şeyə işarədir?

Əvvəla, bir şəxsin qılınc və ilahi möcüzə ilə qiyam qaldırmasında nə nöqsan var?!

İkincisi, çox ehtimal ki, qılınc dedikdə güc nəzərdə tutulur.

Bu halda iki ehtimal yaranır. Həzrət ilahi möcüzə və mövcud silahlarla mübarizə aparacaq; həzrət nüvə mərkəzlərini möcüzə yolu ilə gücdən salacaq.

Üçüncüsü, bəzi rəvayətlərə əsasən, həzrətin səhabələrinin qılıncı bizim düşündüyümüz qılınc deyil. Nəzərdə tutulan qılınc dağı ikiyə bölməyə qadirdir. Bu elə bir qılıncdır ki, düşmən silahları onun qarşısında acizdir.

Dördüncüsü, həzrətin qələbəsi xalqın istiqbalı və düşmənlərin qorxusu ilə gerçəkləşə bilər. Qorxuya düşmüş düşmən silahını yerə qoyub qaçmağa üz tutar. Xüsusi ilə həzrətin möcüzələrini gördükdə anlayarlar ki, onunla mübarizə aparmaq mümkünsüzdür.

Beşincisi, kim bilir ki, həzrət Mehdinin (ə) dövründə bugünkü silahlar mövcud olacaq. Hansısa hadisələr nəticəsində bu gün mövcud olan silah anbarı məhv ola bilər.

Altıncısı, kütləvi qırğın cəhalət nəticəsidir. Əgər həzrətin zühuru dövründə ağıllar kamilləşəcəksə, kimsə qırğına əl atmayacaq.

Sual: 443. Məhdəviyyət rəvayətlərində hansı qırğınlardan danışılır?

Cavab: Rəvayətlərdə iki qisim qırğına işarə olunur:

a) Bunlardan bir qrupu zühurdan öncə baş verəsidir və zühur dövrü ilə heç bir əlaqəsi yoxdur.

b) İkinci növ qırğınlar zühur dövrünə aiddir. Bu barədə xəbər verən rəvayətləri iki qismə ayırmaq olar:

1. Sənədi etibarsız olan rəvayətlər. Bu sayaq rəvayətlər Kəbul-əhbar kimi adi adamlar tərəfindən nəql olunmuşdur və onlar peyğəmbər dövründə müsəlman olmamışlar.

2. Əhli-beyt adından nəql olunmuş və ya şiə kitablarında zikr edilmiş, amma qaynağı əhli-beytə çatmayan rəvayətlər.

Sual: 444. Həzrətin qiyamı dövründə baş verəcək qırğınlarla bağlı hansı rəqəmləri göstərmək olar?

səh:256


1- [716] “Bihar”, c. 51, s. 218.

Cavab: İddia etmirik ki, həzrətin qiyamı dövründə qətl baş verməyəcək. Şübhəsiz ki, belə bir böyük hadisə düşməni aradan götürmədən baş verə bilməz.

Bəşir ibn Əbu-Ərakə Nəbbal deyir: Mədinədə olduğum vaxt imam Baqirin (ə) yanına gedib ərz etdim: “Deyirlər ki, Qaimin qiyamı vaxtı işlər yoluna düşəcək və qan tökülməyəcək.” Həzrət buyurdu: “Heç vaxt belə ola bilməz. And olsun canım əlində olana, iş bir yerə çatar ki, biz və siz donmuş tər və qanı pak edərik.”(1)

Bu məzmunda başqa rəvayətlər də nəql olunub. Amma tarix şahiddir ki, İslam peyğəmbəri (s) və Əhli-beytdən olan məsum imamlar imkan daxilində qılınca əl aparmamağa çalışmışlar. Çünki onların məqsədi insanların doğru yola hidayətidir. Demək, kütləvi qırğınlar baş verəcəyini təsdiqləyən əqli və nəqli dəlillər yoxdur.

Sual: 445. Şiə rəvayətlərinə əsasən qətllər nə vaxt baş verəcək?

Cavab: Əhli-beyt hədislərinə əsasən, zühurdan az öncə qanlı savaşlar olacaq. Xalq bu sayaq savaşlardan cana doyduğu üçün xilaskarın intizarını çəkəcək.

İmam Sadiq (ə) buyurur: “Xalqın üçdə ikisi məhv olmamış imamın qiyamı baş verməyəcək.” Ravi deyir: “Soruşdum ki, xalqın üçdə ikisi qırılacaqsa kim qalacaq? Həzrət buyurdu: “Məgər razı deyilsinizmi ki, siz salamat qalmış üçdə birdən olasınız?!”(2)

Zürarə deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, səma nidası həqiqətdirmi? Həzrət buyurdu: “Bəli, and olsun Allaha, hər bir qövm onu öz dilində eşidər. Xalqın onda doqquzu məhv olmayınca bu iş gerçəkləşməz.”(3)

Süleyman ibn Xalid deyir: İmam Sadiq (ə) buyurdu: “Qaimin qiyamından öncə iki növ ölüm baş verər: qırmızı ölüm və ağ ölüm. Nəhayət, hər yeddi nəfərdən beşi məhv olar. Qırmızı ölüm qılınc, ağ ölüm taunla gerçəkləşər.”(4) Mənbələri araşdırdıqda belə bir qənaətə gəlirik ki, bu qırğınlar qiyamdan öncə baş verəsidir.

Qeyd etməliyik ki, ümumdünya ədalət hökumətinin bərpası kimi böyük bir hadisə az da olsa ölümsüz başa gələsi deyil. Amma başqa qiyamlarla müqayisədə bu ölümlər cüzidir.

səh:257


1- [717] “Nemani, “Əl-Ğeybət”, s. 283; “Bihar”, c. 52, s. 356.
2- [718] “Kəmalud-din”, c. 2, s.655, 656.
3- [719] “Nemani, “Əl-Ğeybət”, s. 274.
4- [720] “Kəmalud-din”, c. 2, s.655.

Sual: 446. Tərbiyə yolu var ikən nə üçün həzrət Mehdi (ə) qılıncdan istifadə edir?

Cavab: Tarixi mənbələri araşdırdıqda əmin oluruq ki, təkamül qarşısında dayanmış maneələri qansız aradan götürmək olmur. Tərbiyəvi üsullar nə qədər böyük rola malik olsa da, yalnız nəcib insanlara təsir göstərir. Bu üsullar iqtisadi, siyasi və hərbi qüvvəyə yiyələnib dünyanı istismar edən qüvvələrə yetərincə təsir göstərmir. Onların hidayəti üçün gücdən istifadə etmək zəruridir. İslam müharibəni məqsəd yox, tövhid və ədalətin bərpa vasitəsi sayır.

Qurani-Kərimdə buyurulur: “Bir daha fitnə olmasın deyə onlarla vuruşun və din bütünlüklə Allah üçün olsun...”(1)

Bu səbəbdən də aləmlərə rəhmət göndərilmiş İslam peyğəmbəri buyurur: “Bütün yaxşılıq və xeyir qılınc kölgəsindədir. İnsanları yalnız qılınc düzəldir. Qılınclar behişt və cəhənnəmin açarıdır.”(2)

İmam Baqir (ə) buyurur: “Həzrət Qaimin (ə) beş peyğəmbərə oxşarlığı var. Onun öz babası peyğəmbərə (s) oxşarlığı qılıncla qiyam, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi, qılınc və (düşmənlərin qəlbinə düşmüş) qorxu ilə yardım almasıdır.”(3)

Sual: 447. Həzrət Mehdi (ə) zalımlar və düşmənlərlə necə rəftar edəcək?

Cavab: Rəvayətlərə əsasən haqqı eşitmiş, amma inadkarlıq göstərib Allahın höccətini qəbul etməyənlər əsrin imamının qəzəbinə düçar olacaq.

İmam Sadiq (ə) buyurur: “Həmin vaxt Qaim zühur edər və Allahın bəndələrә qəzəb səbəbi olar. Allah Öz bəndələrindən höccəti inkar etməmiş intiqam almaz.”

Sual: 448. Həzrətin qətlə yetirdiklərinin çoxu müsəlmanlardır?

Cavab: Bəziləri deyirlər ki, bir çox qətllər İslam sərhədlərində baş verəcək. Müşrik və kafir haqdan daha uzaq olduğu halda nə üçün müsəlmanlar daha çox öldürülməlidir?

Əvvəla, müsəlmanların daha çox qətlə yetiriləcəyini bildirən mötəbər rəvayət yoxdur. Həzrət yalnız qarşısına çıxan maneələri aradan götürəsidir.

səh:258


1- [721] “Bəqərə”, 193.
2- [722] “Vəsailuş-şiə”, c. 11, s. 5.
3- [723] “Kəmalud-din”, c. 1, s.7.

İkincisi, bəzilərinin həzrət və onun səhabələri tərəfindən qətlə yetiriləcəyi bildirilsə də, bu o demək deyil ki, digər cəmiyyətlərdə ölüm olmayacaq və həzrət kafirləri və müşrikləri öldürməyəcək.

Üçüncüsü, müsəlmanların daha çox qətlə yetiriləcəyini qəbul etsək belə, bu, məntiqdən uzaq deyil. Çünki bəzi rəvayətlərə əsasən, əksər küfr ölkələri İslama təslim olacaq və müsəlmanlar arasında islah aparılacaq. Müsəlmanlar haqqı daha çox bildiklərindən onlardan üzr qəbul olunmaz.

Həzrət Mehdinin (ə) qarşısına çıxan problemlərdən biri Allah dininin təhrif olunması, xoşagəlməz şəkilə salınmasıdır. Küfrlə mübarizə, yanlış əqidə ilə mübarizədən asandır. İmam Sadiq (ə) buyurur: “Həzrət Qaim elə insanlarla üzbəüz gələr ki, onlar Allah kitabını öz istədikləri kimi yazar və həzrətə qarşı çıxarlar.”(1)

Sual: 449. İmam Mehdi (ə) zühur etdikdən sonra ərəblərlə vuruşarmı?

Cavab: Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Bizimlə ərəb arasında zibhdən (başın kəsilməsi) savay bir şey qalmaz. Sonra həzrət mübarək əli ilə öz boğazına işarə etdi.”(2)

Hədisin zahirindən belə görünür ki, ərəblər əhli-beyt imamlarının hər birini qətlə yetirəcək. İkinci ehtimala əsasən, imam Sadiq (ə) Mənsur Abbasinin peyğəmbər nəsli və bəni bəni-Haşimi qırmasını nəzərdə tutmuşdur.

(Demək, həzrət Mehdinin (ə) zühur dövründə ərəblərlə savaşı haqqında mötəbər məlumat yoxdur).

Sual: 450. Zühur dövründə imamın ərəblərlə sərt rəftarı necə izah olunur?

Cavab: Həzrət Mehdi (ə) öz qiyamına Məkkədən, ərəb torpaqlarından başlayacaq. Təbii ki, imamın məqsədi yolunda maneələr mövcuddur. Süfyanilər, dəccallar və başqa azğınlarla savaş həmin məntəqədə baş verəsidir. Bu səbəbdən də ərəblər üçün bir çox çətinliklər yaranasıdır.

Sual: 451. Həzrət Mehdi (ə) azğınlarla mübarizəyə azğın şiələrdən başlayacaq?

səh:259


1- [724] “Nemani, “Əl-Ğeybət”, s. 297.
2- [725] “Bihar”, c. 52, s. 349.

Cavab: Müfəzzəl ibn Ömər deyir: İmam Sadiq (ə) buyurdu: “Qaim qiyam etdiyi vaxt şiə yalançılardan başlayacaq və onları qətlə yetirəcək.”

Əvvəla, şiə dedikdə İmamiyyə, İsmailiyyə, Zeydiyyə və digər şiə firqələri nəzərdə tutulur. Bir çoxları Əhli-beytin xəttindən çıxdığı halda şiə sayılmışdır.

Əbül-Xəttab, Mücirə ibn Səid, Əhməd ibn Hilal İbrətani, İbn Əbül-Əzaqir və başqaları bu qəbildəndir. Yuxarıdakı hədisi Xəttabiyyə firqəsini yaratmış Əbül-Xəttab nəql etmişdir. Hədislərdə imamın bu şəxsi lənətləməsi bildirilir. İmam Allahdan diləmişdir ki, bu şəxsə qılıncın istiliyini daddırsın.

Sual: 452. Səmadan endikdən sonra həzrət İsanın vəzifəsi nə olacaq?

Cavab: Əbu-Hüreyrə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “O, səmadan enər... İslama dəvət baxımından xalqla savaşar. Xaçı sındırıb, donuzu öldürər, cizyə qoyar. Onun əsrində Allah-tәala İslamdan savay bütün millətləri məhv edər. Məsih Dəccalı da öldürər. Yer üzündə qırx il qalar, vəfatından sonra müsəlmanlar ona namaz qılarlar.”(1)

Donuzun öldürülməsi onun ətindən istifadənin qadağası kimi başa düşülə bilər. Cizyə qoyulması bütün dinlərin aradan götürüləcəyinə işarə ola bilər.(2)

Sual: 453. Həzrət İsa nazil olduqdan sonra hansı şəriətə əməl edər?

Cavab: Səmərə nəql edir ki, həzrət peyğəmbər buyurmuşdur: “İsa ibn Məryəm Məhəmməd və onun ümmətini təsdiq edən halda nazil olar. Həmin vaxt Dəccalı qətlə yetirər...”(3)

İbn-Həbban Əbu-Hüreyrədən belə nəql edir: Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Məsih rükudan qalxdığı vaxt “Səmiəllahu limən-həmidəh” deyər...”(4)

Sual: 454. Ümumdünya tövhid hökumətinin rəhbəri kimdir?

səh:260


1- [726] “Sünəne-Əbu-Davud”, c. 2, s. 319; “Kənzul-ummal”, c. 14, s. 333.
2- [727] “Əl-Məsihul-muntəzər və nəhayətul-aləm”, s. 240/
3- [728] “Müsnəde-Əhməd”, c. 5, s. 13.
4- [729] “Səhihe-ibn Həbban”, c. 5, s. 223.

Cavab: Bu hökumətin rəhbəri ilə bağlı üç ehtimal var: rəhbər İsa ibn Məryəmdir; rəhbər İslamdan olan Məsihdir; rəhbər imam Əsgərinin (ə) övladı həzrət Mehdidir (ə).

Ümumdünya tövhid hökumətinin İslamdan olan Məsih tərəfindən idarə olunacağı barədə də mötəbər məlumat yoxdur.

Üçüncü ehtimalla bağlı bir neçə dəlil göstərmək olar:

1. İmam Mehdi (ə) İslam Peyğəmbəri (s) tərəfindən belə bir hökumətə varis seçilmişdir;

2. Rəvayətlərdə bildirilir ki, həzrət İsa müsəlmanlara imamlıqdan imtina edər və imam Mehdini (ə) imam kimi tanıtdırar;

3. Ümumdünya tövhid hökumətinin rəhbərinin İslam ümmətindən olması hikmətə əsaslanır;

4. İncildə göstərilir ki, həzrət İsa “insan övladı” adlı bir şəxsin köməyi ilə səmadan enib, onun yardımı ilə bu hökuməti quracaq.

Sual: 455. Həzrət İsa nazil olduqdan sonra nə qədər yaşayacaq?

Cavab: Əbu-Hüreyrə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Məsih yer üzündə qırx il qalacaq, vəfatından sonra müsəlmanlar onun üçün namaz qılacaq.”(1)

2. Abdullah ibn Ömər nəql edir ki, peyğəmbər buyurmuşdur: “İsa ibn Məryəm yerə enər, izdivac edər və övlad sahibi olar.”(2)

İmam Mehdinin (ə) səhabələri

Sual: 456. İmam Mehdinin (ə) zühurdan sonra neçə səhabəsi olar?

Cavab: Yetərli həddə çatmış rəvayətlərə əsasən, imam Mehdinin (ə) Bədr savaşındakı səhabələr qədər, yəni 313 nəfər səhabəsi olar.(3)

Sual: 457. İmam Mehdinin 313 nəfərdən əlavə səhabəsi varmı?

Cavab: Rəvayətlərdə bildirilir ki, imam Mehdinin (ə) zühurdan sonra on minədək səhabəsi olar.

səh:261


1- [730] “Müsnəde-Əhməd”, c. 2, s. 406.
2- [731] “Əl-Muntəzəm”, c. 2, s. 39.
3- [732] “Yәnabiul-Mәvəddəd”, s. 509; “Elamul-vəri”, s. 433.

Məhəmməd ibn Müslim nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Həzrət Mehdinin (ə) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan savay məbud qalmaz...”(1)

Sual: 458. Həzrət Mehdinin (ə) səhabələri Məkkəyə necə daxil olar?

Cavab: Yuxarıdakı sualla bağlı bir neçə ehtimal var:

1. İnsanlar möcüzə ilə, sürətli şəkildə Məkkəyə daxil olar.

2. Digər bir ehtimala görə xalq bir neçə dəstəyə bölünər: bəziləri təbii yolla imamın xidmətinə yetişər, bəziləri yatdığı yerdə oyanıb özünü Məkkədə görər, bəziləri isə buludlar üzərində həzrətin xidmətinə gələr.

3. Hamı sadəcə səfərə çıxıb həzrətin xidmətinə çatar. Üçüncü ehtimal həqiqətə daha çox uyğundur.

Sual: 459. İmam Mehdinin (ə) səhabələri hansı ölkələrdəndir?

Cavab: Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misirdən, Şamdan, İraqdan gələnlər var...”(2)

İbn Tavus “Əl-Məlahim vəl-fətn” kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını nəql edir.

Sual: 460. İmamın səhabələri arasında ərəblər varmı?

Cavab: Mərhum Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: Ərəblərdən uzaq ol, çünki onlar üçün bu xəbər acıdır. Bil ki, Qaimlə ərəbdən bir nəfər olsun ortaya çıxmayacaq.”(3)

Amma bu hədisin sənədləri mötəbər deyil. Şeyx Tusinin nəql etdiyi hədisdə bildirildi ki, imama beyət edənlər arasında Misirdən, Şamdan, İraqdan gələnlər var.

Sual: 461. İmam Mehdinin (ə) səhabələri arasında qadınlar vardırmı?

Cavab: Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var.”(4)

səh:262


1- [733] Həmin mənbə.
2- [734] Tusi, “Əl-ğeybət”, s. 284.
3- [735] “Bihar”, c. 52, s. 333.
4- [736] “Nemani, “Əl-ğeybət”, s. 279.

Müfəzzəl ibn Ömər imam Sadiqə (ə) istinadən bildirir ki, Qaimin (ə) ətrafındakılar arasında on üç nəfər qadın var.(1)

Sual: 462. Həzrətin qadın tərəfdarları 313 nəfərdəndirmi?

Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrətin əlli qadın tərəfdarı həmin 313 nəfərdəndir. Cabir ibn Yəzid Cofi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar...”(2)

Sual: 463. Əgər imamın səhabələrinin adı öncədən bilinirsə, biz hansı əsasla səhabə olacağımıza ümid edə bilərik?

Cavab: İmamın səhabələrinin sayını və adlarını göstərən rəvayətlər sənəd baxımından zəifdir. İbn-Tavusun rəvayətində 313 nəfərin yox, 240 nəfərin adı göstərilir. Ehtimal var ki, insan qalan 73 nəfərdən biri olsun.

Sual: 464. İmam Mehdiyə (ə) istəmədən beyət edənlər varmı?

Cavab: Qutabə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər, ondan xalqın arasından xüruc etməsi istənilər. O, rükn və məqam arasında ikrahla beyət аlar...”

Zürarə nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaimin adı ilə nida edilər. Gəlib məqamın arxasında dayanar. Ona deyilər ki, həqiqətən, sənin adınla nida çəkilib, nə gözləyirsən? Onun əlini tutub beyət edərlər. Zürarə deyir ki, həmd olsun Allaha ki, Qaimin kərahətlə beyət aldığını eşitdik. Onun ikrahında heç bir günah olmadığını bildik.”(3)

Sual: 465. Həzrət Mehdiyә (ə) kimlər beyət edəcək?

Cavab: Cəbrail, həzrətin yaxın səhabələri, həzrətin ümumi səhabələri, Məkkədə olub onun dəvətini qəbul edənlər.

Sual: 466. İmam Mehdi öz səhabələri ilə hansı əsasda peyman bağlayar?

səh:263


1- [737] “Dəlailul-imamət”, s. 259; “İsbatul-hudat”, c. 3, s. 75.
2- [738] “Məcməul-zəvaid”, c. 7, s. 315.
3- [739] “Nemani, “Əl-ğeybət”, s. 340.

Cavab: Öz ətrafındakılardan əhd almaq imam Mehdinin (ə) proqramlarından və üsullarındandır. İlkin İslam hökuməti qurulduğu vaxtdan əhd və beyət almaq qayda olmuşdur. İlk dəfə İslam peyğəmbəri (s) belə bir üsulu tətbiq etmişdir.

Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Qaim öz yaxınları ilə peyman bağlayar, onlardan beyət alar...”(1)

Sual: 467. İmam Mehdinin (ə) səhabələri şücaətlidirmi?

Cavab: Hakim Nişapuri Məhəmməd ibn Hənəfiyyənin dilindən nəql edir: Biz Əlinin (ə) yanında idik. Ondan həzrət Mehdi (ə) haqqında soruşuldu. Həzrət buyurdu: “O dünyanın sonunda zühur edəcək. Həmin vaxt bir şəxs “öldürülsün” deyə elan edər. Allah onun ətrafında parçalanmış bulud kimi dəstələr toplayar və qəlblərini həmahəng edər. Onlardan heç birində qorxu görünməz...”(2)

Sual: 468. Həzrətin səhabələri xüsusi bir məntəqədəndirmi?

Cavab: Bəzi rəvayətlərə əsasən həzrətin səhabələri dünyanın müxtəlif nöqtələrindəndir. Allah-tәala qısa bir zamanda onları Kəbə ətrafında toplayar.

Seyyid ibn Tavus nəql edir ki, imam Əli (ə) həzrət Mehdinin (ə) səhabələri haqqında buyurmuşdur: “Onlar Bədr səhabələri sayda, 313 nəfərdir. Allah onları dünyanın şərqindən və qərbindən Kəbə ətrafına toplayacaq...”(3)

Sual: 469. Həzrət Mehdinin (ə) səhabələrində hansı xüsusiyyətlər var?

Cavab: Rəvayətlərdə bildirilir ki, həzrət Mehdinin (ə) səhabələrinin özünəməxsus sifətləri var: İxlas, yəqin və istiqamət, həqiqi allahşünaslıq, gündüzlər şirlik, gecələr zahidlik, ilahi yardımdan faydalanma.

Sual: 470. 313 nəfər səhabə dünyanı necə ram edəcək?

Cavab: Əvvəla, həzrətin 313 nəfər sәhаbәsi və on minədək ümumi yardımçısı var.

İkincisi, həzrətin qələbəsi ilahi yardımlarla müşayiət olunur.

Üçüncüsü, həzrətin qələbə çalması Allahın qəti iradəsidir.

səh:264


1- [740] “Muntəxəbul-əsər”, s. 469.
2- [741] “Mustədrəke-hakim”, c. 4, s. 554.
3- [742] “Əl-təşrifi bil-mənən”, s. 288-294.

Dördüncüsü, əgər yalnız təbii amilləri nəzərə alsaq, yenə də bu qələbə mümkün sayılmalıdır. Çünki həzrət xüsusi bir şəraitdə zühur edəcək, həmin vaxt bəşəriyyət belə bir şəxsin intizarında olacaq.

Sual: 471. Həzrət Mehdinin (ə) nazirləri hansı zümrədəndir?

Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) dövlətində nazirlər gənclərdən təşkil olunacaq. Onların kiçik bir hissəsi yaşlılar olacaq. Həzrət Əli (ə) buyurmuşdur: “Həqiqətən, Qaimin səhabələri gənclərdir...”(1)

Sual: 472. Əgər həzrətin yardımçıları əsasən şərqdəndirsə, geri qalmış şərq inkişaf etmiş qərbə necə qalib gələcək?

Cavab: Əvvəla, həzrətin yardımçıları müsəlmandır və əksər müsəlman məntəqələri şərqdə yerləşir.

İkincisi, həzrət Mehdi (ə) bütün mütərəqqi üsullardan və texnologiyalardan faydalanacaq.

Üçüncüsü, qərbi yalnız texnologiya baxımından şərqdən üstün sayırsınızsa, bilməlisiniz ki, həzrətin məqsədi təkcə maddi inkişaf deyil. Kim iddia edə bilər ki, qərb əxlaq və mədəniyyət baxımından şərqdən üstündür?!

Sual: 473. Həzrətin dövlət xadimləri kimlәrdir?

Cavab: Rəhbəri həzrət Mehdi (ə) olan hökumətin xadimləri ümmətin böyükləri və salehləridir.

Rəvayətlərdə bildirilir ki, həzrət İsa həzrət Mehdiyə (ə) deyər: “Həqiqətən, mən əmir yox, vəzir olaraq göndərilmişəm.”(2)

Başqa bir rəvayətdə bildirilir ki, həzrət İsa endiyi vaxt Kəhf səhabələri də onun yanında olacaq.”(3) Həzrət Əli (ə) Həmdan qəbiləsinin bu dövlətdə xidmətini qeyd edir.(4)

Sual: 474. Bir bu qədər müsəlman arasında yalnız 313 nəfərmi həzrətə yoldaş olacaq?

Cavab: Əvvəla, rəvayətlərdə həzrətin yaxın səhabələrinin sifətləri zikr olunur. Yalnız bu sifətlərə malik olanlar həzrətə yaxın ola bilər.

səh:265


1- [743] Tusi, “Əl-ğeybət”, s. 284.
2- [744] “Məlaim”, s. 83.
3- [745] Həmin mənbə.
4- [746] “Əqdud-durər”, s. 97.

İkincisi, qeyd olundu ki, həzrətin 313 nəfərdən əlavə on min nəfər civarında yardımçısı olar.

Üçüncüsü, 313 nəfər yardımçının olması zühur üçün yetərli amil yox, sadəcə şərtdir.

Zühurdan sonrakı tarix

Sual: 475. Zühur dövründə hamı bir əqidədəmi olacaq?

Cavab: Vahid cəmiyyət və vahid ümmətin təşkil olunması üçün vahid dünyagörüşü və vahid etiqada ehtiyac var.

Zühur dövründə bütün yer üzündə vahid bir dünyagörüşü hakim olacaq.

Həqiqi xilaskar olan Mehdinin (ə) proqramları əbədi haqq-ədalət qanunları üzərində qurulmuşdur.

İmam Əli (ə) Malik ibn Həmzəyə buyurur: “Həmin vaxt bizim Qaim (ə) qiyam edər və bütün xalq bir əqidə ətrafında birləşər.”(1)

İmam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha, ey Müfəzzəl! İmam Qaim (ə) millətlər və ayinlər arasından ixtilafları götürər və hamıya bir din hakim olar.”(2)

Sual: 476. İmam Mehdi (ə) dünyaya hansı dinlə hakimlik edər?

Cavab: İmam Mehdinin (ə) etiqad etdiyi və zühur dövründə əsaslandığı din İslamdır. Bu müddəanı bir neçə dəlillə sübuta yetirmək olar:

1. Həzrət Mehdi (ə) İslam peyğəmbərinin (s) son canişini olduğundan onun hakimiyyəti İslama əsaslanacaq.

2. Mütəvatir rəvayətlərə əsasən bu hökumət haqq-ədalət hökumətidir. Kamil ədalət isə yalnız İslamdadır.

3. Rəvayətlərə əsasən həzrət Mehdi (ə) İslam ümmətinə hakim olacaq. Bu da öz növbəsində onun İslama əsaslanacağını göstərir.

4. Bir qrup rəvayətdə bildirilir ki, həzrət Mehdi (ə) zühur etdikdən sonra İslam hökmlərini və peyğəmbər sünnəsini həyata keçirəsidir.(3)

5. İslam peyğəmbəri (s) və əhli-beytdən (ə) nəql olunmuş mütəvatir rəvayətlərə əsasən, imam Mehdi (ə) yer üzündə ədaləti bərpa edəcək. Bu prinsiplər isə yalnız İslamda mövcuddur.

səh:266


1- [747] “Nemani, “Əl-ğeybət”, s. 206.
2- [748] “Bihar”, c. 53, s. 4.
3- [749] “Əl haviyyu lil-fətavi”, c. 2, s. 126.

Sual: 477. Həzrət Mehdinin (ə) zühur dövründə yer üzündə qeyri-müsəlman qalacaqmı?

Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) hakimiyyəti dövründə qeyri-müsəlman olmayacaq.

İbn-Bəkir nəql edir ki, həzrət Əbül-Həsən “Ali-İmran” surəsinin 83-cü ayəsini təfsir edərkən buyurur: “Ayə Qaimin şənində nazil olmuşdur. Qaim zühur edən vaxt yəhudiləri, məsihiləri, sabiiləri, şərq və qərbin kafirlərini İslam dininə dəvət edər. Öz meyli ilə qəbul edənlərə namaz, zəkat və digər vacib əməllər əmr olunar. İslamı qəbul etməkdən imtina edənlərin boynu vurular. Şərq və qərbdə bir Allaha pərəstiş edənlərdən savay kimsə qalmaz...”(1)

Amma bəzi rəvayətlərdə bildirilir ki, yəhudilər və məsihilər qiyamət gününədək qalacaq.

Əbu-Bəsir deyir: İmam Sadiqdən (ə) zühur dövründə zimmə əhlinin, yəhudilərin və məsihilərin vəziyyəti haqqında soruşdum. Həzrət buyurdu: “Onlarla peyğəmbərsayaq rəftar olunar, onlar da itaət göstərib cizyə verərlər.”(2)

İmam Baqir (ə) buyurur: “Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki, Tövrat və digər səmavi kitabları Antakiyadakı mağaradan çıxarıb yəhudilərlə Tövrat, məsihilərlə İncil, Zəbur əhli ilə Zəbur, Quran əhli ilə Quran əsasında rəftar edər.”(3)

Bu baxışı Quran ayələri də təsdiqləyir.(4)

Sual: 478. Zühur dövründə hansı məzhəb hakimdir?

Cavab: Heç şübhəsiz ki, İslam Allah tərəfindən təsdiqlənmiş son dindir. Bu səbəbdən də Allah Öz peyğəmbərini “Xatəmun-nəbiyyin” adlandırmışdır. Maraqlıdır ki, zühur dövründə hansı İslam məzhəbi hakim olacaq?

Ayə və rəvayətlərdən məlum olur ki, zühur dövründə İslam dini hakimdir. “İkmal” ayəsini nəzərə aldıqda isə həmin dövrdə şiə məzhəbinin hakim olacağı sübuta yetir. Allah-tәala buyurur: “Bu gün sizin dininizi kamil etdim, sizə olan nemətlərimi tamamladım və din olaraq sizin üçün İslamı bəyəndim.”(5)

səh:267


1- [750] “Bihar”, c. 52, s. 340.
2- [751] “Bihar”, c. 52, s. 376-381.
3- [752] “Nemani, “Əl-ğeybət”, s. 125.
4- [753] Bax: “Ali-İmran”, 55; “Maidə”, 14.
5- [754] “Maidə”, 3.

Bəs həmin gün nə baş vermişdir? Rəvayətlərdən məlum olur ki, bu ayə Qədire-Xum hadisəsi ilə bağlı nazil olmuşdur. Qədire-Xum hadisəsi həzrət Peyğəmbərin (s) həzrət Əlini (ə) özünə canişin təyin etməsindən ibarətdir. Demək, zühur dövründə Allahın bəyəndiyi din bütün dinlərə qalib gələcək. O dövrün hakim məzhəbi isə həzrət Əli (ə) və onun on bir məsum övladının imamətini qəbl edən şiə məzhəbidir.

Sual: 479. Həzrət Mehdi (ə) zühur etdikdən sonra əqidə azğınlıqları ilə necə mübarizə aparacaq?

Cavab: Həzrət Mehdinin (ə) zühur dövründə əsas çətinliklərindən biri cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: dünyapərəst və asılı ruhanilər; sərmayədarlar və kübarlar; adı müsəlman olan hökumətlər.

İmam Sadiq (ə) buyurur: “Qiyam zamanı Qaimin cahillərdən çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır. Peyğəmbər zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”(1)

Sual: 480. İmam Mehdinin (ə) hökumətində millətçilik əsas götürülürmü?

Cavab: Həzrət Mehdinin (ə) hökumətində heç bir milli və irqi ayrıseçkiliyə yer yoxdur. Bu müddəanın bir sıra dəlilləri var:

1. Həzrətin dəvəti İslam hökmlərinə əsaslanır və İslam hökmlərində milli, irqi ayrıseçkiliyə yer yoxdur.

2. Həzrət Mehdinin (ə) dəvəti ümumdünyəvidir. Belə bir dəvətdə milli və irqi ayrıseçkiliyə yol verilə bilməz.

3. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) hakimiyyəti ədalət hökumətidir və ayrıseçkiliyə müxalifdir.

4. Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Allah rəsulunun yolunu gedəcək.

Sual: 481. Həzrət Mehdinin (ə) hökuməti digər hökumətlərə oxşayırmı?

səh:268


1- [755] “Nemani, “Əl-ğeybət”, s. 297.

Cavab: Qəti şəkildə iddia etmək olar ki, həzrət Mehdinin (ə) hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır:

Əvvəla, həzrət Mehdi (ə) öz zühur dövründə İslamı tam mənada ədalət hökuməti proqramı olaraq bərpa etməlidir. Bildiyimiz kimi, İslam proqramları dünyanın heç bir mövcud hökumətinin proqramı ilə oxşar deyil.

İkincisi, dünyanın mövcud hökumətləri zülm-sitəm üzərində qurulmuşdur. Demokratik hakimiyyətlərdә haqq-ədalətə yox, çoxluğun rəyinə əsaslanır. Bu quruluşlarda azlıqların haqqı pozulur. Ədalətsizliyin aradan qaldırılması Mehdi (ə) hökumətinin əsas məqsədlərindəndir.

Üçüncüsü, dünyanın bütün mövcud quruluşları maddiyyat üzərində qurulmuşdur və bu quruluşlarda ilahi dəyərlər əsas götürülməmişdir. Həzrət Mehdinin (ə) hakimiyyəti isə mənəviyyat, insanın Allahla rabitəsi, cisim və ruhun tərbiyəsi üzərində qurulmuşdur. Bu səbəbdən də həzrətin hökumətinin bütün qanunları ilahi qanunlar olacaq.

Dördüncüsü, İmam Mehdinin (ə) hökumətində bəşəriyyətin bütün maddi və mənəvi ehtiyacları nəzərə alınır. Bu səbəbdən də rəvayətdə bildirilir ki, bu dövlət son dövlətdir.(1)

Sual: 482. İmam Mehdi (ə) zalımlarla və ilahi hədlərin icrası üçün necə rəftar edəcək?

Cavab: İmam Mehdinin (ə) hökumətində sazişçilik yoxdur. Bu hökumətdə ilahi hökmlər qəti şəkildə icra olunar. Kimlərinsə qınağı və zoru nəzərə alınmaz və günahkarlar ciddi şəkildə cəzalandırılar.

İmam Baqir (ə) buyurur: “Qaim qiyam ... Ərəblərlə ciddi rəftar olunar, sözü qılınc deyər, ilahi qanunların icrasında kimsənin qınağı maneçilik törətməz.”(2)

İmam Kazim (ə) buyurur: “Allah-tәala bizim ailədən olan on ikinci imam üçün bütün çətinlikləri asanlaşdırar. Onun əli ilə hər bir zalım məhv edilər, hər bir azğın şeytan aradan götürülər.”(3)

Sual: 483. Zühur dövründə insanların həyatı sahmana düşərmi?

səh:269


1- [756] “Elamul-vəri”, s. 432.
2- [757] “Nemani, “Əl-ğeybət”, s. 233.
3- [758] “Kəmalud-din”, c. 2, s.369.

Cavab: Həzrət Mehdi (ə) və zühur dövrü ilə bağlı nəql olunmuş ziyarətnamələrdə və rəvayətlərdə bildirilir ki, əsl və düzgün həyat imam Mehdinin (ə) əbədi təlimləri sayəsində təmin olunar. Həzrət Mehdi (ə) haqqında ziyarətnamədə oxuyuruq: “Salam olsun həyat baharına və dövrün təravətinə...”(1)

İmam Hüseyn (ə) buyurur: “Bizim ailədə on iki Mehdi var... Onların sonuncusu mənim doqquzuncu övladımdır. O haqq olaraq qiyam qaldırar, Allah onun əli ilə ölü yeri dirildər...”(2)

İmam Sadiq (ə) buyurur: “Yer üzü zalım hakimlərin sitəmi ilə öldükdən sonra Allah onu Qaimin ədaləti ilə dirildər...”(3)

Sual: 484. İmam Mehdinin (ə) proqramlarının sərlövhəsi nədir?

Cavab: Bütün yer üzündə ədalətin bərpası imam Mehdinin (ə) inqilabi amallarının birincisidir. Bu sərlövhə bütün peyğəmbərlərin proqramlarında öndə gəlir. Peyğəmbərlər, adətən, ədalətin bərpası üçün savaşa qalxmış, mübarizə aparmışlar...

İmam Hüseyn (ə) buyurur: “Dünyanın ömründən bir gün qalmış olsa belə, Allah həmin günü uzadar ki, mənim övladlarımdan olan şəxs qiyam etsin və yer üzünü zülm-sitəm bürüdükdən sonra onda ədaləti yaysın.”(4)

Sual: 485. Həzrət Mehdinin (ə) ədalətin yayılmasında əldə edəcəyi müvəffəqiyyətə hansı amillər təsir göstərir?

Cavab: Bu quruluşda həm ədalətə əsaslanan qanunlar, həm də bu qanunları icra edən şəxsin kimliyi mühüm rol oynayır. İmamət quruluşunda haqq-ədaləti bərpa etməli olan imam kamil bir nümunədir.

Həzrət Mehdinin (ə) müvəffəqiyyətini təmin edən amillərdən biri zühur dövründə ağılların kamilləşməsidir. Hədislərə əsasən, ədalət ağıl, zülm isə cəhalətin ünsürüdür.(5)

Sual: 486. Zühurdan sonra həzrət Mehdinin (ə) şəxsi keyfiyyətləri necə olacaq?

səh:270


1- [759] “Məfatihul-Cinan”, s. 531.
2- [760] “Kəmalud-din”, c. 1, s.317.
3- [761] “Nemani, “Əl-ğeybət”, s. 25.
4- [762] “Kəmalud-din”, c. 1, s.318.
5- [763] “Kafi”, c. 1.

Cavab: İmam Mehdi (ə) bütün peyğəmbərlər və ilahi övliyalar kimi sadə həyat tərzi keçirər, ucuz libaslar geyər, sadə xörəklərlə qidalanar.(1)

Sual: 487. Zühur dövründə ictimai asayiş necə olacaq?

Cavab: İmam Mehdi (ə) bəşəriyyətin tarix boyu görmədiyi ictimai asayiş yaradacaq. İmam Sadiq (ə) “Nur” surəsinin 55-ci ayəsinin həzrət Mehdiyə aid olduğunu bildirir.

Sual: 488. Zühur dövründə insanların əqli inkişafı və elmi tərəqqisi hansı səviyyədə olacaq?

Cavab: Peyğəmbərlərin dəvəti əsasən elm və biliyin, təcrübənin genişlənməsində rol oynayır. İman bilik və mərifətin budaqlarından sayılır. Peyğəmbərlər insanlara yaşayış qanunlarını, onun məqsəd və nəticələrini öyrədirdilər.

İnsanın yaranışında məqsəd onun təkamülü olduğundan bu hədəf nə vaxtsa gerçəkləşməlidir. Bütün məqsədlərin gerçəkləşdiyi zühur dövründə insanın mərifəti, biliyi təkamül həddinə çatır.

Bu yolla iki əsas mehvər gerçəkləşir:

1. Elm artdıqca, kainatın sirləri açıldıqca allahşünaslığın sütunları möhkəmlənir ;

2. Elm və biliyin genişlənməsi bəşər cəmiyyətinin təşkilində və rifah əldə olunmasında zəmin olur.

Həzrət Peyğəmbər (s) buyurur: “Onların doqquzuncusu Qaimdir (ə), Allah onun əli ilə yer üzünü qaranlıqdan işığa çıxarar, ədalətlə doldurar...”(2)

İmam Baqir (ə) buyurur: “Bizim Qaim (ə) zühur edəcəyi vaxt firqələrin ağıl gücünü mərkəzləşdirər, düşüncələri kamal həddinə çatdırar.”(3)

Sual: 489. Həzrət Mehdinin (ə) zühur dövrü tərbiyəvi inkişaf baxımından necədir?

Cavab: Tərbiyəvi təkamül Mehdi (ə) qiyamının mühüm proqramlarındandır. Həzrət digər proqramlarını icraya qoymaq üçün məhz bu nöqtədən başlayır.

səh:271


1- [764] “Nemani, “Əl-ğeybət”, s. 233.
2- [765] “Kəmalud-din”, c. 1, s.260.
3- [766] “Bihar”, c. 52, s. 336.

İmam Əli (ə) buyurur: “Bizim Qaim (ə) qiyam edən vaxt qəlblərdən kin çıxar.”(1)

İmam Baqir (ə) buyurur: “Bizim Qaim (ə) zühur edən vaxt əlini xalqın başına çəkər və onların əxlaqını kamilləşdirər.”(2)

Sual: 490. Həzrət Mehdi (ə) mal-mülkü necə bölüşdürəcək?

Cavab: Həzrət Mehdinin (ə) proqramlarından biri də bərabərliyin qorunmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sizə Mehdi (ə) ilə müjdə verirəm. O mənim ümmətim arasından məbus olar... Göy və yer sakinləri onun gəlişinə sevinər. O mal-mülkü düzgün bölər – hamı arasında bərabər!”(3)

Sual: 491. Hüzur əsrində xalqın iqtisadi durumu necə olar?

Cavab: Bütün yer üzündə iqtisadi baxımdan rifah yaratmaq həzrət Mehdinin (ə) proqramlarındandır. Geriliyin və qıtlığın bir-biri ilə əlaqəli iki səbəbi var: dünyaya hakim olan istismarçı nizam; millətlərin zərərinə yönəlmiş hakim siyasət.

İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə) gələn zaman yer ilahi nurla işıqlanar... Siz zəkat verməyə adam axtararsınız. Onu sizdən qəbul edən tapılmaz. Bütün insanlar ilahi fəzl sаyәsindә ehtiyacsız olar.”(4)

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətim Mehdinin (ə) dövründə heç bir vaxt görmədiyi nemətə çatar. Həmin vaxt göydən bol yağış yağar, torpaq bəhrəsini gizləməz.”(5)

Sual: 492. Zühur dövründə bolluq hansı yolla yaranar?

Cavab: Bu məsələ ilə bağlı iki ehtimal var:

1. Yer üzünün var-dövləti möcüzə yolu ilə artar. Bu ehtimal bir o qədər də əsaslı deyil.

2. Əkinçilik artdığından, ticarət genişləndiyindən nemət bolluğu yaranar.

3. Böyük kapitallar işə salınar, bu məbləğlər insanlar arasında bərabər bölünər.

səh:272


1- [767] “Muntəxəbul-əsər”, s. 474.
2- [768] “Bihar”, c. 52, s. 336.
3- [769] “Bihar”, c. 51, s. 81.
4- [770] “Bihar”, c. 52, s. 337.
5- [771] Həmin mənbə, c. 51, s. 82.

Sual: 493. Zühur dövründə məscidlərin vəziyyəti necə olacaq?

Cavab: Zühur dövründə din və məzhəb əsl hədəfə doğru yönələr və bu hərəkət bəşəriyyəti xoşbəxtliyə aparar. İmam bütün imkanları həqiqi məzhəbin hədəfləri yolunda sərf edər. Ədalət bərpa olar, ümumi rifah yaranar, insanlar əhrimənlərin əlindən xilas edilər. Bu məqsədlə məscid və məbədlərin israfçılıqla bəzənməsinə yol verilməz, mövcud zinətlər aradan götürülər, ibadətgahlar sadə və bəzəksiz olar.

Ömər ibn Cəmi imam Baqirdən (ə) soruşur: «Bəzəkli məsciddə namaz qılmaq olarmı?” İmam buyurur: “Bunu xoşlamıram. İndiki dövrdə bunun sizə zərəri yoxdur. Amma ədalət hakim olacağı zamanda bununla necə rəftar ediləcəyini görəcəksiniz.»(1)

Sual: 494. Həzrət Mehdi (ə) zühur etdikdən sonra Məscidul-həram və Məscidun-nəbini dəyişəcəkmi?

Cavab: Kuleyni və Müfid Əbu-Bəsirdən, Əbu-Bəsir isə imam Sadiqdən (ə) belə nəql edir: “Qaim qiyam edən vaxt Məscidül-həramı əvvəlki şəklinə salacaq, Məscidun-nəbiyə əvvəlki görkəmini qaytaracaq...”(2)

Əvvəla, bu rəvayət Şeyx Müfid, Kuleyni, Şeyx Tusi tərəfindən nəql olunsa da, mötəbər sənədə malik deyil və ona istinad etmək olmaz.

İkincisi, həzrət Mehdi (ə) şiə və sünnilərin etimad göstərdiyi şəxsdir. Şiələr onu həm də məsum sayır. Belə bir şəxsin edəcəyi iş kimsədə şəkk-şübhə yaratmamalıdır.

Üçüncüsü, rəvayəti düzgün saysaq, onu belə izah edə bilərik ki, zalım hakimlərin dövründə bu iki məscid haram pullarla zinətləndirilmişdir. Zülmün əsərlərini aradan götürmək üçün bu zinətlər ləğv edilə bilər.

Dördüncüsü, “Səhihi-Müslimdə” nəql olunmuş rəvayətə əsasən həzrət Peyğəmbər (s) Kəbə evini yenidən bina etmək istəmişdir. Amma insanlar İslamı təzəcə qəbul etdiyindən bu fikrindən daşınmışdır.

Sual: 495. İmam Mehdi (ə) zühur etdikdən sonra Əbu-Bəkr və Ömərdən intiqam alacaqmı?

səh:273


1- [772] “Kafi”, c. 3, s. 368.
2- [773] “Kafi”, c. 4, s. 543.

Cavab: Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Həzrətin görəcəyi ilk iş o iki nəfəri oda çəkməkdir...”(1)

Sualın cavabında bir neçə nöqtəni qeyd etmək lazım gəlir:

1. Məclisinin istinad etdiyi Bəşir Nəbbal rical kitablarında mötəbər sayılmamışdır.

3. Rəvayətdə bildirilmir ki, həmin iki şəxs kimdir.

4. İmam Mehdi (ə) məsum olduğundan və haqq-ədalətə əsaslandığından sünnə əhli bu iki xəlifəyə münasibətinə yenidən baxmalıdır.

5. Bu iki şəxsin dəfn olunduğu yer peyğəmbər hücrəsi sayılır. Həmin iki şəxsi bu hücrədə dəfn etmək olmazdı. Həzrət haqqı bərpa etmək üçün onları hücrədən çıxarasıdır.

Sual: 496. İmam Mehdi (ə) zühur etdikdən sonra nə üçün Davudun hökmünə əməl edir?

Cavab: Kuleyni nəql edir ki, imam Baqir (ə) Xəttab ibn Əba-Übeydəyə buyurmuşdur: “Еy bа-Übеydә! Ali-Məhəmməd Qaimi qiyam edəndə Davud və Süleymanın hökmü ilə hərəkət edəcək. Bu səbəbdən də dəlil və şahid istəməyəcək.”(2)

Yuxarıdakı rəvayətə münasibətimizi bildirək:

1. Rəvayətdən belə görünür ki, imam Mehdi (ə) zühur etdikdən sonra dəlillər yox, öz elmi əsasında rəftar edəcək. Şeyx Müfid deyir: “İmam şəhadətlər əsasında hökm verdiyi kimi, öz elmi əsasında da hökm çıxara bilər. O şəhadətləri batil gördükdə öz elminə əsaslana bilər...”(3)

2. Zühurdan sonra imamın vəzifəsi yer üzündə ədaləti bərpa etmək olduğundan təbiidir ki, tapdanmış haqları qaytarmaq üçün hökmlər çıxarasıdır. Ədaləti bərpa etmək üçün isə Allahın verdiyi elmə əsaslanmalıdır. Bu, həmin Davud hökmüdür.

3. İmamın öz elmi əsasında hökm çıxarmasını təkcə şiə alimləri yox, bəzi sünni alimləri də caiz sayır.

İbn-Qüdamə deyir: “Peyğəmbərdən (ə) eşidilmişdir ki, hakim elmi əsasında hökm verə bilər...”

səh:274


1- [774] “Bihar”, c. 52, s. 386.
2- [775] “Kafi”, c. 1, s. 397.
3- [776] “Bihar”, c. 26.

Sual: 497. Həzrət Mehdi (ə) yeni bir din gətirəcəkmi?

Cavab: Bəziləri elə düşünür ki, həzrət Mehdi (ə) zühur dövründə yeni bir din gətirəcək. Hansı ki, Quran buyuruqlarına əsasən, İslam peyğəmbəri (s) son peyğəmbərdir, onun dini son dindir. Hədis mənbələrinə müraciət etdikdə görürük ki, həzrətin yeni din gətirməsi ilə bağlı heç bir məlumat verilmir. Həzrətin zühur dövründə məsələləri yenidən araşdırması yeni şəriət kimi başa düşülməməlidir. Həzrət yeni üsullardan istifadə etsə də, onun məqsədi cəddinin şəriətini dirçəltməkdir.

Sual: 498. Həzrət Mehdinin (ə) “yeni sultan” olması nə deməkdir?

Cavab: Bir rəvayətdə nəql olunur ki, imam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Sanki xalqın rükn və məqam arasında Mehdiyə səmadan enmiş yeni sultan kimi beyət etdiyini görürəm.”(1) Bu sualla bağlı bəzi ehtimallar var:

1. Yeni sultan dedikdə yeni üsul, yeni yanaşma nəzərdə tutulur. Elə bir üsul ki, bəşəriyyət heç bir dövlətin tarixində bu üsulla rastlaşmamışdır.

2. Elə bir səltənət ki, bütün səltənət və hökumətlərə münasibətdə yenidir.

Sual: 499. İmam Mehdinin (ə) yeni bir əmrlə qiyamı nə deməkdir?

Cavab: İmam Baqir (ə) bir rəvayətdə buyurur: “Mehdi xüruc etdiyi vaxt yeni əmrlə qiyam edəcək.”(2) “Yeni əmr” ifadəsi ilə bağlı müəyyən ehtimallar var:

1. “Yeni əmr” dedikdə yeni tələb nəzərdə tutulur.

2. “Yeni əmr” dedikdə yeni üsul, düşüncə və əqidə proqramı nəzərdə tutulur.

3. “Yeni əmr” dedikdə xilafət və imamət nəzərdə tutulur. Həzrətin xilafəti başqa xilafətlərdən fərqləndiyi üçün yeni sayılır.

Sual: 500. “Yeni mühakimə” nədir?

Cavab: İmam Baqir (ə) buyurur: “Ali-Məhəmmədin Qaimi xüruc edəndə yeni sünnə, yeni mühakimə ilə qiyam edəcək.” (həmin mənbə, s. 348)

səh:275


1- [777] “Bihar”, c. 52, s. 230.
2- [778] Həmin mənbə.

Sualla bağlı iki ehtimal var:

1. Zühur əsrinə uyğun çeşidli və mütərəqqi proqramlar;

2. Mühakimədə yeni üslub.

Sual: “Yeni sünnə” nə deməkdir?

Cavab: İmam Baqir (ə) buyurur: “Mehdi (ə) xüruc edəndə yeni əmr, yeni kitab, yeni sünnə ilə qiyam edəcək.”(1) Hansı ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mehdinin (ə) sünnəsi mənim sünnəm kimidir.”(2)

Zühur dövründə düşüncələr kamilləşdiyindən və həzrətin hakimiyyəti bütün yer üzünü əhatə etdiyindən bu hakimiyyət başqa hakimiyyətlərdən fərqlənir.

Sual: “Yeni kitab” nə deməkdir?

Cavab: Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha! Sanki Mehdinin (ə) rükn və məqam arasında xalqdan yeni kitabla beyət aldığını görürəm...”(3) Bu təbirlə bağlı müxtəlif ehtimallar var:

1. Yeni bir Quranın gətirilməsi ehtimalı. Belə bir ehtimal batildir.

2. Həzrətin Quranı peyğəmbər dövründə olduğu şəkildə gətirməsi. Bugünkü Quran peyğəmbər tərəfindən tərtib olunduğu üçün bu ehtimal da qəbuledilməzdir.

3. Nəzərdə Əli ibn Əbi-Talib tərəfindən yazılmış Quran tutula bilər. Bu ehtimal həqiqətə daha çox yaxındır.

4. Yeni kitab dedikdə daha uca maarif və mahiyyət başa düşülə bilər. İmam ayələrin bu vaxtadək xalqa məlum olmayan yeni mənalarını açıqlaya bilər.

Sual: Həzrət Məsihin ümumdünya ədaləti hökumətində iştirakının hikməti nədir?

Cavab: 1. Həzrətin iştirakı çoxsaylı məsihi dünyasının hidayətinə səbəb ola bilər.

2. Həzrət Məsihin iştirakı həzrət Mehdinin (ə) qələbəsi üçün zəmin yarada bilər.

səh:276


1- [779] Həmin mənbə, c. 52, s. 230.
2- [780] Həmin mənbə, c.51, s. 73.
3- [781] “Bihar”, c. 52, s. 294.

3. Həzrət Məsih həzrət Mehdinin (ə) ümumdünya ədalət hökumətində hansısa məsuliyyəti öhdəsinə götürə bilər.

Sual: Əgər həzrət İsa peyğəmbərdirsə, nə üçün ümumdünya hökumətinin rəyasəti həzrət Mehdiyə (ə) məxsusdur?

Cavab: Yuxarıdakı suala bir neçə baxımdan cavab vermək olar:

1. Həzrət Mehdi (ə) İslam peyğəmbərinin (s) son canişini, şəri varisdir.

2. Həzrət Məsih müsəlman olmayan ümmətlərin peyğəmbəridir. Onun dini gücdən düşmüş, ardıcıllarına İslam dinini qəbul etmək əmr edilmişdir.

Sual: Həzrət Mehdi (ə) yəhudi və məsihilərlə necə rəftar edəcək?

Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Tövrat əhli ilə Tövratla, İncil əhli ilə İncillə, Zəbur əhli ilə Zəburla, Quran əhli ilə Quranla mühakimə aparacaq. Əlbəttə ki, söhbət inadkarlıq göstərməyən, həzrətə qarşı çıxmayan kitab əhlindən gedir.

Sual: İmamın zühuru ilə qiyamı arasında fasilə çoxdurmu?

Cavab: Şeyx Müfid deyir: “Qaim hakimiyyətə çatdıqdan sonra kimsə üçün hakimiyyət olmayacaq. Rəvayətlərdə işarə olunub ki, yalnız həzrətin övladı ona canişin olar. Amma bu məsələyə qəti dəlil yoxdur. Əksər rəvayətlərdə bildirilir ki, ümmətin Mehdisi (ə) qiyamətdən qırx gün öncə dünyadan köçər və həmin qırx gündə hərc-mərclik düşər. Bu isə ölülərin dirilmə, hesab saatının başlama əlamətidir.”(1)

Sual: Əgər həzrətin hökuməti ümumdünya ədalət hökumətidirsə, nə üçün o, şəhadətə çatır?

Cavab: Həzrətin şəhadəti ilə bağlı mütəvatir dəlil yoxdur. Onun şəhadətə çatacağına inananlar iki dəlilə əsaslanır: a) Rəvayətlərdə ümumi şəkildə göstərilmişdir ki, bütün imamlar qeyri-təbii ölümlə dünyadan gedər; b) Rəvayətlərdən birində məlumat verilir ki, bəni-təmim tayfasından olan Səidə adlı bir qadın həzrəti şəhadətə yetirər. O həzrət yoldan keçdiyi vaxt böyük bir daşı onun üstünə salar.

Bəs həqiqət necədir?

səh:277


1- [782] “İrşadi-Mufid”, c. 2, s. 387.

Əvvəla, həzrətin şəhadəti onun zühur dövründə islahatçılığı ilə bir araya sığmır.

İkincisi, rəvayətlərdə bildirilir ki, Əhli-beyt (ə) qeyri-təbii ölümlə dünyadan köçəcək.

Üçüncüsü, həzrətin şəhadətini xəbər verən rəvayətin sənədi mötəbər deyil.

Dördüncüsü, bəzi rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) təbii ölümlə köçər.

Sual: Həzrət Mehdinin (ə) hökumətində bütün insanlar islah olacaqmı?

Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) islahatı bütün yer üzünü bürüyəcək. İmam Həsən Müctəba (ə) buyurur: “Allah-tәala dünyanın sonunda bütün azğınları və günahları islah edəcək bir şəxs göndərər.”(1)

Sual: Zühurdan sonra həzrət Mehdinin (ə) dәstәsi harada mərkəzləşəcək?

Cavab: Bəzi rəvayətlərə əsasən, bu hökumətin paytaxtı Kufə olacaq. İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə isə imamın Səhlə məscidində məskunlaşacağı bildirilir.(2)

Sual: Əgər zühur dövründə ağıllar kamilləşəcəksə, imama nə ehtiyac var?

Cavab: Bilməliyik ki, zühur dövründə ağıllar təbii yolla kamilləşəcək. Bu işdə əsas təbii amil imam Mehdinin vücududur.

Sual: Həzrətin zühurunun hansı təsirləri və bərəkətləri var?

Cavab: 1. Bu imtiyazlardan biri insanın imamla bir əsrdə yaşamasıdır. Həmin vaxtda hazırda əldə olmayan bərəkәtlər insana nəsib olar.

2. Həzrət Mehdinin (ə) zühuru dövründə insanlar üçün yer üzündə behişt yaranar. Belə bir əsr hətta peyğəmbərin (s) dövründə də olmamışdır. Zühur dövründə ideal həyat üçün tam şərait yaranar.

səh:278


1- [783] “İsbatul-hüdat”, c. 3, s. 524.
2- [784] “Kafi”, c. 3, s. 495.

Sual: İmam zühur etdikdən sonra bugünkü texnologiyanı inkişaf etdirəcəkmi?

Cavab: İmam həm dövrün texnoloji tərəqqisindən bəhrələnəcək, həm də onu inkişaf etdirəcək. Amma bu tərəqqidə əsas məqsəd insanı yaranış məqsədinə çatdırmaqdır.

Sual: Həzrətin zühur dövründə hansı əlamətlər müşahidə olunacaq?

Cavab: İslam alimləri zühur əlamətlərini iki qismə bölürlər: bu əlamətlərdən bir hissəsi zühurdan öncə gerçəkləşəcək. Zühur vaxtı gerçəkləşəcək əlamətlər sırasında bir dəstənin Beyda çölündə yerə batmasını, səmadan gələn səsi, nəfsi-zəkiyyənin qətlini göstərmək olar.

Sual: Belə əzəmətli bir hadisəni bir nəfər öz öhdəsinə necə götürə bilər?

Cavab: Bilməliyik ki, insan həmişə tarixi şəraitdə formalaşmır. İnsanın qeyb aləmi ilə sıx rabitəsini nəzərə alsaq, bu dərin rabitə insanı xoş gələcəyə istiqamətləndirə bilər. Yeni mədəniyyətin başlanğıcını qoymuş İslam peyğəmbəri keçmiş mədəniyyətin övladı deyildi. Həzrət Mehdinin təcrübəsi İslam peyğəmbərinin təcrübəsidir. İlahi bir şəxsiyyət tarixi gedişatı dəyişməyə qadirdir.

Sual: Əgər imama imam qüsl verməlidirsə, həzrətə kim qüsl verəcək?

Cavab: Rəvayətlərdə bildirilir ki, rәcətdən sonra imam Hüseyn (ə) bu işi görəsidir. İmam Sadiq (ə) buyurur: “Höccətin ölümü çatar, onun qüsl, kəfənləmə, hənut, dəfnini imam Hüseyn (ə) öhdəsinə götürər...”(1)

Ümumdünya ədalət hökumətinin davam müddəti

Sual: İmam Mehdinin (ə) tövhid hökumətinin müddəti ilə rabitədə ümumi qayda nə tələb edir?

Cavab: Ümumi qaydaya əsasən, imam Mehdinin (ə) ümumdünya ədalət hökuməti üçün geniş vaxta ehtiyac var. Bəşəriyyətin yaranışının ali məqsədini gerçəkləşdirmək üçün geniş vaxta ehtiyac duyulur. Bu mövzunu kiçik bir müqəddimə ilə aydınlaşdıraq:

səh:279


1- [785] “Bihar”, c. 51, s. 56.

a) Yaranışın məqsədi bütün yer üzündə xalis bəndəliyin gerçəkləşməsidir. Allah-tәala buyurur: “Mən cin və insi (insanı) yalnız ibadət üçün xəlq etdim.”(1)

b) Həzrət Mehdi (ə) ümumdünyəvi hökuməti bərpa etməklə bu məqsədin həyata keçməsində böyük rol oynayır.

v) Belə bir böyük məqsədin həyata keçməsi üçün geniş vaxta ehtiyac var. Çünki bu məqsədin möcüzə yolu ilə həyata keçməsi nəzərdə tutulmamışdır.

Sual: Həzrət Mehdinin (ə) hökumət müddəti haqqında rəvayətlər nə deyir?

Cavab: Bu məsələ ilə bağlı iki qrup rəvayət var:

a) Rəvayətlərin bir qismində həzrətin hökumətinin on il və ya daha az ömür sürəcəyi bildirilir. Belə bir məlumata daha çox sünni mənbələrində rast gəlmək olur.

b) Digər bir qrup rəvayətdə həzrətin hökumətinin on ildən çox ömür sürəcəyi xəbər verilir.

Birinci qrup rəvayətlər “Sünəne Əbu-Davud”, “Səhihi-Termizi” mənbələrində nəql olunmuşdur. İkinci qrup rəvayətlərə “Yәnabiul-mәvəddə”, “Əl-haviyul lil-fətavi”, “Əl-ğeybət” mənbələrində təsadüf etmək olar.

Sual: Həzrət Mehdinin (ə) hökumət müddəti ilə bağlı fərqli rəvayətlər necə izah olunur?

Cavab: Bu mövzu ilə bağlı üç mövqe var:

1. Bu hökumətin yeddi il davam edəcəyini bildirən rəvayətlər: Bu məlumatın mötəbər sənədləri var, hətta mütəvatir həddə olduğu bildirilir.

2. Həzrətin həyatı və hökuməti haqqında məlumat verən rəvayətlər: İmam Mehdinin (ə) zühurundan sonrakı həyatı on ildən azdır. Ümumdünya ədalət hökumətinin ömrü on ildən az çəkəcək.

3. Şiddətli və zəif mərhələlər: Səfarini deyir: Bütün rəvayətləri düzgün saysaq, onları belə izah etmək olar ki, həzrətin hökuməti üç mərhələyə bölünür: Zühur mərhələsi, sabitlik mərhələsi, son mərhələ.

Sual: Həzrətin hakimiyyəti haranı əhatə edir?

səh:280


1- [786] “Zariyat”, 56.

Cavab: Rəvayətlərə və dəlillərə əsasən, həzrət Mehdinin (ə) hökuməti bütün yer üzünü əhatə edəcək:

1. Yaranışda məqsəd bütün bəşəriyyətin kamala çatmasıdır;

2. Bəzi rəvayətlərdə həzrətin hökumətinin bütün yer üzünü əhatə edəcəyi bildirilir;

3. Mütəvatir həddə çatmış rəvayətlərə əsasən həzrət Mehdi (ə) bütün yer üzünü ədalətə bürüyəcək;

4. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) hökuməti əhatə baxımından Zülqərneynin hökuməti kimidir;

5. Bildirilir ki, həzrət yer üzündəki bütün məntəqələri fəth edəcək.

Sual: Ümumi qaydaya əsasən zühurdan sonra bəşəriyyət nə qədər yaşamalıdır?

Cavab: Əgər məqsəd təbii yolla kamilliyə çatmaqdırsa, bu, qısa bir müddətdə başa gələn iş deyil. Məqsəd təkcə hökumətin təşkili deyil. Ən mühüm hədəf xalis bəndəliyin gerçəkləşməsidir. Necə ola bilər ki, qısa bir müddət həyata görə bəşəriyyət bir bu qədər uzun intizar çəkib, fədakarlıq göstərsin?!

Rәcət

Sual: Rәcət nə deməkdir?

Cavab: İmamiyyə şiələri bu əqidədədir ki, həzrətin zühurundan və ədalət hökumətinin təşkilindən sonra Allahın övliyalarından və Əhli-beyt dostlarından, eləcə də, vəhy düşmənlərindən bir hissəsi dünyaya qayıdacaq. Övliyalar və salehlər ədalət hökumətini görüb sevinəcək, düşmənlər isə öz ləyaqətsiz əməllərinin cəzasını dünyada çəkəcək.

Sual: Rәcət etiqadı nə vaxtdan mövcuddur?

Cavab: Rәcət Əhli-beyt (ə) məktəbinin köklü etiqadlarındandır. Bu əqidə Qurandan qaynaqlanmış, peyğəmbər hədislərində ona işarə olunmuşdur. Sünni kitablarına müraciət etdikdə görürük ki, bu əqidə imamiyyə şiələrinə aid olunur. İmamların səhabələri də öz müxalifləri ilə bu mövzuda mübahisə aparmışlar.

Şeyx Səduq buyurur: “Keçmiş ümmətlər arasında rәcət əqidəsi olmuşdur. Peyğəmbər (s) buyurur ki, keçmiş ümmətlər arasında baş

səh:281

verən bu ümmət arasında da baş verəcək. Vacibdir ki, bu ümmət üçün də rәcət olsun.”(1)

Şeyx Müfid buyurur: “Allah-təala qiyamətdən öncə bir qrup Məhəmməd (s) ümmətini dirildər. Bu əqidə Ali-Məhəmmədə (s) aiddir və Quran da onu təsdiqləyir.”(2)

Seyyid Mürtəza buyurur: “İmam Mehdinin (ə) zühuru zamanı şiələrdən bir qrupunun dünyaya qaytarılması, mükafat və cəzaya çatdırılması şiə etiqadlarındandır...”

Sual: Rәcət şiəliyin zərurətlərindəndirmi?

Cavab: Bəzi şiə alimlərinin nəzərincə, rәcət məzhəb zəruriyyətlərindəndir. Şeyx Hürr Amili bildirir ki, bu əqidə bütün tanınmış şiə alimləri tərəfindən zərurət sayılmışdır. Mərhum Məclisi, Əllamə Təbatəbai də rәcətin zəruriliyini təsdiqləyir.(3)

Sual: Nə üçün mütəkəllimlər (kəlam alimləri) rәcət mövzusunu kəlam elmində açıqlayırlar?

Cavab: Bunun bir sıra səbəbləri var:

1. Rәcət bir çox rəvayətlərdə işarə olunmuş etiqadi həqiqətlərdəndir.

2. Rәcətin imamət məsələsi ilə rabitəsi var.

3. Rәcət qiyamət əlamətlərindən olduğu üçün əqidə mövzusu sayılır.

4. Rәcət məada etiqada zəmin yaradır.

5. Rәcətin mükafat və cəza məsələləri ilə də əlaqəsi var.

Sual: Rәcətlə bağlı hansı baxışlar var?

Cavab: 1. Rәcət dedikdə dünyadan getmiş Əhli-beyt və mömin ruhlarının yenidən zühuru nəzərdə tutulur. Belə bir təfsir mənbələrdəki məlumatlara uyğun gəlmir.

2. Rәcət dedikdə imam Mehdinin (ə) zühuru və xalqa üz tutması nəzərdə tutulur. Bu hadisə həqiqət olsa da, onu rәcət adlandırmaq düzgün deyil.

səh:282


1- [787] “Etiqadats-Səduq”, s. 41, 42.
2- [788] “Bihar”, c. 53, s. 136.
3- [789] “Əl-Mizan”, c. 2, s. 107.

3. Rәcət dedikdə dünyadan gedənlərin bir qrupunun dünyaya qayıtması nəzərdə tutulur. Bu baxış ən məşhur və həqiqətə uyğun baxışdır.

Sual: Rәcətin zəruriliyinə əqli dəlil varmı?

Cavab: Bir sıra din alimləri rәcətin zərurət olmasını sübuta yetirmək üçün əqli dəlillər göstərmişlər:

1. “Qəsri-daim və əksəri” mahaldır: yəni hər bir həqiqət öz xasiyyətlərindən daimilik və ya əksər vaxt məhrum ola bilməz. Peyğəmbərlər və imamlar həyatları dövründə öz təlim-tərbiyələrini başa vurmadıqlarından onların qayıdışı zəruridir.

2. İslah yolunun davamının zəruriliyi: Hər bir inqilabi şəxsin inqilab hədəflərini həyata keçirəcək qüvvəyə ehtiyac var. Peyğəmbərdәn (s) sonra bu işi on iki imam görmüşdür. Demək, zühur dövründə Əhli-beytin rәcəti zəruridir.

3. Rәcət fitri bir həqiqətdir: Ədalət hökumətinin ömrü uzun çəkəcək, həzrətin ömründə isə məhdudluq var. Demək, kimlərsə onun yolunu davam etdirməlidir.

Sual: Quranda kimlərinsə rәcətinə işarə olunubmu?

Cavab: Quranda rәcət nümunələri mövcuddur:

1. Allah-təala buyurur: “Allah onlara “ölün” dedi və sonra yenidən diriltdi.”(1)

2. Quranda buyurulur: “Kəsilmiş inəyin bir parçasın ölüyə toxundurun” dedik. Allah bütün ölüləri bu qaydada dirildər...”(2)

3. Allah-təala buyurur: “Şükr edəsiniz deyə, sizi sonra yenidən diriltdik.”(3)

4. Başqa bir ayədə oxuyuruq: “Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək “Nə qədər yatmısan” deyə soruşdu”.(4)

Sual: Rәcətə etiqadın hansı əsərləri var?

Cavab: Rәcətə etiqadın bir sıra faydaları var:

1. Zühur dövrü yer üzü üçün behiştdir.

2. İnsan zühurdan öncə Mehdinin (ə) zühuru üçün zəmin hazırlamalı olduğundan rәcətin böyük tərbiyəvi və əməli təsirləri var.

səh:283


1- [790] “Bəqərə”, 243.
2- [791] “Bəqərə”, 73.
3- [792] “Bəqərə”, 55, 56.
4- [793] “Bəqərə”, 259.

Sual: Rәcət əqli və fəlsəfi baxımdan mümkün sayıla bilərmi?

Cavab: Bəziləri elə hesab edirlər ki, rәcət əqli və fəlsəfi baxımdan əsassızdır.

1. Əqli baxımdan irad: Vəliyullah Dehləvi deyir: “Günahkarlar axirətdə cəzalanasıdır və onların dünyada cəzalanması zülm sayılır. Onlar öz müasirlərinin qarşısında cəzalandırılsaydılar, ibrətamiz olardı...”

İradları belə cavablandıra bilərik ki, günahkarların rәcət dövründə alacaqları cəza onların ümumi cəzalarının bir hissəsidir... Günahkarların müasirləri yox, başqa dövrün insanları qarşısında cəzalandırılması ibrətamizdir.

2. Fəlsəfi baxımdan irad: Ölümdən sonra dünyaya qayıdış fəaliyyətdən sonra qüvvəyə qayıdışdır. Fəlsəfədə belə bir hal batil sayılır.

Uyğun irada belə cavab verə bilərik ki, bu irad təbii ölümə aiddir. Qətl və xəstəlik səbəbindən ölənlər öz fəaliyyətlərini tam başa vurmamışlar.

Sual: Rәcət etiqadı yəhudilərə aid deyilmi?

Cavab: Əhməd Əmin Misri deyir: “Yəhudilər öz rәcət etiqadları ilə şiələrə təsir göstərmişdir.”(1)

Əvvəla, İslamın vəzifəsi yəhudiliyi hər bir işə münasibətdə inkar etmək deyil. Həzrət Peyğəmbər (s) onlara xitabən buyurur: “Bu Quran sizdə olanı təsdiq edəndir.”(2)

Əhli-beytin rәcət mövzusunda nəql etdiyi rəvayətlər mütəvatir həddindədir.

Sual: Rәcət hədisləri yalnız şiələr tərəfindən nəql olunmuşdurmu?

Cavab: Bəzi sünnilər irad tuturlar ki, rәcət hədisləri yalnız şiələr tərəfindən nəql olunmuşdur.

Əvvəla şiələr bu rəvayətləri peyğəmbər Əhli-beytindən nəql edir. Bu xəbər Quran və hədislərdə təsdiqlənmişdir. Belə bir etiqad sünnə əhlinə də vacibdir.

səh:284


1- [794] “Fəcrul-İslam”, s. 33.
2- [795] “Bəqərə”, 41.

İkincisi, rәcət hədislərinə sünni mənbələrində yer verilməməsinin səbəbi həmin dövrdə şiə imamlarının zühuru məsələsi ola bilər. İmamlar məhz haqları tapdandığından rәcət dövründə geri dönəsidir.

Sual: Rәcət tənasüx (ruhların bədənə qayıtması) kimi batil əqidəyə uyğun deyilmi?

Cavab: Tənasüx dedikdə ruhun bir bədəndən digərinə keçməsi başa düşülür. Rәcət isə bəzi ruhların müəyyən bir müddətə əvvəlki bədənə qayıtmasıdır.

Sual: Quran rәcət məsələsini inkar edirmi?

Cavab: Dehləvi deyir: “Bəzi Quran ayələrinə əsasən, insanın bu dünyaya rәcəti mümkünsüzdür.” O “Muminun” surəsinin 99-100-cü ayələrini dəlil göstərir. Bu ayələrdə saleh əməl üçün dünyaya qayıtmaq istəyənlərə rədd cavabı verilir.

Əvvəla, ayə xüsusi halı nəzərdə tutmamışdır. Rәcət məsələsində yalnız bir qrup mömin və günahkardan söhbət gedir.

İkincisi, ayədə ölümdən öncə ölüm mələyi ilə görüş məqamı nəzərdə tutulur. Rәcət isə ölümdən sonranı nəzərdə tutur.

Üçüncüsü, ayə kafirlərin tələbi ilə qayıdışı mümkünsüz sayır.

Dördüncüsü, rәcəti təsdiq edən ayələr yetərincədir.

Beşincisi, rәcət kafirlərin tələbi yox, Allahın iradəsidir.

Sual: Rәcət hamıya aiddirmi?

Cavab:

Əvvəla, rәcət məad kimi ümumi deyil. Bu hadisə xalis möminlərə və xalis kafirlərə aiddir.

İmam Sadiq (ə) buyurur: “Rәcət ümumi deyil... Yalnız xalis imanı olanlar və xalis müşriklər geri qaytarılar.”(1)

İkincisi, rəvayətlərdə xüsusi şəkildə fərdlərin dönüşü qeyd olunur. İmam Sadiq (ə) buyurur: “Yer üzünə qayıdacaq ilk şəxs Hüseyn ibn Əli (ə) оlаcаq.(2)

Həzrət başqa bir məqamda buyurur: “Dünyaya rәcət edən ilk şəxs Hüseyn ibn Əlidir (ə)...”(3)

səh:285


1- [796] “Bihar”, c. 53, s. 33.
2- [797] “İlzamul-nasib”, c. 2, s. 360.
3- [798] “Bihar”, c. 53, s. 460.

Sual: Zühur dövründə qadınlar rәcət edəcəkmi?

Cavab: Zühur dövründə həzrətin yardımçılarından bir qismi qadınlardır. Allah imamın zühuru bərəkəti ilə onları dirildəcək və onlar növbəti dəfə dünyaya rәcət edəcək... Bəzilərinin adı və əlamətləri də göstərilir.

Mötəbər mənbələrdə on üç qadının adı çəkilir. Onlar həzrət Mehdinin (ə) zühuru zamanı diriləsidir. Bu qadınlar həzrətin qoşununda yaralılara tibbi xidmət göstərəcək.(1)

səh:286


1- [799] “Dəlailul-imamət”, Təbəri, s. 314.

Mündəricаt

Məhdəviyyət mövzusunun təsirləri .... 7

Ümumdünya ədalət hökumətinin fəlsəfəsi ................................... 8

Ümumdünyəvi olmaq ....................... 17

Tətbiqi xilaskarlıq ............................. 22

Fərəc (həzrət Mehdinin (ə) zühuru ilə qurtuluş) intizarı ............ 38

Başqa dinlərin xilaskarın zühuruna baxışı .................................. 48

Məhdəviyyətin müdafiəsi ................. 60

Məhdəviyyətlə bağlı yekdil fikirlər .. 77

İmam Mehdinin (ə) mövludu ........... 81

Uşaq yaşlarında imamət ................. 110

İmam Mehdinin (ə) vilayəti ............ 121

Ağıl baxımından imam Mehdinin (ə) varlığı ........................... 126

Quran baxımından həzrət Mehdinin (ə) varlığı ........................ 135

İmam Mehdi (ə) haqqında şiə rəvayətləri ................................. 142

Firqələrin nəql etdiyi rəvayətlərdə imam Mehdi (ə) ................ 143

“12-ci xəlifə” hədislərində imam Mehdi .................................. 146

Kiçik qeyb (Qеybəti suğrа) ............ 151

Səfirlər .. 159

Tоqiat .... 169

(qeydlər, məktublar, fərmanlar) ...... 169

Böyük qeyb (Qеybəti kübrа) .......... 171

Müqəddəs sərdabə .......................... 199

Qeyb dövrünün vəzifələri ............... 202

İmam Mehdinin (ə) əsil-nəsli ......... 203

Böyük qeyb dövründə imam Mehdi (ə) ilə görüş ..................... 209

Müqəddəs Cəmkəran məscidi ........ 215

səh:287

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109